Məhkəmə qərarları › İş №2(102)-1111/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1111/2019

25.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1111/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(106)-2756/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq üç azyaşlı uşağı X6, X5 və X4 ilə birlikdə onu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, 1987-ci ildə tikilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 3 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Nemət Musayev) 12 iyun 2018-ci il tarixli, 2(050)1231/2018 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı azyaşlı uşaqları 29 oktyabr 2009-cu il təvəllüdlü X6, 25 yanvar 2011-ci il təvəllüdlü X5 və 19 dekabr 2011-ci il təvəllüdlü X4 birlikdə Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, 1987-ci ildə tikilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi - Tofiq Heydərov hakimlər Nüsrət Mirzəyev, Zəki Babayev) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Masallı Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(050)1231/2018 saylı qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili X kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(106)-2756/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırma aparılmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Mübahisələndirilən yaşayış e vi 1987-ci ildə inşa edilmiş, 3 otaqdan və mətbəxdən ibarətdir, qəzalı vəziyyətdədir, cavabdehlərin ailə üzvlərinin yaşamaları üçün həmin evdə normal imkan və şərait yoxdur. İddiaçı 3 uşaqla birlikdə həmin evə köçməsi böyük mübahisələrə səbəb olacaqdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Resp ublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı 28 noyabr 2008-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan Cavabdeh1 ilə el adəti üzrə toy etməklə ailə həyatı qurmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, 1987-ci ildə tikilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 3 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evinə gəlin köçmüş, nikahlarını isə 05 yanvar 2009-cu il tarixdə Masallı rayon İHB-ın Ərkivan qəsəbə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Təsərrüfatı birgə idarə etməklə uzun müddət ər-arvad münasibətində yaşamışlar. Birgə yaşadıqları müddətdə rəsmi nikahdan 29 oktyabr 2009-cu il təvəllüdlü X6, 25 yanvar 2011-ci il təvəllüdlü X5 və 19 dekabr 2011-ci il təvəllüdlü X4 adlı üç nəfər uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(050)-212/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 İddiaçı arasındakı nikah qeydi pozulmuş, eyni zamanda 29 oktyabr 2009-cu il təvəllüdlü X6, 25 yanvar 2011-ci il təvəllüdlü X5 və 19 dekabr 2011ci il təvəllüdlü X1 üçün Cavabdeh1 hər ay hər bir uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı köçürülməsini tələb etdiyi Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 3 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Başqa sözlə, adı çəkilən ev özbaşına tikinti hesab edilir Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi h amının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, o, mübahisəli evə köçürülməlidir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2756/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxla nılmaldır. Belə ki, mülki iş materiallarından görünür ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb e dilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hi ssəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı cavabdehlərin ailə üzvü kimi hər hansı qeyd-şərt g östərilmədən mübahisəli yaşayış sahəsinə gəlin köçdüyündən və həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etdiyindən, hazırda da orada yaşayan digər şəxslər tərəfindən iradəsinə zidd olaraq istifadə edə bilmədiyindən həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının hər üç övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələbl ərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz kassasiya şikayətinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət v erilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2456/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar