Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1111/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1111/21 (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-173/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Əlibala qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri 53 saylı Notariat Kontorunda iddiaçının mərhum həyat yoldaşı X2 ilə Cavabdeh1 arasında AN-İ No ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68 kv.m., yaşayış sahəsi 52 kv.m.olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə mərhum həyat yoldaşı X1 mülkiyyətinə keçmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarını öhdələrinə götürmələrinə baxmayaraq, bu günədək mənzildən qeydiyyatdan çıxmamışlar. İddiaçının həyat yoldaşı X2 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri, X saylı mənzili vərəsəliyə sasən iddiaçının və azyaşlı öv ladlarının mülkiyyətinə keçmişdir. Həmin mənzildə qeyd olunan şəxslərin, yəni cavabdehlərin pasport qeydiyyatında olmaları iddiaçının mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna maneəçilik yaratdığından hazırkı tələblə çıxış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m. olan 3 otaqlı mənzilinə istifadə hüquqlarının itirilmələri və qeydiyyatda olan şəxslərin məcburi çıxarılmaları bar ədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)6271/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarının itirilməsi və həmin şəxslərin qeyd olunan mənzildən çıxarılmaları qət olunmuşdur Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 165, 228.1, 386.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icaat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi) E.Mehdiyev və X.Sarıyev) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 Əlibala qızı kasasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur, İddiaçı Cavabdeh1 xx xxxxxx 2015-ci ildə borc pul götürmüş və həmin borcun təminatı kimi onla r arasında razılıq əldə edilmişdir ki, iddiaçı mənzili onun mülkiyyətinə keçirir və borcu qaytarandan sonra o mənzili Cavabdeh1 adına yenidən keçirməli idi. Mənzilin onun mülkiyyətində qalması, Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə onların arasında heç bir razılaşma olmamışdır. Həmin zəmində Cavabdeh1 ilə iddiaçının mərhum arvadı X2 arasında mənzilin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Baxılan mübahisə üzrə alqı-satqı müqaviləsi 2015-ci ilin noyabr ayında bağlanılsa da, satıcı (cavabdeh) əşyanı indiyə kimi alıcının (iddiaçının) mülkiyyətinə verməmişdir. Bununla da təsdiq olunur ki, mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanan zaman müqavilə tərəflərinin, yeni İddiaçı mərhum arvadı X1 və Cavabdeh1 həqiqi niyyətləri ünvan 1 ünvarında yerləşən ümumi sahəsi 73,5 kv metr olan 3 otaqlı mənzilin alqı-satqısını həyata keçirmək olmamışdır. Həmin müqavilənin bağlanması Cavabdeh1 iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətind ə daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki h ər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və y a bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 164.1-ci maddəsinə əsasən sah ibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı paylı mülkiyyətindədir. Həmin mənzili iddiaçının mərhum həyat yoldaşı alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçs idən satın almışdır. Ayrıca məhkəmə baxışının predmeti olmuş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələb qanuni qüvvəsini almış məhkəmə qərarları ilə rədd edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia 1- ci instansiya məhkəməsi tərəfindən rədd olunmuş və bu qətnamə Apelyasiya və Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, əqdin etibarsız əqd olması ilə bağlı kassasiya şikayətinin dəlili qanuni qüvvəsini almış məhkəmə qərarları ilə əsassız hesab olunmuşdur. Ona görə Apellyasiya Məhkəmə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq edərək idianın təmin olunması ilə razılaşmaqda haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Əlibala qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-173/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.