Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1113/2018 19.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1113/2018 şəhəri 19 fevral 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli 2(106)-2968/2017 nömrəli qərardadından Ərizəçi t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı rayon Məhkəməsinin (hakim M.Qarayev) 17.07.2017-ci il tarixli 2(055)-1197/2017 nömrəli qətnaməsi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, Ərizəçi 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, T.Heydərov, N.Mirzəyev) 23.11.2017-ci il tarixli 2(106)-2968/2017 nömrəli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi - Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik Şöbəsinin rəisi R6 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üz rə Saatlı rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli 2(055)-1197/2017 nömrəli qətnaməsi ləğv edilmiş, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almamış, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verərkən səh və yol vermişdir. Bu səbəbdən, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qərardadınınləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Ərizəçi vəkili Vəkil, maraqlı şəxs Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X3 ərizəçinin kassasiya şikayətini əsas sız hesab edərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qərardadının dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X4 ərizəçinin kassasiya şikayətini əsassız hesab edərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qərardadının dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.11.2017-ci il tarixli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi - Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik Şöbəsinin rəisi R6 apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Saatlı rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli qətnaməsini ləğv edib, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1980-ci ildən 2009cu ilə kimi Saatlı rayonu avtobazasında sürücü işləmişdir. 1 988-ci ildən erməni təcavüzkarları Azərbaycan Respublikasına təcavüz edəndən Saatlı rayon Polis Şöbəsinə ezam olunmuş və 1994cü ilə kimi Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarını Qarabağ bölgəsinə aparmışdır. 1991-1994cü illərdə polis əməkdaşları ilə birlikdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxtlar idarə etdiyi avtobusla döyüş bölgəsinə polis əməkdaşlarına ərzaq və hərbi sursat daşımışdır. Özü də onlarla birlikdə döyüşlərdə iştirak etmişdir. Bundan başqa onlarla yaralıların hərbi hospitala aparılmasında yaxından köməklik etmişdir. Həmin dövrlərdə onun müharibə iştirakçısı kimi iştirak etməsi barədə Saatlı RPŞ-nin 17.05.2000-ci il tarixli 808 nömrəli arayışı və Zəngilan rayon DİŞ rəisinin məktubu vardır. Lakin bu günə kimi ona veteran vəsiqəsi verilməmişdir. Odur k i, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi zamanı müəyyən olunur ki, Ərizəçi 1991-1994-cü illərdə Saatlı rayon Polis Şöbəsinin polis əməkdaşlarını Ağdam rayonuna, o cümlədən döyüş zonasına aparması və döyüşlərdə iştirak etməsi barədə Saatlı rayon Polis Şöbəsinin 17.05.2000-ci il tarixli 808 nömrəli arayışını və Zəngilan rayon DİŞ-in rəisinin Saatlı rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış məktubunu əldə etsə də, döyüş əməliyyatlarında iştirakı ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin ərizəçi həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin faktiki halları, iş materiallarında olan və birinci instansiya məhkəməsinə təqdim olunmuş Saatlı rayon Polis Şöbəsinin 17.05.2000-ci il tarixli 808 nömrəli arayışının surətindən görünür ki, Saatlı rayon avto nəqliyyat birliyinin sürücüsü X5 18.02.1993-cü il tarixli 20 nömrəli əmrlə Zəngilan rayonuna 10 gün müddətinə gedən qrupu, 02.06.1992-ci il tarixli 33 nömrəli əmrlə 20 gün müddətinə Ağdam rayonuna gedən qrupu və 03.09.1994-cü il tarixli 50 nömrəli əmrlə 10 gün müddətinə Ağdam rayonuna xidməti ezamiyyətə gedən polis işçilərini döyüş zonalarına aparmaqla, döyüşlərd ə iştirak etmişdir. Zəngilan rayon DİŞ-in rəisinin Saatlı rayon Polis Şöbəsinin rəisinə ünvanladığı tarixi qeyd olunmamış məktubunun surətindən görünür ki, Zəngilan fövqəladə vəziyyət rayonuna ezamiyyətdə olan sürücü X5 polis əməkdaşları ilə birlikdə döyüş zonasında iştirak etmişdir. Odur ki, onun mükafatlandırılması xahiş olunur. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müa yinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına Azərbaycan Respublikası MPM-in 307-310-cu maddəsinin tələblərinə uyğun müvafiq hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, Ərizəçi hüquqi əhəmiyyətli fakt olaraq məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi 1991-1994-cü illərdə polis əməkdaşları ilə birlikdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı iş materiallarına əlavə edilmiş Saatlı rayon Polis Şöbəsinin 17.05.2000-ci il tarixli 808 nömrəli arayışı və Zəngilan rayon DİŞ-in rəisinin Saatlı rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış məktubu ilə öz təsdiqini tapmışdır. Ona görə də, həmin halın hüquqi əhəmiyyətli fakt olaraq mülki mühakimə icraatı qaydasında müəyyən edilməsi Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. İşdən görünür ki, Ərizəçi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün buna səlahiyyətli olan müvafiq icra hakimiyyəti orqanına müraciət etmək əvəzinə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etməkdə səhvə yol vermişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cin ayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan M uxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixin dən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiy yəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin maddənin qeyd hissəsində isə göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilm iş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamənin 1-ci hissəsinin 14-cü abzasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müva fiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsas ən verilir. Göründüyü kimi, Ərizəçi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün buna səlahiyyətli olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı müvafiq komissiyaya müraciət etmək əvəzinə bunu etməmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ərizəçi ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsini xahiş etməsinə baxmayaraq, hansısa bir bölmənin tərkibində olması, müəyyən olunmuş qaydada təminata qoyulması (ərzaq, əşya, pul, silah, və sursat), döyüş tapşırığı alması, döyüş əməliyyatlarında iştirak etmək məqsədilə silah və sursatla təmin olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ərizəçi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün buna səlahiyyətli olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı müvafiq komissiyaya müraciət etdikdən sonra, ona həmin adın və vəsiqənin verilməsindən imtina olunduğu təqdirdə, təkrarən məhkəməyə, yaxud iddia icraatı qaydasında müvafiq inzibati-iqtisadi məhkəmədə həmin qeyd olunan hala dair mübahisə aça bilər. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas de yildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli 2(106)2968/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Me
Məhkəmə qərarları › İş №2(102)-1113/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1113/2018
19.02.2018 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver