Məhkəmə qərarları › İş №2(102)-1113/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1113/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1113/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: keçmiş ailə üzvünün müvəqqəti istifadə hüququ ilə mülkiyyətçinin mülkiyyət hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin və bu hüquqlar arasındakı ədalətli balansın qoruyub saxlanılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2056/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birgə Samux şəhərində yerləşən, cavabdehin istifadəsində olan evə köçürülməsi və evdə yaşayış hüququnun tanınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır.

2. Nümayəndə və vəkil X3 şifahi vəsatətinə uyğun olaraq X, X5, X6 və X7 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

3. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq, 28 noyabr 2012-ci ildə rəsmi nikah bağlamışlar. Evləndikdən sonra iddiaçı cavabdehin və 3-cü şəxslərin istifadəsində olan mübahisəli evə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh birgə ni kahlarından 29 noyabr 2012-ci il tarixdə X adlı və 18 iyun 2014-cü il tarixdə X adlı uşaqları olmuşdur. Tərəflər arasında olan münasibətlər 2020-ci ildən korlanmış və 22 fevral 2021-ci il tarixdə nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 27.10.2020ci il tarixdə cavabdehin və 3-cü şəxslərin adına qeydə alınmış və müvafiq çıxarış verilmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh ilə 19.02.2011-ci ildə faktiki nikahla ailə qurmuş, 28.11.2012-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan 29.11.2012-ci il tarixdə X, 18.06.2014-cü il tarixdə X adlı iki övladı doğulmuşdur. Cavabdehlə 2020-ci ilin sentyabr ayınadək ona, qaynatasma, qaynanasma, qayınlarına məxsus evdə birlikdə yaşamışlar. Ailə münaqişəs i səbəbli cavabdehlə münasibətləri pozulmuş, cavabdeh hər gün sərxoş vəziyyətdə gələrək onu döydüyündən uşaqları da götürüb müvəqqəti olaraq nənəsinin Samux şəhərində yerləşən evinə getmişdir. Oğlu X cavabdehin yanındadır. Cehiz əşyalarının bir qismi gəlin köçdüyü evdə, bir qismi birgə nikah dövründə tikdirdikləri evdədir. Gəlin köçdüyü evdə övladları ilə birgə yaşamaq istəsə də cavabdeh və ailə üzvləri olan 3-cü şəxslər buna mane olurlar. Valideynləri vəfat edib. Daimi yaşamaq üçün başqa yeri yoxdur.

5. Cavabdeh və üçüncü şəxslər X, X5 və X7 bildirirlər ki, iddiaçının köçdüyü, Samux şəhərində yerləşən fərdi yaşayış evi onların mülkiyyətindədir. Onlar iddiaçının evə köçürülməsinə və onlarla birgə yaşamasına etiraz edirlər.

6. Üçüncü şəxs X6 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxı şlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Samux Rayon Məhkəməsinin (hakim S.Zeynalova) 2(058)-85/2021 saylı mülki iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı övladı X9 ilə Samux şəhərində yerləşən, Cavabdeh və 3-cti şəxslər X, X1, X2 və X4 mülkiyyətində olan evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə nikaha daxil olarkən bütün ailə üzvlərinin (hazırki mülkiyyətçilərin) razılığı ilə onların yaşadığı mənzilə köçmüş, orada yaşamış, iki övladı doğulmuşdur, hazırda da cehizləri həmin evdədir. Deməli iddiaçı həmin vaxtdan cavabdehin və 3-cü şəxslərin ailə üzvü hesab olunmuşdur. İş materiallarına əsasən yaşayış evi 27.10.2020-ci il tarixdən mülkiyyət hüququ ilə cavabdeh və 3-cü şəxslərin adına qeydiyyatdan keçmişdir. Həmin vaxtadək isə iddiaçı qüvvədə olan mənzil qanunvericiliyinin sosial kirayə müqaviləsi üzrə normaları baxımından cavabdeh və 3-cü şəxslərin ailə üzvü hesab edilmişdir.

9. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduğu halda belə qüvvədə olan mənzil qanunvericiliyinin “yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəası baxımından yanaşmaqla iddiaçının valideynlərinin olmadığı, müvəqqəti olaraq nənəsinin mənzilində yaşadığı, beləlikllə yaşayış sahəsinə ehtiyacının olduğu nəzərə alınmaqla onun evə köçürülməsi tələbinin təmin olunması qanuni və ədalətlidir.Məhkəmə habelə bildirir ki, məhkəmə iclasında müəyyən edilənlərə əsasən iddiaçının oğlu X hazırda atasının, X isə anasının himayəsindədir. Buna görə də məhkəmə bildirir ki, iddiaçı oğlu X birgə mübahisəli yaşayış evinə köçürülməlidir.

10. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 29.1, 30.1,, 30.4, 59.1, 68.1-ci, “Uşaq hüquqları haqqında” Qanu nun 8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh və üçüncü şəxslər apellyasiya şikayəti vermişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2056/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov - sədrlik edən və məruzəçi, R.Muradov və F.Mehtiyev) apelyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-85/2021 saylı mülki iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evinə köçürülməklə 3 (üç) il müddətində həmin evdən istifadə hüququnun saxlanması və 3 illik istifadə hüququnun müddətinin başlanmasının iddiaçının həmin evə köçürüldüyü gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mülk DƏDRX-də qeydiyyata alınana qədər həmin evə köçmüş və orada iş üzrə Cavabdehla ər-arvad kimi birlikdə yaşamış, nəticə etibarı ilə cavabdchlərin ailə üzvü satatusunu əldə etmişdir. İddiaçının rəsmi nikah bağlamış olduğu cavabdeh hazırda həmin evin mülkiyyətçilərindən biridir.

14. Məhkəmə kollegiyası iş üzrə iddiaçının mübahisəli ev qeydiyyata keçənə qədər ailə üzvü statusu əldə etməsini, orada 9 il müddətində yaşamasını və himayəsində azyaşlı uşaqlarının olmasını, iddiaçının hazırda başqa yaşayış sahəsinin olmamasını və iş üzə cavabdeh olan Cavabdeh keçmiş ailə üzvü olmasını nəzərə alaraq hesab etmişdir ki, hazırki mübahisəyə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması imkanı verən Mənzil Məcəlləsinin 30.4-cii maddəsinin tətbiq edilməsi məqsədəmüvafiq sayılmalı və İddiaçı xxx saylı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməklə 3 (üç) il müddətində həmin evdən istifadə hüququ saxlanılmalı, 3 illik müddətin başlanğıcı iddiaçının həmin evə köçürüldüyü gündən hesablanmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs X kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən uşaqların mənafeyini nəzərə almamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində üçüncü şəxs X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləi

22. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)

23. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında b aşqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4)

24. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsi nin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (maddə 30.5) Mülki Prosessual Məcəllə

25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

26. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

28. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

29. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. (maddə 417.1.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, üçüncü şəxs X kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının müddəti hissəsində dəyişdirilməli, İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evindən istifadə hüququnun müddəti 2 (iki) il müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiysmın 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konustitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd et mişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

33. Azərbaycan Respublikasının Miilki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı nda göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

34. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq, 28 noyabr 2012-ci ildə rəsmi nikah bağlamışlar. Evləndikdən sonra iddiaçı cavabdehin və 3-cü şəxslərin istifadəsində olan mübahisəli evə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 noyabr 2012-ci il tar ixdə X adlı və 18 iyun 2014-cü il tarixdə X adlı uşaqları olmuşdur. Tərəflər arasında olan münasibətlər 2020-ci ildən korlanmış və 22 fevral 2021-ci il tarixdə nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 27.10.2020ci il tarixdə cavabdehin və 3-cü şəxslərin adına qeydə alınmış və müvafiq çıxarış verilmişdir.

35. Göründüyü kimi, iddiaçı mübahisəli ev dövlət reyestrində qeydiyyatdan keçənə qədər ailə üzvü statusu əldə etsə və 9 il müddətində həmin evdə yaşasada, mübahisəli əmlak 27.10.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığından iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçıləri arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişilmişdir.

36. Həmçinin iddiaçı ilə cavabdeh arasındakı nikah 22 fevral 2021-ci il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir.

37. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsi ilə həll olunması qənaəti qanuni və əsaslı olmuşdur.

38. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər ha llar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

39. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini tətbiq etməkdə haqlı olsa da, İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxxx saylı fərdi yaşayış evindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən keçmiş ailə üzvünün müvəqqəti istifadə hüququ ilə mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyini və onlar arasındakı ədalətli balansı qoruyub saxlaya bilməmişdir.

40. Azərbaycan Respublikasının Miilki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mən zil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir....Yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının müddətinin 2 il müəyyən edilməsi keçmiş ailə üzvünün müvəqqəti istifadə hüququ ilə mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyi və onlar arasındakı ədalətli balansın qoruyub saxlanılması baxımından ağlabatan və ədalətlidir.

42. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2056/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının müddəti hissəsində dəyişdirilsin. İddiaçı azyaşlı uşaqları ilə birlikdə xxx saylı fərdi yaşayış evindən istifadə hüququnun müddəti 2 (iki) il müəyyə n edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar