Məhkəmə qərarları › İş №2(102)-1114/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2024

18.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya və əldən çıxmış fayda ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «kompensasiyanın, əldən çıxmış faydanın və s. ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2223/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əliyev X2 rayonu, Çarxana kəndində yerləşən 2.2204 ha kənd təsərrüfatı təyinatlı topağın mülkiyyətçisi olmuşdur. “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə 30 milyon manat məbləğində pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ayrılması qərara alınmışdır.

2. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx. 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nə əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən ümumi sahəsi 2.2204 ha olan torpaq sahəsinin 0.339859 ha hissəsini 7.423 manat müqabilində alıcı "xxxx" QSCnin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı məxsus Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0.399120 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ləki Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşdüyündən cavabdeh yenidən alqı-satqı müqaviləsinin bağlanmasını təklif etmiş, qiymətləndirici şirkətinin xx.xx.2020-ci il tarixli rəyinə əsaslanaraq həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə isə 148 manat kompensasiya məbləğini Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürmüşdü r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə 0,399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1098 ədəd alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat və dəymiş zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya və ailəsinə məxsus olan torpaqları Ləki-Qəbələ dəmir yolunun tikintisi ərazisinə düşmüşdür. İddiaçı kimi onun mülkiyyətində Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsi olmuşdur. Ailəsinin gəliri və dolanışığı əsasən bu torpaq sahəsi hesabına olmuşdur. Mülkiyyət hüququ ilə ona məxsus olan bu torpaq sahəsinin 0.339859 ha hissəsi birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. Mülkiyyət hüququ ilə ailəsinə məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Qeyd olunan sahədə 1224 bar verən alma ağacının olmasını: xx.xx.2018-ci il tarixli, Qəbələ rayonunun Çarxana kənd İnzibati Ərazi üzrə nümayəndəsi Rəhim Qubadov, Qəbələ Rayon Hacalı Bələdiyyəsinin sədri İntiqam Dadaşov, Qəbələ Rayon Çarxana kənd sakinləri: Rövşən İsmayılov, İlham Əliyev, Gündüz Bayramov, Ədalət Əliyev və İddiaçı tərəfindən tərtib edilərək imzalanmış Akt da təsdiq edir. Qeyd olunan xx.xx.2018-ci il tarixli Aktın əsli sübut kimi məh kəməyə təqdim edilmişdir. Mülkiyyətində olan Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsinin LəkiQəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.339859 ha üçün "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində kompensasiya ödənilmişdir. Bu barədə iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2019- cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində ödənilən kompensasiya: 0.339859 ha torpaq sahəsi üçün torpağın qiyməti kimi 1.224 manat, 126 alma ağacı üçün isə 6.199 manat olmuşdur. Sonradan "xxxx" QSC tərəfindən dəmir yolunun yeri müəyyən hissələrdə dəyişmiş və onun 0.399120 ha torpaq sahəsi ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. "xxxx" QSC tərəfindən ona ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüş 0.399120 ha torpaq sahəsinə görə ümumi olaraq 7.103 manat məbləğində kompensasiya təklif olunmuşdur. Qeyd olunan-torpaq sahəsi qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1.224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Onunla "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışda torpaq sahəsi 1.2581 ha göstərilmişdir. Buna səbəb torpağın satılması və bununla bağlı bölgü planında yaranmış dəyişiklik olmuşdur. Hazırkı iddia ərizəsi ilə kompensasiyasını mübahisələndirdiyi 0,399120 ha torpaq sahəsi də Çıxarışda göstərilən 1.2581 ha torpaq sahəsinin içindədir. Təxmini qalan 62-63 sot torpaq sahəsinə yaxın günlərdə ayrıca Çıxarış veriləcəkdir və məhkəməyə təqdim edəcəkdir. Ona təklif olunan kompensasiya Azərbaycan Respublikasının qanunlarına və bazar qiymətlərinə uyğun deyil. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi düşmüşdür. Lakin ona dəyən ziyan təkcə bu torpaqlarla əlaqədar olmamışdır. Belə ki, dəmir yolunun çəkilişi ilə və texnikaların hərəkəti ilə əlaqədar demək olar ki, İddiaçı mə xsus 2.22 ha torpaq sahəsi tam və bu torpaq sahəsində olan 1224 alma ağacı da tamamilə məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də, qalan 1098 ağacın pulu hələ də ödənilməmişdir. Bununla da bir ailə əsas gəlirindən məhrum olunmuşdur. İndiki çətin dövrdə, dövlətin sahibkarlara, fermerlərə yardımlar etdiyi bir vaxtda dövlətin adından çıxış edən bir orqanın belə hərəkətləri heç bir halda başadüşülən deyil. Mülkiyyətində olan torpağın dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın, əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə onun birinci dəfə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi olmaqla 73 sot torpaq sahəsi düşmüşdür. 0.339859 sot torpaq sahəsi üçün onların qarşılıqlı razılaşmaları əsasında bu sahədə olan torpaq sahəsinin və ağacların pulu ödənilmişdir (əslində açıq aydın görünür ki, həmin ödənişlər də istinad olunan normativ aktlara və torpağın, ağacların ədalətli bazar qiymətinə uyğun olmamışdır). Lakin, 0.399120 ha torpaq sahəsi üçün torpaq pulu və 1098 ağacın pulu bu günə kimi ödənilməmişdir. LəkiQəbələ dəmir yolunun tikintisi ilə əlaqədar 0.399120 ha torpaq sahəsinin hər sotu bu ərazidə ən azı 1000 manat təşkil edir. Bu əsasdan da ona bazar qiymətinə əsasən, torpaq sahəsinə görə 39.912 manat ziyan dəymişdir və bu pul cavabd ehdən tutulmaqla ona ödənilməlidir. Dəmir yolunun çəkilişi və texnikaların hərəkəti ilə əlaqədar demək olar ki, ona məxsus 2.22 hektar torpaq sahəsi və bu torpaq sahəsində olan 1.224 alma ağacı da məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də qalan 1098 ağacın pulu hələ də ödənilməmişdir. Hər bir alma ağacının qiyməti ən azı 100 manatdır. 1098 alma ağacı ilə əlaqədar ona 109.800 (1098x100=109.800 manat) manat zərər dəymişdir. Bir alma ağacının yenidən əkilərək bar verən vəziyyətə gətirilməsi üçün ən azı 5 il lazımdır. Bir alma ağacı 1 ildə ən azı 30 kq olmaqla və qiyməti orta hesabla 1 manat olmaqla 30 manat gəlir gətirir. 1 ildə 1 alma ağacından orta hesabla ən azı 30 manat xeyir götürülməsi nəzərə alınarsa, 5 ildə 1098 alma ağacında əldən çıxmış fayda 164.700 manat təşkil edir. "xxxx" QSC tərəfindən Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1.098 alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat pul məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi Ləki-Qəbələ dəmir yolunun tikintisinə heç bir etirazı yoxdur. Lakin, bu dəmir yolunun tikintisi ilə əlaqədar ona dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və bazar qiymətləri ilə onlara ödənilməlidir və bildiyinə görə bu ödənişlərin edilməsi üçün dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılıb. Mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar müraciətləri, mülkiyyət hüquqlarımın pozulması ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəfələrlə şifahi və yazılı müraciətlər etmişdir. Lakin, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şifahi və yazılı müraciətlərinə ya cavab verməmiş, ya da natamam cavab vermiş və beləliklə də mülkiyyət hüquqlarını bərpa etməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsi çərçivəsində layihə altına düşən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsi və onlardan çıxarışların verilməsi ilə əlaqədar ADY ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komit əsi (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, 136H nömrəli müqavilə imzalanmışdır. Bu müqavilə üzrə layihə altına düşən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsi və onlardan çıxarışların verilməsi ilə əlaqədar yerquruluşu işləri adıçəkilən qurum tərəfindən icra olunaraq sözügedən dəmir yolu xəttinin keçəcəyi daşınmaz əmlak obyektləri barədə məlumatlar ADY-yə təqdim edilmiş, həmin məlumatlar əsasında daşınmaz əmlak obyektləri müstəqil qiymətləndirilmə şirkəti tərəfindən bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilmiş və daşınmaz əmlak obyektləri mülkiyyətçilərinə aidiyyəti kompensasiya məbləğ ləri ödənilmişdir. İddiaçı mülkiyyətində Qəbələ rayonu, Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsi olmuşdur. Həmin torpağın 0,339859 ha sahəsi Ləki-Qəbələ birxətli dəmir yolunun tikintisi gedən əraziyə düşmüş, buna görə ADY tərəfindən torpaq sahəsinə görə 7 423 manat, 126 ədəd alma ağacına görə 6199 manat, cəmi 13.622 manat məbləğində kompensasiya məbləği ona ödənilmiş və xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsinin tikintisində zəruri dəyişikliklər edilmiş, layihənin altına daimi və müvəqqəti olaraq düşən torpaq sahələri müstəqil qiymətləndirici şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0,399120 ha torpaq sahəsi layihə altına düşmüş və nəticədə həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə 148 manat kompensasiya məbləği Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürülmüşdür. İddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş ağaclar torpaq sahəsinin və həmin torpaq sahəsində olan əkinlərin xx.xx.2020-ci il tarixdə qiymətləndirilməsi zamanı aşkar olunmamışdır. Mübahisəli ərazinin "xxxx" ASC tərəfindən çəkilmiş şəkillərinə əsasən orada 1 ağac olub, onun da növü müəyyən edilmir. Sözügedən ərazidə yalnız taxılın əkildiyi aşkar edilmiş və buna müvafiq olaraq qiymətləndirilmişdir. Sözügedən ərazidə dəmir yol xəttinin tikintisi zamanı 1.098 ədəd ağacılarının məhv edilməsi qəti şəkildə ağlabatan deyil və iddiaçı tərəfindən ağacların məhv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəy də mötəbər sübut kimi qəbul edilə bilməz, belə ki, ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonundakı bazar qiyməti ilə deyil, Zaqatala rayonundakı torpaq sahələrinin qiymətinə uyğunlaşdırıb. Həmçinin, alma ağacları olmadığına görə maddi zərərdən söhbət gedə bilməz. Mənəvi zərərlə bağlı isə iddiaçı fiziki ağrı, sarsıntı keçirməli idi, lakin iddiaçı iddia tələbinin mənəvi zərər hissəsində də sübutlar təqdim etməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 10/1527 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X6 Mərkəzinin 1 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilən məlumatlara istinad edərək İddiaçı məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsində hazırda alma ağacları yoxdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 7/233 saylı ekspert rəyinə əsasən birinci sual üzrə Qəbələ rayonu, Çarxana kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün, mühafizə zolağı daxil olmaqla, ayrılmış əraziyə düşdüyü müəyyən edilir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssiləri tərəfindən qərardadda qoyulmuş 1-ci sual üzrə müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, həmin ərazidə çəkilmiş dəmir yolunun koordinatlarını müəyyən etmək mümkün olmadı. İk inci sual üzrə Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1500,0 manat, 1 hektar torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 150000,0 manat məbləğində (1500+1500+1500+1390):4 müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 9/5548 saylı ekspert rəyinə əsasən iş materialında olan 05 yanvar 2022-ci il tarixli, 01 nömrəli Mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsində hazırda alma ağacları yoxdur, həmin ərazinin bir hissəsi “X3” QSCnin ərazisinə düşmüş, digər hissəsində isə taxıl əkilmişdir. Həmin ərazidə haz ırda meyvə ağacları mövcud deyildir, tikinti işləri və digər aparılan işlərlə əlaqədar meyvə bağı yoxdur və 1 ədəd alma ağacından əldə edləcək gəlirin miqdarı 31,20 (26 kq x 1,20 man) manat müəyyən edilir. Mütəxəssis rəyində çəkilməli olan xərclər öz əksini tapmadığından həmin məbləği müəyyən etmək mümkün olmadı.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)381/2022 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddianın qismən təmin edilməsi, 48.072 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 48.076 manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 86 manatının İddiaçı, 14 manatının isə cavabdeh "xxxx" QSC -dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə sözügedən torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən hallarıdır. Mübahisələndirilən hal cavabdeh tərəfindən təklif edilən kompensasiyanın mülkiyyətin qiymətinə mütənasib (proporsional) olub-olmamasıdır. Məhkəmə araşdırmasının predmeti olan alınmanın təsirinə məruz qalmış əmlaka görə kompensasiya olaraq cavabdehin etdiyi təklifin mütənasiblik prinsipi baxımından iddiaçının “gözləntilərinə” uyğun olub-olmaması barədə məsələ məhkəmənin gəldiyi qənaətə görə aşağıdakı kimi həll olunmalıdır.

11. İş materiallarından göründüyü kimi cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə istinad edərək 1 sot torpaq sahəsi üçün 29,99 manat olmaqla, 39,912 dot torpaq sahəsi üçün ağlabatan olmayan 1.197 manat məbləğində kompensasiya təklif etmişdir.

12. Halbuki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqı nda” Qanunun dövlət ehtiyacları üçün alınan əmlakın bazar qiymətinin müəyyən edilməsi qaydalarına aid müvafiq maddələrin tələblərinə görə torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

13. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə cavabdehin istinad etdiyi torpaq sahələrinin və əkin bitkilərinə görə əldən çıxan fayda barədə qiymətləndirici şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli mütəxəssis rəyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırki işdə sübut qismində qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/233 saylı eskpert rəyinə əsasən, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1.500,0 manat, 1 hektar torpaq sahəsinin hazırki real bazar qiyməti isə təqribən 150.000,0 manat məbləğində (1500+1500+1500+1390):4 müəyy ən edilmişdir.

14. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri saymışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.

15. Beləliklə işdə olan materiallarına əsasən məhkəmə dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan torpağa görə ödənilməli olan kompensasiya məbləği ilə əlaqədar qeyd etmişdir ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin bazar qiymətinin təqribən 1.000,0 manat məbləğində müəyyən edilməsi ağlabatan, ədalətli və ən ə sas iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğun (iddia ərizəsində göstərilən məbləğə) hesab edilməli, alınan 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39.912 manat iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdeh tərəfin mübahisəli torpaq sahəsində əkilmiş taxıla (alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya kimi) görə 148 manat kompensasiya məbləğinə münasibətdə iddiaçının hər-hansı etirazının olmadığını nəzərə alaraq hesab etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən təklif etdiyi məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavlər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında A zərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən qeyd etməyi zəruri saymışdır ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilir.

17. Beləliklə istinad olunan normativ-hüquqi akta əsasən 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların əmlakı dövlət ehtiyacları üçün alınır. Məhkəmə qeyd olunan halların mövcudluğunu nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı hazırki mübahisəyə tətbiq edilməli, alınmanın təsirinə məruz qalan torpaq sahəsinin və üzərində əkilmiş taxılın ümumilikdə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla ödənilm əlidir (39.912+148*20%=8.012).

18. Məhkəmə iddianın “1098 ədəd məhv olmuş alma ağacına görə pul ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.

19. İddiaçı iddia ərizəsində mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1.224 alma ağacının olduğuna, dəmir yolunun çəkilişi ilə əlaqədar bu torpaq sahəsində olan 1.224 alma ağacının tamamilə məhv olduğuna, bu ağaclardan 126 ağacın qiymətinin ödənildiyinə, qalan 1.098 ağacın kompensasiyasının hələ də ödənilmədiyinə istinad etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaç ı ona məxsus olan ağacların məhv olmasını, ağacların ərizədə istinad etdiyi miqdarda olmasını, baş verməsi ehtimal edilən zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəmədə öz təsdiqini tapmayan hallarının müəyyən edilməsini təmin etmək üçün istinad etdiyi dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin baş verməsinə səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi faktını iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə (xx.xx.2018-ci il tarixli akt, X 4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt, X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt) əsasən müəyyən etmək mümkün olmamışdır.

20. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi torpaq sahəsinin məhkəmə işi ilə əlaqədar verilən ərazisinin “Azersky” peykindən 2018, 2019 və 2020-ci illərə aid arxiv peyk təsvirlərinin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsində 2018 və 2019-cu ilin noyabr ayının təsvirlərində qazıntıdan əvvəl torpaq sahəsinin şərq sərhədində bir ağacın mövcudluğunun göründüyünün, lakin 2020-ci ilin sentyabr ayının təsvirində qazıntı nəticəsində ağacın kə sildiyinin müşahidə edildiyi müəyyən edilmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn (alma ağaclarına görə) əldən çıxmış faydanın hesablanması ilə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

22. Məhkəmə, iddiaçının özünə məxsus torpaq sahəsinin düzgün qiymətləndirilməməsi, buna görə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul etmişdir, lakin əsas tələblər qismən təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir.

23. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 157.9, 211, 246.3, 246.5, 246.7, 1096, 1097.1, 1115-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3, 23 və 58-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı obyektiv həqiqəti əks etdirmir. Belə ki, iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 10/1527 saylı ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonunda olan bazar qiyməti ilə deyil, Zaqatala rayonunda yerləşən torpaq sahələrinin bazar qiymətlərinə əsasən müəyyənləşdirmişdir. Bu hal ekspert rəyinə əlavə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlarından çıxarışları ilə təsdiq olunur. Məhkəmə - əmtəəşünaslıq ekspertizasını keçi rən qurum məhkəmənin qoyduğu tələbə riayət etmədən torpağa yuxarı qiymət qoymuşdur. Təəssüflər olsun ki, işə baxan hakim bu mühüm xüsusata heç bir əhəmiyyət verməmiş, həqiqətə zidd olan ekspert rəyini sübut kimi qəbul etmiş və torpağa 39.912,00 manat kompensasiya məbləği müəyyən etmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/233 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5584 nömrəli iş üzrə olan ekspert rəylərində istinad olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X6 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 nömrəli mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonunun, Çarxana kəndində yerləşən 1 (bir) hektar torpaq sahəsinin real bazar qiyməti 4000-6000 manat arasında dəyişməklə təşkil edir. Həmçinin 39.912,00 manat kompensasiya kifayət qədər böyük məbləğdir, həmin torpağın bazar dəyərindən qat-qat yuxarıdır. Ona görə də orta hesabla 1 (bir) hektarın dəyəri 5000,00 manat məbləğində olduğu halda sahəsi 39 sot olan torpaq sahəsinə hesablanmış 1197,00 manat məbləği bazar qiymətlərinə tam uyğundur, lakin bu hala məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa iddia ərizəsindən göründüyü kimi iddiaçının əkilən taxıla görə və hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqın ödənilməsi barədə cavabdehə qarşı heç bir iddia tələbi olmamışdır. Lakin buna baxmayaraq məhkəmə iddiaçının tələblərindən kənara çıxaraq qanunsuz olaraq qeyd edilən məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tari xli 10/2945 saylı rəyinə əsasən qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsinin 0.01ha (1sot)-nın hazırki orta bazar qiyməti təqribən 1450 manat (1200+1300+2000+1300)/4) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilmişdir). Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin ümumi sahəsinin 2.22ha (222sot) təşkil etdiyini nəzərə alaraq həmin həmin torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində müyyən olunur. Beləliklə Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 2.22 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq də yəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində müyyən olunur. Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 14500 manat (1450manat x 10sot(0.1ha)) məbləğində müəyyən olunur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2223/23 nömrəli, 21 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)-381/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin Ləki-Qəbələ dəm ir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən hallarıdır.

29. İşin mübahisələndirilən halı isə - cavabdeh tərəfindən təklif edilən kompensasiyanın mülkiyyətin qiymətinə mütənasib olmamasıdır.

30. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X7 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 saylı məktubundan müəyyən edilir ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 01 ha torpaq sahəsinin bazar q iyməti 4000-6000 manat arasında dəyişə bilər.

31. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 01 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təxminən 1500 manat, 1 ha torpaq sahəsinin hazırki real bazar qiyməti təxminən 150.000 manat məbləğində (1500+1500+1500+1390):4 kimi müəyyən edilir.

32. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonunda olan bazar qiyməti ilə deyil, Zaqatala rayonunda yerləşən torpaq sahələrinin bazar qiymətlərinə əsasən müəyyənləşdirmişdir. Bu hal ekspert rəyinə əlavə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlarından çıxarışları ilə təsdiq olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirən qurum məhkəmənin qoyduğu tələbə riayət etmədən torpağa yuxarı qiymət qoymuşdur. Həmçinin mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonunun, Çarxana kəndində yerləşən 1 (bir) hektar torpaq sahəsinin real bazar qiyməti 4000-6000 manat arasında dəyişməklə təşkil edir.

33. İşin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində Qəbələ rayonu, Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsi olmuşdur. Həmin torpağın 0,339859 ha sahəsi Ləki-Qəbələ birxətli dəmir yolunun tikintisi gedən əraziyə düşmüş, buna görə Azərbaycan Dəmir Yolları tərəfindən torpaq sahəsinə görə 7423 manat, 126 ədəd alma ağacına görə 6199 manat, cəmi 13622 manat məbləğ ində kompensasiya məbləği ona ödənilmiş və xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Sonradan “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsinin tikintisində zəruri dəyişikliklər edilmiş, layihənin altına daimi və müvəqqəti olaraq düşən torpaq sahələri müstəqil qiymətləndirici şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0,399120 ha torpaq sahəsi layihə altına düşmüş və nəticədə həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə 148 manat kompensasiya məbləği Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürülmüşdür.

34. Göründüyü kimi cavabdeh tərəfindən təklif edilən kompensasiya məbləği, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X7 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 saylı məktubunda qeyd olunan məbləğ, eləcə də birinci instansiya məhkəməsinə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunan məbləğlər arasında nəzərə çarpacaq qədər fərqlər olmuşdur. Eyni zamanda istinad edilən ekspert rəyinə “Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlar” əlavə edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müəyyən edilmiş məbləğlər arasında ziddiyyət olduğundan eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyinə başqa ərazidə yerləşən torpaq sahələrinə dair internet resurslarında olan elanlar əlavə edildiyindən, həmin rəyin əsaslı olmasına dair şübhələr olduğundan apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 2,22 ha torpaq sahəsinin bazar dəyərinin və Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki real bazar dəyərinin nə qədər təşkil etməsi kimi sual qoyulmuşdur.

36. Məhkəmə kollegiyası təqdim edilmiş Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli 10/2945 saylı ekspert rəyini işin müəyy ən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırki rəydə Qəbələ rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlar əlavə edilməklə araşdırma aparılmış və sözügedən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində və Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 14500 manat (1450manat x 10sot(0.1ha)) məbləğində müəyyən olunmuşdur.

37. Göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertizanın nəticələri ilə Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1.500,0 manat, apel lyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə isə 1450 manat olması müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosessual normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin bazar qiymətinin təqribən 1.000,0 manat məbləğində müəyyən etməsi həm iddiaçının tələbinə uyğun, həm də ağlabatan, ədalətli və ən əsas iddiaçınınmülkiyyətçinin “gözləntilərinə” tam uyğun (iddia ərizəsində göstərilən məbləğə) hesab edilməklə düzgün olmuşdur.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, 39 912,00 (otuz doqquz min doqquz yüz on iki) manat kompensasiya kifayət qədər böyük məbləğ olmaqla torpağın baz ar dəyərindən qatqat yuxarı olması və ona görə də orta hesabla 1 (bir) hektarın dəyəri 5 000,00 (beş min) manat məbləğində olduğu halda sahəsinin 39 (otuz doqquz) sot olan torpaq sahəsinə hesablanmış 1197,00 (bir min yüz doxsan yeddi) manat məbləği bazar qiymətlərinə tam uyğun olmasına dair apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsi alınan 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39.912 manat vəsaitin iddiaçıya ödənilməsi barədə gəldiyi nəticəsi işin hallarına uyğun olmuşdur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin - iddia ərizəsindən göründüyü kimi iddiaçının əkilən taxıla görə və hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqın ödənilməsi barədə cavabdehə qarşı heç bir iddia t ələbi olmaması barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi bu halda gəldiyi nəticə düzgün olmuşdur.

41. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavlər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının tələbində bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqı tələb etməsə belə birinci instansiya məhkəməsini n həmin məbləği cavabdehdən tutması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyə əsasən hakim müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər və hazırki vəziyyətdə də sözügedən torpaq sahəsinin LəkiQəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən halları olduğundan, eləcə də, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndi ndə dövlət ehtiyacları üçün alınana daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməsi öz əksini tapdığından birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuş, başqa sözlə, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlamışdır

43. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 157.9, 211, 246.1, 246.3, 246.5, 246.7 və 1115-ci maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3, 4, 23 və 58-ci maddələri, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 217.1, 217.3, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, İddiaçı hesablanmış kompensasiya məbləği ədalətli deyil. Bu qənaətə gəlmək üçün məhkəmə iş üzrə təkrar keçirilmiş məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyinə əsaslanmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı obyektiv həqiqəti əks etdirmir. Belə ki, iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin xx.xx.2023-cü il tarixli 10/2945 saylı ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bildiririk ki, ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonunda olan bazar qiymətini yalnız internet resurslarının cəmi bir saytdan əldə etmişdir. Bu hal ekspert rəyinə əlavə edilmiş şəkillərlə təsdiq olunur. Məhkəmə - əmtəəşünaslıq ekspertizasını keçirən qurum məhkəmənin qoyduğu tələbə riayət etmədən torpağa yuxarı qiymət qoymuşdur. Təəssüflər olsun ki, işə baxan məhkəmə bu mühüm xüsusata heç bir əhəmiyyət verməmiş, həqiqətə zidd olan ekspert rəyini sübut kimi qəbul etmiş və kompensasiya məbləğini qüvvədə saxlamışdır.

46. Eyni zamanda nəzə çatdırırlart ki, AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/233 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5584 nömrəli iş üzrə olan ekspert rəylərində istinad olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X6 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 nömrəli mütəxəssis rəyindən görünür ki, Qəbə lə rayonunun, Çarxana kəndində yerləşən 1 (bir) hektar torpaq sahəsinin real bazar qiyməti 4 000 - 6 000 (dörd min - altı min) manat arasında dəyişməklə təşkil edir. Həmçinin hesab edirik ki, 39 912 (otuz doqquz min doqquz yüz on iki) manat kompensasiya kifayət qədər böyük məbləğdir, həmin torpağın bazar dəyərindən qat-qat yuxarıdır. Ona görə də orta hesabla 1 (bir) hektarın dəyəri 5 000 (beş min) manat məbləğində olduğu halda sahəsi 39 (otuz doqquz) sot olan torpaq sahəsinə hesablanmış 1 197 (bir min yüz doxsan yeddi) manat məbləği bazar qiymətlərinə tam uyğundur, lakin bu hala məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir.

47. Məhkəmənin nəzərinə çatdırırlar ki, məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39 912 (otuz doqquz min doqquz yüz on iki) manat, əkilmiş taxıla görə 148 (bir yüz qırx səkkiz) manat və əlavə olaraq ümumillikdə hesablanmış qiymətinin 20 faizi miqdarında 8 012 (səkkiz min on iki) manat məbləğinin iddiaçıya ödənilməsini qət etmişdir. Apellyasiya məhkəməsi da bu qərarı qüvvədə saxlamışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının əkilən taxıla görə və hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqın ödənilməsi barədə cavabdehə qarşı heç bir iddia tələbi olmamışdır. Lakin buna baxmayaraq məhkəmə iddiaçının tələblərindən kənara çıxaraq qanunsunsuz olaraq qeyd edilən məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaç ı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət etsə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulm uş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövl ət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

52. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

53. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

54. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.

55. Maddə 246.5. Bu Məcəllənin 246- 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.

56. Maddə 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

57. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu

58. Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyacıdır.

59. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uy ğun olaraq alına bilər.

60. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

61. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir.

62. Maddə 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir.

63. Maddə 23.1.5. m üstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir.

64. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansi yası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 noyabr 2023-cü il tar ixli 2(103)-2223/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar