Məhkəmə qərarları › İş №2(102)-1114/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, tələbin sübuta yetirilməməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6354/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh1 xx.xx.1993-cü il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili (bundan sonra - mübahisəli mənzil) cavabdehin adına rəsmiləşdirərək əldə etmişlər.

2. Mübahisəli mənzil "xxxx" ASC-nin Gəncə filialı ilə "xxxx" Firması arasında Gəncə şəhərində bağlanmış 26 dekabr 2018-ci il tarixli GL2967 saylı kredit limiti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASCnin xeyrinə ipoteka qoyulmuşdur, 3. "xxxx" ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə sonuncuya maksimal faiz dərəcəsi 35% olmaqla 60 ay müddətinə xx.xx.2024-cü ilədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğinədək kredit xətti açılmışdır. 4. xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli BKMG-00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq mübahisəli mənzil Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. 5. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi ilə sonuncuya illik 17 faizlə 48 ay müddətinə 260.000 manat məbləğində kredit verilmişdir. 6. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi ilə sonuncuya illik 17 faizlə 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.

7. İddiaçı mübahisəli mənzilin ipotekaya (girova) qoyulmasına etiraz etmədiyini və ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürməsi barədə xx.xx.2019-cu il tarixində Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada **********765 nömrəli (reyestrdə 8İ-19765№ ilə qeyd edilmiş) ərizə vermişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, "xxxx" Firması və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmı ş xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKX-00014- 06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas, 19207,12 manat faiz borcu olmaqla, cəmi 276637 manat 12 qəpik məbləğində borcun və xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas, 6848,99 manat faiz borcu olmaqla, cəmi 56348,99 manat, ümumilikdə isə 332986 manat 11 qəpik məbləğində borcun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin, 50 manat ipoteka predmet inə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus mübahisəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

9. Qeyd edilən qətnamə İddiaçı - ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə imza edilərək qətnamə rəsmi qaydada təhvil alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə) ilə Xəati Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG-0001406/19A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin yüklülükdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 noyabr 2019 -cu il tarixli ipoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən iddiaçı cavabdeh olan əri Cavabdeh1 faktiki olaraq ayrılmış və Gəncə şəhərindən Bakı şəhərinə mübahisəli mənzilə köçmüş və həmin mənzilə qeydiyyata düşmüşdür. Bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirib-yetirmədiyi barədə iddiaçının heç bir məlumatı olmamışdır. Baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Bankdan kredit götürülərkən iddiaçıya yalnız 50.000 manat kredit götürüldüyü barədə məlumat verilmişdir. 24 iyun 2020-ci il tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsindən, ümumiyyətlə, iddiaçının məlumatı olmamışdır. Hazırda yeganə yaşayış yeri olan mübahisəli mənzildə yaşayır və cavabdehlərin qanunsuz razılaşmalarının nəticəsi olaraq yeganə yaşayış yerindən və mülkiyyətindən mərhum olmaq üzrədir. Mübahisəli mənzil "xxxx" MMC tərəfindən 19 mart 2024-cü il tarixdə açıq hərraca çıxarılmışdır. Lakin iddiaçının ipoteka müqaviləsindən məlumatı olmamış, o, Cavabdeh1 və bankın əməkdaşları tərəfindən aldadılmışdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.5, 324.6, 337.1-337.4, 389.1 və 405.1-ci maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etirazında göstərmişdir ki, artıq uzun müddətdir məhkəmə prosesləri davam etməkdədir. İddiaçının digər bank qarşısında öhdəliklərlə bağlı razılıq verib-verməməsi hazırki mübahisə predmeti deyildir. Halbuki, BTB Bankla Cavabdeh1 arasında kredit müqavil ələri bağlanan zaman iddiaçının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcud olmuş və iddiaçı azad iradə ifadəsini əks etdirmişdir. Kommersiya Məhkəməsinin qətnaməsindən də açıq-aşkar görünür ki, hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borc tutulmalıdır. 310.000 manat üçün iki müqavilə bağlanmışdır, 50.000 manat və 260.000 manat. Hər iki müqavilənin özünün ödəniş cədvəli mövcud olmuşdur. 260.000 manat Cavabdeh1 digər bank qarşısında öhdəliyi üçün olmuşdur. Burada ipoteka qoyulması əsas kredit müqaviləsi üzrə olmuşdur. İpoteka müqaviləsi əsas kredit müqaviləsinə münasibətdə bağlanılmışdır. Kommersiya Məhkəməsində məhkəmə prosesləri zamanı iddiaçıya bütün məhkəmə bildirişləri çatdırılmışdır. Bunu təsdiq edən sənədlər də elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Fakt olaraq iddiaçı bütün bu məhkəmə proseslərindən məlumatlı olmuşdur. İddiaçının imzası mövcuddur, lakin imzanın iddiaçıya məxsus olubolmamasını müəyyən etmək onun səlahiyyətində deyil. Sadəcə bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh1 öz göstərmişdir ki, o, Ruslan Qocayev adlı şəxslə birlikdə yanacaq doldurma məntəqəsi işlədirlər. Yanacaq doldurma məntəqəsinin sənədləri qaydasında olmadığından oranı ipoteka qoya bilməmiş, bank isə ipoteka üçün əmlak tələb etmişdir. Belə olan halda məcbur olmuşlar ki, mənzili ipotekaya qoysunlar. Təbii ki, onun arvadının (iddiaçının) bütün bu işlərdən xəbəri olmamışdır, çünki onun bu sahədən anlayışı olmamışdır. Sadəcə iddiaçını aparmışlar və iddiaçı notariusda imza etmiş və evin ipotekaya qoyul masına razılıq vermişdir. İddiaçıya yeni bir iş quracaqlarını demiş və bildirmişlər ki, onlara 50.000 manat pul lazımdır. İddiaçı ilə arasında söhbət belə olmuşdur ki, Ruslanla birlikdə işlərində problem vardır. İddiaçı onların yanacaq doldurma məntəqəsində işlədiklərini, biznes fəaliyyəti ilə məşğul olduğunu da bilirdi. Məhkəmə proseslərindən sonra onun iddiaçı ilə münasibətləri pisləşmiş və hazırda özü Gəncədə, iddiaçı isə Bakıda yaşayır. Pulu götürdükdən bir müddət sonra da koronavirus pandemiyası başlamış və götürdükləri məbləği ödəyə bilməmişlər. Müqaviləni notariusda Gəncə şəhərində bağlamışlar, çünki, krediti "xxxx"-nin Gəncə filialından almışdırlar. Notariat Bankın tövsiyə etdiyi notariat ofisi idi, buna görə də dəqiq ünvanını unutmuşdur. Şəmkir rayonuna getməklərini də xatırlamı r, bəlkə də getmişlər. Notariat ofisinə gedərkən avtomobili özü idarə etmişdir. Krediti götürdükdən sonra koronavirus pandemiyası başlamış, yanacaq doldurma məntəqəsi bütün pandemiya ərzində fəaliyyət göstərmiş, işçilərin hamısının əmək haqqları ödənilmişdir. Lakin yollarda avtomobil olmadığından işləri də yolunda getməmişdir. Sadəcə təcili yardım maşınları və polis maşınları yanacaq doldururdu ki, onların da öz yanacaq doldurma məntəqələri olduğundan onların məntəqəsindən heç kim istifadə etməmişdir. Bütün bunlardan sonra isə onlar müflis olmuşlar. Onlara 300 min manat kredit xətti açılmışdır. İlk öncə 50.000 manat, daha sonra isə 250.000 manat. İlk gündən 300.000 manat kredit ayrılmış, əvvəl 50.000 manatını, daha sonra isə 250.000 manatını xərcləmişdir. Mənzilin qiyməti 2019-cu ildə 680. 000 manat qiymətləndirilmiş, hazırda isə təxmini bazar dəyəri 1 milyon 200 min manatdır. Notariat ofisinə gedərkən bir avtomobildə Ruslan və özü, digər avtomobildə isə iddiaçı getmişdir. 2020-ci ildə 310.000 manat götürdükdə artıq iddiaçının bundan xəbəri olmamışdır. Sadəcə 50.000 manat götürdükdə iddiaçı onlarla birlikdə gedərək imza etmişdir. O, Ruslanla özünə pul lazım olduğunu bildirmiş, bunun işlə əlaqəli olduğunu demiş, lakin iddiaçıya bu barədə dəqiq heç nə deməmiş, heç onun da bu məsələlərdən başı çıxmamışdır.

15. X1 bildirmişdir ki, onlara - Azər və ona cəmi 50.000 manat pul lazım idi, lakin ondan da əvvəl 260.000 manat "xxxx"a borcları olmuşdur. Onlar işlə əlaqədar obyektin öz sənədlərini qoymaq istəmiş, lakin oranın sənədlərində problem olduğundan, obyektin çıxarışı olmadığından Bank bununla razılaşmamışdır. Daha sona Azər müəllim evi qoymağı fikirləşmiş, "xxxx"ın borcunu da ödəmək lazım olduğundan, yalnız həmin məbləğ ödənildikdən sonra yeni kredit götürmək mümkün olmuşdur. "xxxx"dan da 260.000 manat pul vəsaiti sırf iş üçün götürülmüşdü. "xxxx"dan kredit 10 ilə yaxın müddətdir ki, götürülmüşdü. Lakin girov olaraq hansı əmlakların qoyulmasını xatırlamır. İddiaşının razılıq verib-verməməsi barədə məlumatlı deyil. O, Lalə xanımla birlikdə heç vaxt notariusa getməmişdir. Belə bir hadisə olmamışdır. Bildiyinə görə Azər müəllim hər zaman deyirdi ki, “Lalə məbləğ yüksək olduğuna görə bununla razılaşmaz”. Onların fikri "xxxx"dən 50.000 manat götürmək idi, lakin 260.000 manat "xxxx"a olan borc buna mane olurdu. "xxxx"a olan 260.000 manat borcu "xxxx" ödədi. "xxxx"-yə üm umilikdə 310.000 manat borcları yaranmışdır. 50.000 manat pul vəsaitinin evə xərclənəcəyini Azər müəllim iddiaçıya bildirməli idi. Amma həmin məbləğ iş üçün istifadə edilmişdir. Azər müəllimlə birlikdə uzun müddətdir ki, şərikdirlər. Mənzilin əvvəllər başqa banklarda girov qoyulubqoyulmaması barədə dəqiq məlumatı yoxdur. Lalə xanım və Azər müəllimlə birlikdə o, heç yerə - notariusa getməmişdir. O, kredit müqavilələrinə imza atmamış, bütün kredit müqavilələrini Azər müəllim bağlamışdır.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3807/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Samirə Eyvazova)

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia əsas tələb və törəmə tələblərdən ibarətdir. Əsas tələb olan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

18. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübah isələndirilmiş hesab olunur.

19. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

20. Hər hansı əqdin, o cümlədən ipoteka müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqav iləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələbisə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

21. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçı və Cavabdeh1 xx.xx.1993-cü il tarixində rəsmi nikaha daxil olmuş, mübahisəli mənzil birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirilərək əldə edilmiş, mübahisəli mənzil "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 17 yanvar 2019-cu il tarixli İ2701 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuş, daha sonra xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A nömrəli Əsas Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli BKMG-00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq mənzil Cavabdeh1 tərəfindən ipoteka qoyulmuşdur. xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kreditlər verə bilər. xx.xx.2019-cu il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmamışdan bir gün əvvəl, yəni xx.xx.2019-cu il tarixində iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada verilmiş **********765 nömrəli (reyestrdə 8İ-19765№ ilə qeyd edilmiş) ərizəyə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya(girova) qoyulmasına etiraz etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, “həmin ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm”.

22. İddiaçı ipoteka müqaviləsi ilə bağlı aldadıldığını, əslində kreditin nə üçün götürüldüyü bilmədiyini, məbləğinin yalnız 50.000 manat olduğunu qeyd etmiş, sadalananlara əsasən ipoteka müqaviləsinin etibarsız olduğunu göstərmişdir. Məhkəmə iclasında izah verən Cavabdeh1 krediti biznes məqsədilə götürdüyü bildirmiş, lakin məbləğlə bağlı iddiaçını aldat mışdır.

23. Birinci instansiya məhkəməsi cavabdehin məbləğlə bağlı iddiaçını aldatdığını etiraf etməsini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, mübahisəli mənzil daha əvvəl "xxxx"dan götürülmüş kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə, daha sonra isə cavabdeh Bankla bağlanmış kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuşdur. Cavabdeh1 yenidən 50000 manat məbləğində pul lazım olduqda əvvəlki borcu olan 260000 manat məbləğində borcu ödəmək üçün "xxxx" ilə 310000 manat həcmində əsas kredit müqaviləsi bağlamış və (hər iki) borc öhdəliyinin icrasını təmin etmək məqsədilə mübahisəli mənzili ipoteka qoymuşdur.

24. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ipoteka müqaviləsinin hansı məqsədlə bağlanmasından, kreditin məbləğinin yüksək olmasından məlumatsız olması, aldadılması, iradə ifadəsinin zədələnməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

25. Eyni zamanda birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən həyat yoldaşı Cavabdeh1 faktiki olaraq ayrıldığını, Gəncə şəhərindən Bakı şəhərinə hazırkı mübahisəli mənzilə köçdüyünü, həmin mənzilə qeydiyyata düşdüyünü, bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirib-yetirmədiyi barədə heç bir məlumatının olmadığını, baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən ona heç bir məlumat verilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ipoteka müqaviləsinə razılıq verərkən artıq həmin mənzildə qeydiyyatda olmuşdur. Həmçinin poçt qəbzindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi həmin ünvana göndərilmişdir.

26. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipoteka qoyulmasından, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən məlumatlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığına görə 18 noyabr 2019-cu il tarixli BKMG-00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354. 2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mübahisəli mənzilin yüklülükdən azad edilməsi hissəsi əsas tələb hissəsi ilə sıx bağlı olduğundan və iddia tələbi əsas tələb hissəsində rədd edildiyindən törəmə tələb hissəsində də rədd edilməlidir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 140, 269.1, 269.4, 317.1, 317.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 354.2, 372.1, 375.1, 375.2, 404.1, 404.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.1, 6.1, 8.1, 8.2, 10.1-ci, Mül ki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 106.3, 106.4, 107, 119.1, 217.1, 217.3, 217.4, 217.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il, və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarlarına istinadla əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, əqdin etibarsızlığı ilə bağlı müddətin keçməsi səbəbi ilə iddianın rədd olunması üçün müddət axımının başlanması anı məhkəmə tərəfindən düzgün hesablanmayaraq nəticə etibarı ilə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən müqavilədən məlumatlı olmuş və bunu məhkəmə bildirişlərinin iddiaçının qeydiyyatda olduğu ünvana gəlməsi ilə, həmçinin ipotekanın predmeti olmuş əmlaka dair daha öncə başqa bankla bağlanmış ipoteka müqaviləsinin bağlanmasına razılıq v erməsi ilə əsaslandırmışdır. Məhkəmənin istinad etdiyi dəlilləri formaldır. İddianın rədd olunması əsası kimi də yalnız ehtimallara istinad olunmuşdur ki, bu da məhkəmə qətnaməsinin qəbul olunması əsaslarına ziddir.

31. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6354/2024 nömrəli mülki iş üzrə 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3807/2024 nömrəli iş üzrə 19 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə)

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının müqavilə bağlanarkən aldadılması halı müəyyən edilməmiş, birinci instansiya məhkəməsi haqlı olar aq göstərmişdir ki, iddiaçının ipoteka müqaviləsinin hansı məqsədlə bağlanmasından, kreditin məbləğinin yüksək olmasından məlumatsız olması, aldadılması, iradə ifadəsinin zədələnməsi faktı öz təsdiqini tapmamışdır.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən, həmçinin mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipotekaya qoyulmasından iddiaçı məlumatlı olmuş, buna görə də hazırki iddia tələbi ilə bağlı kəsici müddət tətbiq edilməsi barədə məhkəmənin qənaəti əsaslıdır. Bununla bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 140, 324.1, 337.1, 337.2, 337.3, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə heç bir əsas olmadan hesab etmişdir ki, məhkəmə bildirişlərinin iddiaçının qeydiyyatda olduğu ünvana gəlməsi, həmin bildirişləri iddiaçının qəbul edib-etməməsindən asılı olmayaraq, artıq iddiaçının həmin məhkəmə prossesindən məlumatlı olması üçün kifayət ed ir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan əmlakın yüklülüyünə bir dəfə razılıq verirsə deməli, növbəti razılığa ehtiyac qalmır. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərə qiymət vermək üçün bu istiqamətdə araşdırma aparmalı idi. Əqdin etibarsızlığı ilə bağlı müddətin keçməsi səbəbi ilə iddianın rədd olunması üçün müddət axımının başlanması anı məhkəmə tərəfindən düzgün hesablanmamışdır. Belə ki, iddiaçı müqavilələrin tərəfi olmadığından, müqavilələrdən məlumatlı olması üçün yalnız ona bu barədə məlumatın verilməli idi. Bu məlumatı da, ya müqavilənin tərəfləri bildirməli, ya da əmlakın yenidən yüklənməsi üçün razılığının istənilməsi nəticəsində əldə edə bilərdi. Göründüyü kimi nə tərəflər bu barədə iddiaçıya məlumat vermiş, nə də razılıq alınmışdır. Yalnız ehtim allara istinad olunaraq hesab edilmişdir ki, iddiaçı bir dəfə razılıq veribsə, deməli, həmişə razılıq vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh "xxxx" ASC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birt ərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin 2 aprel 2021-ci il tarixli qərarı Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına s əbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

43. İddia tələbi ipoteka müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi cavabdeh olan əri tərəfindən kredit müqaviləsi üzrə götürlən borcun məbləğinə münasibətdə aldadıldığına və birgə nikah vaxtı əldə edilmiş ümumi birgə mülkiyyətdə olan mənzilin ipotekaya qoyulmasına razılıq vermədiyinə istinad etmişdir.

44. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı mənzilin ipotekaya qoyulmasına notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermişdir. Həmçinin iddiaçı aldadıldığını, kreditin məbləğinin yüksək olmasını bildirsə də, istinad etdiyi bu hallar öz təsdiqini tapmamışdır. Üstəlik, iddiaçı Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən, həmçinin mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipotekaya qoyulmasından məlumatlı olmuşdur.

45. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

46. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. 47. “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.

48. Göründüyü kimi, ər-arvadın daşınmaz əmlakı (ümumi birgə mülkiyyətdə olan əşya) barədə bağlanmış müqavilə o vaxt etibarsız sayılır ki, əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmasın. Hazırki işdə isə notariat qaydasında təsdiq olunmuş belə bir razılığın olması müəyyən edilib.

49. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətini də dəlilləri olmuş və məhz həmin dəlilərə işdəki sübutlarla qiymət verməklə işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməmişlər.

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6354/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar