Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1115/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2100/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin kassasiya şikayətinə 13 mart 2023-cü il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1025 saylı kredit müqaviləsinə əsasən, sonuncuya ev təmiri üçün illik 24 faizlə 24 ay müddətinə, 6 aylıq güzəşt müddəti ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1025 saylı kredit müqaviləsinin təminatı olaraq, "xxxx" ASC ilə X4 arasında xx.xx.2015-ci il tarixli, 1025 saylı zaminlik müqaviləsi bağlanmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)3618/2016 saylı qərarına əsasən, "xxxx" ASC məcburi ləğv edilmiş, 24 iyul 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğvedici təyin edilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)3618/2016 saylı qərarına əsasən, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla, Bank Olmayan Kredit Təşkilatına çevrilmiş, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsi (ötürülməsi) bankın Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmuş, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi ilə əlaqədar qeydiyyat orqanına verilməli olan müvafiq sənədlərin təqdim edilməsi Bankın səhmdarlarına və ləğvedicisinə həvalə edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)3618/2016 saylı qərardadına əsasən, "xxxx" ASC-nin məcburi ləğv prosesi dayandırılmış, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar X1 ilə yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASC-nin hüquqi varisi olan Bank Olmayan Kredit Təşkilatının Səhmdarları arasında təhvil-təslim prosesinə başlanmışdır.
6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə kreditlərin verilməsi üçün verilmiş xüsusi razılığa (lisenziya) əsasən bu lisenziya İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanu nverciliyə müvafiq qaydada məşğul olmaq hüququ verir. Bu lisenziyanı almış İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin girov əmanəti qəbul etmək hüququ vardır. İddiaçı Bank olmayan kredit təşkilatı ASC 30 mart 2017-ci il tarixində BKT-30 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. 7. 17 mart 2017-ci il tarixli təhvil-təslim aktına əsasən, Əmanətlərin Sığortalanması Fondu və İddiaçı Bank olmayan kredit təşkilatı ASC 17 mart 2017-ci il tarixinə balans öhdəliklərinin invertarizasiyasını apararaq təhvil-təslim həyata keçirilmişdir.
8. İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin nizamnaməsinə əsasən, əvvəllər "xxxx" ASC kimi fəaliyyət göstərən İddiaçı Bank olmayan kredit təşkilatı ASC kimi dövlət qeydiyyatına alınmışdır. 9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxa rışına əsasən, Cavabdeh "xxxx" ASC-yə axrıncı ödənişini xx.xx.2016-cı il tarixdə 200 manat məbləğində etmişdir.
10. Maliyyə Bazarlarına Nəzarət Palatasının çıxarış cədvəlinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Cavabdeh restrukturizasiya olunmuş kreditlərinə görə 5.152,51 manat kompensasiya hesablanmışdır. Cavabdeh 01 mart 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcları proporsional şəkildə 402,91 manat ləğv prosesində olan "xxxx" ASC-yə, 1.043,97 manat İddiaçı BOKT ASC-yə və 3.705,63 manat Ləğv prosesində olan "xxxx" ASC-yə yönəldilərək ödənilmişdir.
11. Xocavənd Rayon Məhkəməsinin 2(069)-6/2019 saylı 07 mart 2019-cu il tarixli qərardadına əsasən, İddiaçı BOKT ASC-nin Cavabdeh və X2 7.432,62 ABŞ dolları əsas, 5.589,93 ABŞ dolları faiz, 10.218,92 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 23.241,47 ABŞ dolları borcun, hüquqi yardıma ödənilmiş 1.000 manat və 30 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. a) Birinci instansiya məhkəməsində icraatİ
12. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) xx.xx.2015-ci il tarixli, 1025 saylı kredit müqaviləsinə əsasən, 6.818,52 ABŞ dolları əsas, 1.804 ABŞ dolları faiz, 3.700 ABŞ dolları dəbbə borcunun və ödənilmiş 229,50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi belə əsaslandırılıb ki, cavabdehlə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2015-ci il tarixli, 1025 saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə 24 ay müddətinə, 24 faizlə, 6 aylıq güzəşt müddəti ilə cavabdehə 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir.
14. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 442, 445.1, 445.2.1, 448, 449, 450 və 462-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixli, 1025 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Bankla bağlanan kredit müqaviləsinin müddəti 13 may 2017-ci il tarixdə bitmişdir. Lakin iddiaçı 12 may 2022-ci il tarixdə məhkəməd ə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı iddia üzrə müqavilə öhdəliyini pozmaqla məhkəməyə müraciət etmişdir. O, iddiaçıya axırıncı ödənişi 07 dekabr 2016-cı il tarixdə etmişdir. Mülki Məcəllənin 373.2-ci və 377.2-ci maddələrinə görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Buna görə də, iddiaçının ona qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd olunmalıdır.
16. Cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə də vermişdir.
17. Xocavənd Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(069)126/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İlqar Əliyev)
18. Birinci instansiya məhkəməsi iş materialla rına əsasən qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci ildə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə 24 ay müddətində bağlanmış, cavabdeh sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə etmiş, öhdəliklər üzrə icra müddəti xx.xx.2017-ci ildə başa çatmış və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı həmin müqavilədə müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdən 3 il sonra, yəni xx.xx.2020-ci il tarixə kimi müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı belə bir tələblə müraciət etmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ötürülmüş müddətinin üzrlü hesab edilməsi üçün və ya bərpası üçün iddiaçı təşkilat tərəfindən məhkəməyə heç bir rəsmi sübut növü və ya yazılı vəsatət verilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 367.1, 372, 373.2, 375.2, 381.1-ci maddələri və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehə kredit müqaviləsinə görə 24 ay müddətinə, 6 aylı güzəşt müddəti olmaqla illik 24 faizlə 9 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır. 2018-ci il tarixində cavabdehə qarşı iddia qald ırılmış və Xocavənd rayon Məhkəməsində 2(069)-165/2018 saylı mülki işin icraatı başlanmışdır. Məhkəmə prosesi dövründə ölkə başçısının problemli kreditlərin həlli ilə bağlı müvafiq Fərmanının icrası ilə bağlı olaraq icraatda olan işlər baxılmamış saxlanılmışdır. O cümlədən cavabdehə qarşı iddia da Xocavənd rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(069)-6/2019 saylı Qərardadı ilə baxılmamış saxlanılmışdır. Göstərilən mülki işin icraatda olduğu dövrdə iddia müddətinin axımı dayanmışdır. Odur ki, iddia müddətinin keçməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır; - məhkəmə işi düzgün araşdırmamış və məhkəmənin müvafiq qərardadını nəzər almamışdır. Bundan başqa, Fərmanın icrası ilə bağlı olaraq cavabdehə kompensasiya verilmiş və cavabdeh həmin kompensasiyanı borcdan sil inməsinə razı olmuşdur. Göründüyü kimi müddətin ötürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə səhvdir. Belə ki, müddət ötürülməmiş və zamanında iddia qaldırılmışdır
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2100/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin 2(069)126/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Zeynal Zeynalov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas sızdır. İş materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
24. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Buna görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulubpozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır.
25. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndiril mədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Həmçinin iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə i fadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır.
26. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnam ə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Buna görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır, hazırkı mübahisə üzrə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır, yəni xx.xx.2017-ci il tarixdən. İddiaçı öz hüquqlarından istifadə edərək cavabdehə qarşı 2018-ci ildə iddia qald ırmış, lakin xx.xx.2019-cu ildə iddia ərizəsi baxılmamış saxlanmışdır. Mülki Məcəllənin 381-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir”, başqa sözlə, iddia ərizəsinin 2019-cu ildə baxılmamış saxlanmasından sonra iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi göstərib ki iddiaçının apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi iddia müddətinin axımının kəsilməsi yalnız Mülki Məcəllənin 382-ci maddəsində nəzərdə tutulan hallarda yəni “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən son ra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir”. İddiaçı 2018-ci ildə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməklə iddia müddətinin axımı kəsilsə də, 07 mart 2019-cu il tarixində iddia ərizəsi baxılmamış saxlanılmaqla, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş və həmin tarixdən üç il sonra yəni 12 may 2022-ci il tarixdə iddiaçı məhkəmədə iddia qaldırmışdır. Bu isə onu göstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, uzun müddət öhdəliklərin icra edilməməsi və iddiaçının lisenziyasının alınması səbəbindən məhkəməyə müraciət edilməsi gecikdirilmişdir. Müddətin tətbiqi barədə qanunvericiliyin əsas diqqət çəkdiyi amil zamanın keçməsi ilə bağlı sübutların və sənədlərin itməsi, təqdim edilə bilməməsi səbəbindən qeyri-müəyyən ola bilməsini nəzərdə tutur. Hazırkı halda isə bütün müqavilələr və sübutlar mövcuddur və heç bir qeyri-müəyyənlik mövcud deyildir; - Mülki Məcəllənin 372-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdehin öhdəlik üzrə son ödənişindən sonra iddia müddətinin axımı hesablanır. Odur ki, məhkəmənin gəldiyi nəticə qanuna ziddir. Müqavilələrdən irəli gələn iddialar üzrə iddia müddəti 3 il müəyyən edilsə də ümumi iddia müddəti 10 ildir. Cavabdeh isə məhkəmə prosesində borcunu etiraf etmişdir; - Mülki Məcəllənin 377-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanan müqavilənin şərtləri üzrə öhdəliklər tam icra edilməmiş və bu barədə cavabdehə dəfələrlə yazılı bildirişlər təqdim edilmişdir. Məhkəmə bu halı diqqətə almadan müddətin tətbiqi barədə qərar qəbul etmişdir; - Mülki Məcəllənin 379-cu maddəsinin tələbi pozulmuşdur. Həmin dövrdə mülki işin baxılmamış saxlanılmasına hüquqi əsas yaranmışdır. Odur ki, məhkəmə öz qərardadı ilə işi baxılmamış saxlamışdır. Həmçinin müvafiq icra hakimiyyəti orqanı 10 000 ABŞ dolları məbləğində olan kreditlər üzrə məhk əmə və icra şöbələrinin icraatında olan işlərin geri qaytarılmasına dair qərar qəbul etmişdir. Bu da müddətinin dayanması kimi qiymətləndirilməli idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib a pellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
37. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
38. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdehlə “Kredit müqaviləsi” xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış, müqavilə nin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlamış və 2 ildən sonra, yəni xx.xx.2019-cu il tarixdə bitmiş, iddiaçının iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
40. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yal nız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
42. Məhkəmə k ollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarix li Qərarı).
43. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini – 10 000 ABŞ dolları məbləğində olan kreditlər üzrə məhkəmə və icra şöbələrinin icraatında olan işlərin geri qaytarılmasına dair qərar qəbul edilməsi səbəbindən bu halın Mülki Məcəllənin 379.1.1-ci maddəsinin tələbi baxımından müddətinin dayanması kimi qiymətləndirilməli olması – qəbul etmir. Belə ki, Mülki Məcəllənin 379.1.1-ci maddəsinə görə iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda, iddia müddətinin axımı dayandırılır. Lakin işdə olan Xocavənd Rayon Məhkəməsinin 2(069)-6/2019 saylı 07 mart 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçının istinad etdiyi mülki iş MPM-in 259.0.6-cı maddəsinə uyğun olaraq tərəflərin məhkəməyə gəl məməsi əsası ilə baxılmamış saxlanmışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2100/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.