Məhkəmə qərarları › İş №2(102)-1117/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1117/2025

21.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1117/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6826/2024 nömrəli iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X araşdırmalar mərkəzində ətraf mühitin keyfiyyəti üzrə mütəxəssis vəzifəsində işləyib.

2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X rəisinin xx.xx.2022-ci il tarixli, 2033/K saylı əmri ilə xitam verilib və əmr onunla əsaslandırılıb ki, attestasiya komissiyasının qərarına görə İddiaçı tutduğu vəzifəyə uyğun gəlmir.

3. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunub və həmin normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş üzrə qəbul edi lmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2022-ci il tarixli, 2033/K saylı əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün 1683 manat, mediasıya ilə bağlı ödənilən rüsum üçün 50 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2015-ci ildən cavabdehdə aparıcı mühəndis, sonradan isə mütəxəssis vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, işini vicdanla yerinə yetirmiş, hətta iş saatından çox işlərə cəlb edilsə də, heç zaman səsini çıxarmamış, başını aşağı salıb öz işini görmüşdür. İş kollektivi arasında xüsusi hörmətə malik olmuş, hər kəs ilə normal həm işgüzar, həm də insani münasibətlər saxlamışdır. Həmçinin həmin ərazinin sakinləri arasında hörmətə malik olmuşdur. İşlədiyi müddət ərzində hər-hansı intizam tənbehi almamış, iddiaçıya qarşı heç bir xəbərdarlıq və ya töhmət verilməmişdir. 14 dekabr 2023-cü il tarixdə attestasiya komissiyasının imtahanı keçirildi. Keçirilən imtahanın nəticələrinə görə iddiaçının nəticəsi 60 bal üzərindən 26 ballıq qiymətləndirildi. Amma bu barədə iddiaçı xidmət rəhbərinə 15 dekabr 2023-cü il tarixdə, həmçinin 18 dekabr 2023-cü il tarixdə imtahan nəticələri ilə tanış o lmağı və yenidən baxılması ilə bağlı ərizələr ilə müraciət etmiş, ərizənin nəticəsinə baxılması üçün xx.xx.2023-cü il tarixdə çalışdığı qurumda rəhbərliklə görüşü olmuşdur. Görüş zamanı iddiaçıya imtahan nəticələri qısa zaman kəsiyində göstərildikdə özü o anda müəyyən etmişdir ki, iki qapalı sualdan hər ikisinə düzgün cavab verdiyi halda həmin suallardan birinin səhvən cavablandırmadığı, digər qapalı sualın isə səhv cavablandırdığı qeyd olunmuşdu. Bu barədə onlara bildirdikdə, cavab olaraq “2 bal da əlavə etsək, 28 bal olacağını, yəni məqbul hesab edilən 30 balı keçməyəcəyini” bildirdilər. İddiaçı isə digər qapalı suallara da baxmaq istədiyini, həmçinin 4 açıq sualdan doğru yazdığına əmin olduğu halda 2 sualın 0 bal ilə qiymətləndirildiyini, digər 2 açıq sualın isə 1 bal ilə qiymətləndir ildiyini dediyi halda nəticənin dəyişməyəcəyini bildirdilər. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək kitabçasında qeyd olunaraq iddiaçıya təhvil verildi. İddiaçı çalışdığı qurumun ona qarşı müəyyən səbəblərə görə qərəzli mövqedə olduğunu, buna görə düzgün qiymətləndirilmə aparılmadığını bildirir. Məcburi iş buraxma müddəti üçün məhkəmə tərəfindən qətnamənin 2024-cü ilin may ayının ortalarınadək çıxarılacağını ehtimal edərək 29 dekabr 2023-cü il tarixindən 15 may 2024-cü il tarixinədək 4 ay 15 gün nəzərə alınmaqla, ümumilikdə 1683 (min altı yüz səksən üç) manat pulun qarşı tərəfdən alınaraq iddiaçıya ödənilməsini tələb edir, həmçinin, mediasıya xərcinin qarşı tərəfdən alınıb ona verilməsini xahiş edir.

6. Daha sonra iddiaçı, idd ia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün 1.683 manat və mediasiya rüsumu ilə bağlı ödənilən 50 manatın alınıb ona verilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2015-ci ildən cavabdehdə aparıcı mühəndis vəzifəsində işləmiş və işəgötürənin xx.xx.2020-ci il tarixli, 3İ8/Ü saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, xx.xx.2020-ci il tarixindən işəgötürənin 678/K saylı əmri ilə cavabdehdə ətraf mühitin keyfiyyəti üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdehin tabeliyində olan yerli və regional mərkəzlər üzrə işçilərin attestasiyasının keçirilməsi barədə işəgötürənin 1177/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Xidmətdə attestasiya keçirilmişdir. xx.xx.2023-cü il tarixdə Xidmətdə təşkil edilmiş attestasiya zamanı iddiaçıya 40 qapalı tipli və 4 açıq tipli sualdan ibarət test kitabçası təqdim edilmişdir. İddiaçının sual kitabçasında təqdim edilmiş 40 qapalı tipli test tapşırığından 24-ü düzgün, 15-i yanlış, cavablandırılmamış, 4 açıq tipli test tapşırıqları isə 2 sual hər biri 1 bal, 2 sual 0 bal olmaqla ümumi qiymətləndirilmişdir. Lakin iddiaçı imtahan nəticəsi ilə razılaşmayaraq sual kitabçasının yenidən yoxlanılması məqsədi ilə müraciət etmiş və işçinin attestasiya nəticəsinə onun iştirakı ilə yenidən baxılaraq nəticəsi Xidmətin xx.xx.2023-cü il tarixli, 11 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. İddiaçıya təqdim edilən qapalı tipli test tapşırıqlarından 32-ci sual texniki baxımdan ya nlış qiymətləndirildiyindən, mahiyyəti üzrə yenidən baxılaraq, işçinin lehinə 1 bal əlavə edilmiş, həmçinin ilkin qiymətləndirilmə zamanı qapalı tipli test tapşırıqlarından 1-i cavablandırılmamış kimi nəzərə alınsa da, işçi tərəfindən həmin test tapşırığının cavablandırıldığı aşkar olunmuş və işçinin attestasiya balına 1 bal əlavə edilərək yekun olaraq 28 balla qiymətləndirilmişdir. Attestasiyanın keçirilmə qaydaları, şərtləri və nəticələrin tənzimlənməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının Qaydaları”na uyğun olaraq həyata keçirilir. İşəgötürənin 140/Ü saylı, 15 fevral 2022-ci il tarixli əmri ilə təsdiq edilmiş ”Azərbaycan R espublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq hər bir qapalı tipli testin düzgün cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Açıq tipli test tapşırığının tam düzgün cavablandırılması 5, mahiyyət etibarilə düzgün cavablandırılması 4, müəyyən həcmdə doğruluq ehtiva edərək cavablandırılması 3, az həcimdə doğruluq ehtiva edərək cavablandırmasa 2, əsasən yanlış lakin nadir hallarda doğruluq ehtiva edərək cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyə olunur.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1858/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, işəgötürən tərəfindən attestasiya vərəqəsi ilə tanış edilmiş, 14 dekabr 2023-cü il tarixdə attestasiyadan keçmiş və attestasiya nəticəsində 28 bal toplamışdır. Həmin Atestasiyanın nəticələrinə yenidən baxılmasına dair xx.xx.2023-cü il tarixli, 11 saylı protokoldan müəyyən olunur ki, Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi olan iddiaçı, attestasiyasının keçirilməsi qaydalarının 5.4-cü bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi tövsiyyə edilmişdir. Bundan sonra iddiaçı, işəgötürənin 28 dekabr 2023-cü il tarixli, 2033/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehdə işçilərin attestasiyasının keçirilməsinin qaydalarının 5.4-cü bəndinə əsasən, attestasiya nəticəsində 29 bal və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə, işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyyə olunmuşdur. Cavabdehin araşdırmalar mərkəzində işçilərin attestasiya nəticələrinə yenidən baxılması barədə xx.xx.2023-cü il tarixli, 11 saylı protokola əsasən müəyyən olunmuşdur ki, iddiaçının topladığı bala attestasiya nəticəsinə 2 bal əlavə edilmiş və işçinin topladığı yekun nəticə 28 bal olaraq qiymətləndirilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən tərəfindən attestasiya keçirilərkən, həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Buna görə də, işəgötürənin 28 dekabr 2023-cü il tarixli, 2033/K saylı əmrinin ləğvi üçün əsas yoxdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı attestasiya keçirilməsi ilə bağlı inzibati orqanın qərarını məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyin tələblərinə uyğun olduğundan iddiaçının işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının da təmin edilməsi üçün əsaslar mövcud deyil.

13. Məhkəmə gəldiy i nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287, 288, 292, 64.1, 64.2, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 65.8, 67.1, 67.6, 70-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-6826/2024 nömrəli mülki iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2 024-cü il tarixli, 2(005)1858/2024 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin edilərək, işəgötürənin xx.xx.2022-ci il tarixli, 2033/K saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə əvvəlki vəzifəsinə bərpa olunması və işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Cavabdeh bu qadağanı pozub. Belə ki, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü Şəms Hüseynzadə adlı bir uşağı var. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixli əmrlə ləğv edilərkən, uşağın yaşı 1 i l 5 ay olub. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunsuzdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən attestasiya qanunvericliyə uyğun keçirilməmişdir. Belə ki, cavabdeh “attestasiya” adı ilə imtahan keçirib. Onun imtahan keçirmək hüququ yoxdur. İmtahan və attestasiya fərqli anlayışlardır. İmtahan- insanın biliyinin qiymətləndirilməsi prosesidir, attestasiya isə işçinin tutduğu vəzifəyə uyğunluğunun peşəkarlıq səviyyəsinə və ixtisasının dərəcəsinə görə qiymətləndirilməsi prosesidir. Qiymətləndirmənin imtahan, yoxsa attestasiya sayılması sualların məzmunu ilə müəyyən olunur. Belə ki, AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsindən, habelə AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl, 97 saylı qərarı ilə təsdiq edilmiş “AR işçilərin att estasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən görünür ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə aşağıdakılar barədə suallar verilə bilər: a) tutduğu vəzifəyə (peşəyə) dair; b) əmək funksiyasına dair; c) ixtisasına (peşəsinə) dair; ç) yerinə yetirdiyi işlər və onların nəticələrinə dair; d) tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərə dair. İddiaçıya verilmiş sual kitabçasından görünür ki, 44 sualın hamısı yalnız ətraf mühitə və onun mühafizəsinə aiddir, işçiyə onun tutduğu vəzifəyə, əmək funksiyalarına, yerinə yetirdiyi işlər və onların nəticələrinə, əmək müqaviləsi üzrə hüquqları və vəzifəsinə aid məsələlərə dair suallar verilməyib. Ona görə də həmin sua llar əsasında keçirilmiş qiymətləndirmə attestasiya deyil, imtahan hesab olunur.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, attestasiya vərəqinə görə iddiaçı 26 bal toplayıb, səsvermə nəticəsində attestasiya komissiyasının 5 üzvünün səsi ilə o, tutduğu vəzifəyə uyğun sayılmayıb. Daha sonra, attestasiyanın nəticəsinə yenidən baxılıb, iddiaçının balına 2 bal əlavə edilib və onun topladığı yekun nəticə 28 bal qiymətləndirilib. İddiaçı yenə də tutduğu vəzifəyə uyğun sayılmayıb, çünki işəgötürənin əmrinə görə, işçinin tutduğu vəzifəyə uyğun sayılması üçün o, minimum 30 bal toplamalıdır.

19. Belə ki, işəgötürənin əmri ilə təsdq edilmiş “AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 5.4-cü bəndində qeyd olunub ki, attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyyə olunur. Belə əmrin verilməsi qanunvericiliyə ziddir. AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı hissəsinə və AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl, 97 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.5-ci bəndinə görə, attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Odur ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığını müəyyənləşdirmək müstəsna olaraq attestasiya komissiyasının səlahiyyətinə aiddir. İşəgötürən ön cədən tövsiyyə formasında keçid balı müəyyən edə bilməz, belə hərəkətlər attestasiya komissiyasının işinə müdaxilə sayılır. Təsadüfi deyildir ki, ƏM 65-ci maddəsinin 3-cü hissəsinin sonuncu cümləsində qeyd olunmuşdur ki, “işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz”. Əgər işəgötürən öz əmri ilə keçid balı müəyyənləşdirirsə, bu, onu təsdiq edir ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı attestasiya komissiyasının qərarı ilə deyil, bir şəxsin əmri ilə müəyyən olunur.

20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq qeyd etmişdir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 79-cu maddə sinin 1-ci hissəsinə və 300-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırki mübahisəni mülki mübahisə kimi qəbul etsə də sübutetmə vəzifəsi üzrə bütün öhdəliyi əsassız olaraq yalnız cavabdeh üzərində müəyyən etmişdir. Mübahisənin ədalətli həlli üçün lazımi məlumatlara çıxış imkanı yalnız məhkəməyə mənsub olsa da, məhkəmə bu imkandan istifadə etməmiş və işə heç bir sübut olm adan, yalnız şəxsi mülahizəsinə əsasən baxmışdır. Apellyasiya instansiya məhkəməsinin attestaiyanın keçirilməsinə dair gəldiyi qənaət heç bir sübutla təsdiq olunmadığından, həmçinin attestasiyanın nəticələri iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, attestasiyanın nəticələrinin qanunsuz hesab edilməsi əsasızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi halı, mübahisələndirilən əmrin qanunsuz və əsassız olmasını sübuta yetirmişdir. Belə ki, əmrin verilməsinə əsas olan attestasiyanın qanunvericiliyin tələbləri pozulmaqla keçirilməsi, eləcə də himayəsində üç yaşına çatmamış uşağı olduğu halda, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı id dia tələbinin əsası olan hallar iş materialları ilə sübuta yetirilmişdir. Cavabdeh isə həmin halları təkzib etmiş, lakin sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 65.1 İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

26. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiya dan keçirilə bilər.

27. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

28. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

29. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsin ə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

30. Maddə

79. Hissə İ. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkər li diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

31. Maddə

300. Hissə İ. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu ma ddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

32. Maddə

300. Hissə İİ. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul ed ir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyin dən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə d ə, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Cavabdeh bu qadağanı pozub. Belə ki, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü Şəms Hüseynzadə adlı bir uşağı var. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixli əmrlə ləğv edilərkən, uşağın yaşı 1 il 5 ay olub. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunsuzdur.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən attestasiya qanunvericliyə uyğun keçirilməmişdir. Belə ki, cavabdeh “attestasiya” adı ilə imtahan keçirib. Onun imtahan keçirmək hüquq u yoxdur. İmtahan və attestasiya fərqli anlayışlardır. İmtahan- insanın biliyinin qiymətləndirilməsi prosesidir, attestasiya isə işçinin tutduğu vəzifəyə uyğunluğunun peşəkarlıq səviyyəsinə və ixtisasının dərəcəsinə görə qiymətləndirilməsi prosesidir. Qiymətləndirmənin imtahan, yoxsa attestasiya sayılması sualların məzmunu ilə müəyyən olunur.

48. Belə ki, AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsindən, habelə AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl, 97 saylı qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən görünür ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə aşağıdakılar barədə suallar verilə bilər: a) tutduğu vəzifəyə (peşəyə) dair; b) əmək funksiyasına dair; c) ixtisasına (peşəsinə) dair; ç) yerinə yetirdiyi i şlər və onların nəticələrinə dair; d) tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərə dair.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya verilmiş sual kitabçasında 44 sualın hamısı yalnız ətraf mühitə və onun mühafizəsinə aiddir, işçiyə onun tutduğu vəzifəyə, əmək funksiyalarına, yerinə yetirdiyi işlər və onların nəticələrinə, əmək müqaviləsi üzrə hüquqları və vəzifəsinə aid məsələlərə dair suallar verilməyib. Ona görə də həmin suallar əsasında keçirilmiş qiymətləndirmə attestasiya deyil, imtahan hesab olunur.

50. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, attestasiya vərəqinə görə iddiaçı 26 bal toplayıb, səsvermə nəticəsində attestasiya kom issiyasının 5 üzvünün səsi ilə o, tutduğu vəzifəyə uyğun sayılmayıb. Daha sonra, attestasiyanın nəticəsinə yenidən baxılıb, iddiaçının balına 2 bal əlavə edilib və onun topladığı yekun nəticə 28 bal qiymətləndirilib. İddiaçı yenə də tutduğu vəzifəyə uyğun sayılmayıb, çünki işəgötürənin əmrinə görə, işçinin tutduğu vəzifəyə uyğun sayılması üçün o, minimum 30 bal toplamalıdır.

51. Belə ki, işəgötürənin əmri ilə təsdq edilmiş “AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 5.4-cü bəndində qeyd olunub ki, attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməs i ilə bağlı tövsiyyə olunur. Belə əmrin verilməsi qanunvericiliyə ziddir.

52. AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı hissəsinə və AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl, 97 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.5-ci bəndinə görə, attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Odur ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığını müəyyənləşdirmək müstəsna olaraq attestasiya komissiyasının səlahiyyətinə aiddir. İşəgötürən öncədən tövsiyyə formasında keçid balı müəyyən edə bilməz, belə hərəkətlər attestasiya komissiyasının işinə müdaxilə sayılır.

53. Təsadüfi deyildir ki, ƏM 65-ci maddəsinin 3-cü hissəsinin sonuncu cümləsində qeyd olunmuşdur ki, “iş çinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz”. Əgər işəgötürən öz əmri ilə keçid balı müəyyənləşdirirsə, bu, onu təsdiq edir ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı attestasiya komissiyasının qərarı ilə deyil, bir şəxsin əmri ilə müəyyən olunur.

54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(103)-6826/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar