Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1118/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə (hazırda Cavabdeh Mənzil-Tikinti Kooperativi) (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, kassasiya şikayətinin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (hazırda Cavabdeh MTK) və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 qarşı “müqav ilənin ləğvinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5993/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə 3 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı arasında 05 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145 kv.metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərd i mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi və həmin mənzilin iddiaçıya qaytarılması, həmin mənzilin hər hansı bir obyektiv səbəbdən iddiaçıya qaytarılması mümkün olmadığı təqdirdə faktiki bazar dəyəri olan 290000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş N 2(006)-1611/2021 nömrəli) iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsass ız hesab edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. Cavabdeh MTK (əvvəlki Cavabdeh MMC) apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Emin Mehdiyev, (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və Xəyal Sarıyev, iş N 2(103)-861/2022) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mühahisələndirilən - iddianın t əmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh MTK kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Aqil Abbasov, Elşanə Vəliyeva, iş N 2(102)3079/2022) Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)861/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rəfael Eyvazov, iş N 2(103)-5993/2022) qətnamə mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 da (Vəkil3) qətnamədən kassasiya şikayəti vermiş və şikayət 10 fevral 2023-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
10. Belə ki, MPM-in 403.1-ci maddəsinə görə, Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə is ə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
11. Göründüyü kimi, MPM-də qətnamədən şikayət vermək hüququ olan şəxslərin bu hüquqdan istifadəsi yalnız tələbləri təmin olmayan hallarda nəzərdə tutulmuşdur.
12. Hazırda, müəyyən olunur ki, apelyasiya qaydasında araşdırma yalnız cavabdehin şikayəti əsasında aparılmış, mübahisələndirilən qətnamədə üçüncü şəxsin təmin edilməyən tələbi olmamışdır.
13. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
14. Beləliklə, hazırkı kassasiya icraatı üzrə üçüncü şəxsin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
15. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 10 fevral 2023-cü il tarixli qərardadı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “21” “noyabr” “2022”-ci il tarixl i 2(103)-5993/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş həmin hissədə apellyasiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.