Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1118/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-1118/2024 (Açar sözlər: “cavabdeh MTK-nın binanın idarəetməsindən kənarlaşdırılması” tələbi) (Mülki mübahisənin kateqoriyası: Mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr; kommunal xidmətlərə görə ödənişlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-yə qarşı “MTK-nın ləğv edilməsi, binanın id arəetməsindən kənarlaşdırılması və s” tələblərinə dair ilk, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “kommunal xidmətlərə görə ödənilmiş pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddialar barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “04” “noyabr” “2023”- cü il tarixli 2(103)-5233/2023 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh MTK tərəfindən idarə edilən binada iki mənzilin sahibidir. Həmin bina "xxxx" MMC tərəfindən inşa edilmiş və binadaki tikinti işləri başa çatdıqdan sonra binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri ar asında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Cavabdeh MTK-ya təhvil verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətinə əsasən, ünvan 1, mənzil 91 İddiaçı (bundan sonra ilkin iddia üzrə iddiaçı) xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1475 saylı reyestr kitabının 134691 nömrəli vərəqində, xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş R X seriyalı, ******* nömrəli Çıxarışın surətinə əsasən, ünvan 1, mənzil 88 ilkin iddia üzrə iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1463 saylı reyestr kitabının 134088 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 4. "xxxx" MTK (bundan sonra mətndə ilkin iddia üzrə cavabdeh) tərəfindən ilkin iddia üzrə iddiaçıya ünvanlanmış müraciətə əsasən ondan yaranmış kommunal borcu ödəniş edilməsi xahiş edilmişdir.
5. İlkin iddia üzrə cavabdeh tərəfindən tərtib edilmiş qəbzlərə əsasən ilkin iddia üzrə iddiaçı MTK-nın hesabına cəmi 3.765 manat məbləğində ödəniş edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ilkin iddia üzrə iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbayc an Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmilər), binaya xidmət edən avadanlıqlar, eləcə də binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. 7. "xxxx" MTK-nın ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokoluna əsasən leyhinə verilmiş 53 səslə aşağıdakı məsələlər qəbul edilmiş qərara alınmışdır: binanın saxlanması və ümumi istifadə yerlərinə görə xərclər mənzil sahibləri tərəfindən hər bir istifadə edilən mənzilin 1 (bir) kv. metr sahəsi üçün hər ayın 10-dək 0,45 qəpik həcmində ödənilsin; həmin vəsaitin ödənilməsi MTK-nın tərtib etdiyi kassa mədaxil qəbzində əks edilərək bir nüsxəsi sakinlərə verilsin; həmin vəsaitlər tam yığılandan sonra xidmət müəssisələri ilə və əməkdaşlarla bağlanan müqavilələrə uyğun olaraq onların hesabına köçürülsün; MTK üzvlərinə qeyd edilən ödənişlərə görə müqavilə bağlaması təklif edilsin; Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilənədək Binanın saxlanması və sair məsələlər hazırki MTK-ya həvalə edilsin. 8. "xxxx" MTK-nın beş üzvü tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Nizamnaməsinin surətinə əsasən MTK istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, maddi zərərin əvəzi olaraq 3.765 manat, habelə həmin məbləğə hesablanmış 779,77 manat faizin, mənəvi zərərin əvəzi olaraq 3.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının (bundan sonra “AR”) vətəndaşı ilkin iddia üzrə iddiaçı ünvan 1-da (bundan sonra “Bina”) mülkiyyət hüququ əsasında iki mənzil (bundan sonra “Mənzillər”) məxsusdur: 88 saylı (22 sentyabr 2017-ci il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur) və 91 saylı (12 yanvar 2016cı il tarixli qeydiyyat üzrə - çıxarışın surəti əlavə olunur). İddiaçı mənzilləri digər fiziki şəxslərdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bina cavabdeh MTK tərəfindən tikilmişdir. İndiyədək də Bina cavabdeh MTK tərəfindən idarə olunur. Halbuki, binanın tikintisi çoxdan tam başa çatmış və binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ cavabdehin üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. İddiaçı cavabdeh MTK-nın üzvü deyil və heç vaxt da olmayıb. Aralarında hər hansı müqavilə də bağlanmayıb. Qeyd edilənlərə baxmayaraq, iddiaçı Mənzilləri əldə etdikdən sonra müəyyən dövr (2016-2019-cu illər) ərzində cavabdehin qanunsuz tələbi ilə sonuncuya aylıq əsasda nağd qaydada haqq ödəmişdir (cəmi 3.765 manat, əslində daha çox olub, sadəcə iddiaçıda sənədli təsdiqli məbləğ budur). Özü də cavabdeh həmin ödənişlərin təsdiqi üzrə qanunvericiliklə tələb olunan formada (kassa mədaxil orderi) deyil, əldəqayırma sənəd (iddiaçıda olanların surətləri əlavə olunur) verib. Bununla belə, cavabdeh binanın saxlanması üçün adekvat tədbirlər görməmişdir. Məsələn, binanın divarları və içi (o cümlədən liftlər) təmiz saxlanmayıb, tələb olunan təmir işləri görülməyib və s. və i.a. Belə ki, iddiaçı yaşadığı blokda divarların rənglənməsini, işıqlandırmanın daha estetik olmasını və s. özü həyata keçirib. Digər sakinlər də öz hesablarına Binanın ümumi paylı mülkiyyətdə olan sahələrində vaxtaşırı təmir və digər işləri görürlər. Cavabdeh MTK-nın “komendant” isə hətta qanunsuz olaraq binanın ərazisini kənar avtomobilləri n dayanacağı kimi istifadəyə də verib. Cavabdeh MTK tərəfindən təyin olunmuş binanın “komendant”-ına iddiaçı və digər sakinlər dəfələrlə irad bildirib. Amma vəziyyət dəyişməyib. Bəzi sakinlər ödəniş etməyi dayandırıb. 2019-cu ilin ortalarından iddiaçı da ödəniş etmir. Buna görə də cavabdehin “komendant”ı iddiaçıya problemlər yaratmağa başlayıb. Əvvəla, iddiaçıya kobud şəkildə (onların birində cavabdeh hətta İddiaçını kommunal xətlərin dayandırılması ilə hədələyir) tərtib edilmiş ödəniş tələbi ilə bildirişlərin (bəziləri bu iddia ərizəsinə əlavə edilir) verilməsi ilə yanaşı dəfələrlə Binanın görünən yerlərində İddiaçının və digər ödəniş etməyən sakinlərin adı olan xəbərdarlıqlar (bəziləri bu iddia ərizəsinə əlavə edilir) yerləşdirilib. Daha sonra, dəfələrlə iddiaçının mənzillərinə elektrik enerjisinin verilməsi qanunsuz olaraq dayandırılıb. İddiaçının mənzillərinə gələn müsafirlərə də problemlər yaradılır, sorğu-suala tutulurlar və s. Hətta iddiaçıya su gətirən şirkətin əməkdaşları da binanın ərazisinə buraxılmır. Ümumiyyətlə, iddiaçı və onun yaxınları, qonaqları kobud rəftarla üzləşir və s. və i.a. Bütün bunların əsnasında iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir və hazırda da keçirir. İddiaçı bu problemlərlə bağlı polisə də şikayət etmişdir. Nəsimi rayon polis idarəsinin 7 yanvar 2019-cu il tarixli məktubunda (surəti əlavə olunur) iddiaçıya bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir.
11. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşı “pul” tələbinə dair qarşılıqlı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan sahələrə 2019-2022-ci ilin mart ayınadək göstərilən kommunal xidmətlərə görə cəmi 5.791,50 manat məbləğində ödənişlərin ümumi paylı mülkiyyətindəki 330 kv. metr payına mütənasib olaraq cavabdehdən və ödənilən 78 manat dövlət rüsumu ilə birlikdə tutaraq MTK-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsində yerləşən çoxmənzilli binanı "xxxx" MMC inşa etdirmiş və tikinti başa çatandan sonra binada yaşayan sakinlərin ümumi yığıncağının qərarı ilə "xxxx" MTK yaradaraq binanın idarə edilməsi həmin MTK-ya həvalə edilmişdir. MTK lazimi xidmət müəssisələri ilə müqavilələr bağlayaraq binanın sa xlanmasını təmin edib. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən blokların təmizlənməsi, işıqlandırılması, liftdən istifadə, məişət tullantılarının daşınması, binanın mühafizəsi və saxlanması xərcləri hər ay yaşayış sahəsinin kv. metrinə uyğun olaraq sakinlər tərəfindən ödənilməlidir. Cavabdehin həmin binada cəmi 330 kv. metr ümumi sahəsi olan yaşavış sahəsindən istifadə etdiyinə görə hər kv. metr üçün 0,45 manat verməli olduğu halda iddia ərizəsində göstərdiyi kimi 2019-cu il tarixdən kommunal ödənişləri dayandıraraq MTK-va maddi zərər yetirib. Dəfələrlə ona müqavilə bağlamağı və üzərinə düşən xərclərin ödənilməsi bildirilsə də, müqavilə bağlamaqdan imtina edərək kommunal xərcləri könüllü ödəmək istəmir. Hal-hazırda cavabdehin 2019-cu il üzrə 330 kv.m. X 0,45 qəp. = 1 48,50 X 12 ay= 1.782 manat, 2020-ci il üzrə 1.782 manat, 2021-ci il üzrə 1.782 manat və 2022ci ilin 3 ayı üzrə 445,50 manat hər iki mənzilə görə cəmi 5.791,50 manat borcu yaranmışdır.
13. X1 ifadəsində göstərmişdir ki, o, “Sirab” adlı su şirkətində sürücü işləyir. Sevinc xanım yaşayan binada ondan əlavə, 4-5 mənzilə də su gətirir. Həftənin 3 günü və ya sifarişdən asılı olaraq oraya gedir. İlk dəfə Sevinc xanımın mənzilinə su aparanda problem yarandı. Binanın girişində suyu kimə apardığını bildirdikdə belə bir şəxsin və mənzilin binada olmadığını dedilər və buraxmadılar. O, isə 6 böyük qab su olduğunu, qısa vaxt verilməsini xahiş etsə də icazə vermədilər. Su maşınını yolun qırağında saxlamağa da yer yoxdur. Sevinc xanımın arxasıyla nəlayiq sözlər deyirdilər ki: “bilirsən kimə su gətirirsən” və s. Lakin digər qonşu mənzillərə su gətirəndə heç kimə heçnə demirlər. Sonuncu dəfə binaya su gətirəndə Sevinc xanım haqqında nəlayiq söz işlətdilər. Binaya girişə nəzarət edən şəxsə yaxınlaşıb bildirəndə ki, su gətirib aparmağına imkan versin. O isə cavabında bildirdi ki, “sən işverənə su gətirirsən”. Digər bina sakinlərinə su gətirəndə heç nə demirlər.
14. X7 Ramisoviç ifadəsində göstərmişdir ki, o, internetdə təmir ustası olmağı ilə bağlı elan vermişdir. Sevinc xanım ona zəng edərək, yaşadığı mənzilin blokunu təmir etdirmək fikri olduğunu bildirərək onu ora dəvət etdi. Bloka baxış keçirdi və qiymətdə razılaşdılar. Yaxınlıqda yerləşən “təzə bazar” adlanan yerə gedərək oradan lazım olan materialları aldı. Sevinc xanım onlara diqqət edərək, çay, su, yemək verirdi. Təmir təxmini 1 həftə və ya 10 gün çəkdi. Blokun ərazisi böyük idi. Bina sakinləri təmir olunmasını görürdü, soruşan olduqda isə Sevinc xanımın öz hesabına təmir etdirməsini deyirdi. Təmir 2017-ci ildə edilmişdir. Bəzi şəxslər təmirin tez bitməsini demək üçün yaxınlaşırdılar. Blokun ərazisi böyük idi, bəlkə də 100 kv.m olardı. Təmiri binanın girişi olan 1-ci mərtəbənin divarı və tavanını rənglədi. Eyni zamanda, Sevinc xanımın yaşadığı mərtəbəsində işıqlarını dəyişib düzəltmişdir.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 15 iyul 2022-ci il tarixli, e-2(006)-2500/2022 saylı qətnaməsi ilə (hakim X4), ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilmişdir.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsasla ndırmışdır ki, mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət isə ondan ibarət olub ki, binanı inşa etdirmiş "xxxx" MMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanı, fəaliyyətinin əsas məqsədi binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, pay haqlarının tam həcmdə ödənilməsinin təmin edilməsindən ibarət olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin idarəçiliyinə təhvil vermişdir. Həmin binanın idarə edilməsi hal-hazıradək MTK tərəfindən həyata keçirilir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstəri lməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Lakin mənzil qanunvericiliyinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra binanın idarə edilməsi ilə bağlı kooperativin sə lahiyyətləri bitir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin imperativ göstərişinə müvafiq olaraq həmin müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
17. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçil ərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Çoxmənzilli binanın id arə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İlkin iddia üzrə cavabdeh isə çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir.
18. Mənzil tikinti koop erativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. xx.xx.2014-cü il tarixli ümumi yığıncağın protokolundan görünür ki, qərar payçılar tərəfindən deyil, yalnız iclasın sədri Orucov Ələddin və katibi Ceyhun Muradov tərəfindən imzalanmışdır. MTK-nın payçılarının sayı və onların iştirakını da həmin protokoldan müəyyən etmək mümkün olmamışdır.
19. Bundan başqa iş materiallarında tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi də müəyyən olunmayıb. Belə ki, M İTK bununla bağlı sübutlar təqdim etməmişdir.
20. Belə olan halda məhkəmə hesab edib ki, MTK-nın səlahiyyətli olması müəyyən edilməyən protokola və müqavilələrə əsasən tələb olunan məbləğdə iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmayıb. Belə ki, iddiaçı tərəfindən əvvəlki dövr üçün müvafiq ödənişlərin tələb edilməsinə əsas verən kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericilikdə nəzərdə tutulan qaydada bağlanmış müqavilə məhkəməyə təqdim edilməmiş, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra iddiaçı kommunal xidmətlərin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnu ümumiyyətlə itirmişdir.
21. Məhkəmə eyni zamanda ilkin iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə ilkin iddianın “iddiaçıya dəymiş maddi zərərin, həmin məbləğə hesablanmış faiz borcunun və eyni zamanda vurulmuş mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İddiaçı yaşadığı binada göstərilən kommunal xidmətləri üçün tərəfindən ödənilmiş məbləğdə ona zərər dəyməsinə istinad etsə də tərəfindən dəymiş zərərin nədən ibarət olmasını, ümumiyyətlə mövcud olub-olmamasını, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
22. Məhkəmə iddianın “gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayıb ki,. borclu pul məbləğinin ödənilməsini gecikdir dikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İlkin iddia üzrə cavabdeh dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıdığı müəyyən edilmədiyindən məhkəmə hesab edib ki, iddiaçı qaytarılmalı olan məbləğin gecikdirildiyi vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna da malik deyildir.
23. Məhkəmə qeyd edib ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd etməyi zəruri sayıb ki, iddiaçının mənəvi sarsıntı və iztirablar ke çirməsinə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən hüquqi qiymət verilməsi mümkün deyildir. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia “mənəvi zərər” hissəsində də rədd edilməlidir.
25. Məhkəmə iddianın “Cavabdeh ləğv olunması, habelə MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması”na dair tələbini rədd edərək aşağıdakıları qeyd edib ki, kooperativin ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir və Məcəllədə göstərilən əsaslarla hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə y alnız onun iştirakçısı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı çıxış edə bilər. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı kooperativin üzvü deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-nın ləğv olunması” dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 43.2.4, 47.2, 59.1, 59.2, 59.2-1, 59.2.2, 59.2.3, 59.2.4, 59.3, 59.4, 109.6, 111.3.5, 113, 445.7, 1090.1, 1091, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 43.2.4, 109.5, 120.2, 121.1, 125.1, 125.2.4, 128.0.3, 138.1, 138.4, 139.1, 140.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”-nın 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
27. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək,birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e2(006)-2500/2022 saylı qətnaməsinin qismən-ilkin iddianın rədd olunması hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilərək ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir hüquqi əsası olmadan cavabdeh MTK binanı idarə edərək, faktiki olaraq, onu zə bt edərək iddiaçının həm təkbaşına mülkiyyətində olan mənzillərindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşdur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin b inanın yerləşdiyi ərazinin bələdiyyəsi AR Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”-na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bina üzrə bu üsul indiyədək müəyyən olunmayıb. MM-nin 142-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal m üəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir. Bina üzrə nə belə müqavilə bağlanıb, nə idarə edici təşkilat seçilib, nə də kimsə sakinlərə hesabat təqdim edir. Binanın sahə mülkiyyətçiləri, o cümlədən iddiaçı faktiki olaraq mülkiyyəti üzrə qanuna uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1123-MM10-0290 nömrə ilə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnanəsinin surətinə əsasən Nizamnamə sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə təsdiq edilmişdir. Nizamnamənin 1.1-ci bəndinə əsasən "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi” nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5233/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X. Ə. Sarıyev (sədrlik edən və məruzəçi), F.V. Abdıyev, F. H. Qasımov) apellyasiya şikayəti qismən təmin edilmişdir və birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(0 06)-2500/2022 saylı qətnaməsi mübahisələndirilən- ilk iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın qeyd olunan hissədə təmin edilməməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddianı Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması ilə bağlı hissədə rədd edərkən məhkəmə qeyd etmişdir ki, bu barədə qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddi r. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı qeyd olunan iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmayıb.
32. Məhkəmə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsini nəzərə alaraq, bildirib ki, qeyd olunan hissədə qətnamədə göstərilmiş nəticə hazırki halda işin hallarına uyğun gəlməyib. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, binanın idarəçiliyi artıq "xxxx" MMMC tərəfindən həyata keçirildiyindən, Cavabdeh binanın idarə edilməsində iştirak etmədiyindən, sonuncunun ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasına lüzum qalmayıb.
33. Kollegiya hesab edib ki, məhkəmə eyni zamanda düzgün olaraq ilkin iddianın “iddiaçıya dəymiş maddi zərərin, həmin məbləğə hesablanmış faiz borcunun və eyni zamanda vurulmuş mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar əsassız olduğundan rədd edilməsi qərarına gəlmişdir. Tərəflər arasında göstərilən kommunal xidmətlərin ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə iddiaçı MTK ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaitinin İddiaçı tərəfindən MTK-ya binanın idarə olunmasına dair öhdəliyin icrası müqabilində könüllü qaydada verilmiş, binanın idarəçiliyi ilə bağlı bir sıra işlər (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, suyun verilməsi, liftin işlək vəziyyətdə saxlanılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MTK tərəfindən həyata keçirilm iş, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olmuş və iddiaçıda digər mülkiyyətçilər kimi göstərilən xidmətlərdən yararlanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə düzgün olaraq hesab etmişdir ki, belə olan halda ilkin iddia üzə cavabdeh əldə etdiklərini qaytarmaq üzrə vəzifəsini daşımayıb Bundan başqa iddiaçı yaşadığı binada göstərilən kommunal xidmətləri üçün tərəfindən ödənilmiş məbləğdə ona zərər dəyməsinə istinad etsə də, tərəfindən dəymiş zərərin nədən ibarət olmasını, ümumiyyətlə mövcud olub-olmamasını, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş.
34. Kollegiya həmçinin iddianın “gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə ilə razılaş mış və qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən hüquqi qiymət verilməsi mümkün deyildir. Çünki mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia “mənəvi zərər” hissəsində də rədd edilməlidir.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllə si 6.2, 14.1, 445.7., 1091., 1090.1, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 43.1., 43.2.4., 109.5., 121.1, 125.1, 128.0.3,138.1, 138.4., 139.1, 140.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
36. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-5233/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilən hallarla eynilik təşkil edərək, əlav ə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə təsdiq edilən Nizamnaməni nəzərə alaraq belə qərara gəlib ki, qətnaməni həmin hissədə ləğv edilərək, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, binanın idarəçiliyi artıq "xxxx" MMMC tərəfindən həyata keçirildiyindən, Cavabdeh binanın idarə edilməsində iştirak etmədiyindən, sonuncunun ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasına lüzum qalmır.” Əslində isə Bina əvvəlki kimi Cavabdeh tərəfindən idarə olunur. Binanın "xxxx" MMMC tərəfindən idarə olunması faktı prosesdə heç nə ilə (məsələn, vergi kodu, vergi hesabatları və s.) təsdiq olunmadı. "xxxx" MMMC-nin y aradılması o demək deyil ki, Binanı faktiki də o idarə edir. Müqayisə: müstəqillik dövrümüzdən 2020-ci ilin sonunadək işğal olunmuş ərazilərimizin dövət orqanları var idi: yerli icra hakimiyyəti, məhkəmələr və s. Amma onlara faktiki olaraq işğal olunmuş ərazilərdə fəaliyyət göstərmirdi. Qurumun mövcudluğu faktiki fəaliyyət göstərməsi demək deyil. Bakı Apellyasiya Məhkəməsinin işə sədrlik edən hakimi cavabdehdən faktiki idarə etmə ilə bağlı sənədlər istədi, amma cavabdeh nəinki gətirmədi, heç iclasa gəlmədi. Ümumiyyətlə, heç bir fakta söykənmədən “binanın idarəçiliyi artıq "xxxx" MMMC tərəfindən həyata keçirildiyindən, Cavabdeh binanın idarə edilməsində iştirak etmədiyindən, sonuncunun ünvan 1 ünvanında yerləşən çoxmənzilli binasından çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdır ılmasına lüzum qalmır” nəticəsinə gəlmək əsaslı olmayıb. Həmin "xxxx" MMMC-nin özünün necə təsis olunması naməlumdur. Mənzil mülkiyyətçilərinin bundan xəbəri olmayıb.
38. Kassasiya şikayətinin əsası kimi Konstitusiyanın 29-u maddəsinin İİİ hissəsinə, 31-ci maddəsinin İİ hissəsinə və 33-cü maddəsinin İİ hissəsinə, Mənzil Məcəlləsinin 35, 43, 141, 141.1 və 142-ci maddələrinə, Mülki Məcəllənin 152.5, 157.4, 1090.1, 1091 və 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 46.Maddə 43.1.Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 47.Maddə 43.2.4.Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 48.Maddə 109.5.Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
49. Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır.
50. Maddə 125.1-ci və 125.2.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir.
51. Maddə 138.4.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin bi nanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.
54. Maddələr 139.1 və 140.3 Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 55. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. 56.“R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərar ının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
61. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Apellyasiya məhkəməsinin baxış predmetini yalnız ilkin iddianın rədd e dilməsi təşkil etdiyindən hazırkı kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
71. İddiaçının "xxxx" MMMC-nin özünün necə təsis olunmasından mənzil mülkiyyə tçilərinin məlumatının olmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin MMMC-nin təsis edilməsinin qanuniliyini yoxlamaq hazırki iddianın predmetini təşkil etmir. İddiaçı bu barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd olunanları n əzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5233/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.