Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1119/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə QƏRARİ Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2335/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ilə “Satıcı” “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil tərəfindən alınmışdır.
2. Həmçinin “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası, E.Ə.Xudaverdiyev və İddiaçı arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli əlavə razılşamadan görünür ki, “Satıcı” “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil “Üçüncü tərəf” İddiaçı tərəfindən satın almışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” və “İkinci tərəf” arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını “İkinci tərəf” bu Razılaşma qüvvəyə mindiyi andan “Üçüncü tərəf”ə ötürür, “Üçüncü tərəf” isə “İkinci tərəf”in bu hüquq və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür. 3. “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil üçün bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur.
4. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli arayışdan görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü E.Ə.Xudaverdiyevin ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.2019-cu ilədək “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılmaları və cavabdehlərdən 4 ay ərzində qanunsuz şəkildə iddiaçının evində yaşadıqları üçün 2400 manat məbləğində pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə dair yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılşamaya əsasən “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyasının inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili hərrac yolu ilə Cavabdeh2 satın almışdı r. Belə ki, həmin mənzil əvvəlcə müqaviləyə əsasən X2 məxsus olmuşdur. Sənədləşmə işlərini tam yekunlaşdırdıqdan sonra evinə köçmək istədikdə aldığı mənzildə tanımadığı şəxslər, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqlarını bilmişdir. Həmin şəxslərə mənzilin sənədlərini göstərmiş və qısa müddətdə mənzildən çıxmalarını xahiş etmişdir. Lakin, cavabdehlər onu təhqir edərək mənzildən çıxmayacaqlarını bildirmişlər. Artıq 4 aydır ki, cavabdehlər ona məxsus mənzildə qeyri-qanuni yaşayır və həmin mənzildə yaşadıqları üçün ona heç bir kirayə haqqı ödəməmişlər. Odur ki, həmin tarixdən hesablanmaqla cavabdehlər tərəfindən ona dəymiş maddi ziyana görə, yəni 4 ay qanunsuz şəkildə ona məxsus mənzildə yaşadıqlarına görə hər ay üçün 600 manat olmaqla, cəmi 2400 manat pul ödənilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumu kimi 10 (on) manat məbləğində pul vəsaitinin tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron r ayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil xx.xx.2019-cu il tarixli razılşama əsasında X3 tərəfindən İddiaçı satılmışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı məxsusdur, sonuncu cavabdehlərdən mənzildən çıxmalarını dəfələrlə xahiş etmişdir. Lakin, iddiaçı cavabdehləri ona məxsus mənzildən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzilindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması tələbində haqlıdır.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 4 ay ə rzində qanunsuz şəkildə iddiaçının evində yaşadıqları üçün 2400 manat məbləğində pul tutulmasını tələb etsə də, bunun üçün məhkəməyə hər-hansı bir sübut təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 152.2, 157.2, 157.4, 239.2, 240.1, 240.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 107, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2335/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Qul iyev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(012)-1355/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil əlavə razılşama əsasında tərəfindən İddiaçı satılmışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı məxsusdur, sonuncu cavabdehlərdən mənzildən çıxmalarını dəfələrlə xahiş etmişdir. Lakin, iddiaçı cavabdehləri ona məxsus mənzildən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
15. Həmçinin Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 4 ay ərzində qanunsuz şəkildə iddiaçının evində yaşadıqları üçün 2400 manat məbləğində pul tutulmasını tələb etsə də, bunun üçün məhkəməyə hər-hansı bir sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenodən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı k assasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi
25. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
26. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (maddə 152.2)
27. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
28. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2335/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.