Məhkəmə qərarları › İş №2(102)-1119/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1119/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1119/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı sərəncam ın və əqdin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli 2(105)-327/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı sərəncamın və əqdin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Başçısının 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamının etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və planölçünün ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017- ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçünün verilməsinə əsas olmuş İddiaçı sərəncamı saxtalaşdırılmışdır. Həmin saxtalaşdırılmış sənəd İddiaçı adından olan 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamdır. İddiaçı başçısı Qubad Qubadov tərəfindən Cavabdeh2 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncam olmamışdır. X1 Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 11 avqust 1993–cü il tarixli, 710 saylı Fərmanı ilə İddiaçı başçısı təyin edilmişdir. 11 avqust 1993-cü il tarixədək İddiaçı başçısı vəzifəsində Vahid Orucov adlı şəxs çalışmışdır.

3. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(012)-5165/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim M.Abbasova) iş üzrə icraata xitam verilmişdir.

4. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verilməsini mübahisəyə mülki deyil, inzibati icraat qaydasında baxılmalı olması ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci inst ansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşə baxılan zaman prosessual hüquq norması pozulmuşdur. Belə ki, məhkəmə MPM-nin 261-ci maddəsini düzgün tətbiq etməmişdir. İşə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də şikayətin dəlilləri məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas hesab edilməlidir. İddiaçı başçısı tərəfindən Cavabdeh2 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam verilmədiyinə görə həmin sərəncam inzibati akt kimi qəbul edilə bilməz. Həmin sərəncamın etibarsızlığının mübahisələndirilməsi inzibati məhkəmə icraatında yox, mülki məhkəmə icraatında baxılmalıdır. Məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiym ət verməli, Abşeron Rayon Məhkəməsinin qərardadının nə dərəcədə qanuna uyğun olub olmaması barədə münasibətini bildirməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olunan halların sübut edilməməsi, məhkəmənin qərardadda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə qərardadı qəbul edərkən onu əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının hüquqularını pozmuşdur.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-327/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A,H.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı “Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəm əsinə qaytarılması qərara alınmışdır.

8. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mövcud tələbin bir hissəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədədir. Göründüyü kimi iddiaçının mövcud tələbi inzibati akta deyil, mülki hüquqi əqdə əsaslanır. Belə olan halda bu tələbə inzibati qaydada deyil, mülki mühakimə icraatı qaydasında baxılmalı olduğundan, həmin hissədə iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

9. Məhkəmə kollegiyası iddia tələbinin sərəncamın etibarsızlığı və onun əsasında verilmiş çıxarış və plan-ölçünün ləğvi hissəsi ilə bağlı qeyd etmişdir ki, reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Bu baxımdan məhkəmə kollegiyası iddianın sərəncamın etibarsızlığı və onun əsasında verilmiş çıxarışın və plan-ölçünün ləğvinə dair hissədə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 2-ci, 3.1-ci bəndlərinə, “ İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.3-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı başçısı Qubad Qubad ov tərəfindən Cavabdeh2 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam verilmədiyinə görə, həmin sərəncam inzibati akt kimi qəbul edilə bilməz. Həmin sərəncamın etibarsızlığının mübahisələndirilməsi inzibati məhkəmə icraatında yox, mülki məhkəmə icraatında baxılmalıdır.

13. Bundan başqa, məhkəmə kollegiyası qəbul etdiyi qərardadı əsaslandıra bilməmişdir. Qərardad məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, məhkəmənin qərardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassas iya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun

15. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla): “... daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəl i gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əv vəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-327/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar