Məhkəmə qərarları › İş №2(102)-1120/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1120/2023

10.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1120/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1718/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kass asiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 1997-ci il tarixli, 1001 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 1284,4 kv.m olan anbar binası və digər tikililər İddiaçı verilmiş və həmin əşyalara mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə Biləsuvar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən həmin şəxsin adına qeydə alınmışdır.

2. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,41 ha həyətyanı torpaq sahəsi verilmiş və torpağa mülkiyyət hüququna dair JN-656 saylı (kod ********) şəhadətnamə tərtib edilmişdir.

3. Biləsuvar Rayon Məhkəməsinin xx. xx.2019-cu il tarixli, 2(022)-513/2019 saylı qətnaməsi ilə İddiaçı X4 qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus 0.41 ha torpaq sahəsinin 0.007 ha hissəsindən çıxarılması barədə iddiası təmin edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1061/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. X1 qətnamədən kassasiya şikayəti verdikdən sonra xx.xx.2020-ci il tarixdə ölmüş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5716/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 1-da yerləşən 0,41 ha torpaq sahəsində zəbt etdikləri 0,007 ha hissədən çıxarılmalarını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinə mərhum cavabdeh X5 ilə həmsərhəd olduğu tərəfdən hasar çəkə bilmir. Buna səbəb, qonşu torpaq sahəsi istifadəçisi tərəfindən eni 7, uzunluğu 8 metr olan ümumilikdə 0,56 kv.m sahənin zəbt edilməsidir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu, həmin torpaq sahəsindən 1958-ci il tarixdən istifadə etdiklərini, torpaq sahəsinin onların qanuni mülkiyyətində olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. 9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin Cəlilabad LTİ-nin mütəxəssis rəyi və həmin rəy əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş 0,4149 hektar həyətyanı torpaq sahəsindən 0,0070 hektaradək (70.4m2) hissəsinin cənub-qərb istiqamətində sərhəd mərz xətlərinin hüdudları daxilində cavabdehlərin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin müvafiq hissəsi ilə üst-üstə düşür.

10. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(022)-21/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: P.Əhmədov) iddia təmin edilmişdir.

11. Məhkəmə işin faktiki hallarına, işdə olan sənədlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-1.1.5, 140, 152, 157, 328-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66 və 111-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinadla qeyd olunan nəticəyə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq olaraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisə olunan torpaq sahəsinin 1958-ci ildən onlar tərəfindən istifadə edilməsi, həmin torpaq sahəsinin faktiki mülkiyyətçiləri olması, iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2005-ildə verilməklə saxta olması kimi hallar nəzərə alınmamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.F.Mirzəyev - sədrlik edən və məruzəçi, Z.M.Allahyarov və İ.Q.Əsədov) 2(106)-1718/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdehin istinad etdiyi hallar iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassızlığı qənaətinə gəlməy ə əsas vermir. Belə ki, təqdim olunan sənədlərlə mübahisəli torpaq sahəsinin idiaçının mülkiyyətində olduğu müəyyən edilir.

16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152-ci maddəsinə, Torpaq Məcəlləsinin 48, 139, 84 və 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh X3 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiya m əhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdi yi sənədlər əsasında təyin edilir.

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Torpaq Məcəlləsi

24. Maddə 111, 1-ci hissə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Maddə 111, 2-ci hissə Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə

26. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1718/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar