Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1124/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyan) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxxx/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 20000 manat kompensasiyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, ***** şəhərində yaşayır, əvvəllər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla əlaqədar özünə məxsus ticarət obyektləri olmuşdur. Cavabdeh ilə əvvəllər torpaq sahəsinə görə mübahisələri olmuşdur və 20 ilə yaxındır həmin mübahisə davam edir. Torpaq sahəsinin ona məxsus olması barədə bir neçə məhkəmə qətnaməsi vardır, həmin qətnamələr apelyasiya və kasasiya instansiyası məhkə mələri tərəfindən təsdiq olunmuşdur. Torpağın ona məxsus olmasına dair rəsmi sənədi də vardır. Cavabdeh bunların heç birinə məhəl qoymadan onun mənəviyyatını alçaltmaqda davam edir, öz iyrənc hərəkətlərindən əl çəkməyərək ondan müxtəlif təşkilatlara yalan və böhtan dolu ərizələr yazaraq onun normal yaşayışına mane olur. Sonuncu dəfə Azərbaycan Respublikasının Təhsil Nazirinə ünvanlandığı şikayət ərizəsində Cavabdeh onu tam savadsız, tərbiyəsiz, məişət pozğunu, palaz-xalça alverçisi, əməkdar müəllim adını almaq üçün kimlərəsə 10000 manat pul verdiyini, lakin pulun qaytarıldığı kimi qələmə verərək onu nüfuzdan salmış və onun nüfuzuna xələl gətirmişdir. Həmin ərizənin surəti Qobustan rayon Təhsil şöbəsi tərəfindən ona verilərkən o, güclü stress və sarsıntılar keçirmiş və bunun nəticəsində də halı pisləşmiş və üstünə təcili yardım gəlmişdir. Hazırda da səhhəti ağırdır və keçirdiyi sarsıntıdan müalicə alır. Cavabdeh onun, böyüklərin və yaxınlarının məsləhətindən heç bir nəticə çıxarmır, yaşadığı şəhərdə onun şəxsi nüzuna xələl gətirən söhbətlər aparmaqla onun mənəviyyatını alçaldır. Cavabdeh hərəkətləri onun əsəblərini pozmuş, stress, iztirab və sarsıntı keçirməyi ilə nəticələnmişdir. Keçirdiyi mənəvi sarsıntıya görə o, cavabdehdən 20000 manat kompensasiya tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Qobustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(026)-*****/2020 nömrəli (hakim Mirələm Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurduğu zərərə görə 200 0 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə yazdığı ərizəsində onun tam savadsız, tərbiyəsiz, məişət pozğunu, palaz-xalça alverçisi adlandırmış, əməkdar müəllimm adını almaq üçün kimlərəsə 10000 manat pul verdiyini, lakin pulun qaytarıldığını göstərsə də, ərizədə göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən olundu ki, Cavabdeh İddiaçı qarşı müxtəlif dövlət orqanlarına, o cümlədən Təhsil Nazirliyinə yazdığı ərizələrdə göstərdiyi təsdiq olunmayan məlumatlar İddiaçı səhhətinə mənfi təsir göstərmiş, onun fizi ki iztirab və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçı fiziki iztirab və mənəvi sarsıntı keçirməsi Qobustan rayon mərkəzi xəstəxanasının xx.xx.2019-cu il tarixli, ***/**** saylı arayışı ilə təsdiq olunur. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı yazdığı şikayətlər iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olduğu üçün iddiaçının 20000 manat kompensasiya tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Səyyad Qafari) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-***/2020 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, tərəflər arasında uzun müddət müxtəlif məhkəmə mübahisələri olmuşdur və Cavabdeh iddiaçı barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsində İddiaçı barədə tam savadsız, tərbiyəsiz, məişət pozğunu, pozğun kimi qeyd etdiyi ifadələri iddiaçının ona məxsus torpaq sahəsini əlindən alması ilə əsaslandırmış və bu ifadələrin həqiqətə uyğun olduğunu sübut edə bilməmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri s eçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsində İddiaçı barədə tam savadsız, tərbiyəsiz, məişət pozğunu, pozğun kimi qeyd etdiyi ifadələr iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Belə ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx xxxxxx 2019-cu il tarixli, ***/**** saylı arayışından da görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə saat xx:xx-da, xx xxxxxx 2019-cu il tarixdə saat xx:xx-də, xx xxxxxx 2019-cu il tarixdə saat xx:xx-də, xx xxxxxx 2019-cu il tarixdə saat xx:xx-da Qobustan RMX-nın TTY şöbəsinə, xx xxxxxx 2019-cu il tarixdə saat xx:xx-də Qobustan RMX-nın poliklinika şöbəsinə "Ü.İ.X.Gərginlik stenokardiyası, Hipertoniya xəstəliyi İİ-İİİ m." diaqnozu ilə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil1) kasasiya şikayəti verərək Sumq ayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-****/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14,77,78,88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Bundan qabaq da İddiaçı ona qarşı mənəvi ziyana görə təzminatın ödənilməsi barədə iddia qaldırmış,lakin iddia tələbi rədd olunmuşdur. İndi yenə də İddiaçı ondan mənəvi ziyana görə təzminat tələb edir. xx xxxxxx 2012-ci il tarixli, *** saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin xx xxxxxx 2011-ci il tarixli A-***** saylı məktuba cavab olaraq bildirmişdir ki, ******* şəhər sakini Cavabdeh Təhsil Nazirliyinə ərizə yazaraq göstərmişdir ki,rayonun **** saylı əsas məktəbinə direktor vəzifəsinə 20 illik fasilədən sonra təyin edilən İddiaçı rayonda Mətbuatyayımı idarəsinin müdiri işlədiyi halda, Təhsil Nazirliyinin məqsədəmüvafiq bilməməsinə baxmayaraq direktor kimi saxlanılmışdır, lakin Cavabdeh xx.xx.2011-ci il tarixli ərizəsində göstərdiyi kimi, o, 1978-ci ildən 1990-cı ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1990-cı ildən 2011-ci ilin sentyabr ayına kimi ***** rayon Mətbuat yayımı idarəsinin müdiri işləmiş İddiaçı müvəqqəti olaraq direktor vəzifəsini icra etməyə başlamış və sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir. Təhsil Nazirliyi 2 011-ci ilin sentyabr ayında ****-****-** saylı məktubla Qobustan rayonu Təhsil şöbəsinə İddiaçı 20 ildən artıq bir müddət ərzində təhsil sahəsində işləmədiyini əsas tutaraq onun məktəbə direktor təyin edilməsini məqsədəuyğun bilməmiş və sənədlərini geri qaytarmışdır. Buna baxmayaraq o, qanunsuz olaraq bu vəzifəni icra etməkdə davam etmişdir. Qobustan rayon Təhsil şöbəsinin müdiri X15 Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbərinə ünvanladığı xx xxxxxx 2013-cü il tarixli, *** saylı məktubunda bildirmişdir ki, onun İddiaçı barəsində yazdığı şikayət ərizəsində göstərilənlər doğrudur, həqiqətən də İddiaçı direktor vəzifəsinə qanunsuz təyin edilmiş və onun yerinə direktor vəzifəsini icra etmək üçün kadr tapılana kimi müvəqqəti olaraq bu vəzifədə saxlanılmışdır, məsələ qanunauyğu n həll olunacaq, həm Nazirliyə, həm də ona məlumat veriləcəkdir. Göründüyü kimi, onun İddiaçı barəsində yazmış olduğu şikayət ərizəsi böhtan xarakteri daşımamış, öz təsdiqini tapmış, əksinə o, bir vətəndaş olaraq bu qanun pozuntusu barədə müvafiq dövlət qurumuna məlumat vermişdir. 2013-cü ilin mart ayında Azərbaycan Respublikası Təhsil Naziri ****/*** saylı məktubunda ***** rayon İcra Hakimiyyətinin başçısına İddiaçı təhsil qanunvericiliyinə zidd olaraq direktor işlədiyini və bunun qeyri-mümkün olduğunu göstərmiş, dərhal vəzifədən azad edilməsini tələb etmişdir. Bu barədə Qobustan Rayon Məhkəməsinin 2(026)-*****/2013 saylı, 2013-cü il tarixli qətnaməsində ətraflı məlumat vardır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxxxxx 2013-cü il tarixli qətnamə ilə Qobustan Rayon Məhkəməsin in qətnaməsini əsassız hesab etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi isə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etməklə İddiaçı direktor vəzifəsindən düzgün olaraq kənarlaşdırıldığını təsdiq etmişdir. Buna baxmayaraq İddiaçı qanunun tələbinə zidd olaraq direktorların işə qəbulla bağlı müsabiqəsində iştirak etmədən tamamilə saxta yollarla 2017-ci ilin dekabr ayında Qobustan rayon *** saylı orta məktəbə direktor vəzifəsinə qəbul edilmişdir. Onun iddiaçı barəsində yazdığı xx.xx.2019-cu il tarixli ərizəsində göstərilən faktların hamısı doğrudur və həmin faktları təhsil şöbəsinin müdiri işləmiş X15 da təsdiq edə bilər. İddiaçı onunla olan ədavətindən istifadə edərək hər vasitə ilə onu şərləməyə və ona böhtanlar atmağa çalışır, barəsində hüquq mühafizə orqanlarına şikayətlər edi r, özünü xəstəxanalara salır. Bundan başqa, xx.xx.2019-cu il tarixli ərizə ilə əlaqədar olaraq təhsil şöbəsinin müdiri X3 xx.xx.2019-cu il tarixdə onu İddiaçıla birlikdə qəbul etməklə 4 nəfər şöbə əməkdaşının iştirakı ilə onları sorğu-sual etmiş və o, həmin vaxt bildirdiyi faktların yoxlanılmasını, aktlaşdırılmasını və bu araşdırmanın nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli məktub barədə xx.xx.2019-cu il tarixdə məlumat əldə etdikdən sonra stress keçirdiyini və ağır vəziyyətdə evdə müalicələr aldığını bildirmişdir. Halbuki iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi idman yarışlarında bələdçi kimi iştirak etmiş və bu faktlar öz təsdiqini tapmışdır. İddiaçı hər yerdə bəyan etmişdir ki, guya onun adından yazılmış şikayət əri zəsinə vaxtı ilə ****** rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş X15 imza atmışdır. Hətta xx.xx.2019-cu il tarixdə ******* rayon Təhsil şöbəsinin müdiri hər ikisini qəbula dəvət etmiş və orada da iddiaçı guya ərizədə olan imzanın X15 tərəfindən çəkildiyini israr etmişdir. Lakin həmin imza ona məxsus olmaqla ərizədə qeyd edilən faktların hamısı doğrudur və həmin faktların doğruluğu rəsmi arayışlarla və məhkəmə qətnamələri ilə təsdiq olunur. Lakin iddiaçı nədənsə həmin məhkəmə qətnamələri barədə susur,məhkəmədən gizlədir və bu faktları etiraf etmək əvəzinə, ona qarşı təzminat barədə iddia qaldırır. Hətta xx.xx.2019-cu il tarixdə ****** rayon İcra Hakimiyyətinin başçısı onu təhsil şöbəsinin müdiri və kənd icra nümayəndəsinin iştirakı ilə qəbul etmişdir. Təhsil şöbəsinin müdiri həmin qəbul zamanı məruzə etmişdir ki, onun tərəfindən yazılan ərizədə qeyd edilən faktlar yoxlanılmış və öz təsdiqini tapmışdır, hətta ona bildirilmişdir ki, bu haqsızlıqlar barədə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Bundan sonra iddiaçı Təhsil şöbəsinin əməkdaşı X10 qarşı hücuma keçmiş və hər yerdə bəyan etmişdir ki, guya ona bu şəxs köməklik göstərir. Artıq ifşa edildiyini başa düşən iddiaçı rayonda bir sıra vəzifələrdə çalışan şəxslərdən xahiş etmişdir ki, onları barışdırsınlar, hətta bu illər ərzində bəxş etdiyi çətinliklərə görə üzr istəməyə də hazırdır. Lakin İddiaçı dəfələrlə məhkəmə proseslərində, polis bölməsində, onu, mərhum atasını söymüş, təhqir etmiş, ona mənəvi stres yaşatmışdır. Barəsində yazdığıfaktları iddiaçı özü ona danışmış, ailəsinin hansı səbəbdən dağıldığını v ə 10000 manat ondan pul alındığını, sonra da ona qaytarıldığını özü ona demişdir. Bu faktları ərizəsində göstərmiş və bu cür insanın təhsil sistemində işləməsinin gələcək nəslə pis nümunə olacağını yuxarı dövlət orqanının nəzərinə çatdırmışdır. Bütün bunları təsdiqləyən faktları da məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bu halları, onun bu məsələyə bir vətəndaş mövqeyindən yanaşmasını iddiaçının xeyrinə təhrif etmişdir. Qaldırılmış iddia tələbinin heç bir hüquqi əsası olmadığı halda, məhkəmə İddiaçı əsassız iddiasına haqq qazandırmış, bu şəxsdə hipertoniya xəstəliyinin həmişə olduğu və bu xəstəlikdən müalicə olunduğu halda, 2019-cu ilin dekabr ayında bu xəstəliklə bağlı həkimə etdiyi müraciətinin həmin ərizənin təsirindən baş verdiyini göstərmişdir. Lakin məhkəmə qarşı tərəfin iddia tələ binə haqq qazandırmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər d edikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüf uzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli, 07 nömrəli qərarının 3-cü bəndində əsasən, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması de dikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərə ri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından as ılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı barəsində Təhsil Nazirliyinə ünvanlandığı məlumatların həqiqət olduğunu göstərsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən yol verilmiş maddi və ya prosessual hüquq normasının nədə ifadə olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaə tə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.