Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1124/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı; İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma və pul tələbinə dair ilkin iddiası, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5997/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 0,06 ha ot torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/3 hissədə mülkiyyət hüquqları 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində ikimərtəbəli ev inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən iki mərtəbəli evdə yaşayan cavabdehlərin və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmaları və 1991-ci ildən iddiaçılara məxsus t orpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, ayı 500 manat olmaqla, cəmi 174000 manat pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişlər.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6- cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və həmin torpaq sahəsində vaxtilə inşa edilmiş 2 mərtəbəli ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Belə ki, iddiaçıların ailəsinə 14 avqust 1987-ci il tarixdə Qaradağ rayon İcraiyyə Komitəsinin qərarı ilə Lökbatan qəsəbəsində, 6-cı Massiv, 5-ci küçədə 600 kv.m (6 sot) torpaq sahəsi verilmiş, həmin il dövlətdən borc pul (ssuda) götürüb, RSU adlanan tikinti idarəsi ilə ev tikilməsi üçün müqavilə bağlanmış, lakin müəyyən tikint i işlərindən sonra, tikinti idarəsi bağlandığı üçün evin tikintisi yarımçıq qalmışdır. Evin sahibi X5 həmin dövrdə öz bacısının həyat yoldaşını çağırıb, yarımçıq qalmış evi ona tikdirmişdir. Birinci mərtəbədə 3 otaq və mətbəx hazır olsa da, təmir tam başa çatmamışdır. Birinci mərtəbə hazır olduqdan sonra evə su, qaz, işıq çəkdirmiş, ev hasara alınaraq, darvazası qoyulmuşdur. İddiaçılar evə köçmüş, həmçinin X3 bacısı, həyat yoldaşı və iki uşağı ilə onlarla birlikdə yaşamışlar. 1991-ci il tarixdə ev növbələri çatdığı üçün, Əhmədli qəsəbəsində onlara mənzil verilmiş və mərhum X5 dost adlandırdığı Cavabdeh3 tapşırmışdır ki, Lökbatan qəsəbəsində yerləşən evdə müvəqqəti yaşasın ki, ora başqaları girməsin. Evi Cavabdeh3 verərkən, bütün əşyaları evdə qalmışdır. 1998-ci ildə X5 ailəsi ilə birgə Mos kva şəhərinə işləməyə getmiş, 2000-ci ildə isə ağır xəstələnməsi səbəbindən sonuncunun ata evi yerləşən Biləsuvar rayonuna qayıtmışlar. X1 rayonunda vəfat etmişdir. Qohumları Biləsuvar rayonunda yaşadıqları üçün iddiaçılar orada qalmış, övladları orta məktəbi bitirdikdən və instituta girdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Lökbatan qəsəbəsində yerləşən evdən isə arxayın idilər ki, orada inandıqları, duz-çörək kəsdikləri, insaflı və vicdanlı, dürüst olan Cavabdeh3 orada müvəqqəti yerləşib ki, heç kim ora özbaşına girə bilməsin. İddiaçılar əmin idilər ki, dedikləri vaxt Cavabdeh3 evi boşaldıb, təhvil verəcək. Lakin, onlara məxsus evin və torpaq sahəsinin boşaldılaraq, təhvil verilməsi məsələsi qalxdıqda, cavabdehlər buna etiraz edərək, guya 30 il əvvəl həmin evi və torpaq sahəsini aldıq larını bildirmişlər.
4. İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərdən 220950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı ilin təxminən fevral ayında iddiaçıların ailə üzvü Rafiq Quliyevə 35000 rubl, evdən apara bilmədikləri əmlaklara görə də 1000 rubl, cəmi 36000 rubl verməklə almışlar. 1994-cü il tarixdə X8 rayon İcra Başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilməd iyindən həmin torpaq sahəsinin və evin Cavabdeh3 adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmiş, 2000-ci il tarixdə Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev vəfat etmişdir. Bu müddət ərzində iddiaçılar cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmiş, İddiaçı1 01 dekabr 2012-ci il tarixdə ailə üzvü olan X2 notariusda 3 il müddətinə etibarnamə, Cavabdeh1 adına 17 aprel 2013-cü il tarixdə 2 il müddətinə, Cavabdeh2 adına 08 yanvar 2014-cü il tarixdə 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından iddiaçılar torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. Sonuncu dəfə 2019-cu ilin axırlarında cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılardan 950 manat pul almış və torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlarına söz vermişlər. Lakin cavabdehlər torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış almaqla iddiaçıların torpaqdan və evdən çıxarılmaqları ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırda Lökbatan qəsəbəsində evin yerləşdiyi 6 sot torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq ən aşağısı sotu 10000 manat olmaqla, 6 sotu - 60000 manat təşkil edir. Evin real dəyəri 160000 manat təşkil edir. Belə olan halda, cavabdehlərdən 220000 manat torpağa və evə görə, habelə 950 manat sonradan sənədləşdirmə üçün ödədikləri vəsait və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıların xeyrinə tutulmalıdır.
6. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğvi edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə və həmin ünvanda tikilmiş ikimərtəbəli evə Cavabdeh3 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.R.Həşimova) 15 noyabr 2021-ci il tarixli, 2(002)-122/2021 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan torpaq sahəsindən və üzərində olan yaşayış evindən çıxarılmaları tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etmişdir ki, ilk in iddia üzrə iddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olması iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla təsdiq olunur. Həmçinin işin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli əmlaka ilk iddia üzrə cavabdehlər faktiki olaraq sahiblik edirlər. Lakin onların torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində heç bir sahiblik hüququna təsir edən sübut mövcud deyil. Cavabdehlərin qanunsuz sahibliyi nəticəsində iddiaçı mülkiyyətçisi olduğu həmin daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər.
9. İlk iddianın 1991-ci ildən iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üç ün kirayə haqqı olaraq pul tələbini əsassız hesab edən məhkəmə göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi tərəflər arasında kirayə müqaviləsi bağlanmamış, həmçinin aralarında belə bir şərt barəsində şifahi razılaşma olmamışdır. Deməli, ilkin iddia tələbinin pul tələbi (kirayə haqqı) hissəsinin hüquqi əsası olmadığından təmin edilməlidir. Həmçinin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar təsdiq etmişlər ki, özləri Rusiyaya köçərkən ilk iddia üzrə cavabdehlərin onların ailəvi dostları olduğu üçün, evlərinin boş qalmaması üçün orada yaşamalarına icazə vermişlər.
10. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 178.6-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və et irazsız sahiblik etdiyi halda şəxsin mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək hüququnu ehtiva edir. Lakin hazırki işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlər 1991-ci ildən mübahisəli evdə yaşamağa başlamış, ilkin iddia üzrə iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüquqları 2020-ci ilin yanvar ayında rəsmiləşdirilmişdir. Yəni, hazırki halda ümumiyyətlə dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmir. Qarşılıqlı iddiaçılar mübahisəli evdə 1991-ci ildən yaşamış, ilkin iddiaçılar isə mübahisə predmetinə 2019-cu ildən mülkiyyətçı hüquqlarının müdafiəsini tələb etmiş, miras əmlakı qanun üzrə şəhadətnamə ə sasında paylı mülkiyyət hüquqi ilə 2020-ci il tarixdə öz adlarına keçırmışlər. Deməli, qarşılıqlı iddiaçılar ilk olaraq 30 il mübahisə predmetinə fasiləsiz və etirazsız sahiblik etməmiş (əmlak üzrə tərəflər arasında mübahisə 2020-ci il tarixdə yaranmışdır), həmçinin 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ ilkin iddia üzrə iddiaçıların adına dövlət reyestrində qeydə alınmışdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, Mülki Məcəlləsinin 139, 152.1, 157.2, 178.6-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ R ayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(002)-122/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdən ibarət tərkibdə) 01 fevral 2022-ci il tarixli, 2(103)- 1501/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(002)122/2021 nömrəli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkə məsi apellyasiya şikayətinin “torpaq və ev barəsində iddiaçı ilə aralarında olan alğısatqı müqaviləsinin olması” barədə dəlili ilə bağlı qeyd etmişdir ki, apellyatorun bu dəlili nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Apellyator şikayətdə qeyd etdiyi dəlillər ilə bağlı sübut təqdim etmədiyindən apellyasiya şikayəti formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-1501/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3220/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və mərizəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-1501/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçıların razılığı ilə torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onların həmin əmlaklara vicdanlı sahib olması bax ımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına görə qarşılıqlı iddia Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmaqla, ilk olaraq torpaq sahəsinin və üzərində inşa edilmiş evin kompensasiyası qismində pul vəsaitinin cavabdehlərdən tutulmasından ibarət olmuş, sonradan isə iddia tələbi dəyişdirilsə də, yeni ərizə yalnız qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh3 tərəfindən imzalanmışdır. Sonuncunun qarşılıqlı iddia üzrə digər iddiaçıların adından iddia ərizəsini imzalamaq səlahiyyəti iş materialları ilə müəyyən olunmur. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar Cavab deh1 və Cavabdeh2 qalan tələbi üzrə Mülki Məcəllənin 157.7-ci maddəsindən irəli gələn tələbə hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə həmin prosessual pozuntunu nəzərə almamışdır.
19. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianın hüquqi təbiətinin müəyyən edilməsi üçün araşdırma aparmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın həyata keçirilməsi üçün əsas olmuş sənədlərin surətini müvafiq orqandan almamış, həmin orqanı işə cəlb etməmiş və nəticə olaraq Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarından irəli gələrək həmin iddianın məhkəmə aidiyyətini müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim İ.Ə.Kərimlinin sədrliyi və məru zəsi ilə, hakimlər A.Ə.İsgəndərov və E.C.Kazımovdan ibarət tərkibdə) 2(103)5997/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh3 apellyasiya şikayəti üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması habelə Cavabdeh3 fərdi yaşayış evi üzərində mülkiyyət hüqu qunun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Qarşılıqlı iddianın mübahisəli yaşayış evinin üzərində Cavabdeh3 mülkiyyət hüququnun tanınması tələbinə dair hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar bu iddianı qaldırarkən Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad etmişlər. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mül kiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əvvəla qarşılıqlı iddiaçılar 1991-ci ildən mübahisəli evdə yaşamaqla 2020-ci ildə ilk iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanındığına görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməmişlər. Bundan əlavə, Mülki Məcəllənin 178.6-cı maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sent yabrın 1-dən əvvəlki müddətlərə şamil edilmir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması, habelə Cavabdeh3 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissəsində doğru nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar mübahisəli evlə bağlı təmir-tikinti xərclərinin və sair xərclərin ödənilməsi üç ün məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər və iş materiallarından da görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 belə bir tələblə hal-hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ayrıca iddia qaldırmışlar Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh3 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi və ya işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehlərin iddiaçıların razılığı ilə torpaq sahəsinin və onların həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməmiş,məhkəmənin gəldiyi nəticə üç ün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyun 2022-ci il tarixli qərarında tövsiyə xarakterli göstərişlər verməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin göstərişləri tam, hərtərəfli və obyektiv araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin qərarında da göstərildiyi kimi iddiaçıların cavabdeh tərəfə uzun müddətə müxtəlif vaxtlara etibarnamələr verməsi və torpaq sahəsində tikinti işləri aparmaları şahid ifadələri və iş materialları ilə tam təsdiq edilsə də məhkəmə bu faktları tam araşdırmamışdır. Cavabdehlərin 30 ildən artıq torpaq sahəsinə və fərdi yaşayış evinə sahiblik və istifadə etmələrinə hüquqi qiymət verilməmişdir. Məhkəmənin qətnaməsində dövlət reyestrində qeydə alınmamış daş ınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmir kimi nəticəyə gəlməsi yanlışdır. Mübahisəli torpaq sahəsi 1990-cı ildən cavabdehlərin istifadəsində olmuş və heç bir dövlət reyestrində qeydə alınmamışdır. Qarşı tərəf onları aldadaraq 2020-ci ilin yanvar ayında həmin torpaq sahəsini rəsmiləşdirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunverici likdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüq uqun məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
32. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmal arı bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
47. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, h ərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5997/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min