Məhkəmə qərarları › İş №2(102)-1124/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1124/2024

30.04.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1124/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb), təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, sudan istifadəyə görə yaranmış borcun ödənilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçünçü şəxs Quba ray on İcra və probasiya şöbəsinə qarşı ödənilməli pul məbləğlərinin indeksasiyası, maddi və mənəvi zərərin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1719/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Quba rayon Məhkəməsinin 2-418/2007 nömrəli iş üzrə 16 iyun 2007-ci tarixli qətnaməsi ilə, ünvan 1 ünvanda, 0,01874 ha həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv metr, köməkçi sahəsi 100,4 kv metr olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə İddiaçı və digər ½ hissəsinə X2 vərəsəlik üzrə mülkiyyət hüquqları müəy yən edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 24.1.2008-ci il tarixli, qeydiyyat №**********08-10301 saylı texniki pasport və 29.1.2008-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********0810301, seriya MH № ******* saylı çıxarış verilmişdir.

3. Quba Rayon Məhkəməsinin 2-227/2008 nömrəli iş üzrə 24 iyun 2008-ci il tarixli qətnaməsi ilə tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin natürada bölgüsü aparılmışdır.

4. Quba Rayon Məhkəməsinin 2-61/2011 nömrəli iş üzrə 08 iyun 2011-ci il tarixli qətnaməsi ilə X1 2500 manat və Cavabdeh 3000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət olunmuşdur.

5. X8 10 avqust 2014-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı (Quba rayon İcra və probasiya şöbəsi üçünçü şəxs qismində cəlb edilməklə) “ödənilməli pul məbləğlərinin indeksasiyası, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-61/2011 saylı iş üzrə 08 İyun 2011-ci il tarixli qətnaməsi ilə mərhum X1 tutulmalı olan 2500 manat pulun, onun varisi Cavabdeh, 8 iyul 2011-cı il tarixdən hazırkı iddia üzrə məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər, 2500 manat pul vəsaiti hesabından, gecikdirilən hər ay üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin hesablanması ilə İddiaçı ödənilməsi, ünvan 3 ünvanda yaşayış s ahəsi 79,8 kv metr, köməkçi sahəsi 100,4 kv metr olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə iddiaçının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edildiyi və mülkün real bölgüsü üzrə məhkəmə qətnaməsinin hüquqi qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixdən, ünvan üzrə mülkün İddiaçı aid hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi, cavabdehin üzərinə, ünvan ü zrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlarının iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və rüsuma ödənilmiş məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il qətnaməsi ilə ünvan üzrə miras mülkün real bölgüsü müəyyən edilmiş, evin ½ hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras mülkün mərhum X3 aid 1/2 hissəsinə vərəsəlik hüququ onun əri Cavabdeh keçmişdir. Cavabdeh vərəsəlik hüququndan istifadə etməsinə baxmayaraq, bu hüquqla üzərinə düşən vəzifələri, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il və xx.xx.2011-ci il tarixli qətnamələri üzrə icra sənədində təsbit olunan tələbləri yerinə yetirməkdən davamlı yayınır. Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli qətnaməsi ilə ünvan 1, 0,01874 ha həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv metr, köməkçi sahəsi 100,4 kv metr olan 2 mərtəbəli yaşayış evinin 1/2 hissəsinə İddiaçı və digər 1/2 hissəsinə X2 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. Bu əsasla, Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********08-10301 saylı texniki pasport və xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********08-10301, seriya MH № ******* saylı çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)-227/2008 saylı qətnaməsi ilə miras mülkün real bölgüsü müəyyən edilmişdir. Miras mülkün digər 1/2 hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras mülkün mərhum X3 aid 1/2 hissəsinə vərəsəlik hüququ onun əri Cavabdeh keçmişdir. Cavabdeh vərəsəlik hüququndan istifadə etməsinə baxmayaraq, bu hüquqla üzərinə düşən vəzifələri, Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, № 2(027)-227/2008 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli № 2(027)-61/2011 saylı qətnamələri üzrə icra sənədində təsbit olunan tələbləri yerinə yetirməkdən davamlı yayınır. Ünvan üzrə mülkiyyətə iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə bağlı, Quba Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnamə üzrə icra vərəqəsində göstərilən tələblər cavabdeh tərəfindən icra edilməmişdir. Bu səbəbdən, iddiaçı bu günə qədər mülkün ona aid olan 1/2 hissəsinə sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur və ona məxsus mülkiyyətdən istifadə edə bilməmişdir. Mülkün iddiaçıya aid 1/2 hissəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi 14 (on dörd) ildir hüquqi qüvvəyə minmişdir. Bu müddət ərzində iddiaçının mülkiyyətə sahiblik və istifadə hüquqları, mülkün mərhum X3 aid digər 1/2 hissəsinə vərəsəlik üzrə mü lkiyyət hüquqları əldə etmiş və hazırkı iddia üzrə Cavabdeh tərəfindən kobud pozulmuşdur. Cavabdeh miras mülkə qadağan edilmiş özbaşınalıq yolu ilə davamlı olaraq, bütünlükdə sahiblik edir. Cavabdeh ünvan 5 ünvanda ev sökülmüşdür) qeydiyyatda olmasına rəğmən, faktiki daimi yaşayış yeri ünvan 6 ünvanda yerləşən və hazırda mübahisə predmeti olan evdir. İşə dair məhkəmə qətnaməsinin icra vərəqəsinin 14 (on dörd) il ərzində icra edilməməsinin və cavabdeh (borclu) barəsində qanunvericiliyin tələblərinə müvafiq hüquqi tədbirlərin vaxtında görülməməsinin məsuliyyəti Quba rayon İcra və Probasiya şöbəsinin üzərinə düşür. Bununla bağlı, iddiaçının Milli Məclisə müraciəti əsasında Quba rayon icra və probasiya şöbəsi natamam və təhrif olunmuş məlumat vermişdir. Bu səbəbdən məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya şöbəsinin iştirakı zəruridir. Cavabdeh iddiaçının mərhum əmisi X5 adına Quba şəhərində miras qalmış və hazırda mübahisə predmeti olan ünvan üzrə evi, həmin əmlaka hüququ əsası olmadan, saxtakarlıq və qanunsuz yolla 27 fevral 2007-ci il tarixdə öz adına keçirmək niyyəti ilə mülkə aid X6 (yəni, iddiaçının anasının və cavabdehin qaynanasının) adına olan sənədləri, qaynananın vəfatından bir neçə gün öncə evdən oğurlamışdır. 16 fevral 2007-ci tarixdə X6 müəmmalı vəfatından cəmi 4 (dörd) gün sonra, cavabdeh, həmin sənədləri aidiyyatı üzrə olmayan Qusar Rayon Məhkəməsinə təqdim etmiş və cəmi 7 (yeddi) gün ərzində, X6 (iddiaçının anasının) vəfatından 11 (on bir) gün sonra, ünvan üzrə əmlak üzərində mülkiyy ət hüququnun tanınması barədə Qusar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixi, 2-221 a/07 saylı qətnaməsini əldə etmişdir. Bu fakt iddiaçıya anasının vəfatından 6 (altı) ay sonra, Quba Rayon Məhkəməsində məlum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Qusar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qanunsuz qətnaməsinin ləğv olunması barədə xx.xx.2007-ci il tarixli, № 2mk-262/2007 saylı qərardad qəbul etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli № 2-418/2007 sayh qətnaməsi ilə, ünvan üzrə miras mülkə Cavabdeh adina DƏDRX Xaçmaz ərazi idarəsindən verilmiş çıxarış etibarsiz sayılaraq ləğv edilmişdir. Həmin qətnamə ilə, ünvan 11 ünvanda 0,01874 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 79,8 kv metr, köməkçi sahəsi 100,4 kv metr olan miras mül kün A hissəsinə İddiaçı və digər A hissəsinə X2 vərəsəlik üzrə bərabər şəkildə mülkiyyət hüquqları müəyyən edilmişdir. Həmin qətnamə əsasında, iddiaçıya qeydiyyat №********** reyestr №**********08-10301, seriya MH № ******* saylı xx.xx.2008-ci il tarixli çıxarış vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)-227/2008 saylı qətnaməsi ilə tərəflərə məxsus mülkün real bölgüsü aparılmışdır. Qətnamə xx.xx.2008-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli № 2(027)-61/2011 saylı qətnaməsində iddiaçının mülkiyyətə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılası, sahibliyin qaytarılması, mülkiyyətə sahiblik və istifadə hüququnun pozulması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi cavabdeh X1 2500 (iki min beş yüz) manat pul tutularaq, iddiaçıya ödənilməsi, evdən və həyətyanı torpaq sahəsindən çıxarma, evin və həyətyanı torpaq sahəsinin giriş qapılarının açarlarının qaytarılmasına dair iddia tələbləri təmin edilmişdir. Qətnamə xx.xx.2011-ci il tarixdə hüquqi qüvvəyə minmişdir. Həmin qətnamə üzrə cavabdehlərdən biri X8 10.8.2014-cü il tarixdə vəfat etmişdir. Digər cavabdeh, sonradan mülkün mərhum X3 aid hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ qazanmış Cavabdeh (hazırkı iş üzrə cavabdeh) vərəsəlik hüququndan istifadə etməsinə rəğmən, icra vərəqələri üzrə tələbləri yerinə yetirməkdən davamlı yaymır. Vərəsəlik hüququ əldə etmiş Cavabdeh, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 tutulmuş 2500 manat pulun iddiaçıya ödəməkdən imtina edir. İddiaçi hazırkı iddia tələbi ilə, Mü lki Prosessual Məcəllənin 232.1ci maddəsinə əsaslanaraq, həmin 2500 manat pulun 14 il müddətdə ödənilməməsi səbəbindən, iddiaçıya dəymiş maddi zərərə görə, həmin məbləğdə pulun cari dəyərinin müvafiq indeksasiyasını tələb edir. Cavabdeh mülkün iddiaçıya aid həyət hissəsinə Quba şəhəri, Ərdəbil küçəsindən giriş üçün dəmir darvazanı həyət tərəfdən qıfılla bağlamışdır. İddiaçı mülkə maneəsiz daxil olmaq üçün açarları cavabdehdən ala bilmir. Cavabdeh 14 il ərzində iddiaçıya ünvan üzrə evin açarların verilməsi, kommunal və digər borcların ödənilməsi ilə bağlı, dəfələrlə yalan vədlər vermişdir. Bununla bağlı iddiaçının təkrar müraciətlərinə, cavabdeh, “Bir də mənə zəng eləmə” deyərək telefon danışığını kəsmişdir. Cavabdeh bu kimi hərəkətlə 14 il ərzində məsələnin həllini uzatmağa üstünlük vermiş dir. Cavabdehin ünvan üzrə evə aid işıq, qaz və kommunal xidmətlərin ödənişi ilə bağlı, külli miqdarda borcları olduğundan, həmin ünvana ayrıca işıq və qaz xətti çəkilməsinə müvafiq idarələr tərəfindən icazə verilmir. Mülkün iddiaçıya aid hissəsində, həyətin bölünməsi, hasar çəkilməsi, təmir-abadlıq işlərinin görülməsi üçün iddiaçı, dəfələrlə Quba şəhərinə gəlmişdir, mütəxəssislər dəvət etmişdir. Cavabdeh hər dəfə müxtəlif məzmunda bəhanələrlə evin açarlarını iddiaçıya verilməsinə, mütəxəsislərin smeta tərtib etmək üçün evə baxmasına imkan verməmişdir. Cavabdeh bu hərəkətlərlə işin həllinə süni maneələr yaratmışdır. 14 il müddətdə, göstərilən məsələlərlə bağlı, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdeh mülkün iddiaçıya aid hissəsində olan otaqları və həyət hissəsini zəbt edərək, öz şəxsi mənafei üçün istifadə edir, müxtəlif dövrlərdə evi kirayə vermişdir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində iddiaçı 14 il müddətdə ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və fayda götürmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və əvəzinin ödənilməsini tələb edir. İddiaçı ona məxsus ev və həyatyanı sahədə istifadə və digər hüquqlarından məhrum olmasaydı, bu halda, həmin mülkün 1 (bir) ay müddətə kirayəsindən 150 - 200 manat, 1 (bir) il müddətdə, orta hesabla, 2000 (iki min) manat pul vəsaiti əldə edə bilərdi. Bu halda, iddiaçıya 14 ildə - (14 x 12 ay - 168 ay), hər 1 (bir) aya kirayə haqqı minimum 150 manat hesabı ilə, 168 x 150 = 21000 (i yirmi min) manat məbləğ alınır. Sadə hesablama ilə təsdiq edilir ki, 14 il ərzində, iddiaçıya orta hesabla 21000 manat məbləğində zərər vurulmuşdur. İddiaçının valideynlərinə məxsus miras mülkdə olan daşınan əmlaka iddia etməmişdir. Bütün daşınar əmlak (pul, avtomobil, qızıl-zinət əşyaları, xalçalar, mebel və s.) cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdehin iddiaçıya qarşı davamlı olaraq törətdiyi qanun pozuntuları nəticəsində iddiaçı 2007-ci ildən bu vaxta qədər öz hüquqlarını müdafiə və bərpası üçün, çoxsaylı iddialarla məhkəmələrə müraciət etmişdir. Məhkəmə instansiyalarında iddiaçının tələbləri təmin edilmişdir. Lakin məhkəmə qətnamələri üzrə icra hərəkətləri yerinə yetirilməmişdir. Bu hallar 14 il ərzində iddiaçının çox vaxt itkisinə, davamlı stress və mənəvi sarsıntılara məruz qalmasına səbəb olmuşdur. Bu müddətdə, məhkəmələrə iddia ərizəsi ilə müraciət etmək, məhkəmə iclaslarında iştirak etmək, həmçinin, mülkün iddiaçıya aid hissəsində qətnamədə təsbit olunan təmir-tikinti işlərini görmək üçün, iddiaçı və iddiaçının əri (etibarnamə ilə nümayəndəsi) yaşadıqları Moskva şəhərindən dəfələrlə Quba şəhərinə gəlməli olmuşlar. Bununla bağlı, çox vaxt itirmişlər və əlavə pul sərf etmişlər. İllər ərzində, cavabdehin yalan vədlərlə məsələnin həllindən yayınması səbəbindən, iddiaçı, davamlı mənəvi sarsıntı və stress keçirmişdir. Bu səbəbdən iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzinin 9/3353 saylı 30.5.2023-cü il tarixli rəyinə əsasən, xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il olan dövr üçün iddiaçı ya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablama aparılaraq, 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin 2067,05 manat və eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat məbləğində müəyyən edilir.

9. Quba Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx. 2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin cəmi 2067,05 manat, eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən qalıq 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin qalıq 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat, cəmi 2093,92 (iki min doxsan üç manat, doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 1 00 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçının ünvan 12 ünvanda yaşayış sahəsi 79,8 kv metr, köməkçi sahəsi 100,4 kv metr olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə iddiaçının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edildiyi və mülkün real bölgüsü üzrə məhkəmə qətnaməsinin hüquqi qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixidən, ünvan üzrə mülkün İddiaçı aid hissəsinin Cavabdeh tərəfindən zəbt edərək, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi, cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlarının iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və rüsuma ödənilmiş məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası adından qəbul edilmiş bu qətnamə iddia tələbinin təmin edilməmiş hissəsinə münasibətdə, əsassız və ədalətsizdir. Məhkəmə iddianın əsasını təşkil edən tələblərin təmin edilməməsini, hüquqi cəhətdən əsaslandıra bilmədiyindən, qətnamədə anlamı çətin və absurd məzmunda qarışıq budaq cümlələrdən istifadəyə üstünlük verilmişdir. Qətnamənin təsvir hissəsinin qarışıq şəkildə yazılmış mətnində abzas (sətirbaşı) yazılış üslubuna riayət edilməməsi, mətnin məna vahidliyinin və məntiqli əlaqə ardıcıllığının pozulmasına səbəb olmuşdur. İddia ərizəsinin struktur mahiyyətinin çətin anlaşılmasına səbəb olan bu yazı üslubunun qərəzli məqsədlə olması, istisna deyil. İşin halları iddia ərizəsində və ərizəyə əlavə edilmiş sənədlərdə şərh olunmuşdur. İddia ərizəsində irəli sürülən tələblər, hüquqi əsaslandırılmış qanuni tələblərdir. Qətnamənin məzmunundan anlaşılır ki, məhkəmə iddia ərizəsini və tələbləri mahiyyəti üzrə tam hərtərəfli araşdırmamışdır və sübutları tədqiq etməkdən yayınmışdır. Bu səbəbdən, hesab edir ki, iş üzrə qətnamə, iddia ərizəsinin təmin edil məmiş hissəsinə münasibətdə, maddi hüquq və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İddia ərizəsinin mahiyyəti üzrə işə düzgün mövqedən yanaşılmamasının və işin real həqiqi hallara uyğun əsaslandırılmamasının müstəqil nəticəsi olaraq, iddianın əsasını təşkil edən tələblər təmin edilməmişdir. Bu baxımdan iddia ərizəsində şərh olunan halların hərtərəfli araşdırılması və sübutların tədqiqi əsasında, ədalətli yekun aktı qəbul edilməlidir. Bu səbəbdən, Quba Rayon Məhkəməsinin 2(027)-297/2023 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2023-cü il tarixli qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edilməsinə zərurət yaranmışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Səyyad Qafari (sədrlik edə n və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi iddia tələbinin cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olması üçün evin və mənzilin açarlarının iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkə məsinin qətnaməsi qismən ləğv edilmiş, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə evə aid kommunal xidmətlərdən yaranmış 397,5 manat Cavabdeh aid hesab edilməsi və ödənilmiş 195 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən mübahisəli yaşayış evinə maneəsiz daxil olması üçün evin və mənzilin açarlarının iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması hissəsində iddia tələbi üzrə icraata xitam verilməlidir.

15. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması hissəsində qeyd etmişdir ki, işdə olan “Azəriqaz” İstehsalat Birliyinin 28.7.2022-ci il tarixli məktubuna əsasən ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixinə 258 manat sayğacla müəyyən olunan borcu vardır. "xxxx" ASC 1 №-li Regional Sukanal İdarəsinin 3.2.2023-cü il tarixli məktubuna əsasən ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin 139,5 manat borcu qalmışdır. Həmin ünvanda yaşayış olmadığına görə 2014-cü ilin oktyabr ayından abonent passivə atılmışdır. "xxxx" ASC “Şimal” RETSİnin X7 424 №-li xx.xx.2022-ci tarixli məktubunda bildirilmişdir ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin abonent kodu X2 adına qeydiyyatdadır. Abonentin elektrik sayğacı Smart tiplidir və borcu yoxdur. Göründüyü kimi cavabdeh istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə borcu (258+139,5=397,5) 397,5 manat təşkil edir.

16. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, qazdan və sudan istifadəyə görə yaranmış ümumilikdə 397,5 manat borc Cavabdeh aid edilməli, ödənilmiş 195 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır.

17. Lakin həmin borcların, digər ödəniş və vergilərin Cavabdeh tərəfindən tam ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bu hissədə iddiaçının subyektiv hüququ olmadığında n, başqa sözlə desək, həmin borcları tələb etmək “Azəriqaz” İB və "xxxx" ASC-yə aid olduğundan, iddia tələbi təmin edilə bilməz.

18. İddia tələbinin cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə iddiaçı iddia tələbinin əsasını təsdiq edən tutarlı sübutları təqdim etmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi r.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 9.1, 9.3, 14.2, 88, 217.1 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Konstitusiyanın 13.1 və 29.4-cü maddəsinə ilə sayqısızlıq və insan hüququna hörmətsizlik nümayiş etdirərək, iddianın mülkiyyət hüququ ilə bağlı hissəsində, məsələnin həllinə qərəzli mövqedən yanaşaraq iddianı təmin etməmişdir.

22. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamədə, Mülki Məcəllənin 148.2-ci maddəsinin tələbinə riayət etməmişdir. Bu səbəbdən, iddiaçının dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuşdur.

23. İddiaçıya dəymiş maddi və mənəvi zərərlə bağlı, iddia ərizəsində göstərilən tələblər, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbayçan Respublikasının Mülki Məcəlləsininnin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31.5.2002-ci il Qərarı və normativ hüquqi aktlarında təsbit olunan tələblərə əsaslanaraq, irəli sürülmüşdür. Buna rəğmən apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə Konstitusiya Məhkəməsinin bu qərarına istinad və tətbiq etməmişdir.

24. Apellyasiya məhkəməsi iddiaçınınmi 2008-ci ildən ona məxsus olan mülkiyyətə (əmlaka) 15 (on beş) il müddətdə faktiki sahibliyə nail ola bilməməsinin səbəblərini məqsədli olaraq araşdırmamış və cavabdehin bununla bağlı qanunsuz hərəkətlərinə hüquqi qiymət verməmişdir. Məhkəmə bu və digər müvafiq maddələri tətbiq etməməklə, iddianın mahiyyətini təhrif etmiş və bu səbəbdən, iddianın təmin olunmamış hissəsinə münasibətdə məzmunca natamam və ədalətsiz qətnamə qəbul etmişdir.

25. İş üzrə qəbul etdiyi qətnamənin məzmunu, apellyasiya şikayətində şərh olunan hallar, hüquqi əsaslı məntiqlə irəli sürülmüş tələblər və məhkəməyə təqdim edilmiş sübutlar təsdiq edir ki, qətnamə, maddi və prosessual hüquq normalarının, Mülki Prossesual Məcəllənin, ərizədə sadalanan maddələrin tələblərinin ciddi pozulması, sübutların qarışıq və natamam şəkildə şərh edilməsi ilə qəbul edilmişdir. Qətnamədə işə aid mötəbər sübutlarla təsd iq olunan faktlar, o cümlədən, iddiaçının ona dəymiş maddi zərərin dəyərləndirilməsinə dair məhkəməyə təqdim etdiyi "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2023 tarixli ekspert təhlilinin nəticəsi üzrə hüquqi əhəmiyyətli rəsmi sənədi, həmçinin, həmin faktlardan irəli gələn nəticə şərh edilməmişdir. Qətnamədə iddiaçı tərəfin təqdim etdiyi, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmişdir. Bu əsasla qətnamə iddia tələbinin təmin edilməmiş hissəsinə münasibətdə qanunsuz və natamamdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilmə sini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə, yəni iddia tələbinin rədd olunması hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçı kassasiya şikayətində göstərdiyi dəlilləri aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilm işdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1719/2023 nömrəli iş üzrə 4 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar