Məhkəmə qərarları › İş №2(102)-1124/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1124/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1124/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1124/2025 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-226/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Al i Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh İddiaçı qardaşı oğlu X1 həyat yoldaşıdır. Cavabdeh ilə Azad Ağayev xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və bundan sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 1B saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh ilə Azad Ağayevin birgə nikahlarından iki övladları olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3623/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X13 atasının yanında saxlanılmışdır.

2. Cavabdeh gəlin köçdüyü tarixdən bugünədək həmin ünvanda yerləşən iki mərtəbəli “B” literli tikilidə yaşayır. Keçmiş hə yat yoldaşı onunla birlikdə yaşamır. Onların arasında bağlanmış nikah pozulduqdan sonra Cavabdeh həmin tikilidə yaşaması keçmiş həyat yoldaşı, qaynatası X5, qaynanası X3, baldızı X6 tərəfindən mübahisələndirilmiş, lakin onların “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiaları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1009/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8848/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

3. Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinə və onun üzərində olan 1B saylı fərdi yaşayış evinin 72,60 kv.m. ölçüdə hissəsinə dair İddiaçı mül kiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə isə İddiaçı həmin ünvanda yerləşən 163,70 kv.m. ölçüdə 1B saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 1B ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus fərdi yaşayış evinin birində qalır və cavabdehin sözügedən evə qeydiyyatı yoxdur. Dəfələrlə o, cavabdehə evini tərk etməsini bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə müddəti uzadır. Həmin müddət ərzində yaşadığı otaqdan tanımadığı şəxslərin giriş-çıxışını təmin edir.

6. Bundan sonra cavabdeh məhkəməyə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır.

7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırkı mübahisə predmeti olan ev onun qayınatasının evi olmuşdur. Hazırda həmin adam vəfat etmişdir. Hazırkı mülki iş üzrə iddiaçı isə onun yoldaşının əmisidir. Hazırda yaşadığı ev iddi açının evindən ayrı olmaqla sənədi olmayan ikinci mərtəbədə yaşayır. O, xx.xx.2001-ci il tarixdə X7 ilə nikaha daxil olaraq ailə qurmuşdur və o vaxtdan da ünvan 2 ünvanında yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan başqa, keçmiş həyat yoldaşı qeyd olunan mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Ancaq iddiası təmin olunmamışdır. O, nikah bağladıqdan bu günə kimi həmin evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Bu da onun hüquqlarının kobud surətdə pozulması deməkdir. Onun hazırda yaşadığı yaşayış sahəsindən başqa yaşaya biləcəyi heç bir yeri və yaşayış sahəsi əldə etməsi üçün maddi imkanı yoxdur. Odur ki, bunu nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş edilmişdir.

8. Məhkəmə iclasında izahat ı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının adına olan çıxarışa və texniki pasporta əsasən cavabdehin hazırda yaşadığı yaşayış sahəsi iddiaçının mülkiyyətində deyildir. Buna görə də cavabdehin oradan çıxarılması ilə bağlı hüququ yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-504/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililər də nəzərə alınmaqla) özünə aid əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət o lunmuşdur.

10. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli evə hər hansı mülkiyyət və ya əşya hüququ yoxdur. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında mübahisəli yaşayış evinin texniki pasportuna cavabdehin iştirakı ilə baxış keçirmiş və cavabdehin etirafı ilə müəyyən edilmişdir ki, cavabdeh birinci mərtəbədə yerləşən “B” tikilisinin üzərində (ikinci mərtəbədə) özbaşına inşa edilmiş tikilidə yaşayır. Cavabdeh “B” tikilisindən istifadə etməklə ikinci mərtəbəyə qalxır və öz əşyal arı ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı ünvan 4 ünvanın tam hüquqlu mülkiyyətçisi olmuş, həmçinin həmin ünvanın alt hissəsi yəni torpaq sahəsi də (cavabdehin yaşadığı faktiki torpaq sahəsi) iddiaçıya qanuni əsasla keçmiş və mülkiyyətindədir.

11. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, digər şəxslərin kimlər olmasına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə tələb əsaslı hesab edilə bilməz və rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcə lləsinin 152, 157ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdehin nümayəndə və Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1009/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Əzizbala Ağayev və onun ailə ü zvləri tərəfindən verilmiş iddia təmin olunmamışdır. Sonradan apellyasiya şikayəti verilsə də, iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə tikilinin özbaşına tikili olması, iddiaçıların subyektiv hüququnun olmaması öz təsdiqini tapmışdır. Hazırda heç bir şərait dəyişməmişdir. Onun yaşadığı otaq hazırda özbaşına tikildir. Həmin otağa heç bir şəxsin mülkiyyət hüququ tanınmamışdır. Hazırkı iddiaçının da onun evdən çıxarılmasını tələb etmək hüququ yoxdur. Yəni həmin qətnamə ilə müəyyən edilən hallar hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyırdı. Məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə iddiaçınını subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Həmin tikilinin heç bir mülkiyyət sənədi olmamışdır. İddiaçının tikiliyə mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə hazırkı iş üzrə ekspertiza təyin etməli və cavabdehin yaşadığı tikilinin, otağın təqdim olunmuş çıxarışda və texniki pasportda görünüb-görünməməsini müəyyən etməli idi. Yəni bu tikiliyə mülkiyyət hüqunun tanınıb tanınmamasını müəyyən etməli idi. İş üzrə ekspertiza təyin etməklə daha düzgün nəticəyə gəlmək mümkün idi. Həmin həyətdə çıxarışdan əlavə tikililər mövcuddur. Onun yaşadığı ev özbaşına tikilidir. Məhkəmə buna özbaşına tikili ilə bağlı qanunvericiliyi tətbiq etməmişdir. Ümumiyyətlə onun həmin evə gəlin köçməsi, həmin evdə 2001-ci ildən yaşaması mənzilin onun iştirakı olmadan özəlləşdirilməsini qeyri-mümkün edirdi. Lakin hazırkı məhkəmənin predmeti olmasa belə onun həmin evə gəlin köçməsi, uşaqlarını həmin evdə böyütməsi, onun evdən çıxarılmasını mümkünsüz edir. Ümumiyyətlə məhkəmə iş üzrə yerli baxış keçirə bilərdi.

15. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7204 saylı ekspert rəyinə əsasən, Cavabdeh istifadəsində olan iki mərtəbəli “B” literli yaşayış sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********9-10301 reyestr nömrəli çıxarış sənədi ilə İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 1B saylı fərdi yaşayış evinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan yaşayış sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib edilmiş Texniki Pasport sənədində ümumi sahəsinin 54 kv.m. təşkil edən iki mərtəbəli “B” literli yaşayış sahəsi kimi göstərilən tikili olduğu müəyyən edilmişdir. Tədqiq olunan mülkün bir tərəfdən küçə ilə, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu nəzərə alaraq, Cavabdeh istifadəsində olan iki mərtəbəli “B” literli yaşayış sahəsindən texniki cəhətdən sərbəst şəkildə istifadə etməsinin mümkün olmadığı müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-226/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (haki mlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda cavabdehin yetkinlik yaşına çatmayan uşağı yoxdur. Nikaha daxil olduğu 2001-ci ildən bugünədək cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinin üzərində olan 1B saylı fərdi yaşayış evinə aid olmaqla ümumi sahəsi 54 kv.m. olan iki mərtəbəli (hər iki mərtəbə onun istifadəsindədir) “B” literli tikilidə yaşayır. Bu hal məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı, habelə məhkəmə kollegiyası tərəfindən mötəbər süb ut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 316-16/2-10/7204 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin 72,60 kv.m ölçüdə hissəsinə xx.xx.2021-ci il tarixdə, 163,70 kv.m. hissəsinə isə xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin tarixdən də onun mülkiyyətindədir. Ekspert rəyinə əsasən cavabdehin yaşadığı həmin tikili iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin daxilində yerləşir. Bununla belə, cavabdeh nikaha daxil olduqdan sonra köçdüyü mübahisəli yaşayış sahəsi hər hansı şəxsin, o cümlədən iddiaçının mülkiyyətində olmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Mübahisəli yaşayış sahəsinin də daxil olduğu fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Həmin tarixdən də onun bu əmlaka sətəncam vermək hüququnun yaranması hüquqi nəticə etibarı ilə həmin daşınmaz əmlaka dair onunla cavabdeh arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, iddiaçının həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində cavabdehlə onun arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Belə olan halda, həmin əmlakın məhz 2023-cü il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınması nəzərə alınmaqla cavabdehin həmin sahədən istifadə hüququnun yaranması və onun bu sahədə b undan sonra da yaşamasının mümkünlüyü qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nikahda olduğu 2001-2020-ci illər ərzində yaşadığı sahə hüquqi vəziyyətinə görə özbaşına tikinti olduğundan onun həmin sahədən istifadə hüququ yaranmamış, yalnız nikahından irəli gələrək orada yaşamaq hüququ olmuşdur. Onun keçmiş həyat yoldaşı, qaynatası və baldızı tərəfindən ona qarşı irəli sürülmüş “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia da onun həmin sahədən istifadə hüququnun olması əsası ilə deyil, iddiaçıların belə bir iddia irəli sürmək üçün subyektiv hüquqlarının olmaması əsası ilə rədd edilmişdir. Belə ki, məhkəmələr qeyd etmişdilər ki, iddiaçılar həmin sahəyə dai r hər hansı hüquq müəyyənedici sənəd təqdim etmir, onlar həmin sahə üzərində hər hansı hüquq əldə etməmişdilər. Belə olan halda, iddiaçılardan biri olmuş X7 ilə nikaha daxil olduqdan sonra onun arvadı kimi həmin sahəyə köçmüş cavabdehin də məhz nikahından irəli gələrək yaşamaq hüququndan başqa hər hansı hüququnun yaranması istisna olunur. Bununla belə, cavabdeh 2023-cü ildə mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçının ümumiyyətlə ailə üzvü deyil, onun ailə üzvü kimi mübahisəli sahəyə köçürülməmişdir. Cavabdeh iddiaçının qardaşının keçmiş ailə üzvüdür (onların nikahları artıq pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir). Hazırkı vəziyyətdə cavabdehin iddiaçıya münasibətdə “digər qohum” statusuna malik olubolmamasına qiymət verilməsinə isə ümumiyyətlə hər hansı zərurət yoxdur. Belə ki, cavabdeh nikahda olduğu təqdirdə belə iddiaçının digər qohumu kimi qiymətləndirilə bilməzdi. Hər bir halda, bu ifadənin hüquqi mənasına uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi olaraq iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyil. Mövcud vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin iddiaçının cavabdehin onun mülkiyyətində olan yaşayış sah əsindən çıxarılmasını təkidlə tələb etdiyi bir vəziyyətdə bunun qeyri-mümkünlüyü bir mənalıdır.

19. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, mübahisəli “B” literli 2 mərtəbəli tikilinin cavabdehin nikahda olduğu dövrdə onlar tərəfindən inşa edildiyi, habelə onun vəziyyətinin yaxşılaşdırılması, o cümlədən əsaslı təmir edilməsi də müəyyən edilməmişdir (həmin əmlakda yerində müayinə də keçirilmişdir). Cavabdeh də ümumiyyətlə bu mövqedən çıxış etmir. Bununla belə, nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka o lan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh mübahisəli “B” literli 2 mərtəbəli tikilidən çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, cavabdeh həmin ünvanda əşyaları ilə birlikdə yaşayır və onun həmin yaşayış sahəsindən çıxarılması oradan ona məxsus olan bütün əşyaların da çıxarılmasını şərtləndirir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə istinadən onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə, ilkin olaraq Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 1B saylı fərdi yaşayış evinin 72,60 kv.metr hissəsinə mülkiyyət hüququ ta nınmışdır. Həmin vaxt evin texniki pasportunda “B” literli tikilinin 1 mərtəbəli olduğu göstərilmişdir. Halbuki, həmin tikili iki mərtəbəli olmuşdur. Bu səbəbdən qətnamədə cavabdehin 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililərdə nəzərə alınmaqla) çıxarılması qət edilmişdir. Qeydiyyatdan keçməyən əlavə tikililər dedikdə də məhz “b” literli tikilinin ikinci mərtəbəsi nəzərdə tutulmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə artırmalar da nəzərə alınmaqla 1B saylı ev 163.70 kv.metr ölçüdə olaraq iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı tərtib edilmiş texniki pasportda cavabdehin yaşadığı mübahisəli yaşayış sahəsinin artıq iki mərtəbəli olduğu göstərilmişdir (həmin sənədlər iddiaçı tərəfindən məhkəməyə qətnamə çıxarıldıqdan sonra, xx.xx.2023-cü il ta rixdə təqdim edilmişdir). Bu baxımdan mövcud vəziyyətdə qətnamənin nəticə hissəsində göstərilənlər cavabdehin məhz Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinin üzərində olan 1B saylı fərdi yaşayış evindən, o cümlədən həmin evin sahəsinə daxil olmaqla ümumi sahəsi 54 kv.m. olan iki mərtəbəli “B” literli tikilidən çıxarılmasını özündə ehtiva edir.

21. Məhkəmə kollegiyası cavabdehin yaşadığı sahənin iddiaçının mülkiyyətinə daxil olduğunu, cavabdehin iddiaçının ailə üzvü, habelə keçmiş ailə üzvü olmadığını, ona münasibətdə “digər qohum” statusu daşımadığını, cavabdehin orada yaşamasına iddiaçının razılığının olmadığını, həmin sahənin hər hansı hissəsinin inşa edilməsi, o cümlədən yaxşılaşdırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı vəsaitin sərf ed ilməsinin müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehə münasibətdə təmin etməkdə haqlı olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 146.2, 152.1, 152.5, 157.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə çıxarışın etibarsız hesab edilməsi tələbi ilə cavabdeh müraciət etmiş, bu barədə iddia ərizəsini də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə icraatı dayandırmayaraq, məhkəmə baxışını davam etdirmişdir. Məhkəmə koll egiyası işdə olan sübutlara qiymət verməmişdir.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76, 77, 82.2, 82.3, 88, 89, 254.1.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin o na mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 30.2. Əgər ya şayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi s übutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş v ə səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli o lan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

57. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-226/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar