Məhkəmə qərarları › İş №2(102)-1125/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1125/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1125/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutların qiymətləndirilməsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin iştirakları olmadan işə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 no yabr 2022-ci il tarixli, 2(103)5860/2022 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh 27 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən həmin MMC-yə məxsus və onun tərəfindən tikilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə ilə Talıblı küçələrində yerləşən hündürmərtəbəli yaşayış binasının, ümumi sahəsi 388 kv.m. olan qeyri-yaşayış sahəsinin 1 kv.m. dəyəri 500 manat olmaqla, ümumi pay dəyəri 194000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

2. Cavabdeh MMC tərəfindən verilmiş 14 nömrəli, 27 iyun 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı 388 kv.m. qe yri-yaşayış (yarımzirzəmi) sahəsi üçün 194000 manat məbləğində pul vəsaitini ödəmişdir.

3. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə cəmiyyətin arxiv sənədlərinin içərisində yoxdur. 4. 17 avqust 2009-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində 440 kv.m qeyri-yaşayış sahəsinin tikintisini, Ömərov Ələsgər Abbas oğlu isə həmin qeyri-yaşayış sahəsinin qiyməti olan 352000 manat pulu ödəməyi öhdəsinə götürmüşlər.

5. Cavabdeh MMC tərəfindən verilmiş 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderinə əsasən Ömərov Ələsgər Abbas oğlu tərəfindən qeyri-yaşayış sahəsi üçün 352000 ma nat məbləğində pul vəsaiti ödənilmişdir.

6. Ömərov Ələsgər Abbas oğlu 15 mart 2012-ci ildə ölmüşdür. Maraqlı şəxs Ömərov Ələsgər Abbas oğlunun övladıdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)4349/2020 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal ray onu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin verilməsi cavabdehə həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində MMC tərəfindən 2005-ci il tarixdə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılmış və tikinti işləri 2008-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən 194000 manat dəyəri ödənilməklə həmin binadan 388 kv.m. qeyri-yaşayış (yarımzirzəmi) sahəsinin alınma sı üçün 27 iyun 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən tikinti işləri başa çatdıqdan sonra 2008-ci ilin sonlarında onun tərəfindən özünə məxsus ünvan 1 qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparılmış, təmirə və quraşdırılan avadanlıqlara 300000 ABŞ dolları kapital qoyuluşu olmuşdur. 2009-cu il tarixdən qeyri-yaşayış sahəsi istifadəyə verilmiş və hazıradək fəaliyyətini davam etdirir. İddiaçı və cavabdeh arasında 388 kv.m. qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə müxtəlif bəhanələr gətirməklə ona verilməmişdir. Hansı ki, maliyyə arayışı və ödəniş qəbzi onun özündədir. Bununla əlaqədar iddiaçı MMC-yə dəfələrlə müraciət etmiş, MMC müəssisənin arxiv sənədləri olmadığı üçün iddiaçıya müsbət cavab verə bilməm əsini göstərmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)6710/2018 nömrəli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə il Talıblı küçələrinin kəsişməsi), Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə dair ağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, həmin qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində), indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini 194000 manat məbləğinə alması barədə MMC ilə müqavilə bağlayaraq, həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əsaslı təmir aparılmışdır. Lakin, buna baxmayaraq, tərəflərin arasında mübahisəli qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqaviləni cavabdeh tərəf iddiaçı tərəfə verməkdən imtina etdiyindən cavabdeh həmin müqaviləni əldə edə bilməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini 27 iyun 2007-ci il tarixdə tam həcmdə ödəməklə, mübahisəli qeyriyaşayış sahəsini cavabdehdən almaqla, həmin vaxtdan onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır.

12. Buna görə də, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal ra yonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və 27 iyun 2007-ci il tarixli müqavilənin iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyatorun vərəsə olduğu Ömərov Ələsgər Abbas oğlu ilə cavabdeh arasında bağlanmış 17 avqust 2009-cu il tarixli müqaviləyə əsasən MMC 440 kv.m. qeyri-yaşayış sahəsini tikib təhvil verməyi, Ömərov Ələsgər Abbas oğlu isə həmin tikintinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin tikintinin dəyəri 352000 manat olmaqla Ömərov Ələsgər Abbas oğlu tərəfindən tam şəkildə ödənilmişdir. Qeyri-yaşayış sahəsi Ömərov Ələsg ər Abbas oğlu tərəfindən əsaslı təmir edilmiş, bir müddət un məmulatları satılan mağaza olaraq icarəyə verilmişdir. Ömərov Ələsgər Abbas oğlu 15 mart 2012-ci ildə vəfat etmişdir. Bundan istifadə edən və uzun müddətdir ki, Ömərov Ələsgər Abbas oğlu ilə həm ticarət, həm də “dostluq” münasibətləri olmuş iddiaçı qeyd edilən (440 kv.m.) qeyri-yaşayış sahəsinin ona satıldığını iddia edərək, məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, MMC tərəfindən İddiaçı bağlandığı iddia edilən 27 iyun 2007-ci il tarixli müqavilə şirkətin arxivində yoxdur. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi guya həmin əmlakın dəyərini ödəməsini əks etdirən 194000 manat məbləğində maliyyə arayışı həmin əmlakın real dəyərini əks etdirmir. Bundan əlavə, Ömərov Ələsgər Abbas oğlunun hüquqi varisi olaraq Maraqlı şəxs məhkəməyə maraqlı şəxs qismində çağırılmamışdır. Maraqlı şəxs qeyd edilənlərdən hər hansı məlumatı olmadığına görə vərəsəsi olduğu mübahisələndirilən əmlakın (440 kv.m. qeyri-yaşayış sahəsinin) ona təhvil verilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia qaldırmış və həmin Məhkəmənin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Lakin qeyd edilən icra sənədinin icrası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin mövcudluğu və iddiaçıya ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar olduğu üçün mümkünsüz olmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həqiqətən də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən yaşayış binası 4 nəfərin yəni, İddiaçı, Ömərov Ələsgər Abbas oğlunun, X1 və Fazil adlı şəxsin şərikliyi ilə inşa edilmişdir. İşin bu halını apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə ve rmiş X3 və Cavabdeh MMC-nin əvvəlki direktoru X6 ifadələrində təsdiq etmişlər.

18. Belə ki, X3 ifadəsində göstərmişdir ki, onun iddiaçı ilə birlikdə ilk iş yeri “Yenes” şirkəti olmuş, həmin torpaq onun şəxsi torpağı olmuşdur. Cavanşir adlı tanışı vasitəsilə Ələsgərlə tanış olmuş, az müddətdə yaxın münasibət saxlamış, güvəndiyi insan olmuşdur. O zaman “Bakont” televiziya evinin yaxınlığında kirayə evdə qalmış, gediş-gəlişləri olmuşdur. Onlar şəriklərlə birlikdə birinci bina tikilib başa çatandan sonra, ikinci binanın tikintisinə başlamış, həmin binada o zaman köçkünlər yaşamış və oranı tərk etmişlər. Bütün alğı-satqı məsələləri Ə.Ömərova həvalə olunmuş, birlikdə çox işlər görmüş, lakin heç birində tərəfindən onlara hesabatlar daxil olmamışdır. Zəlimxan və Alim adında iki qardaş olmuş, onlar la da tez-tez görüşmüşlər. Ələsgər ona Alimin də 400000 manat verərək şərik olduğunu bildirmişdir. Lakin sonra ona məlum olmuşdur ki, həmin pulu 1 nömrəli Tikiş fabrikinin yerinə vermişlər, lakin tikintini başa çatdıra bilməmişlər. Pulu İmişlidən olan Fikrət adında şəxsə vermiş, o, qapı-pəncərə sexində işləmişdir. Belə ki, Ələsgərin onları aldatdığı məlum olmuşdur. Həmin mübahisəli yerin yerləşdiyi sahə İddiaçı məxsus olmuş, Ələsgər o zaman Xətai rayonunda “Fateh” şirkətində, 7 bloklu binanın tikintisinə başlamışdır. İddiaçıla şərik olduqları üçün binanın tikintisini İddiaçı bitirmişdir. Belə ki, Ə.Ömərov rəhmətə getmiş, bina yarımçıq qalmışdır. Vətəndaşların Ə.Ömərovun ailəsinə hücum etməmələri üçün İddiaçı həmin binanın tikintisini başa çatdırmışdır. İddiaçı yarı-zirzəmi olan mübahisəli yerin yerləşdiyi ərazini təmir etdirmişdir. Hətta İddiaçı orada şirniyyat sexi olmuşdur.

19. Şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-nin icraçı direktoru olmuş, həmin vaxt Ələsgər Ömərovla İddiaçı şərik olmuşlar. 2005-ci ildə binanın tikintisi başlamışdır. Aralarında olan pay bölgüsünə əsasən 440 kv.metr İddiaçı düşmüşdür. Həmin vaxt Əhmədlidə də bina tikilmiş, onlar orada da şərik olmuşlar. Oradakı obyekt də Ələsgərin payına düşmüşdür. Tofiq mübahisəli obyektin təmirinə 286000 ABŞ dolları pul xərcləmişdir. Tofiq Çində olanda mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərmişdir. Azər də, Ələsgər də bunu bilmişlər. Hətta Ələsgərin qızının toyu üçün tort həmin sexdə bişirilmiş və Tofiq tortu hədiyyə etmişdir. Tofiq Çində olduğuna görə sexə kassa apara tının qeydiyyatı üçün müqavilə lazım olmuş, həmin vaxt Ələsgər Ömərovun adına formal müqavilə bağlanmışdır ki, kassa aparatı ala bilsinlər. Sonra kassa aparatı verilməmiş, müqaviləni də mübahisələndirən olmamışdır. Yəni Ələsgər müəllimin adına verilən müqavilə və maliyyə arayışı formal olaraq tərtib edilmişdir. Ələsgər Ömərovla İddiaçı şərik olsalar da, mübahisəli yer Tofiqə aid olmuş, Əhmədlidə tikilən yer isə Ələsgərlə Tofiqin şərikli yeri olmuşdur. Yeni Yasamaldakı və Əhmədlidəki yeri Ə.Ömərov təmir etməli imiş. İddiaçı Çindən təmir üçün avadanlıqlar gətirmişdir. Mübahisəli yer iddiaçı tərəfindən təmir olunmuşdur. İddiaçı Çində olarkən həmin yer şirniyyat sexi olaraq fəaliyyət göstərmişdir. Əhmədlidəki yer üzrə Ələsgər başqa adamlarla şərik olmuşdur. Ələsgər rəhmətə gedəndən sonra binan ın tikilişi yarımçıq qalmış, binanın tikilişini Tofiq başa çatdırmışdır. Mübahisəli yerin təmirində Ələsgərin iştirakı olmamışdır.

20. Apellyasiya məhkəməsi şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçıla 388 kv.m sahə ilə bağlı müvafiq müqavilə 2007-ci ildə bağlanmış, Ömərov Ələsgər Abbas oğlu ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Yəni, T.X13 Respublikasında olan zaman mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərdiyindən gələ bilmədiyi üçün kassa aparatının məlumatlarına görə həmin yer üçün Ə.Maraqlı şəxs adına müqavilə bağlanmasını bildirmişdir. Mübahisəli sahənin İddiaçı tərəfindən hazırki vaxta kimi təmir etdirərək əvvəl şirniyyat sexi kimi, hazırda isə bar kimi işlətməsini şahidlər təsdi q etmişlər. Şirniyyat sexinin 2009-cu ildə fəaliyyət göstərməsini maraqlı şəxs də izahatında təsdiq etmişdir.

21. Maraqlı şəxs izahatlarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli sahəyə dair müqavilənin olmadığı halda həmin sahə ilə bağlı müvafiq çıxarışın alınmasının qanuniliyinə də toxunmuşdur. İşə apellyasiya icraatı qaydasında baxılarkən 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv.metr olan qeyri-yaşayış sahələrinə dair sənədlərdən görünür ki, 117,4 kv.m olan sahə 15 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı İddiaçı arasında 27 iyun 2017-ci il tarixdə C avabdeh MMC arasında müvafiq müqavilə bağlanmışdır. Həmçinin, təqdim edilmiş sənədlərdən görünür ki, 314,6 kv.m sahə 16 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı 27 iyun 2007-ci il tarixdə Cavabdeh MMC və İddiaçı arasında müvafiq müqavilə bağlanmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin Cavabdeh MMC tərəfindən İddiaçı bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığına, həmin müqavilənin İddiaçı verilməsinin mümkünsüzlüyü ilə bağlı iddia tələbinin əsassız olmasına dair dəlilləri ilə bağlı hesab etmişdir ki, bu dəlil yuxarıda qeyd edilən 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş sənədlər içərisində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 27 iyun 2007-c i il tarixli müvafiq müqavilənin məzmunu ilə təkzib edilir. İddiaçı bildirdiyinə görə müqavilə icra prosesində təqdim edildiyindən ona müvafiq çıxarış verilmişdir. Təqdim edilmiş müqavilədən də görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsidir. Müəyyən edilmişdir ki, İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan sahə mübahisə predmeti deyil və olmamışdır. Bu tərəflərin həm məhkəmədə verdikləri izahatları, həm iştirakları ilə keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır.

23. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli əmlakın yerləşdiyi hazırda “Secrets Pub” adlı ç ay evi olaraq fəaliyyət göstərir. Mübahisəli yerə girişdə mübahisəli yerin yerləşdiyi yerə qədər (2 otaq iç-içə yerləşir, aralarında qapı mövcud deyil, bu otaqlardan sonra 314,6 kv.metr sahə mövcuddur) İddiaçı məxsus 117,4 kv.metr yer mövcuddur. Həmin yer 2017-ci il tarixdə İddiaçı tərəfindən alınıb. Bu yer müqavilə üzrə 120 kv.metr təşkil edir (çıxarışda 117,4 kv.metr) və mübahisə doğurmur. 117,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə maraqlı şəxsin iddiası yoxdur. Mübahisə doğuran yer çıxarış üzrə 314,6 kv.metr sahəni əhatə edir. Maraqlı şəxs məhz 314,6 kv.metr olan sahənin ona məxsus olmasını iddia edir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsin də yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Yerli baxış zamanı Maraqlı şəxs İddiaçı adına olan sahənin ona qeyd edilən məhkəmə qətnaməsində əksini tapan sahə olmasını göstərsə də, həmin sahənin 440 kv.m olması öz təsdiqini tapmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsində göstərilən ünvan ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsində göstərilən ünvan (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsi) eyni ünvanlar olmama qla ayrı-ayrı ünvanlardır.

25. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı tərəflərə müvafiq ekspertizanın keçirilməsinin məqsədəuyğunluğunun müzakirəsini təklif etsə də, apellyator buna etiraz edərək bildirmişdir ki, işə əlavə olunan sənədlərdən də görünür ki, hər iki qətnamənin predmeti eyni sahələr olması barədə 1 saylı Bakı Ərazi İdarəsinin məktubu mövcuddur. Apellyasiya məhkəməsi apellyatorun ekspertiza ilə bağlı fikirləri ilə əlaqədar qeyd etmişdir ki, onun ekspertiza aparılmasına etirazı irəli sürdüyü dəlillər əsasında deyil, Ömərov Ələsgər Abbas oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqavilə üzrə plan sxemin və texniki pasportunun olmaması səbəbindən ekspertiza tədqiqatının aparılmasının mümkünsüz ola bilərdi. Bu səbəblərdən iş üzrə ekspertiza t əyin edərək müqavilələrdə göstərilən sahələrin eyni sahə olmaqla və ya üst-üstə düşməsinin müəyyən edilməsi mümkünsüz olardı.

26. Qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsində Ömərov Ələsgər Abbas oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqaviləyə istinad edilsə də, apellyasiya məhkəməsi həmin qətnamənin qanuniliyinə qiymət vermədən qeyd etmişdir ki, hazırki işə apellyasiya icraatında baxılan zaman sözugedən müqavilənin mübahisəli sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə formal əsaslarla bağlanması müəyyən edilmişdir. Bu həm şahid ifadələri, həm yerli müayinənin nəticələri, həm də ilk müqavilənin iddiaçı ilə "xxxx" MMC arasında 27 iyun 2007-ci il tarixdə bağlanması, hazırki vaxta kimi həmin sahənin İddiaçı istifadəsində olması və işin digər araşdırılmış halları ilə öz təsdiqini tapmışdır.

27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki mübahisənin həlli baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin müddəalarına da diqqət yetirilməlidir. Məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs öz qənaətinə görə iddiaçının əmlakını ondan sonra bağlanmış müqavilə əsasında özününkü hesab etsə də, həmin əmlakı əldə edilməsi üçün artıq heç bir hüquqi əsası olmamışdır.

28. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi icra edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona müvafiq çıxarışlar da verilmişdir.

29. Apellyasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsinin mövcudluğu ondan əvvəl qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

31. Mübahisə pre dmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1-152.3, 157.2, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, əmlak üzərində mülkiyyət hüququ və ya onun daxili elementləri (sahiblik, istifadə, sərəncam) o halda yarana bilər ki, sözügedən əmlaka digər şəxsin hüquqları olmasın və ya hüquqları olan şəxs bu hüquqların ötürülməsinə razılıq vermiş olsun. Mübahisəli əmlaka Maraqlı şəxs hüquqlarının olduğunu (müqavilə və kassa orderi əsasında əldə edilmə) nəzərə alınaraq, sonradan digər şəxslərin hüquqlarının tanınması hüquqa ziddir. Hazırki mübahisəyə vindikasiya tələbi olaraq baxılmalı və özgənin qanunsuz sahibliyindən, yəni İddiaçı mübahisəli əmlak alınaraq Maraqlı şəxs qaytarılmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları lazımınca qiymətləndirməmiş və əmlakın əsl sahibinin hüquqlarını pozaraq İddiaçı maraqlarına xidmət edən məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə, İddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinə olan payını tam həcmdə 27 iyun 2007-ci il tarixli müqaviləyə əsasən ödədiyi halda, hansı səbəbdən 2018-ci il tarixədək həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməməsini, Ömərov Ələsgər Abbas oğlu vəfat etdikdən sonra 2018-ci ildə isə guya müqaviləni itirmə bəhanəsi ilə məhkəməyə müraciət etməsini araşdırmamışdır. Bundan əlavə apellyasiya instansiyası tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə hüquq müəyyənedici sənədlərin götürülməsi ilə bağlı sorğu verilmiş və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 sentyabr 2022-ci il tarixli məktubla təqdim edilmiş sənədlər içərisində iddiaçı və Cavabdeh MMC tərəfindən imzalanmış 27 iyun 2007-ci il tarixli müqavilə ortaya çıxmışdır. Qeyd edilən müqavilənin hansı tarixdə imzalanması barədə sual və bunun müəyyən edilməsinə dair ekspertiza təyin edilməsi barədə şifahi vəsatət verilsə də, bu nəzərə alınmamış və hakim tərəfindən “ekspert bunu müəyyən edə bilməyəcək” şəklində qabaqcadan fikir bildirilmişdir. Müqavi lənin İddiaçı və Cavabdeh MMC tərəfindən 27 iyun 2007-ci il tarixdə yox, sonradan tərtibi ilə bağlı açıq aşkar şübhələr olduğu halda məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş və bu hal araşdırılmamışdır. Digər tərəfdən şahid kimi ifadə vermiş Ramiz Qazaxlı bildirmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən təmir edilmiş və avadanlıqlar gətirilmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Təmirə xərclənən 286000 ABŞ dollarının hansı sübutlarla təsdiq edilməsi araşdırılmamışdır. X12 bildirmişdir ki, guya maraqlı şəxsin atasının adına mövcud müqavilə və maliyyə arayışı iddiaçı Çində olduğu üçün formal olaraq kassa aparatını alınması üçün bağlanmışdır. Lakin, nə həmin dövrdə olan qanunvericilikdə, nə də hazırki qanunvericilikdə elə bir tələb olmayıb. Olmuş olsaydı belə, əgər həqiqətən əmlak iddiaçının idisə müqavilənin iddiaçının ailə üzvlərindən birinin yox, Ömərov Ələsgər Abbas oğlunun adına bağlanılması, iddiaçının həmin anda həqiqətən Çində olması, hansı müddətdə orda olması, qayıtdıqdan sonra adına rəsmiləşdirmə aparmaması araşdırılmamışdır.

33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı və Cavabdeh MMC arasında 27 iyun 2007-ci il tarixdə bağlanmış müqavilə əsasında ona mənsub o lmuşdur. O, həmin qeyri-yaşayış sahəsini öz hesabına təmir etdirmiş, orada müəyyən işlər görməklə müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və fəaliyyətini davam etdirir. Müqavilə bağlandığı gündən qeyri-yaşayış sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuşdur. İddiaçı sözügedən qeyri-yaşayış sahəsini alarkən və fəaliyyət göstərərkən onun həmin qeyri-yaşayış sahəsinə digər şəxslərlə heç bir ortaqlığı olmamış, həmin sahə heç kimə icarəyə verilməmişdir. Qeyri-yaşayış sahəsini İddiaçı Ömərov Ələsgər Abbas oğlunun sağlığında öz vəsaiti hesabına təmir etdirmiş və fəaliyyətə başlamışdır. Bu faktlar Cavabdeh direktoru işləmiş X4 və maraqlı şəxsin mərhum atasının həmin binanın tikintisində şəriki olmuş X1 apellyasiya məhkəməsində verdikləri şahid ifadələri ilə təsdiq olu nmuşdur. Qeyri-yaşayış sahəsi Maraqlı şəxs atasına məxsus olduğu halda, onu İddiaçı tələb edərdi. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə 2009-cu ilə aiddir, yəni sözügedən qeyri-yaşayış sahəsi İddiaçı satıldıqdan 2 il sonraya təsadüf edir. Həmin müqavilə mərhum Ömərov Ələsgər Abbas oğlu ilə formal bağlanılmışdır. İddia olunan qeyri-yaşayış sahələri İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və tələblər bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikası Kon stitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi v ə onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edi lməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin ha llarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hazırki mübahisə cavabdeh MMC tərəfindən inşa edilmiş binada olan qeyri-yaşayış sahəsinin sahibliyi ilə bağlıdır.

43. İddiaçı məhkəməyə müraciət edərkən, həmin qeyri-yaşayış sahəsinin onun faktiki sahibliyində və istifadəsində olmasını, sahənin dəyərini 2007-ci ildə ödəməsini, lakin ona müqavilə verilməməsini iddia edərək, bu müqavilənin verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoymuş və birinci instansiya məhkəməsi göstərilən qaydada iddianı təmin etmişdir.

44. Apellyasiya şikayəti verən Maraqlı şəxs Əsgər oğlunun əsas dəlili ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi 17 avqust 2009-cu il tarixli müqavil ə ilə onun mərhum atası tərəfindən alınmış, iddiaçının tələbinə onun iştirakı olmadan baxılmaqla, həmin sahə üzərində hüquqları pozulmuşdur.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə Maraqlı şəxs hüquq və mənafelərinə toxunan qətnamə qəbul etsə də, sonuncu işə cəlb olunmamışdır. Bu hal özü özlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olduğu halda, apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

46. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutlara istinad etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

47. Belə ki, məhkəmə şahidlər X1 və X 4 ifadələrinə istinad edərək müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müqavilə 2007-ci ildə bağlanmış, Ömərov Ələsgər Abbas oğlu ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün bağlanmışdır.

48. Lakin apellyasiya məhkəməsi həmin şahidlərin verdikləri ifadələrinin mötəbərliyini Mülki Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməmişdir.

49. Belə ki, apellyasiya məhkəməsinin də müəyyən etdiyi kimi, həmin şahidlərdən Bəybala İsmayılov iddiaçı və kassatorun atası ilə yanaşı mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisində şərik olmuşdur. Digər X12 isə cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur.

50. Qeyd olunmalıdır ki, şahid X7 mübahisəli sahənin iddiaçıya aid olmasını qeyd etsə də, müəyyən olunmuş qaydada on unla müqavilənin bağlanmamasını əsaslandırmamış və bununla bağlı məhkəmə tərəfindən ona suallar verilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində cavabdeh MMC-nin qanuni təmsilçisi kimi iştirak etmiş Ramiz Qazaxlı izahatında və yazılı etirazında, qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən ödəniş edilməli olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

51. Digər tərəfdən, şahid Bəybala İsmayılovun ifadəsindən müəyyən olunur ki, o, mərhum Ələsgər Ömərova inandığını, lakin sonuncuya görə məhkəmə çəkişmələrinin olduğunu və müflis olmasını göstərmişdir.

52. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi şahidlər ziddiyyətli ifadələr ver məklə, onların iddiaçının xeyrinə ifadə verməkdə maraqlı olmaları istisna olunmur.

53. Daha sonra, apellyasiya məhkəməsi hesab etmişdir ki, MMC ilə Ömərov Ələsgər Abbas oğlu arasında bağlanmış müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Məhkəmə həmin mövqeyini iddiaçının mübahisəli yeri şirniyyat sexi kimi istifadə etdiyi, Çin Xalq Respublikasında olan zaman kassa aparatının məlumatlarına görə həmin yer üzrə Ələsgər Ömərovun adına müqavilə bağlanmasını bildirdiyini göstərmişdir. Yəni, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməsə də, faktiki olaraq 17 avqust 2009-cu il tarixli müqaviləni uydurma əqd kimi qiymətləndirmişdir.

54. Lakin, apellyasiya məhkəməsi həmin nəticəyə gəlinməsi üçün əsas olan halları tam araşdırmamış, iddiaçının və onu n təqdim etdiyi şahidlərin bununla bağlı gətirdikləri dəlilləri ilə bağlı digər sübutların, o cümlədən iddiaçının Çin Xalq Respublikasında olmasını, şirniyyat sexinin kimi adına vergi uçotuna alınmasını, mübahisəli dövrdə kim tərəfindən işlədilməsini təsdiq edən sübutların təqdim edilməsini tərəflərə təklif etməmişdir.

55. Halbuki, apellyator məhkəməyə verdiyi şikayətində və apellyasiya məhkəməsindəki izahatında mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən şirniyyat sexinin vergi qeydiyyatının atasının adına olduğunu, bacısının nişanında isə həmin sexdən tort alarkən pul ödəmədiklərini və atasının həmin yerin onlara aid olduğunu demişdir.

56. Nəzərə alınmalıdır ki, iddiaçı ilə üçüncü şəxsin mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır. Belə olan halda, mübahisəli sahədə iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması özü-özlüyündə həmin sahənin ona aid olması kimi qiymətləndirilməsi əlavə sübutlarla təsdiqini tapmalıdır.

57. Məhz bu səbəbə görə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinadını da əsassız hesab edir.

58. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, işdə olan və sübut qismində təqdim edilən sənədlərin tərtibatında gözəçarpan uyğunsuzluqlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında və kassa mədaxil orderində (i.v. 6-7) və üçüncü şəxs tərəfindən təqdim edilən müqavilə və kassa mədaxil orderində (i.v. 179-182) olan möhürlər açıq-aydın fərqlidir. Apellyasiya məhkəməsi təqdim olunmuş sübutların tərtib olunması dövrünü araşdırmamış, müvafiq məhkəmə sənədlərin texniki-ekspertizasının keçirilməsini tərəflərlə müzakirə etməmişdir. Halbuki, işdə olan cavabdeh MMC-nin iddiaçıya göndərdiyi məktubda və birinci instansiya məhkəməsinə verilmiş etirazda olan möhürlərlə müqayisədə tərəflərin təqdim etdikləri sənədlərin nə vaxt tərtib olunmasının ekspert tədqiqatı ilə müəyyən edilməsi mümkündür. 59. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

60. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu if adə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.

61. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mü bahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

64. İşin yuxarıda qeyd olunan faktiki ha llarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

65. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

66. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

67. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar