Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1125/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1263/2023 nömrəli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şamaxı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-in 32.3, 177.2.3, 32.3, 177.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Cavabdeh1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişlər.
2. Hökmə əsasən Cavabdeh1, X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X1 zərərçəkmiş şəxsin evdə olmaması, müvafiq koordinatlar, hərəkət trayektoriyası və əmlakın olduğu yer barədə məlumatlar alaraq idarə etdiyi “VAZ2107” markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobil ilə 04 yanv ar 2020-ci il tarixdə saat 20 radələrində İddiaçı1 məxsus ünvan 1 ünvanının yaxınlığına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi o, avtomobildən yerə düşərək İddiaçı1 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Samir Əhmədov isə İddiaçı1 məxsus evin arxa tərəfindən daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək qonaq otağında olan pəncərəyə zor tətbiq etməklə pəncərəni açmış və evə daxil olaraq yataq otağında olan dolabdan İddiaçı2 məxsus 5385 manat dəyərində 750 əyarlı 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində 2,3 qram çəkidə 585 əyarlı qızıl üzüyü bundan başqa İddiaçı1 məxsus 12000 manat nağd pulu və bir ədəd 1000 manat dəyərində 750 əyarlı yeddi brilyant qaşlı qızıl üz üyü oğurlayaraq nəticədə İddiaçı1 13000 manat, İddiaçı2 isə 5585 manat maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır.
3. Cinayət işi üzrə icraat zamanı X4 zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, ümumi vurulmuş ziyanın məbləği olan 18585 manat puldan payına düşən 6195 manat hissəsini ödəmişdir.
4. X8 24 oktyabr 2020-ci ildə vəfat etmiş, onun arvadı Cavabdeh2 cinayət icraatında təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6195 manat, Cavabdeh2 6195 manat olmaq la, cəmi 12390 manat pul vəsaiti müştərək qaydada tutularaq, İddiaçı1 9902,5 manat və cavabdeh İddiaçı2 2487,50 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçı onunla əsaslandırılmışdır ki, cinayət nəticəsində iddiaçılara ümumilikdə 18585 manat məbləğində ziyan vurulmuşdur. Ölmüş təqsirləndirilən şəxs X5 hüquqi varisi qismində Cavabdeh2 tanınmışdır. Həmçinin Şamaxı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 30 noyabr 2021-ci il tarixli arayışına əsasən, Cavabdeh2 mərhum həyat yoldaşı X6 məxsus ünvan 2 ünvanında olan fərdi yaşayış evində ailə üzvləri ilə yaşayır və bununla miras əmlaka faktiki sahibliyi həyata keçirir. Bu səbəbdən o, Cavabdeh1 ilə birlikdə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməlidir. Eyni zamanda, cinayət işinə baxılarkən, iddiaçılar məhkum edilmiş X4 ilə barışdıqlarına görə, ümumi ziyan olan 18585 manat puldan, 6195 manat pul Ağakərim Mahmudova münasibətdə çıxılmalı, yerdə qalan 12390 manat ümumi puldan 6195 manat pul Cavabdeh1, 6195 manat pul isə ölmüş təqsirləndirilən şəxs X5 hüquqi varisi Cavabdeh2 tutularaq, iddiaçılara ödənilməlidir.
7. Şamaxı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(074)-50/2023 nömrəli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddia qismən təmin edilərək, Cavabdeh1 cəmi 6195 manat pulun tutularaq, həmin məbləğdən 4951,25 manatın İddiaçı1, 1243,75 manatın İddiaçı2 xeyrinə ödənilməsi, Cavabdeh2 aid hissədə iddianın təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh1 cinayət əməlini tör ətməkdə təqsirli bilinib, məhkum edildiyindən, iddiaçıların həmin şəxsə qarşı 6195 manat pul tələbi qanuni və əsaslıdır.
9. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçılar cinayət işi üzrə təqsirləndirilən şəxs X5 hüquqi varisi kimi tanınmış Cavabdeh2 6195 manat pul tələb etməklə, haqlı deyildirlər. Belə ki, Azərbaycan Respublikası CPM-in 106-1.7-ci maddəsinin mənasına görə, təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak etməsi, həmin şəxsin hüquqlarından istifadə edib, vəzifələrinin yerinə yetirməsi nəzərdə tutulmuş və bununla da, ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin hüquqi varisi tərəfindən mülki iddia icraatında yerinə yetirməsi qanunda nəzərdə tutulmamışdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 21.1, 21.2, 21.3-cü, Cinayət Prosessual Məcəlləsinin 106-1.1, 106-1.7-ci, Mülki Prosessual Məcəllənin 82.4, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(074)-50/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1263/2024 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(074)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, X2, Cavabdeh1 və X5 bir qrup şəxs halında iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlakını gizli olaraq talamaqla, İddiaçı1 13000 manat, İddiaçı2 isə 5585 manat maddi ziyan vurmaları işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi pulun tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir.
14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövc udluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir.
15. İşdən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-in 32.3, 177.2.3, 32.3, 177.2.4, 17 7.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Cavabdeh1 isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişlər. X4, Cavabdeh1 və X8 tərəfindən İddiaçı1 13000 manat, X9 isə 5585 manat maddi ziyan vurulması Şamaxı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə və həmin hökmü qüvvədə saxlayan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli qərarı ilə bir daha öz təsdiqini tapmışdır.
16. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qüvvədə olan məhkəmə aktı ilə Cavabdeh1 tərəfindən iddiaçılara maddi ziyan vurulması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi Cavabdeh1 cəmi 6195 manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1263/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 21, 442, 443-cü, Mülki Prosessual Məcəllənin 218 və 372-ci maddələri pozulmuşdur.
19. Belə ki, cinayət işi üzrə öz hüquqi təsdiqini tapmayan hökmlərdə cavabdehin qeyd edilən oğurluqda hər hansı əmlak əldə etməyi və həmin təqsirə görə məsuliyyət daşımağı qeyd edilmə mişdir. O, məhkəməyə baş vermiş cinayət hadisəsinə aidiyyətinin olmadığını və dəymiş ziyan hissəsində hər hansı şəkildə məsuliyyət daşımağını göstərmişdir. Hökmə əsasən işdə 3 şəxsin: X2, Cavabdeh1 və X5 adının keçdiyi və vurulan ziyana hər 3 şəxsin müştərək (birgə) məsuliyyət daşıdığı halda, vurulan ziyanın ödənilməsində niyə məhz onun ödəniş etməli olduğu anlaşılmazdır. Məhkəməyə vurulan ziyan hissəsində müştərək məsuliyyəti hissəvi məsuliyyətə bölmək səlahiyyəti verilməmişdir. Müştərək məsuliyyət hissəvi deyil, birinin hamı hamının isə biri üçün daşıdığı məsuliyyəti müəyyən edir. Məhkəmə isə birgə məsuliyyəti paylara bölmüş, ölmüş şəxsin maddi məsuliyyəti və digər şəxsin etdiyi ödənişi çıxmaqla yerdə qalan ziyan hissəsində onu maddi məsuliyyətə cəlb etmişdir.
20. Kassasiya şikayətinə Az ərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halla rının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nə zərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normal arını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri kassatorun cinayətin törədilməsində təqsirinin olmaması və cinayət nəticəsində iddiaçılara vurulmuş ziyana görə mülki məsuliyyətin yalnız onun üzərinə qoyulmasının qanunsuz olmasına yönəldilmişdir.
29. Kassasiya şika yətinin birinci dəlili üzrə qeyd olunmalıdır ki, Cavabdeh1 X4 və X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı1 və X7 yaşadıqları evdən oğurluq etməsi və sonunculara ümumilikdə 18585 manat məbləğində ziyan vurması Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvədə olan 03 noyabr 2021-ci il tarixli hökmü ilə müəyyən olunmuş və bu hal Mülki Prosessual Məcəllənin 83.4-cü maddəsinə əsasən hazırki icraatda mübahisələndirilə bilməz.
30. Kassasiya şikayətinin digər dəlili üzrə məhkəmə kollegiyası razılaşır ki, cinayət hadisəsi nəticəsində iddiaçılara vurulan ziyana görə cinayət əməli törətmiş şəxslər müştərək (birgə) məsuliyyət daşıyırlar. Belə ki, cinayət nəticəsində əldə olunmuş əmlakın cinayət törətmiş şəxslər arasında hansı qaydada bölünməsindən asılı olmayaraq, onların hər biri zərərçəkmi ş şəxs qarşısında tam məsuliyyət dayışırlar.
31. İzah olunmalıdır ki, mülki qanunvericiliyində müştərək məsuliyyətinin anlayışı bilavasitə verilməsə də, mülki hüquq nəzəriyyəsində mülki hüquq məsuliyyətinin birgə (müştərək), paylı və subsidiar növləri müəyyən olunur.
32. Birgə (solidar, müştərək) məsuliyyətin cəhəti ondan ibarətdir ki, bu məsuliyyət növü üzrə kreditor öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda bir neçə borclunun hər birinə və ya yalnız onlardan birinə qarşı yönəldə bilər.
33. Hazırki işdə iddiaçılar bu hüquqlarından istifadə edərək, tələbini yalnız kassatora qarşı yönəltmişlər (tələb cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxsin hüquqi varisinə qarşı yönəldilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə tələb təmin olunmamış və iddiaçılar bunu mübahisələndirməmişlər).
34. İddiaçıların ziyanı paylara bölüb cavabdehdən tələb edilməsinin əsassız olmasına dair dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, qeyd olunduğu kimi, cinayət törətmiş şəxslərdən hər biri vurulmuş ziyana (ziyanın ödənilməyən hissəsinə) görə tam məsuliyyət daşıyır. Cavabdeh1 qalan 12390 manat ziyanın tam olaraq deyil, onun 6195 manat hissəsinin tutulması kassatorun hər hansı hüququnu pozmur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1263/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.