Məhkəmə qərarları › İş №2(102)-1125/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1125/2025

16.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1125/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr, elektrik enerjisindən istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6873/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1744 nömrəli ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 2. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 803570 nömrəli protokola əsasən, NİM seriyalı 001946 nömrəli akta əsasən, Qasımov Gümaşa məxsus A030820571 nömrəli sayğac 26304586 nömrəli sayğac ilə əvəz edilmişdir. 3. "xxxx" ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, 003120 nömrəli akt-protokoluna əsasən, 803570 nömrəli protokola əsasən, A030820571 nömrəli 3 fazlı sayğac laboratoriya yoxlanmasından keçmişdir. Yoxla manın nəticəsində məlum olmuşdur ki, sayğacın dövlət möhürü normaldır və sayğac xəta ilə işləyir. Həmçinin, sayğacın göstəricisi kompüter bazası ilə fərqlidir. 4. "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı sənədə əsasən, xx.xx.2024-cü il tarixli NİM seriyalı 001946 saylı akt əsasında **********4000A saylı abunə kodu olan abonentə 9.460,20 manat cərimə şəklində borc hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. 5. "xxxx" ASC-nin abunə kodu **********4000A olan abonent X1 hərəkət cədvəlinə əsasən, abonent 2024-cü ildə 74.327,85 kvth enerji sərf etmiş və 9.898,12 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac) elektrik enerjisinə görə əsassız hesablanmış 9.898,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 yerləşən fərdi yaşayış evində abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edilir. İddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə göstərilmişdir ki, ümumi ödəniləcək məbləğ olaraq 9.898,12 manat məbləğində borc ödənilmə lidir. Heç bir hüquqi əsas olmadan bildiriş təqdim olunan kimi dərhal cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda mübahisələndirilən bildirişdən isə görünür ki, "xxxx" ASC qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, iddiaçı ona məxsus ünvan 1 mənzilin enerji sərfiyyatı üzrə yazılmış bütün ödənişləri vaxtı-vaxtında ödəyir. Cavabdeh isə qanunvericiliyin tələblərini pozaraq, qanunsuz olaraq hazırkı yay fəslində iddiaçıya məxsus fərdi yaşayış evinin işıqlarını kəsmişdir. Bildirmişdir ki, bildirişdə iddiaçıya borcun yazılmasına əsas olan hallar barədə məlumat verilməmiş və bu borcun yaranmasının əsasları da göstərilməmiş və iddiaçının iştirakı ilə hər-hansı bir akt tərtib olunmamış dır. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya əlavə heç bir sənəd təqdim olunmamışdır.

8. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərdəkan qəsəbəsində iddiaçının ünvanında sayğaca baxış keçirilib. Möhürün dəyişilməsini o baxımdan demək olar ki, çünki simləri yeni idi. Bununla bağlı sənədlər tərtib edilmiş, laboratoriya çağırılmış və müvafiq akt tərtib edilmişdir. Kompüter bazasında qeyd edilmiş nömrə ilə möhürün nömrəsi uyğun gəlirdi. Amma, yenə də möhür düzgün olsa da müdaxilə edilməsi mümkündür. Son dövrdə dövlət möhürünün kopyasını çıxartdırıb sayğaca müdəxilə edilməsi mümkündür. Son olaraq bildirmişdir ki, komputer bazası ilə sayğacın elektrik enerjisi sərfiyyatının göstəricisi fərqli idi.

9. Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin (hakim Vüsalə Musayeva) 3 oktyabr 2024-cü il tarixli, e-2(006)3785/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, **********4000A abunə kodu üzrə NİM seriyalı 001946 nömrəli akta əsasında hesablanmış 9460,20 manat cərimə məbləğinin silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının qeyd edilən ünvanla bağlı subyektiv hüququ həmin ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan müvafiq dövlət reyestrindən çıxarışdan irəli gəlir. Baxmayaraq ki, həmin ünvanda yerləşdirilmiş sayğac üzrə elektrik enerjisi sərfiyyatı ilə bağlı bütün sənədlərdə Gümaş Qasımovun adı keçir, lakin işin hallarından aydın olur ki, Gümaş Qasımov həmin ün vanın ehtimalən keçmiş sahibi olmuş və həmin ünvanla bağlı abunə kodu onun adına rəsmiləşdirilmişdir. Lakin hazırda həmin ünvanın mülkiyyətçisi iddiaçı olduğundan və tərəflər bu halı mübahisələndirmədiyindən iddiaçı belə bir tələb irəli sürməyə subyektiv hüquqa malikdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilən səbəblərdən yazılmış 9460,20 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. Qalıq borc olan 437,92 manat məbləğinə isə məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə olunmuş abonent saldosundan müəyyən edilir ki, həmin məbləğ abonentin elektrik enerjisindən real şəkildə istifadəsindən yaranmışdır və həmin borcun əsassız hesab edilməsinə dair heç bir sübut və fakt məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 14, 16-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 7.6, 7.11, 8.17-1, 9.4 və 9.10-cu bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********000A) quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının dövlət və alt qapaq möhürlərinin simi yeni vurulmuşdur. Kompüter məlumat bazasında isə elektrik sayğacın ın möhurləri 2019-cü ildə daxil edilmişdir, uzun müddət keçməsinə baxmayaraq möhürlər yeni vurulmuş kimi olmuşdır. Elektrik sayğacının faktiki göstəricisi (72804) kompüter məlumat bazasında qeyd edilmiş göstəriciylə (76525) uyğun qəlmir. "xxxx" ASC-nin əməkdaşlar (Şahid,A.Kazımov və R.Məmmədov) tərəfindən xx.xx.2024-cü il tarixli NİM 001946 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. "xxxx" ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixli NİM 001946 saylı akt üzrə 73.080kvts=(50kvt*0,7*24saat*87qün) itirilmiş elektrik enerjisinin dəyəri 9.460,20 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********000A) abu nə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Cavabdeh tərəf hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6873/2023 nömrəli, 23 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(006)-3785/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, s özügedən ünvanda yerləşdirilmiş sayğac üzrə elektrik enerjisi sərfiyyatı ilə bağlı bütün sənədlərdə Gümaş Qasımovun adı keçir, lakin işin hallarından aydın olur ki, Gümaş Qasımov həmin ünvanın ehtimalən keçmiş sahibi olmuş və həmin ünvanla bağlı abunə kodu onun adına rəsmiləşdirilmişdir. Lakin hazırda həmin ünvanın mülkiyyətçisi iddiaçı olduğundan və tərəflər bu halı mübahisələndirmirlər.

16. Cavabdeh apellyasiya şikayətində bildirir ki, akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

17. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş aktın tərtib edilməsi zamanı ev sahibinin iştirakı təmin edilməmiş, sa yğac sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir.

18. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilmədən 9460,20 manat cərimə məbləği hesablanmışdır.

19. Göründüyü kimi cavabdeh tərəf akt tərtib edərkən, qüsur olmasına istinad etsə də, həmin halın sübut edilməsi barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca hərhansı müdaxilə etməsi halı müəyyən olunmamışdır.

20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və diskdəki videoçəkilişdən görünür ki, Xəzər ra yon Elektrik şəbəkəsinin xidməti ərazisində "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, dövlət möhürünün nömrəsi, sayğac üzərində möhürün bərkidildiyi simlərin vəziyyəti yoxlanılmış və sayğac üzərində qeydə alınan enerji sərfiyyatı kompüter bazası ilə müqayisə edilmişdir.

21. Həmin diskə apellyasiya instansiyası məhkəməsi tərəfindən də baxış keçirilmiş, eyni hallardan əlavə, sayğacın küçədə quraşdırılması da müşahidə edilmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 803570 nömrəli protokoldan görünür ki, NİM seriyalı 001946 nömrəli akta əsasən, Qasımov Gümaşa məxsus A030820571 nömrəli sayğac 26304586 nömrəli sayğac ilə əvəz edilmişdir. Cavabdeh tərəf abonentin saldosuna istinad edərək sayğac dəyişdirildikdən sonra göstəricilərin kəskin fərqlərinin olmasına bunu sayğaca müdaxilə olması ilə əsaslandırmaqla qeyd edilən protokolun qanuniliyini təsdiq etməsinə çalışmışdır.

23. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında sayğacın möhürünün və siminin yerində olmasını təsdiq etsə də, sayğaca müdaxilə olmasını israr etmişdir. Verilən suala cavab olaraq nümayəndə göstərilən hallar baxımından müdaxilən hansı formada həyata keçirilməsini göstərə və bununla bağlı sübutların təqdim edə bilməmişdir.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunma sı cavabdeh qurum "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Odur ki, 9460,20 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir.

25. Hazırkı halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müə yyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

27. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübut etmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 9460,20 manat hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilən hissədə əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

28. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz.

29. Apellyasiya məhkəməsi mövqeyini “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 145.1.15, 14.1.16-cı maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 5.3. 2, 7.6, 7.10, 7.11, 7.13, 8.17-1, 9.4, 9.10-cu bəndlərinə, Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkil- Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6873/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ZülfüqarlıRüzgar Zülfüqar oğluna məx sus Bakı şəhəri, Mərdəkan qəsəbəsi,ev 1744 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********000A) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, - elektrik sayğacının dövlət və alt qapaq möhürlərinin simi yeni vurulmuşdur. Kompüter məlumat bazasında isə elektrik sayğacının möhurləri 2019-cü ildə daxil edilmişdir, üzun müddət keçməsinə baxmayaraq möhürlər yeni vurulmuş kimi olmuşdır. Elektrik sayğacının faktiki göstəricisi (72804) kompüter məlumat bazasında qeyd edilmiş göstəriciylə (76525) uyğun gəlmir. "xxxx" ASC-nin əməkdaşları (Şahid, A.Kazımov və R.Məmmədov) tərəfindən xx.xx.2024cü il tarixli NİM 001946 saylı müvafiq akt tərtib olunmuşdur və videoçəkiliş aparılmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna ai d olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixli NİM 001946 saylı akt üzrə 73.080kvts=(50kvt*0,7*24saat*87gün) itirilmiş elektrik enerjisinin dəyəri 9.460,20 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********000A) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bu hal nəticə etibarilə tam əsassız q ətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

32. Apelyasiya instansiya məhkəməsi iddiaçının aktı imzalamaqdan və ya onu imzalamaqdan imtina edilməsinin səbəblərini göstərmək hüququndan məhrum edildiklərini əsas gətirərək, aktın tərtib edilməsinə əsas olan halların məhz iddiaçının təqsiri nəticəsində baş verdiyini sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Aşağda qeyd olunanlara əsasən apellyasiya instansiyasım məhkəməsinin bu mövqeyi ilə razı deyillər: Mübahisələndirilən aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsinin iştirakı tərəflərindən təmin edilməsinə cəhd edilsə də, abonentin mənzilinin qapısını açan olmamışdır. Məhz bu səbəbdən də aşkar olunmuş müdaxilə faktı tərəflərindən videoçəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən disk sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin videoçəkilişdə öz əksini tapan pozuntu halları məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və təqdim etdikləri sübutların qiymətləndirməsi düzgün aparılmamışdır.

33. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-2-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:

35. Bənd 14.1.15 və 14.1.16. Tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sa yğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək, tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq) ötürücü və paylayıcı sistem operatorunun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

36. Bənd 1.2. Bu Qaydalar “Enerji resursların dan istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

37. Bənd 5.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi mü əyyən edilir: 5.3.2. kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında.

38. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

39. Bənd 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonent lərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.

40. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən mey dançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

41. Bənd 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur.

42. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlə rinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

43. Bənd 9.4. İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir.

44. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli 2(103)-6873/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar