Məhkəmə qərarları › İş №2(102)-1126/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1126/2020

24.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1126/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili V qızının və cavabdehin vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı İddiaçı1 qızı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-888/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Mə hkəməsinin MK-nın 2(105)-2881/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İddiaçı1 qızının apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 2(012)-888/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı1 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» ASC arasında bağlanmış əmək müqaviləsinin ona aid nüsxəsinin təhvil verilməsi, 01.10.2018- ci il tarixli, 1K4CXSH000200 saylı əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildiriş nömrəsi olan müqavilənin tarixi onun faktiki olaraq «xxxx» ASC-nin hüquq işlərini yerinə yetirdiyi tarixdən, yəni 05.01.2015-ci il tarixdən müəyyən edilməsi, 01.10.2018-ci il tarixli, 1K4CXSH000200 saylı əmək müqaviləsinin bağl anması ilə əlaqədar əmək müqaviləsi bildiriş nömrəsi olan müqavilədə müəyyən olunan 130 manat əmək haqqının birtərəfli qaydada «xxxx» ASC tərəfindən müəyyən olunduğu üçün ləğv olunması, hazırda onun “xxxx” MMC-də hüquq departamentinin rəhbəri vəzifəsində aldığı əmək haqqının yarısı məbləğində 2500 manat olaraq müəyyən olunmasının «xxxx» ASC-nin üzərinə öhdəlik qoyulması, «xxxx» ASC-nin ona 05.01.2015ci il tarixdən başlayaraq 4 il ərzində ödənilmədiyi 120 min manat əmək haqqı məbləğinin və 4 il ərzində istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya məbləğinin və ödənişlərin hər gecikdirildiyi gün üçün 1% cərimə məbləğinin hesablanaraq ASC tərəfindən ödənilməsi, 4 il ərzində «xxxx» ASC-nin onun əmək hüquqlarını kobud şəkildə pozması nəticəsində ona dəyən 20 min manat məbləğində mənəvi z iyanın cavabdeh ASC tərəfindən ödənilməsi, ASC-nin baş direktoru vəzifəsini icra etdiyinə görə əmək qanunvericiliyi ilə müəyyən edilən əlavə əmək haqqı və gecikdirilən gün üçün 1 % cərimə məbləğinin hesablanaraq ASC tərəfindən ödənilməsini xahiş etmişdir. İddiaçı İddiaçı1 qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək «xxxx» ASC-nin qanunazidd hərəkətləri nəticəsində 05 yanvar 2015-ci il tarixdən etibarən bu günə kimi ASC tərəfindən ona ödənilməyən əməkhaqqı üzrə 977100 manat borc məbləğinin, 2016-2018-ci illərdə «xxxx» ASC-nin baş direktor vəzifəsini icra etdiyinə görə ödənilməyən əmək haqqının əlavəsi və 1% vaxtında ödənilməyən məbləğin cəriməsi olan 294450 manat borc məbləğinin, onun «xxxx» ASC-də işlədiyi 4 il ərzində əmək məzuniyyət hüququnun pozulması n əticəsində istifadə olunmayan məzuniyyətə görə kompensasiya və 1% vaxtında ödənilməyən məbləğin cəriməsinin, ümumilikdə 92466,42 manat borc məbləğinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 7000 manat xidmət haqqının, 685508,21 manat məbləğində mənəvi zərərin cavabdeh «xxxx» ASC tərəfindən onun “Yapı Kredi” bankındakı əməkhaqqı kartına köçürülməsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İddiaçı1 qızı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hazırki iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30.08.2019-cu il tarixli 2(105)-2881/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının apellyasiya şikayətinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili V qızı Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdehin vəkili X4 şikayətin dəlilləri ilə razılaşmadığını bildirərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəb lər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 30 avqust 2019-cu il tarixli 2(105)-2881/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddə sinin 5-ci bəndinə, 7-ci maddəsinin 2-ci bəndinə, 42.1-ci maddəsinə, 35-ci maddəsinin 3-cü bəndinə, 292-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı İddiaçı1 qızı 05.01.2015-ci il tarixdən «xxxx» ASC ilə əmək münasibətinə daxil olduğunu, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona külli miqdarda əmək haqqı borcunun yarandığını (977100 manat), vaxtında ödənilməyən əmək haqqına görə 294450 manat, istifadə edilməyən məzuniyyətə görə 92466,42 manat cərimə ödəməli olduğunu bildirsə də, bu barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda həmin müəssisədə məcburi əməyə cəlb olunmasına dair hər hansı bir fakt aşk ar olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, ondan doğan əlavə tələb kimi irəli sürdüyü mənəvi ziyan tələbi də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, «xxxx» ASC əmlaklarını icarəyə verməklə fəaliyyətini davam etdirir. İcarəyə götürənlərdən biri də “xxxx” ASC-nin 91% səhmlərinin mülkiyyətçisi olan “X1” MMC-nin təsis etdiyi “xxxx” M MC-dir. İddiaçı İddiaçı1 qızı da qeyd olunan MMC-də hüquq departamentinin rəhbəri vəzifəsində işləmiş, bir sıra məhkəmə mübahisəsi üzrə etibarnamə əsasında «xxxx» ASC-ni təmsil etmişdir. Eləcə də «xxxx» ASC-nin səhmdarlarının ümumi yığıncaqlarının təşkilində iştirak etmişdir. Hazırda iddiaçı 05.01.2015-ci il tarixdən etibarən «xxxx» ASC-də hüquqşünas kimi əmək fəaliyyətində olduğunu, buna baxmayaraq ona əmək haqqı ödənilmədiyini, çox aşağı həcmdə əmək haqqı müəyyən edən birtərəfli əmək müqaviləsi bağlandığını və əmək hüquqlarının pozulması ilə ona maddi və mənəvi zərər dəydiyini iddia etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri elektron informasiya sisteminə gü cləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Yenə həmin Məcəllənin 42.1-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. AR Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə görə heç kəs zorla işlədilə bilməz. Yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, tərəflər əmək münasibətlərinə sərbəst, öz iradləri ilə daxil olurlar. Beləliklə, əmək münasibələri əmək müqaviləsi bağlanması və əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması ilə yaranır. Heç kəs əmək müqaviləsi bağlamadan işləmə yə məcbur edilə bilməz. Eyni zamanda şəxs müəssisə ilə mülki münasibətlərə daxil olaraq ona müəyyən xidmətlər göstərə bilər. Bu zaman tərəflər mülki hüquq və vəzifələrə malik olurlar və onlar arasında olan münasibətlər mülki xarakterli olduğundan əmək müqaviləsi də bağlanmır və onlar arasında əmək hüququndan irəli gələn hər hansı öhdəlikdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çək məli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən t am həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmu ş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. “Mənəvi zərərin ödən ilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konstitusiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini nəzərdə tutur. Zərərçəkən şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyala ra səbəb olması,iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığı nın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mü bahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü h alında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin İddiaçı İddiaçı1 qızının 05.01.2015-ci il tarixdən «xxxx» ASC ilə əmək münasibətinə daxil olduğunu, cavabdehin qanuna zidd hərəkətləri nə ticəsində ona külli miqdarda əmək haqqı borcunun yarandığını (977100 manat), vaxtında ödənilməyən əmək haqqına görə 294450 manat, istifadə edilməyən məzuniyyətə görə 92466,42 manat cərimə ödəməli olduğunu bildirsə də, bu barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübutları təqdim etməməsinə, eyni zamanda həmin müəssisədə məcburi əməyə cəlb olunmasına dair hər hansı bir fakt aşkar olunmamasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin əmək müqaviləsinin tərəflərinin sərbəstliyi prinsipini nəzərə alaraq əmək müqaviləsinin 05.01.2015-ci il tarixdən iddiaçının tələb etdiyi əmək haqqı məbləği üzrə bağlanmasının cavabdeh müəssisənin əmək hüquqlarının kobud surətdə pozduğu üçün yol verilməz olmasına dair nəti cəsi ilə razılaşır və hesab edir ki, məhkəmə haqlı olaraq bu qənaətə də gəlmişdir ki, İddiaçı İddiaçı1 qızı “xxxx” MMC-nin hüquq departamentinin rəhbəri vəzifəsində çalışan işçisi olmaqla bir sıra məhkəmə mübahisələrində MMC-nin təsisçisinin 91% səhminə malik olduğu “xxxx” ASC-ni etibanamə üzrə təmsilçiliyinin heç də onunla həmin ASC arasında əmək münasibətlərinin yaranmasına dəlalət etmir. Məhkəmə kollegiyası kassatorun cavabdehin onunla tapşırıq müqaviləsi münasibətlərində olmamasına dair dəlilləri ilə bağlı həmçinin hesab edir ki, işin materiallarından görünür ki, tərəflər arasında münasibətlər tapşırıq müqaviləsi əsasında qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vək alət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Qeyd olunan Məcəllənin 783.2-ci maddəsinə əsasnə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Kollegiya qeyd edir ki, tapşırıq müqaviləsi mülki hüquq münasib ətləri işirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə işrirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil ediməsi haqqında ikitərəfli, konsesual, tərəflərin iradsində asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasını təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 397.2-ci maddəsinə əsasən müq aviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarından göründüyü kimi iddiaçı cavabdehin ona verdiyi tapşırığı (nümayəndəliyi) əvəzsiz olaraq icra etmiş, hər hansı muzdun ödənilməsi heç bir sənədlə şərtləndirilməmişdir. Həmçinin də kollegiya qeyd edir ki, iddiaçının müəyyən müddət ərzində cavabdeh müəssisənin adından müəyyən işləri icra etməsi onun tapşırıq müqaviləsinin şərtləri ilə razılışmasının təsdiqidir. Sadalananlara əsasən kollegiya iddiaçının cavabdehdən əmək müqaviləsi münasibətləri əsasında pul tələb edilməsinin əsassızlığına apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normalarının tələbləri baxımından nəticə sini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə də gəlmişdir ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, ondan doğan əlavə tələb kimi irəli sürdüyü mənəvi və maddi ziyan tələbləri də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən, onun iştirakı təmin edilmədən işə baxılmasına dair dəlillərini də əsassız sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənatə gəlmişdir ki, xeyli sayda vəsatətlər ünvanlasa da, apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı İddiaçı1 qızı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, verdiyi vəsatətlərin müzakirəsindən və müdafiəsindən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətn aməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası gəldiyi nəticəni İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun sayır. Həmin maddəyə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ vi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasları ilə bağlı mötəbər sübut təqdim edilməməsinə, eləcə də ona maddi və mənəvi ziyan vurulması barədə göstərdiklərinin isə həqiqətə uyğun olmamasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noya br 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı1 qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 30 avqust 2019-cu il tarixli 2(105)-2881/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar