Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1128/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 07 fevral 2019-cu il İş № 2(102)-1128/2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tаrixli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə, 2(014)-932/2018 saylı iş)iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qаrşı iddiası qismən təmin edilmiş, iddiаçı və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair JN0047 saylı dövlət aktına əsasən verilmiş 2.04 ha torpaq sahəsinin 1.25 hektar hissəsindən cavabdehin çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev, G.Q.Abbasov, E.Ş.Hüseynov iş 2(107)2315/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanımışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 1997-c i il tarixli 10 saylı qərarı ilə X1 və ailə üzvlərinin ümumi paylı mülkyyətinə 2,04 ha torpaq sahəsi verilmiş və həmin qərar əsasında torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 12 mart 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən və onlara məxsus 1.5 hektar ölçüdə torpaq sahəsindən məcburi çıxarılması barədə qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05 iyun 2018-ci il tarixli rəyində göstərilmişdir ki, Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən İddiaçı atası X1 və ailə üzvlərinə JN-0047 saylı dövlət aktı ilə verilmiş 2.04 ha pay torpaq sahəsinin 0047C hissəsində göstə rilən 1.25 hektarı Cavabdeh tərəfindən zəbt olunmuşdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin həqiqi hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının mərhum anası 2003-cü ildə onun və ailə azvlərinin mülkiyyətində olan 2,04 ha torpaq sahəsinin 1,5 hissəsini qarşılıqlı razılaşma əsasında köhnə Azərbaycan manatı ilə 1.500.000 manata ona satmışdır. O vicdanlı alıcı kimi həmin məbləği nağd şəkildə iddiaçının mərhum anasına vermiş, sonuncu isə həmin torpaq sahəsini naturada tanıdaraq torpağa mülkiyyət hüquqna dair dövlət aktı ilə birlikdə ona təh vil vermiş, bu barədə akt tərtib edilmiş və iddiaçının mərhum anası tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onun ailə üzvl əri ilə birgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən eilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisidir, torpaq sahəsi hazırda cavabdehin sahibliyindədir və cavabdehlərin həmin torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan edilən və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məc əllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehin mübahisəli torpaq sahəsinin alqı-satqı əsasında əldə edilməsinə dair dəlillərinə gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq nor maları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1128/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1128/2019
07.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver