Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1128/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi X5 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərdən irəli gələn mübahisələr, Azərbaycan Respublikasının birbaşa cavabdehlik daşıdığı hallar (Maliyyə Nazirliyinə qarşı tələblər). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nur məmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı hüquqi varisi X5 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6160/2024 nömrəli iş üzrə 03 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevra l 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı İ.Z.Həsənovun İddiaçı qarşı mülki iddiası qismən təmin edilmişdir, eləcə də iddianı təmin etmə tədbiri qismində hökmdə sadalanan əmlakların üzərinə həbs qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, İddiaçı zərərçəkmiş şəxs X3 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu, M.F.Axundov adına parkın yaxın lığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı həmin epizod üzrə cəza təyin edilməmiş, hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qər arı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə məhkum İddiaçı, müdafiəçisi X14 və zərərçəkmiş şəxs X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, onun zərər çəkmiş şəxs X3 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çək miş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və İddiaçı vəfat etdiyindən ona həmin epizod üzrə cəza təyin edilməmiş, sonuncunun təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş İxtiyar Həsənova 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsinə dair hissə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmündən xaric edilmiş, bu epizod üzrə ona cəza təyin edilməmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyab r 2020-ci il tarixli qərarından mərhum məhkum İddiaçı müdafiəçisi C.S.Yusifov kassasiya şikayəti, digər müdafiəçisi X17 isə kassasiya şikayətinə əlavə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-cu il tarixli qərarı həmin kassasiya müraciətlərinə əsasən ləğv edilmiş, cinayət işi isə yeni apellyasiya baxışına təyin edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü ilə müdafiəçi X14 və mərhum məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri (apellyasiya şikayətinə əlavə ilə birlikdə) qismən təmin edilmiş, zərər çə kmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, İddiaçı CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən İddiaçı həmin maddə ilə cəza təyin edilməmiş, zərər çəkmiş şəxs İ.Z.Həsənov tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 25.000 manat məbləğində İ.Z.Həsənovun xeyri nə tutulması, iddianın təmin tədbiri kimi məhkum olunmuş şəxsə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evinin üzərinə həbs qoyulması, həbs qoyulmuş əmlak hesabına cinayət nəticəsində vurulmuş ziyan ödənildikdən həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsinin İddiaçı vərəsələrinə qaytarılması, İddiaçı məxsus «Mercedes GLK300» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, həmçinin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X2 ev 3/6, 4-cü mənzil üzərinə, eyni zamanda Bakı şəhəri S.Rüstəmov küçəsi ev 3/6, 16-cı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
6. İddiaçı xx.xx.2019-cu il tarixində ölmüşdür 7. "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə, bank ona xx.xx.2022-ci il tarixinə kimi qaytarmaq və illik 29% ödəmək şərti ilə 14.650 manat kredit vermişdir.
8. X13 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə ona xx.xx.2019-cu il tarixinə kimi qaytarmaq şərti ilə 20.000 manat kredit vermişdir. 9. “X15” ASC ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15466sİNSH/19 nömrəli kredit müqaviləsinə görə bank ona 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 10.000 manat kredit vermişdir.
10. X10 ilə X16 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1651 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə X10 ünvan 1 ünvanında yerləşən 0,026760 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 984,50 m2-dən ibarət fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus, 3-cü mərtəbə ½ hissə payını 200.000 manat qarşılığında X9 satmışdır. 11. "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli girov müqaviləsinə görə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, bina 16, 9 nömrəli mənzil bankın xeyrinə girov ilə yüklü edilmişdir. 12. "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə bank ona 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 12.700 manat kredit vermişdir. 13. "xxxx" QSC ilə X10 arasında bağlanmış girov müqaviləsinə görə xx.xx.2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X7 12 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.430 manat kredit vermişdir. 14. "xxxx" QSC ilə X10 arasında bağlanmış girov m üqaviləsinə xx.xx.2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSCnin xeyrinə girov ilə yüklü edilməklə, X7 1 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.200 manat kredit vermişdir. 15. "xxxx" QSC ilə X10 arasında bağlanmış girov müqaviləsinə görə “iPhone 12 Pro Max” markalı smartfonu "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X7 12 ay müddətinə illik 35% ödəmək şərti ilə 3.099 manat kredit vermişdir.
16. X12 ilə X8 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-26 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə X12 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 986M ünvanında yerləşən 296,41 m2 bağ evini və mülkiyyətində olan 0.06 ha torpaq sahəsini 42.000 manat qarşılığında X1. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Səməndər oğlunun hüquqi varisi X10 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərə görə 500.000 manat məbləğində pul vəsaitinin kompensasiya şəklində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub tam şəkildə ona ödənilməsi və yazılı surətdə üzr istənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yuxarıda adlarını qeyd etdiyi şəxslərin etdiyi qanunsuzluqlar nəticəsində ailələri dərin mənəvi və maddi sarsıntılar keçirmişdir. Belə ki, ziyalı bir ailənin ziyalı ailə başçısı törətmədiyi əmələ görə həbs edilərək ləyaqəti alçaldılmış ailə başçısını həbsdə itirmiş, ai lə isə mənəvi baxımdan məhv olmuşdur. Ona hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailələrini maddi cəhətdən də sarsıtmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı dövründə ailələrinin maddi vəziyyəti ağır olmuş və buna görə də mərhum həyat yoldaşı İddiaçı hüquqi müdafiəsini təşkil etmək üçün borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkil tutmuşdur. İddiaçı hesab edir ki, mərhum həyat yoldaşının günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməsinə görə ailəsinə vurulmuş maddi və mənəvi zərərin qarşılığı olaraq 500.000 manat məbləğində pul vəsaiti mərhum həyat yoldaşı İddiaçı varisi kimi dövlət hesabından tutularaq ona ödənilməlidir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(006)2851/2024 nömrəli qətnaməsi ilə (hakim V. Musayeva) iddia rədd edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, mərhum İddiaçı Səməndər oğluna yalnız işin bir epizodu üzrə (300.000 manat məbləğində dələduzluq epizodu) bəraət verilmiş, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə üzrə ona CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Başqa sözlə, mərhum İddiaçı Səməndər oğlu barəsində bəraət hökmü çıxmamışdır, ittihamedici əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməmişdir.
21. Məhkəmə hesab etmişdir ki, İddiaçı bəraət qazanmış şəxs hesab olunmur (ona münasibətdə CPM-nin 55, 56-cı maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil). Belə ki, hətta onun barəsində hissəvi bəraət verilməsi ilə bağlı məhkəmə qərarında da bu barədə hüquq izah olunmamışdır. Qeyd edilməlidir ki, mərhum məhkuma Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və vəfat etdiyi anadək həmin qətimkan tədbiri üzrə həbsdə saxlanmışdır. Sonradan onun barəsində əməlin 178.2.4-cü maddəyə tövsif edilməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti nin keçməsinə görə cəza təyin edilməməsi onun barəsində seçilmiş həbsi qanunsuz hesab etməyə əsas verən hal deyildir. Bu səbəbdən, cinayət təqibini həyata keçirən orqanların əməli ilə iddiaçıya münasibətdə hər hansı hüquq pozuntusu törədilməmişdir. Odur ki, iddiaçıya qarşı hər hansı maddi və mənəvi ziyan vurulması müəyyən edilmədiyindən hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz.
22. Məhkəmə gəldiyi nəticəni “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında cinayət prosessual qanunvericiliyinin bəraət və tövsif anlayışlarına düzgün yanaşılmamış, İddiaçı birbaşa bəraət verilməli olduğu halda, yalnız “hissəvi bəraət” ifadəsi istifadə olunmuşdur ki, bu da qanuna ziddir. Məhkəmə, həmçinin, AR CPM-nin 55 və 56-cı maddələrinə istinad edərək, həmin normativlərin məzmununu açıqlamadan qərar qəbul etmişdir. Bu, hüquqi səhvlərə və qanunsuzluğa yol açmışdır. Bundan əlavə, məhkəmə, İddiaçı bəraət alması ilə bağlı hər hansı tərəddüd və ziddiyyət yaratmadan açıq şəkildə qərar verməlidir, lakin qərarda belə bir açıqlama yoxdur. Məhkəmənin hüquqa və faktiki hallara düzgün yanaşmaması nəticəsində, şikayətçi, qərarın ədalətsiz və qanunvericiliyə uyğun olmadığı qənaətinə gəlir. Nəticədə, İddiaçı ailəsi üçün maddi çətinliklər yaradan və səhv nəticələrlə nəticələnən qərarın ləğv edilməsi tələb olunur.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V. Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2851/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının hüquqi varisi X5 xeyrinə mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarından aydın olur ki, mərhum İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə 25.000 manat və 300.000 manat məbləğində dələduzluq epizodlarına görə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilmiş, İddiaçı 300.000 manatlıq dələduzluq epizodunda təqsirsiz sayılaraq bəraət almış, digər epizod üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqə dar cəza təyin edilməmişdir.
27. İddiaçı tərəfindən təqdim edilən mənəvi zərərin məbləği ilə bağlı kollegiya qeyd etmişdir ki, mənəvi ziyan, yalnız şəxsin mənəvi iztirablarının kompensasiyası məqsədi daşıyır və maddi qazanc əldə etmək məqsədini güdməməlidir. Bu səbəbdən, kollegiya iddiaçının xeyrinə 5.000 manat mənəvi zərər ödənişi təyin etməyi kifayət hesab etmişdir. Həmçinin, maddi zərər və məhkəmə xərclərinə dair hər hansı sübut təqdim olunmadığı üçün bu tələblər təmin edilə bilməz. İddiaçı tərəfindən yazılı surətdə üzr istənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələb yalnız “şərəf və ləyaqətin müdafiəsi” tələblərində keçərli ola bilər.
28. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlər i nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6.1-ci, Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1101.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2, 8, 10cu bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. İddiaçı qeyd edir ki, mərhum həyat yoldaşının həbsdə olduğu dövrdə bağla nmış müqavilələr, kreditlər, girov qoyulmuş pullar və alqı-satqılarla bağlı əməliyyatların məqsədi həyat yoldaşının həbsxanadakı saxlanılma və digər zəruri xərclərinin ödənilməsi olmuşdur. Müqavilələrdən əldə edilən pulların məhz bu məqsəd üçün sərf edildiyini və bunun hüquqi baxımdan düzgün olduğunu bildirir. Eyni zamanda, mərhum həyat yoldaşının hüquqlarını müdafiə etmək məqsədilə vəkil ilə müqavilə bağlanmış və bu barədə məhkəməyə sorğu verilməsinin tələb oluna biləcəyi qeyd edilir, lakin məhkəmə bununla bağlı heç bir araşdırma aparmamışdır. Mərhum həyat yoldaşının həbsdə olduğu müddətdə onun tibb müəssisəsində saxlanılması ilə bağlı digər maddi xərclər də çəkilmişdir, lakin etik səbəblərdən bu xərclər kassasiya şikayətində ətraflı şəkildə təqdim olunmamışdır. Bundan əlavə, həyat yoldaş ının həbs olunması ilə bağlı yayılan xəbərlərin onun peşəkar nüfuzuna mənfi təsir etdiyini və işlədiyi universitetdəki imicinə zərərli şəkildə təsir etdiyini bildirir. Nəticə olaraq, iddiaçı, həm maddi, həm də mənəvi ziyanın tam şəkildə araşdırılmadığını və buna görə təzminat tələb etdiyini əsaslandırır.
31. Apellyasiya instansiya məhkəməsi maddi zərərin vurulmasını təsdiq edən heç bir sübut təqdim edilmədiyi əsasla iddia tələbini təmin etməmişdir. Həbsdə saxlanılan şəxslərin ailə üzvləri tərəfindən onlara sovqat aparılması və görüşə getməsi hər kəsə məlum olan bir haldır. Mərhum həyat yoldaşı qanunsuz olaraq həbsdə saxlanıldığı 1 il 2 ay müddətində dəfələrlə onun görüşünə gedib, sovqat aparıb və göndərib. Bu halın mübahisəsiz olduğunu qeyd edərək, həbsxana müəssisələrində şəxslərin gətird ikləri sovqatların və görüşlərin müvafiq qeydiyyat sisteminə daxil edildiyini bildirir. Məhkəmə tərəfindən müəssisəyə sorğu verilərək bu məlumatlar öyrənilə bilərdi. Bununla yanaşı, həbsdə saxlanılan şəxslərin görüşlərinə gələnlərin qeydiyyat dəftərində və ya kamera görüntüləri vasitəsilə iddiaçı tərəfindən gətirilən sovqatların təsdiq edilməsi mümkündür. İddiaçı, mərhum həyat yoldaşı üçün alınan məhsulların satış çeklərini gələcəkdə sübut kimi saxlamağın mümkün olmadığını bildirir, çünki həmin zaman belə bir hadisənin baş verəcəyini bilməyib.
32. Məhkəmə qərarı yalnız aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qanuni və əsaslı ola bilər. Lakin məhkəmə kollegiyası iddia tələbini təmin etməyən hissədə olan sübutlara düzgün qiymət verməyərək yalnız mülahizələrə əsaslanan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə
7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya suiistifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilm əsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
41. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qa nuni və əsaslı olmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 5
3. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə k ollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüqu q normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-6160/2024 saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.