Məhkəmə qərarları › İş №2(102)-113/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-113/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-113/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:miras əmlakdan payların müəyyən edilməsi 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)480/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X 15 dekabr 2020-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılmış və onun birinci növbəli vərəsələri arvadı Cavabdeh1; övladları- İddiaçı; Cavabdeh2 və X8 vərəsə qalmışlar.

2. Mərhum X miras qalmış miras əmlakın kütləsinə- Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsinin icarə hüququ; ** CT *** dövlət nömrə nişanlı, “Hyundai County” markalı; ** MA *** nömrə nişanlı, “Opel Zafira” markalı, ** ZN *** dövlət nömrə nişanlı; “Ford Tranzit” markalı və ** CK *** dövlət nömrə nişanlı; “Mercedes Benz E-200 CDİ” markalı avtomobilləri; Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binası; "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASCdə saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta lanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat pul vəsaitləri. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “Hyundai County” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “Opel Zafira” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “Ford Transit” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metalik rəngli, “Mersedes Benz E200 CDİ” markalı minik avtomobili üz ərində onun 1/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X dünyasını dəyişmiş, atasının vəfatından sonra miras əmlakdan ona çatası payın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Füzuli rayon Dövlət notariat ofisinə müraciət etmişdir. Füzuli rayon Dövlət notariat ofisinin notariusu Fəxrəddin İbadullayevin 19 iyun 2021-ci il tarixli 211 nömrəli məktubu ilə digər vərəsələrlə aralarında mirasın bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Atasının daşınar və daşınma z əmlakları kifayət qədər olmuş, onlardan çox az qismi rəsmi reyestrdə qeydiyyatdan keçmişdir. Atası rəsmi reyestrdə qeydiyyatdan keçmiş daşınar və daşınmaz əmlakları bunlardır: Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “Hyundai County” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “Opel Zafira” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “Ford Transit” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metallik rəngli, “Mersedes Benz E200 CDİ” markalı minik avtomobili.

5. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X miras qalmış Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASCnin ləğvedicisi X saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “Hyundai County” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Mersedes Benz E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “Ford Transit” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “Opel Zafira” markalı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, əri X vəfat etmiş, mərhumdan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASC-nin ləğvedicisi X saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “Hyundai County” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Mersedes Benz E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “Ford Transit” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “Opel Zafira” markalı avtomobillər miras qalmışdır. Vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etmişlər, 6 ay keçdikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verilmiş, İddiaçı payı isə açıq saxlanılmışdır. İddiaçı payını qəbul etmək istəmir. Belə ki, mirasın çox hissəsini tələb edir və əsassız mübahisələr yaradır. Bu səbəbdən də, miras əmlakının razılıqla bölüşdürülməsi mümkün deyildir. Ona görə də, miras əmlakının vərəsələr arasında bölüşdürülməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin ona vərəsələr arasında mübahisə olduğu üçün payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir.

7. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcmini artıraraq, ilk iddia ərizəsində göstərilənlərlə yanaşı Sumqayıt şəhərində yerləşən 17,7 kv.metr qeyriyaşayış sahəsinin (qaraj) istifadə hüququnun, eləcə də " xxxx" ASC-də saxlanılan 509,35 manat, "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitinin, eləcə də "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin ¼ hissəsinə dair onun vərəsəlik payının tanınmasını xahiş etmişdir.

8. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 nömrəli qətnaməsi ilə (hakim Yaşar Həşimov) ilk iddia təmin edilərək, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, ** CT *** dövlət nömrə nişanlı, “Hyundai County” markalı, ** MA *** nömrə nişanlı, “Opel Zafira” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı və ** CK *** dövlət nömrə nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin ¼ hissəsi, Sumqayıt şəhəri, 18-ci m ikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun ¼ hissəsi, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi X saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmış, cavabdeh X3 63,66 manat vəsaitin alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, "xxxx" ASC-nin ləğvedicisi X saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, "xxxx" ASCdə saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmış, Cavabdeh3 318,33 manat vəsait alınaraq Cavabdeh1 verilməsi qət edilmiş, qarşılıqlı iddia digər hissədə rədd edil mişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, miras qoyan X xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın birinci növbəli vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X6r. Miras qalmış əmlak Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ, ** CT ***, ** MA ***, ** ZN *** və ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillər, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasından (qaraj) istifadə hüququ, "xxxx" QSC-də saxlanılan 228,66 manat vəsait, "xxxx" ASC-də saxlanılan 509,35 manat vəsait, eləcə də "xxxx" ASC-nin ləğvedicisi X saxlanılan 197,92 manat və 6,92 manat vəsaitdən ibarətdir.

10. Həmçinin "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, X bank hesabında olan 514,50 manat vəsaitdən xx.xx.2022-ci il tarixdə 509,35 manat vəsait Cavabdeh3 tərəfindən xəzinədən məxaric edilmiş, 5,14 manat isə bank tərəfindən xidmət haqqına tutulmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddia təmin olunmaqla qeyd olunan əmlakın (Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla) və əmlak hüquqlarının ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmalıdır. Həmçinin ABB-də saxlanılan vəsait (509,35 manat) Cavabdeh3 tərəfindən götürüldüyündən İddiaçı ¼ hissədə payı, yəni 63,66 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməklə, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin to rpaq sahəsi üzərində icarə hüququnun, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, ABB-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə (Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla) Cavabdeh1 vərəsəlik payı tanınmalıdır. Bununla yanaşı, ABB-də saxlanılan vəsait (509,35 manat) Cavabdeh3 tərəfindən götürüldüyündən Cavabdeh1 ¼ hissədə payı (MM-in 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla), yəni (254,67+63,66=318,33) 318,33 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir.

12. Qarşılıqlı iddia tələbinin Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, “Hyundai County” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Mersedes Benz E200 CDİ” markalı, “Ford Tranzit” markalı, * * CK *** dövlət nömrə nişanlı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsi hissəsini rədd edərək məhkəmə bildirmişdir ki, qeyd olunan iddia tələbinə hazırkı mərhələdə baxılması əsaslı deyil. Belə ki, vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Bununla yanaşı, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyriyaşayış sahəsinin (qaraj) hüquqmüəyyənedici sənədləri olmadığından satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsi əsaslı və qanuni ola bilməz.

13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini M ülki Məcəllənin 158.1, 158.2, 225.1, 1133.1, 1151.1, 1159.1.1, 1162, 1243.2, 1246, 1255-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2-ci, Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci, 2-ci və 7-ci hissələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinə dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, həmçinin qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə faktlar və qanun əsasında yeni qərar qəbul edilməlidir. İşin hallarına əsasən tərəflər- İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ana (Cavabdeh1) və övladlardan ibarət olmaqla, onların hər dördü vəfat etmiş X 1-ci növbədə vərəsələridir. X ilk iddiada sadalanan əmlaklar miras qalmış, miras qoyan ilə cavabdeh- ana Cavabdeh1 miras qoyanın ölüm tarixinə birgə nikahda olmaları faktdır. Cavabdeh qeyd etmişdir ki, hazırkı halda mərhumun ölümündən sonra qalmış əmlaklardan onun payı (əmlakın ½ hissəsi) çıxıldıqdan sonra vərəsələr mərhum X payına düş ən ½ hissəyə dair mübahisə aça bilərdilər. Bundan başqa, işdən görünür ki, miras əmlaklardan- ** MA *** dövlət nömrə nişanlı “Opel Zafira” markalı avtomobil hələ mərhum X sağlığında etibarnamə əsasında faktiki olaraq başqa şəxsə satılmışdır, yəni həmin əmlakın ilk iddia üzrə cavabdehlərdə olması mülki iş materialları ilə təsdiq olunmur.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Cahid İmanov sədrlik edən, məruzəçi, Tale Kərimov və Pərviz Əhmədov) 2(106)-757/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbinin qismən təmin edilməsi, mərhum X miras qalmış miras kütləsinə daxil ol an Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, ** CT *** dovlət nömrə nişanlı, “Hyundai County” markalı, ** MA *** nömrə nişanlı, “Opel Zafira” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı və ** CK *** dövlət nömrə nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASCnin ləğvedicisi X saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik paylarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 və onun vəkilinin birgə apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi Cavabdeh1 tərəfindən tam şəkildə mübahisələndirilərək vərəsələr arasında miras əmlaklar üzərində ədalətli payların müəyyən edilməsi xahiş edilmişdir. Ümumiyyətlə həm iddiaçı həm də cavabdehlər miras qoyandan qalan əmlaklardan onlara düşən payların ədalətli şəkildə müəyyən edilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan tərəfindən hər hansı vəsiyyətnamə qoyulmamışdır. Buna görə də miras qoyand an miras qalan əmlaklar üzərində onun qanun üzrə vərəsələrinin payları müəyyən edilməlidir və miras qoyanın ölümündən sonra onun 4 vərəsəsi qalmışdır. Onlaradan biri Cavabdeh1 miras qoyanın arvadı, digər 3 nəfər İddiaçı, Museyib Rüstəmov və Cavabdeh2 isə onun övladlarıdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 miras qoyanın arvadı olduğundan və onların əldə etdikləri əmlakda ər-arvadın payları bərabər hesab edildiyindən miras qoyandan qalmış miras kütləsinə daxil olan 15 ha torpaq sahəsi istisna olmaqla digər əmlaklar üzərində Cavabdeh1 5/8 hissə payı, 15 ha torpaq sahəsinin icarə hüququ üzərində isə ¼ hissə payı müəyyən olunmalıdır. Həmçinin 15 ha torpaq sahəsinin icarə hüququ üzərində digər vərəsələrin də ¼ hissə, digər əmlaklar üzərində isə onların 1/8 hissə vərəsəlik payı müəyyən edilməlidir.

20. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dovlət nömrə nişanlı, “Hyundui County” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “Mersedes Benz E200 CDİ” markalı, “Ford Tranzit” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia təmin edilə bilməz.

21. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən tələbə hazırkı mərhələdə baxılması əsaslı və yol verilən deyildir. Belə ki, vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1145, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1162, 1246, 1248.1, 1248.2 və 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 34.2.3, 36.3 və 37.1-ci maddələrinə və Torpaq Məcəlləsinin 51-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi payların qeyd olunan formada müəyyən olunmasında haqlı olmamışdır. Belə ki, Cavabdeh1 İddiaçı qarşı miras paylarının bölüş dürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X miras qalmış əmlakda payların müəyyən edilməsini xahiş etsə də, digər vərəsələrin belə bir tələbləri olmamış, və onlar mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Belə olan halda, digər vərəsələrin ümumiyyətlə iddia tələbləri olmadığı halda məhkəmənin həmin şəxslərin paylarının müəyyən etməsi qanuni və əsaslı hesab oluna bilməz. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Təqdim olunmuş sübutlar məhkəmə tərəfindən hərtərəfli tam obyektiv araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımı qaydada əsaslandırılmadan qəbul ed ilmişdir. İşin faktiki halları ilə qətnamə arasında uyğunsuzluqlar vardır. Tələb olmadığı halda məhkəmə olmayan tələbə baxaraq qətnamə qəbul etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(102)-4370/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V865 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak Sum qayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.metr olan qeyri-yaşayış binasının (dəmir qaraj) istifadə hüququndan ibarətdir. Miras əmlakdan ¾ hissədə Cavabdeh1 payı tanınmış, qalan ¼ hissədə pay açıq saxlanılmışdır. 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V-864 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 211659 saylı məktubuna əsasən X 514,50 manat pul məbləğindən ibarətdir. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmişdir ki, X miras qalmış əmlaklara dair xx.xx.2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Odur ki, payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən vərəsəlik hüququna dair şəhadətnamələri, eləcə də, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmiş vərəsəlik hüququna dair şəhadətnamələri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna dair şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etdiklərini, 6 ay keçdikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verildiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi vərəsələrdən hər hansı birinin mirasdan imtina edib-etməməsini də araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi mirasdan imtina halını müəyyən etdiyi təqdirdə bunun nəticələrini nəzərə almaqla məhkəmə aktı qəbul etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya instansiyası məhkəməsinin 17 aprel 2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, hazırda mübahisə predmeti olan 4 nəqliyyat vasitəsindən 3-ü yenə də onların istifadəsində olsa da, “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci ildə X2 adına rəsmiləşdirilmişdir. Həmin avtomobili hələ mərhum atasıX sağlığında Canpolad Şamıyevə etibarnamə ilə satsalar da, sonradan onun alqı-satqısını hansı qaydada rəsmiləşdirməsindən xəbərsizdir.

28. X7 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

29. Məhkəmə kollegiyası tərəfindən nəqliyyat vasitələrini n qiymətləndirilməsi qərara alınmış və "xxxx" MMC-nin 7 may 2024-cü il tarixli, UNİ/M xx-xx/2024 saylı rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təhlillərə əsasən **-CT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, rəngi göy, markası “Hyundai County avtobus” olan nəqliyyat vasitəsinin 7 may 2024-cü il tarixinə orta bazar dəyəri 29000 manat təşkil edir. **ZN-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, rəngi gümüşü, markası “Mercedes Benz E200 CDİ” olan nəqliyyat vasitəsinin 7 may 2024-cü il tarixinə orta bazar dəyəri 15000 manat təşkil edir. **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999, rəngi qəhvəyi metallik, markası “Opel Zafira” olan nəqliyyat vasitəsinin 7 may 2024-cü il tarixinə orta bazar dəyəri 5500 manat təşkil edir. **-CK-*** dövlət qeydiyyat ni şanlı, buraxılış ili 1999, rəngi ağ, markası “Ford Transit mikroavtobus” olan nəqliyyat vasitəsinin 7 may 2024-cü il tarixinə orta bazar dəyəri 8500 manat təşkil edir.

30. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Samir Mayılov sədrlik edən, məruzəçi, İlham Əsədov və Samir Həsənov) 14 avqust 2024-cü il tarixli, 2(106)480/2024 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin olunmuş, mərhum X miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC hesabında saxlanılan 228,66 manat pul vəsaiti üzərində Cavabdeh1 payı 5/8 hissədə, İddiaçı payı 1/8 hissədə, Cavabdeh3 payı 1/8 hissədə və Cavabdeh2 payı isə 1/8 hissədə müəyyən edilmiş və ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə məhz mərhum Xmiras qalmış əmlakın bölüşdürülməsi və miras əmlakda payların müəyyən edilməsi ilə bağlıdır. Belə ki, mərhum X miras qalmış əmlaklara: 1) Füzuli rayonu ərazisində yerləşən 15 ha əkin torpaq sahəsi üzərində icarə hüququ; 2) **-CT-*** dövlət qeydiyyat nişanlı “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsi; 3) **-MA-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira minik” markalı nəqliyyat vasitəsi; 4) **-ZN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200 CDİ minik” markalı nəqliyyat vasitəsi; 5) **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi; 6) Sumqayı t şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasına (dəmir qaraja) istifadə hüququ; 7) "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan cəmi 204,84 manat (197,92 manat və 6,92 manat) pul vəsaiti; 8) "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan cəmi 514,50 manat pul vəsaiti; 9) "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaiti aiddir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli məktubda 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum X miras qalmış əmlaklara dair 21 iyun 2021-ci il tarixdə 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiy i qeyd olunmuş, bundan əlavə, qarşılıqlı iddia ərizəsinə 21 iyun 2021-ci il tarixli, 2V-864 və 2V-865 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətləri əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən sənədləri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna dair şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi miras əmlaklar üzərində miras paylarının yenidən müəyyənləşdirilməsi mümkün deyil. Həmçinin iş üzrə tərəflərin heç biri vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlı lığı məsələsini mübahisələndirməmişdir. Ona görə də hazırda qüvvədə olan vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi miras əmlaklara aid hissədə hər hansı iddia tələbinin təmin olunması üçün əsaslar yoxdur.

34. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, Füzuli rayonu ərazisində yerləşən 15 ha əkin torpaq sahəsi üzərində icarə hüququ; Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasına (dəmir qaraja) istifadə hüququ; **-CT-*** dövlət qeydiyyat nişanlı “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsi; **-ZN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200 CDİ minik” markalı nəqliyyat vasitəsi; "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan cəmi 204,84 manat (197,92 manat və 6,92 manat) pul vəsa iti və "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan cəmi 514,50 manat pul vəsaiti ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən və həmin şəhadətnamələrin etibarlılığı mübahisələndirilmədiyindən, qeyd edilən miras əmlaklar üzərində yenidən paylar müəyyən edilə bilməz və buna görə də həm ilk, həm də qarşılıqlı iddia tələbləri qeyd olunan əmlaklara aid hissələrdə rədd edilməlidir.

35. Bundan başqa, mübahisə predmeti olan əmlaklardan biri- **-MA-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira minik” markalı nəqliyyat vasitəsinin sahibi hazırda X4r və bununla bağlı onun adına BD 110247 seriya nömrəli, 09 avqust 2021-ci il tarixli şəhadatnamə verilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda mübahisə predmeti olan “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişan lı nəqliyyat vasitəsinin X2 adına rəsmiləşdirilməsi müəyyən edildiyindən, həmin əmlak üzərində vərəsəlik paylarının müəyyən edilməsi yolverilməzdir. Ona görə də həm ilk, həm də qarşılıqlı iddia tələbləri sözügedən nəqliyyat vasitəsinə dair hissədə təmin olunmamalıdır.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaiti üzərində tərəflərin vərəsəlik payları müəyyən edilə bilər.

38. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, mülki iş materiallarında İddiaçı və Cavabdeh1 mərhum X miras qalmış əmlakdan onlara düşən paydan imtina etmələrinə dair hər hansı bir ərizə mövcud deyil. Bununla yanaşı, mülki iş materiallarında Cavabdeh3 və Cavabde h2 mərhum atalarından miras qalmış əmlakdan onlara düşən paydan anaları Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizələr mövcud olsa da, həmin imtinalar qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində həyata keçirilməmişdir. Bu səbəbdən də hazırda üzərində payların müəyyənləşdirilməli olduğu yuxarıda qeyd edilən 2 əmlak qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr Cavabdeh1, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qəbul edilmiş hesab olunur. Lakin həmin əmlaklar üzərində payların həcmi müəyyən edilərkən, onların X9 Rüstəmovanın birgə nikahda olduqları dövrdə əldə olunması da nəzərə alınmalıdır.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi ilə bağlı şəhadətnamə mərhum X ad ına 05 noyabr 2014-cü il tarixdə verilmişdir. Bundan başqa, "xxxx" QSC-də olan 228,66 manat pul vəsaitinin saxlanıldığı X adına olan hesab 14 yanvar 2020-ci ildə açılmışdır. X ilə Cavabdeh1 isə 30 dekabr 1988-ci il tarixdə nikaha daxil olmuş və boşanmamışlar. Qeyd edilənlər onu deməyə əsas verir ki, əksi sübuta yetirilmədiyinə görə, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya uyğun olaraq, **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaiti mərhum X ilə Cavabdeh1 ümumi birgə mülkiyyətinə daxil olmuşdur.

40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin əmlakların 4/8 hissəsi ümumi birgə mülkiyyətdən ona çatası pay kimi Cava bdeh1 mülkiyyətində olmaqla, digər 4/8 hissəsi mərhum X miras qalmış əmlak kimi onun qanun üzrə dörd vərəsəsi arasında bərabər şəkildə, yəni ¼ hissədə bölüşdürülməli və ondan miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaiti üzərində Cavabdeh1 payı 5/8 hissədə, İddiaçı payı 1/8 hissədə, Cavabdeh3 payı 1/8 hissədə və Cavabdeh2 payı 1/8 hissədə müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1162, 1243, 1256-cı maddələrinə, habelə Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar apellyasiya baxışı zamanı işə baxan məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisə predmeti olan bir sıra miras əmlaka dair vərəsəlik işinin açılaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məsələsinə əhəmiyyət verməmiş, həmin miras əmlakların bölgü aparılarkən kimin mülkiyyətində olmasını müəyyənləşdirməmiş, mübahisəli əmlakların mərhum X9 Rüstəmovanın birgə nikahda olduğu dövrdə əldə edilməsini nəzərə almamış, maddi hüquq normalarının pozuntusuna yol verərək, düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı yuxarıda göstərilən Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktub iş materiallarına əlavə edilmiş, həmin məktubda 15 dekabr 2020-ci ildə vəfat etmiş mərhum X miras qalmış əmlaklara dair 21 iyun 2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi qeyd olunmuş, bundan əlavə, qarşılıqlı iddia ərizəsinə 21 iyun 2021-ci il tarixli, 2V-864 və 2V865 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətləri əlavə olunmuşdur. Birinci instansiya mə hkəməsi isə qeyd edilən sənədləri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna dair şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir. Məhkəmənin bu mövqeyi əsassız olmuşdur. Həmçinin tərəflər miras əmlakın məhkəmə qaydasında bölünməsinə tərəfdar olsalar və bu iradələrini məhkəmədə ifadə etsələr də onlar məhkəmə proseslərinin gedişində qeyd olunan şəhadətnamələrin qanunsuz yolla əldə olunmasına nail olmuşlar. Yəni bu nəticələr məhkəmə qətnaməsi qəbul olunduqdan sonra yaranan hüquqi nəticlərdir. Bundan başqa, iş üzrə maraqlı şəxsin heç bir hüquqi sənədə əsaslanmadan bildirdiyi sözü mötəbər hesab edən məhəkəmə ən azından etibarnamə ilə alqı-satqının mümkün olmamasını bilməli idi. Rəsmləşdirilmənin nədən ibarət olmasını, hansı sənədlər əsasında aparılmasını və hüquqi nəticəsini araşdırmadan və heç bir mötəbər sənədi şəxsən görməyən məhkəmə “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini miras əmlakı siyahısından faktiki olaraq heç bir əsas olmadan çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

47. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

48. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

49. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanı n ölümündən sonra doğulmuş, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

52. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

53. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

54. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

55. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləs i

56. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

57. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfi ndən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

66. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət verm iş olsa da, tərəflərin bütün miras əmlakda paylarını müəyyən etməməklə maddi hüquq normalarının tələblərini pozub.

67. Belə ki, işin mübahisə olunmayan hallarına görə 30 dekabr 1988-ci il tarixdə X rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından Çingiz, Günel və Müseyib adlı üç övladları doğulub. 68. 15 dekabr 2020-ci il tarixdə X ölüb və onun ölümündən sonra ondan miras qalmış Füzuli rayonunda yerləşən 15 ha torpaq sahəsinin icarə hüququna; 2) **-CT-*** dövlət qeydiyyat nişanlı “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsinə; 3) **-ZN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200 CDİ minik” markalı nəqliyyat vasitəsinə; 4) **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsinə; 5) Sumqayıt şəhəri, 18-ci mikrorayonda y erləşən ümumi sahəsi 17,7 kv.m olan qeyriyaşayış binasının (dəmir qarajın) istifadə hüququna; 6) "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan cəmi 204,84 manat (197,92 manat və 6,92 manat) pul vəsaitinə; 7) "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan cəmi 514,50 manat pul vəsaitinə; 8) "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitinə; 9) **-MA-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira minik” markalı nəqliyyat vasitəsinə vəsəlik açılıb.

69. Əvvəla, mülki və ailə qanunverciliyinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və ər-arvadın ümumi birgə mülkiyyətinə onların ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əşyalar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əma nətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

70. Apellyasiya instansiyası məhkəməsi, X miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsinə və "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitinə münasibətdə istisna olunmaqla qeyd etmişdir ki, qalan miras əmlaklara dair notariat orqanı tərəfindən Cavabdeh1 adına 21 iyun 2021-ci il tarixli, 2V-862; 2V-863; 2V-864; 2V-865 saylı; 04 may 2022-ci il tarixli, 2V-674; 2V-672 saylı; 29 mart 2023-cü il tarixli, 2V-363 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib və hazırda həmin Şəhadətnamələ r qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməyib. Belə olan halda həmin əmlaklar vərəsələr arasında onların paylarına müvafiq olaraq yenidən bölünə bilməz. Ona görə də ilkin iddia qeyd olunan mübahisəli əmlaklara münasibətdə rədd edilməlidir.

71. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, vərəsənin miras payı- notariusun verdiyi mülkiyyət və ya vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə qaynaqlanmır. Vərəsələr, miras əmlakı mirasqoyanın ölümü ilə qanun əsasında əldə edirlər. Başqa sözlə, vərəsələr miras açıldığı andan onlara çatası miras paya uyğun olaraq, əmlak üzərində mülkiyyət hüququ qazanırlar və bu hüquq qanunla tanınır və qorunur.

72. Belə ki, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölü mündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

73. Odur ki, notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrin miras hüquqlarını yaratmır, əmələ gətirmir. Bu baxımdan qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik hüququ haqqında şəhadətnamə, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir. Xüsusilə də mirasın kütləsinə daxil olan daşınmaz əşyalar barəsində vərəsələrin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması zər uridir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsində vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

74. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda isə mübahisəyə məhkəmə baxır.

75. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, y axud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

76. Odur ki, işə baxan məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qey diyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (adı çəkilən Qanunun 8.0.4cü maddəsi).

77. Bu səbəbdən notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, işə baxan məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti və zifəsinə görə yoxlayır. Çünki, mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə, təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir.

78. Əks yanaşma, eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan su i-istifadə edilməsinə rəvac verər, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olardı.

79. Göstərilənləri nəzərə alaraq, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin İddiaçı tərəfindən mübahisələndirilməməsinə görə ilkin iddianın rədd edilməsi haqqında mövqeyi əsaslı olmamışdır.

80. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, miras əmaklara dair Cavabdeh1 adına verilmiş 21 iyun 2021-ci il tarixli, 2V-862; 2V-863; 2V-864; 2V-865 saylı, 04 may 2022-ci il tarixli, 2V-674; 2V-672 saylı, habelə 29 mart 2023-cü il tarixli, 2V-363 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ləğv edilməli, miras əmlakl arda tərəflərin payları müəyyən olunmaqla, hazırkı mübahisəyə aydınlıq gətirilməlidir.

81. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

82. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

83. Sözügedən Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

84. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

85. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi lə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

86. Odur ki, mülki iş materiallarında İddiaçı və Cavabdeh1 mərhum Xmiras qalmış əmlaklardan onlara düşən paydan imtina etmələrinə dair hər hansı bir ərizə mövcud deyil. Lakin, Cavabdeh3 və Cavabdeh2 mərhum X miras qalmış əmlaklardan onlara düşən paydan anaları Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizələri mövcud olsa da, həmin imtina ərizələri qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində həyata keçirilməyib. Bu səbəbdən də miras əmlaklar qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr Cavabdeh1, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qəbul edilmiş hesab olunurlar və sözügedən miras ə mlaklar üzərində payların həcmi müəyyən edilərkən, həmin əmlakların mərhum X9 Rüstəmovanın birgə nikahda olduqları dövrdə əldə olunması da nəzərə alınmalıdır.

87. Eyni zamanda işdən görünür ki, miras əmlaklardan **-MA-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira minik” markalı nəqliyyat vasitəsi 09 avqust 2021-ci il tarixdən X2 mülkiyyətinə keçib və onun adına müvafiq şəhadatnamə verilib. Belə olan halda həmin avtomobil miras əmlak kimi tərəflər arasında onların paylarına uyğun bölünə bilməz. Ona görə də bu hissədə ilkin iddia rədd olunmalı və miras əmlaklar üzərində Cavabdeh1 payı 5/8 hissədə, İddiaçı payı 1/8 hissədə, Cavabdeh2 payı 1/8 hissədə və Cavabdeh3 payı 1/8 hissədə müəyyən edilməlidir.

88. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

89. Həmin Məcəllənin 417.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)-480/2024 sayl ı qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. İlkin iddia ərizəsi qismən təmin edilsin, miras əmaklara dair Cavabdeh1 qzının adına verilmiş 21 iyun 2021-ci il tarixli, 2V-862; 2V-863; 2V-864; 2V-865 saylı, 04 may 2022-ci il tarixli, 2V-674; 2V-672 saylı və 29 mart 2023-cü il tarixli, 2V-363 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ləğv edilsin. 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş XX miras qalmış- 01 oktyabr 2018-ci il tarixli, 98 saylı icarə müqaviləsinə əsasən Füzuli rayonu ərazisində yerləşən 15,0 ha torpaq sahəsinə əmələ gəlmiş icarə hüququnda; Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 23 sentyabr 1994-cü il tarixli Texniki Pasporta əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 17,7 kv.metr olan qeyri-yaşayış binasına (dəmir qaraja) əmələ gəlmiş istifadə hüququnda; habelə **-CT-*** dövlət nömrə nişanlı, “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsində; **-ZN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E 200 CDİ minik” markalı nəqliyyat vasitəsində; **-CK-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsində; "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 204,84 manat pul vəsaitində; "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 514,50 manat pul vəsaitində; "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitində Cavabdeh1 payı 5/8 hissədə, İddiaçı payı 1/8 hissədə, Cavabdeh2 payı 1/8 hissədə və Cavabdeh3 payı 1/8 hissədə müəyyən edilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin olunmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar