Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1130/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-660/202 2 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 13 mart 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “borclu”) arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli sazişə əsasən kredit xəttinin məbləği 50000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
2. Həmin kredit xətti müqaviləsi çərçivəsində iddiaçı ilə borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında borclu bankdan 48 ay müddətinə 1,8333 faiz dərəcəsi ilə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
3. Tərəflərin imzaladıqları əlavə sazişlərlə razılaşmaya və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. 06 dekabr 2017-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu sazişə əsasən kreditin qaytarılma müddəti 03 sentyabr 2019-cu il hesab edilmişdir.
4. İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 (bundan sonra “zamin”) arasında bağlanmış 27 oktyabr 2011-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına zamin durmuşlar.
5. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Yeni məhəllədə 0,10 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini həyətyanı tikili və qurğularla birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bankın ipoteka hüququ və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsində ipoteka predmeti olan əmlak tərəflərin qarşılıqlı razılığı ilə 16480 manat dəyərində qiymətləndirilmişdir.
6. İddiaçının xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən borclunun xx.xx.2014cü il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka 16779,12 ABŞ dolları əsas, 16054,04 ABŞ dolları faiz və 23131,74 ABŞ dolları cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək borclu və zaminlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 16779,12 ABŞ dolları məbləğində əsas, 16054,04 ABŞ dolları məbləğində faiz, 23131,74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 55964,90 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi Yeni məhəllədə 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mər təbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borclu kredit razılaşmaları üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun Banka borcu yaranmışdır.
9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 448.1, 501-ci, və “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.4-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya yazılı etiraz göndərərək iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında yenidən müəyyən edilməsini xahiş etmiş, məhkəmə baxışında isə borcun yüksək hesablandığını bildirmişdir.
11. Birinci instansiya məhkəməsi ipoteka prdmetinin likvid dəyərini müəyyən edilməsi məqsədilə 05 aprel 2021-ci il tarixli qərardadla qiymətləndirmə təyin etmişdir. 12. "xxxx" MMC-nin LF 22 saylı, 01 iyun 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirməsi barədə hesabatına əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Yeni məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) likvid dəyəri 38000 manat təşkil edir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2342/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 16779,12 ABŞ dolları məbləğində əsas borc, 16054,04 ABŞ dolları məbləğində fai z borcu, 2313 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 35146,16 ABŞ dolları məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi Yeni məhəllədə 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,5 kv.metr yaşayış, 36,4 kv.metr yardımçı, 132,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, ipoteka predmetinin likvid qiyməti 38000 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması, ipoteka p redmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)
14. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş kredit, zaminlik və ipoteka müqavilələrinə istinadən hesab etmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən zaminlər borca zamin durduqlarına görə borclu ilə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada 16779.12 ABŞ dolları əsas borc, faiz borcu üzrə 16054.04 ABŞ dolları pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğunu göstərərək, belə nəticəyə gəlib ki, hesablanmış cərimənin məbləği 10%dək azaldılaraq cavabdehlərdən 2313 ABŞ dolları məbləğində cərimə tutulmalıdır.
16. Birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini qiymətləndirmə rəyinə əsasən müəyyən etmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 449.1, 449.4, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, "İpoteka haqqında" Qanunun 33, 34, 36.1, 36.2.4, 36.3 və 59-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
18. Borclu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, faiz borcları artıq hesablanmış, cərimə borcu əsas borcun məbləğinə nisbətən tənasübsüz olmuşdur. Bundan əlavə, ipoteka predmeti olan daşınmaz əmlakın qiyməti likvid dəyəri ilə götürülməklə aşağı qiymətləndirilmişdir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi həm maliyyə arayışı üzrə borcun 05 oktyabr 2020-ci il tarixinə, həm də ödənişin son günü olan 03 sentyabr 2019-cu il tarixinə müəyyən edilməs i məqsədilə 21 dekabr 2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/699 saylı rəyinə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 10R000015521 saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla onun 03 sentyabr 2019-cu il tarixinə (müddətin sonuna) 18147,48 ABŞ dolları əsas, 5832,71 ABŞ dolları faiz borcu vardır. Maliyyə arayışının verildiyi 05 oktyabr 2020-ci il tarixinə 18147,48 ABŞ dolları əsas, müqavilə müddətinə 5832,71 ABŞ dolları faiz borcu vardır. Müqavilə müddəti başa çatdıqdan sonra 5 faizlə hesablanmış borcu 988,03 ABŞ dolları təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-660/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit xətti müqaviləsi və kredit razılaşması üzrə tutulan faiz borcunun məbləğinin 5832,71 ABŞ dolları, cərimənin məbləğinin 839 ABŞ dolları, cəmi borcun məbləğinin 23450,83 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi ), Akif İsgəndərov, Elşən Kazımov)
23. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq göstərib ki, apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, qətnamədən digər proses iştirakçıları şikayət vermədiyindən, qətnamə yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə ona münasibətdə mübahisələndirilən hissələrdə yoxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Lakin faiz və cərimə borcu ilə bağlı hissələrdə borcun məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də qətnamə həmin hissələrdə dəyişdirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən olunmuş əsas kredit borcunun məbləği (18147,48 ABŞ dolları), iddia tələbində göstərilən əsas kredit borcunun məbləğindən (16779,12 ABŞ dolları) çox, ekspert rəyi ilə müəyyən olunmuş müqavilə müddətinin sonuna faiz borcunun məbləği (5832,71 ABŞ dolları), iddia tələbində göstərilən faiz borcunun məbləğindən (16054,04 ABŞ dolları) azdır. Buna görə də MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından əsas kredit borcunun məbləği dəyişdirilmədən saxlanılmalı, faiz borcunun məbləği dəyişdirilərək 5832,71 ABŞ dolları məbləği ndə müəyyən edilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin dəbbə pulu üzrə mövqeyi belə olub ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini 2313 ABŞ dolları məbləğində müəyyən edərkən borcluların əmlak mənafelərini nəzərə almamışdır. Buna görə də hər iki tərəfin əsaslı mənafeyi və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla dəbbə pulunun məbləği əsas kredit borcunun 5 faizi məbləğində, yəni 16779,12x0,05=838,96 (yuvarlaq olaraq 839) ABŞ dolları məbləğində müəyyən edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 28 mart 2013-cü il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 16480 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zaman ı müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmeti olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) likvid dəyəri 01 iyun 2021-ci il tarixinə 38000 manat təyin edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq likvid dəyəri ilə götürülməklə 38000 manat müəyyən edilib, apellyator ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib, buna görə də qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Borclu (Vəkil) kassasiya şikayəti verərək, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılıb; - ipoteka predmeti olan yaşayış evi borclunun yeganə yaşayış yeridir. İddia təmin edilərsə, qəbul ediləcək qətnamə icra sənədi sayılacaq və məcburi icraya yönələcəkdir. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarının tələbləri pozulmuş olacaqdır. Hazırki halda kredit ev tikmək və ya almaq üçün götürülməmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarının 1-ci bəndi hazırkı hüquq münasibətlərinə şamil olunmalıdır. Məhkəmə tərəfindən isə bu hala, ümumiyyətlə, hər hansı h üquqi qiymət verilməmişdir; - bundan başqa, əsas məbləğ və faizlər artıq hesablanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən ödənilmiş ilkin aylıq ödənişlərin hamısı faiz məbləğinə silinməli idi. Bununla da faiz məbləği daha da aşağı olmalı idi. Hazırkı halda isə əsas məbləğ və faiz məbləği əsassız şəkildə şişirdilmişdir. Qeyd edilən hallar nəzərə alınmaqla məhkəmə tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda təyin edilməmişdir; - həmçinin birinci instansiya məhkəməsində ipoteka predmetinin ilkin satış qiyməti 38.000 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ipoteka müqaviləsinin bağlandığı vaxtdan 11 ildən artıq müddət keçmiş, ipoteka predmetinin dəyəri qat-qat artmışdır. Ümumiyyətlə, ipoteka predmetinin qiyməti 38.000 m anat ola bilməz. İpoteka predmetinin bugünkü günə olan orta bazar qiyməti 100.000 manatdan az deyildir. Qətnamədə ilkin satış qiyməti olaraq göstərilmiş məbləğ evin real dəyərini əks etdirmir. İpoteka predmetinin yenidən qiymətləndirilməsi barədə vəsatət isə təmin edilməmişdir; - ilk məhkəmə iclasında iştirak etsə də sonrakı məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməmiş, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının 1 aydan az olmayan müddətə təxirə salınması xahiş edilmiş, lakin vurmuş olduğu teleqram məhkəmə tərəfindən yanlış şərh edilməklə məhkəmə iclasının iştirakı olmadan keçirilməsi kimi qiymətləndirilmiş, xahişi nəzərə alınmadan işə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmədə şəxsən iştirak edib fikirlərimi bildirmək hüququ pozulmuş, əlavə sübutla r təqdim etmək imkanı məhdudlaşmış, nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldi lə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qism ən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində borclu apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışının predmeti yalnız borclunun apellyasiya şikayəti üzrə olub, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissədə çıxıb. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışını predmeti olan hi ssə başa düşülür.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanun i nəticəyə gəlmişdir.
37. Belə ki, birinci instansiya məhkəməsi əsas və və faiz borcunun məbləğini maliyyə arayışı əsasında müəyyən etmişdir. İşdən görünür ki, apellyasiya məhkəməsi cavabdehin borc məbləği ilə bağlı dəlillərini yoxlamaq məqsədi ilə mühasibatlıq ekspertizası təyin edərək rəy almış, rəydə əsas borcun məbləği daha çox miqdarda müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı tələb həddində qiymətləndirmiş, faiz borcunu isə əksinə, rəyə uyğun olaraq müqavilə müddətinin sonuna olan məbləğ miqdarınadək azaltmışdır. Eləcə də, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilən 2313 ABŞ dolları dəbbə pulunun miqdarını əsas borcun 5 faizi məbləğində müəyyən edərək, cəriməni yuvarlaq olaraq 839 ABŞ dolları miqdarında saxlamışdır.
38. Apellyasiya i nstansiyası məhkəməsi ekspert rəyinə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
39. Bu baxımdan, kassasiya şikayətinin borcun miqdarı və təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, ekspertizanın təyin edilməməsi barədə dəlilləri əsassızdır.
40. Təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olması barədə dəlillə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habel ə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
42. İpoteka predmeti olan yaşayış evinin borclunun yeganə yaşayış yeri olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarının 1-ci bəndi nin hazırkı hüquq münasibətlərinə şamil edilməli olması barədə kassasiya şikayətinin dəlili də əsaslı deyil.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq SİYAHİSİ”nın 1-ci bəndinə görə həqiqətən də icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Lakin həmin Qərarın “Qeyd” hissəsində göstərilib ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Hazırki işdə də tələbin ipoteka predmetinə yönəldilməsi ipoteka müqaviləsindən irəli gəlir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı hazırki işə tətbiq edilə bilməz.
44. İpoteka predmetinin ilkin satış qiymətinin 38000 manat məbləğində müəyyən edilməsinin düz olmaması, həmin əmlakın hazırki orta bazar qiymətinin 100.000 manatdan az olmaması barədə dəlil də əsassızdır. Belə ki, əvvəla, ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, “İpoteka haqqında” Qanunun 1-ci maddəsinə uyğun olaraq likvid qiymətlə müəyyən edilməlidir. “Likvidlik” özü iqt isadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.
45. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyatorun (hazırda kassatorun) ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməməsinə istinad edərək, ipoteka predmetinin qiymətinin qiymətləndiricinin rəyinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən dəyəri ilə razılaşmışdır.
46. İpoteka predmetinin qiyməti ilə bağlı dəl illərə münasibətdə də kollegiya hazırki qərarın 39-40-cı bəndlərdə əks edilən mövqedən çıxış edir.
47. İlk məhkəmə iclasında iştirak etsə də, sonrakı məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməməsi, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının 1 aydan az olmayan müddətə təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasının təxirə salınmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə i ştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
48. Qanunvericiliyin tələbindən də görünür ki, işdə iştirak edən şəxslər məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşdən görünür ki, borclu səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyi barədə teleqram vursa da, istinad etdiyi hala dair sübut təqdim etməmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, səbəblərin üzrlü olması barədə sübutlar təqdim edilsin.
49. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin teleqramı nəzərə almayaraq işə baxmaqda davam etməsi prosessual pozuntu hesab edilə bilməz.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-660/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.