Məhkəmə qərarları › İş №2(102)-1130/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1130/2025

28.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1130/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın əvəzinə verilmiş əmlaka payın tanınması, mənzilə köçürülmə, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "Rahatlığın məkanı” MMC-yə və Cavabdeh2 qarşı “payın müəyyən edilməsi, müqavilənin etibarsız hesab olunması, pulun tutulması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə, X2 ilə Cavabdeh2 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah ləğv edilmiş, birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü Fərman və xx.xx.2007-ci il təvəllüdlü Nuran adlı uşaqların analarının yanında saxlanılması qət edilmişdir. 2. ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil "xxxx" ASC, Cavabdeh2 və X1 a rasında bağlanmış xx.xx.2012-ci il tarixli “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh2 satılmış, mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə ½ hissədə İddiaçı payının müəyyən olunması, ünvan 2 ünvanda torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113 073,9 manat vəsaitin ½ hissəsinin, yəni 56 536,95 manatın Cavabdeh2 tutulub İddiaçı Zakır qızına ödənilməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbayc an Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, İddiaçı Cavabdeh2 qarşı “fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması” tələbinin rədd edilməsi qərara alınmışdır.

5. Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə görə "xxxx" ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1/2 hissəsinin İddiaçı Zakır qızından tutulub Cavabdeh2 ödənilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan kredit ödənişlərinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə İddiaçı Zakır qızının vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

6. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə “İcra haqqında” Qanunun 10 və 24-cu maddəsinə əsasən icra olunması üçün aidiyyəti üzrə Nizamı rayon icra şöbəsinə göndərilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılaraq tərəflərə bildiriş göndərilmiş, lakin icra sənədinin icrası mü mkün olmamışdır.

7. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda, 141 saylı Mənzil Kommunal İstismar Sahəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01 №-li məlumata əsasən Ş.Mirzəyev küçəsi 59 №-li binanın 2 mərtəbəli, 2 girişli olmaqla 12 mənzildən ibarət olduğu, binanın 1954-cü ildən istismara verildiyi və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu, binaya 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xidmət göstərildiyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli 158 №-li Sərəncamı ilə Nizami rayonu Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsi ndəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının, o cümlədən Ş.Mirzəyev küçəsi 59 ünvanda yerləşən bina da daxil olmaqla sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1,2848 ha torpaq sahəsinin icarə əsasında "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi, sözügedən binanın sakinlərinin MMC ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqaviləyə əsasən köçürüldüyü, yalnız Cavabdeh2 yaşadığı mənzili təhvil vermək istəməməsi ilə əlaqədar razılıq əldə olunmadığı üçün binanın sökülməsi "Rahatlığın Məkanı” MMC tərəfindən dayandırıldığı qeyd edilmişdir. 8. "xxxx" MMC Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəanət Fo ndu və "Kapital Bank” ASC) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2723/2022 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-585/2022 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

9. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, həmin iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinin birgə nikah dövründə əldə edil miş əmlak olması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil üzərində ½ hissədə payı müəyyən edilməsi səbəbilə iddia tələbinin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirməklə işə cəlb olunmasını xahiş etmişdir. 10. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq sözügedən iddia tələbindən imtina etdiyini bildirmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiadan imtina qəbul olunaraq iş üzrə icraata xitam verilmişdir.

11. Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 iyul 2022-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi ev 59, m. 10, 2 (iki) otaqlı 54.30 kvm. yaşayış sahəsini "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, "Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyəti isə özü tərəfindən inşa edilən ünvan 5 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 99 kv.m. olan 2 otaqlı 12 saylı mənzili təmirsiz vəziyyətdə Cavabdeh2 istifadəsinə verməyi, 12 saylı mənzilin təmiri üçün Cavabdeh2 14.000 (on dörd min) manat pul ödəməyi, Cavabdeh2 isə həmin mənzili və mənzilin təmiri ilə əlaqədar ödənilən kompensasiyanı qəbul etməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1.1-ci bəndində göstərilmişdir ki, 14.000 manat pul kompensasiyası Cavabdeh2 yeni mənzilin təmirinin təmin edilməsi üçün, təmir edilib yaşayışa yararlı vəziyyətə gətirilənədək ödənilməli olan aylıq kirayə haqqı ödənişinin əvəzi üçün, habelə MMC-yə təhvil verilən mənzilindəki şəxsi əşyala rının və həmin mənzildəki bütün qapı və döşəmə materiallarının çıxarılaraq köçürülməsinə görə nəqliyyat daşınmaları üçün birdəfəlik kompensasiya şəklində ödənilən pul vəsaitidir.

12. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə yazdığı iltizamda göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini "xxxx" MMC-dən almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər "Rahatlığın məkanı” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 2 otaqdan ibarət 99 kv.metr olan 2 otaqlı 12 saylı mənzilin üzərində İddiaçı ½ hissədə hüququnun müəyyən olun ması, Cavabdeh2 ilə "Rahatlığın Məkanı” MMC arasında imzalanmış 04 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin üzərinə ünvan 7 ünvanda yerləşən 5 saylı binanın 4- cü mərtəbəsindəki 2 otaqdan ibarət 99 kv.m olan 2 otaqlı 12 saylı mənzillə bağlı ½ nisbətdə müqavilə bağlanması öhdəliyinin qoyulması, cavabdehlərdən müştərək qaydada 7.000 (yeddi min) manat pulun alınıb iddiaçıya verilməsi və iddiaçının mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun mülkiyyət hüquqları kobudcasına cavabdehlər tərəfindən pozulmuşdur, bunun da nəticəsində onun əmlakına sahiblik etmək, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddi açının hüquqları sırasında fundamental yeri olan mülkiyyət hüquqları bərpa olunmalı, Cavabdeh2 adına sənədləşdirilən ünvan 8 ünvandakı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət 100 kv.metr 12 saylı mənzil üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququ müəyyən olunmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə Tamerlana 14.000 manat məbləğində pul vəsaiti də ödənilmişdir və həmin pulun yarısı da iddiaçının xeyrinə tutulmalıdır.

15. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər birgə nikaha xx.xx.2008-ci il tarix də daxil olmuşlar. Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 59, 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan bu mənzilin alınması üçün "xxxx" ASC-dən 35000 min manat məbləğində kredit götürülmüş və ümumilikdə xx.xx.2037-ci il tarixdək 55369,15 manat məbləğində pulun qaytarılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-43/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə dair 1\2 hissədə İddiaçı qıznın payının müəyyən olunması, ünvan 9 ünvanda torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin inşası üçün sərf edilmiş 113.073,9 manat vəsaitin 1\2 hissədə yəni 56536,95 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9436\2021 saylı 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2723\2022 saylı 18 may 2022-ci il qərarına əsasən kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9436\2021 saylı 15 noyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin tutulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-585\2022 saylı 28 03.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək Cavabdeh2 tərəfindən 15.11.2.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə görə Kapital Bank ASC-yə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin ½ hissəsi cavabdeh İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-yə olan kredit ödənişlərinin ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı vəsaiti hesabına ödənilməsi qət e dilmişdir. Həmin qətnamə icra olunması üçün göndərilsə də, İddiaçı tərəfindən qətnamə icra olunmamışdır və o, ödənilmiş pulu nə cavabdehə qaytarmamış, nə də mübahisəli pay hüququ tanınmış mənzillə bağlı olan ödənişi ödəməmişdir. Həmin mənzillə bağlı olan bütün ödənişlərin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbzlər etirazla birlikdə məhkəməyə təqdim olunur. Buradan belə nəticəyə gəlinir ki, iddiaçının ümumiyyətlə qeyd olunan qətnamənin icra olunmasında heç bir marağı olmamışdır. "xxxx" MMC tərəfindən hazırki məhkəmədə iddia qaldırılarkən T. Nəzərov tərəfindən vəsatət verilərək İddiaçı da məhkəməyə çağırılması tələb olunmuş, vəsatət təmin edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Bakı şəhər Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini layihələndirməsi üçün 1.2848 ha torpaq sahəsi "xxxx" MMC-nə verilmişdir. Cavabdeh2 məxsus olan mənzilin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılmış və tərəflər aralarında müvafiq razılığa gələrək müqavilə bağlamışlar. Lakin həmin mənzilin verilməsinə əsas ipoteka predmeti olan borc məbləğinin iddiaçıdan tutulmasına yönələn mənzil olmuşdur. Həmin mənzil ipoteka ilə yüklüdür və yüklülülk ödəniş tam həyata keçirildikdən sonra 2037-ci il tariixdə başa çatacaqdır. Mübahisəli sökülmüş mənzil ümumi sahəsi 51,5 kv metr olsa da, yeni mənzil 99 kv metrdir. İlk öncə qeyd edir ki, iddiaçıya 51,5 kv metr nəzərdə tutulan birgə nikahdan əldə olunmuş mənzilin 1\2 hissəsinə pay hüququ tanınmışdır. Həmin mənzillə bağlı ödənişlərin həyata keçirilməsini nəzərdə tutan qətnamə mövcud olsa da iddiaçı tərəfindən qeyd olunan məbləğ öədnilmir. Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icra olunmasından iddiaçı qərəzli olaraq yayınır. Hazırki mənzil nikahın ləğv edildiyindən sonra əldə olunubdur. İpoteka predmeti olan məzilin dəyəri tam ödənilmədiyindən hazırki mənzillə bağlı heç təmir bərpa işləri aparılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il tarixli 12 iyul tarixli qərarında qeyd olunmuşdur ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqularını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzif ələrini əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilin ipoteka borcu onların birgə öhdəliyi hesab edilmişdir və hər ikisi üçün pulun ödənilməsi vəzifəsi yaranmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında olan nikah 2019-cu il tarixdə pozulmuş və 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının Nizami rayonu, Şirin Çirzəyev küçəsi 59 saylı evin 10 saylı mənzilinə 1\2 hissədə pay hüququ tanınmışdır. İddiaçı həmin m ənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı cavabdehlə rəsmi nikahları pozulduqdan sonra cavabdehin adına yeni ünvanda rəsmiləşən müqavilə üzrə iddiaçı hər hansı tələb irəli sürə bilməz. Çünki o hazırda cavabdehlə nikah münasibətində deyil və nikahın pozulmasından artıq 3 ildən artıq müddət keçmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş mənzilə onun 1\2 hissədə pay hüququ yaranmışdır. Hazırda həmin mənzillə bağlı ipoteka borcu tərəflərin arasında bölünsə də yalnız cavabdeh tərəfindən ödənilir. Qeyd olunanlara əsasən, məhkəmədən iddiaçının pay hüququ yaranmış mənzilə köçürülmə ilə bağlı iddia vermədiyini, müqavilənin etibarsız hesab olunması ilə bağlı da müddəti ötürdüyünü, ödənilmiş məbləğin evin daşınması, sökülməsi və təmiri üçün nəzərdə tutulduğunu, h azırki mübahisənin birgə nikah dövründə əldə edilmiş mənzillə bağlı deyil, digər mənzillə bağlı olduğunu və iddia tələbinin tamamilə əsasız olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili idda müddətinin tətbiq olunmasına dair ərizə (məlumat) verərək, məhkəmədən müqavilənin nikahdan sonra bağlandığını və iddiaçının hazırda 3 illik iddia müddətini ötürdüyünü nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər 2019-cu ilin iyun ayınadək nikahda olmuşlar. Müqavilə isə 2022-ci ilin iyul ayında bağlanmışdır.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli, e-2(007)651/2024 nömrəli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 10 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2, ½ hissədə İddiaçı payının müəyyən edilməsi, Cavabdeh2 7.000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, İddiaçı ünvan 10 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, hazırkı mübahisə obyekti olan əmlak Cavabdeh2 ilə "Rahatlığın Məkanı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 10 saylı mənzilə əvəz olaraq verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək həmin mənzil üzərində iddiaçının ½ hissədə payı müəyyən edilmişdir.

19. Həmin mənzil İddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan əmlak olduğundan, tərəflərin həmin əmlaka ½ hissədə məhkəmə aktı ilə pay hüququ müəyyən edildiyindən və hazırkı mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan, iddiçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlən ti hüququ hazırkı əmlaka da şamil edilməldir.

20. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasına dair etirazını əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan əmlak tərəflərin ümumi mülkiyyətində olan əmlakın əvəzi olaraq verilmiş əmlak olduğundan, həmin əmlakın əldə edilməsi üçün Cavabdeh2 tərəfindən "Rahatlığın Məkanı” MMC-yə əlavə vəsait ödənilmədiyindən, habelə həmin əmlak Cavabdeh2 tərəfindən başqasına satılmadığından, Bakı şəhəri İcra hakimiyyəti başçısının sərəncamına əsasən sökülməsi nəzərdə tutuld uğu üçün onların mülkiyyətindən çıxdığından cavabdehin etirazı əsassızdır. Belə ki, əgər həmin əmlak cavabdeh tərəfindən başqasına satılsa idi, bu zaman vicdanlı alıcı və s. məsələlər araşdırılmaqla pul tələbi məsələsi müzakirə edilə bilərdi.

22. İşin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 59 saylı evin, 10 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "Rahatlığın Məka nı” MMC-nin istifadəsinə verilmişdir. Qeyd edilən sərəncamın verilməsində məqsəd isə rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur.

23. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 51.5 kv metr mənzilin əvəzinə daha böyük ölçüsü olan mənzilin verilməsi üçün əlavə hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilən hal cavabdeh "Rahatlığın Məkanı” MMC-nin nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə əlavə ödəniş edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin qeyd edilən hal il ə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılan 4 iyul 2022-ci il tarixli müqavilədə də Cavabdeh2 tərəfindən daha böyük ölçülü mənzil üçün əlavə ödəniş edilməsinə dair qeyd aparılmamışdır.

24. İddiaçı iddia tələbinin "müqavilənin etibarsız hesab edilməsi” hissəsini MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin razılığı olmadan bağlanılması ilə əsaslandırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürülməsində məqsəd həmin mənzil üzərində onun da payının müəyyən edilməsi, həmin mənzilə dair onunla cavabdeh MMC arasında da müqavilə bağlanılması olmuşdur. Müqavilə etibarsız hesab edilsə, bu zaman müqavilə üzrə tərəflər ilkin vəziyyətinə qayıdacaqlar. Mübahisə predmet olan mənzil MMC-y ə qaytarıldığı halda iddia tələbinin təmin edilən hissəsinin icrası real olaraq mümkün olmayacaqdır. Odur ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, müqavilə etibarsız hesab edilərsə, Mülki Məcəlləyə uyğun olaraq Cavabdeh2 ünvan 11 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzili "Rahatlığın Məkanı” MMC-yə qaytarmalıdır. Belə olan halda cavabdeh "Rahatlığn Məkanı” MMC-nin üzərinə mübahisə predmeti olan Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 63C, 5 saylı binanın 12 saylı mənzilinə dair müqavilə bağlamaq öhdəliyinin qoyulması işin faktiki halları baxımından qanunla yol verilmir. Yəni iddiaçının iddia tələbinin "xxxx" hissəsi onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən çatmaq istə diyi məqsədə uyğun deyildir.

25. İddianın “əmlaka dair müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi iddia tələbinin "xxxx" hissəsi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən qeyd edilən hissə əlavə araşdırılmamalıdır "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC mübahisəli mənzilin təmiri üçün Cavabdeh2 Zakir oğluna 14 000 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına cavabdeh "Rahatlığın Məkanı” MMC tərəfindən əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 ünvan 12 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün 14 000 manat məbləğində pul vəsaitini "Rahtlığın Məkanı” MMC-dən almasına dair iltizam vermişdir. Cavabdeh2 nümayəndəsi ödənilmiş 14 000 manat məbləğində pul vəsaitinin təmir üçün deyil, kirayə haqqı, daşıma üçün ödənilən pul vəsaiti olduğunu bildirməsinə baxmayaraq, məhkəməyə öz etirazının dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Həmin pulun kirayə haqqı olaraq verilməsi belə iddiaçının həmin məbləğ ilə bağlı tələb irəli sürməsinə maneə deyildir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş halı ondan ibarətdir ki, tərəflərin heç biri ünvan 13 ünvanda yaşamamışlar. Həmçinin hazırkı mübahisə predmeti olan mənzil Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 59 saylı evin, 12 saylı mənzilinə əvəz olaraq verilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən təmir edilməmişdir. 26. ünva n 11 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən qeyd edilən mənzilin təmiri üçün ödənilmiş pul vəsaitinin yarısını tələb etməkdə haqlı olmuşdur, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, İddiaçı mübahisəli mənzilin təmiri ilə bağlı zəruri xərcləri qarşılamaq üçün həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir. İddia tələbi 7000 manat pul vəsaitinin cavabdeh MMCdən tutulması hissəsində isə əsassız olduğundan təmin edilə bilməz. "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 11 ünvanda yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət olan 99 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh2 və ½ hissədə İddiaçı payı müəyyən edildiyindən iddiaçının həmin mənzilə köçürülmə tələbi təmin edilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Mülki Məcəllənin 5.3-cü, 139.1-ci, 139-1.1-ci, 139.1.1.4- cü, 146-cı, 152-ci, 157.1-ci, 213-cü, 222-ci, 225.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli, “Mülki Məcə llənin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, mübahisəsi gedən mənzilin nikah pozulduqdan sonra əldə edildiyini və bu səbəblə birgə əmlak hesab olunmadığını, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələ rdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarının 7.12-ci bəndində əks edilmiş hüquqi mövqeyi nəzərə almadığını, sübutlara düzgün qiymət vermədiyini, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, iddiaçının iddia müddətini ötürmüş olmasına, həmçinin 14.000 manatın Cavabdeh2 kirayə haqqı kimi ödənildiyinə əhəmiyyət vermədiyini irəli sürmüşdür.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(103)- 5560/2024 nömrəli qətnaməsi ilə (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhramzadə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

31. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tam haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan, iddiaçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlənti hüququ hazırkı əmlaka da şamil edilməldir.

32. Apellyasiya şikayətinin əsas dəlili kimi irəli sürülən, “məhkəmənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarının 7.12-ci bəndində əks edilmiş hüquqi mövqeyi nəzərə almadığı” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Plenum qərarının müvafiq bəndi (§ 43) nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan birinin onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdiyi zaman (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) yaranmış vəziyyətlə bağlı hüquqi tənzimləməni nəzərdə tutur; hazırkı halda isə Cavabdeh2 ümumi əmlak hesabına yeni əmlak əldə etmiş sayıla bilməz – ona, mövcud olan əmlakın (mənzilin) əvəzinə digər eyni növlü əmlak (mənzil) verilmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh2 7.000 manat pulun alınıb iddiaçıya verilməsi” tələbi üzrə gəldiyi nəticə ilə də razılaşaraq qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsi təmsil etdiyi şəxsə MMC tərəfindən ödənilmiş 14.000 manatın mənzilin təmiri üçün deyil, kirayə haqqı və daşıma üçün verildiyini irəli sürsə də, Cavabdeh2la MMC arasında bağlanmış müqavilədə həmin pulun “mənzilin təmirinin təmi n edilməsi, təmir edilib yaşayışa yararlı vəziyyətə gətirilənədək ödənilməli olan aylıq kirayə haqqı ödənişinin əvəzi, habelə MMC-yə təhvil verilən mənzildəki şəxsi əşyalarının və həmin mənzildəki bütün qapı və döşəmə materiallarının çıxarılaraq köçürülməsinə görə nəqliyyat daşınmaları üçün” ödənildiyi göstərilmiş, mənzilin təmir olunduğu, həmçinin Cavabdeh2 kirayədə qaldığı isə müəyyən edilməmişdir.

34. Bu baxımdan kollegiya hesab etmişdir ki, mübahisəsi gedən mənzilə ½ hissədə İddiaçı payı müəyyən edildiyindən o, mənzilin təmiri və digər məqsədlər üçün ödənilmiş pul vəsaitinin yarısını tələb etməkdə haqlı olmuşdur. İddiaçının “mənzilə köçürülmə” tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmişdir. Belə ki, mənzilə iddiaçının pay hüqu qunun tanınması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil3) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

40. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

41. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərənc am verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

42. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

43. Maddə

225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun m ülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

44. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

45. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

46. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərənca m vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

47. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb on ların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam yoxlanılır.

57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikay ətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, hazırkı mübahisə predmeti olan əmlak əvvəlki mənzilə əvəz kimi verilmiş əmlak olduğundan, iddiaçının mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına gözlənti hüququ hazırki əmlaka da şamil edilməldir.

60. Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il il tarixli qərarının 7.12-ci bəndinə əsasən nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan birinin onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdiyi zaman (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) yaranmış vəziyyətlə bağlı hüquqi tənzimləməni nəzərdə tutur; hazırkı halda isə Cavabdeh2 ümumi əmlak hesabına yeni əmlak əldə etmiş sayıla bilməz, ona mövcud olan əmlakın (mənzilin) əvəzinə digər eyni növlü əmlak (mənzil) verilmişdir.

61. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları ta m, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iddianın təmin edilməsi barədə nəticə mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar