Məhkəmə qərarları › İş №2(102)-1131/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1131/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1131/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin təhvil verilməsi, mülkiyyət hüququnun tanınması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasas iya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı «torpaq sahəsinin təhvil verilməklə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu ******* ərazisində X4 adına yaşayış tikinti kompleksi ərazisində *** saylı 0,10 ha. torpaq sahəsinin ona təhvil verilməklə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” MMC-nin direktoru arasında Abşeron rayonu ******* ərazisində X4 adına yaşayış tikinti komple ksi ərazisində **** saylı 0,10 ha. torpaq sahəsi və üzərində inşa olunacaq əmlaka dair xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə üzərinə düşən öhdəlik, yəni 50000 manat vəsait İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin, bu günə kimi alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu ******* ərazisində X4 adına yaşayış tikinti kompleksi ərazisində **** saylı 0,10ha. torpaq sahəsi və üzərində inşa olunacaq əmlak ona “xxxx” MMC tərəfindən təhvil verilməmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(012)-*****/2019 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməməsi, iddiaçıya hazırki halda cavabdehə qarşı öhdəliyin məcburi icrası və ya pul tələbinə dair idd ia qaldırmaq hüququnun ona izah edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İşin müəyyən edilən faktiki hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru X1 rayonu ******* ərazisində (daşınmaz əmlak pasportu – reyestr nömrəsi **********40) X4 adına yaşayış tikinti kompleksi ərazisində **** saylı 0,10ha. torpaq sahəsində, ümumi tikinti sahəsi bütün kommunikasiya xətlərinin (elektirk, qaz, su, kanalizasiya) çəkilməsi ilə daş hasar evi dəyəri 50000 manat olmaqla İddiaçı verilməsi, İddiaçı tərəfindən həmin əmlaka görə 50000 manat pulu hər ay hissə ödənilməsi və 50 000 manat borc əvəzi verilib qeyd edilmiş və həmin müqavilə iddiaçının imzası, cavabdeh tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. La kin iddiaçının izahatına görə alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu ******* ərazisində X4 adına yaşayış tikinti kompleksi ərazisində **** saylı 0,10ha. torpaq sahəsi və üzərində inşa olunacaq əmlak İddiaçı “xxxx” MMC tərəfindən təhvil verilməmişdir. İddiaçı isə hazırda həmin müqavilədə üzərində ev tikilməsi nəzərdə tutulan torpaq sahəsinin ona təhvil verilməklə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin materiallarında iddia olunan torpaq sahəsinin cavabdehə məxsus olması barədə hər hansı sübut mövcud deyildir. Bundan başqa, qeyd edilən torpaq sahəsi olsaydı da belə, iddiaçının torpaq sahəsinin üzərində sahiblik, istifadə və mülkiyyət hüququnun tanınmasını tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, bu tərəfləri n öz arasında həll edilən bir məsələdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 442.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 124.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Səyyad Qafari) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-****/2019 sayl ı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı torpaq sahəsinin təhvil verilməklə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddia olunan torpaq sahəsinin cavabdehə məxsus olması barədə hər hansı sübutun mövcud olmamasına, qeyd edilən torpaq sahəsi olsaydı da belə, iddiaçının torpaq sahəsinin üzərində sahiblik, istifadə və mülkiyyət hüququnun tanınmasını tələb etməkdə subyektiv hüququnun olmamasına və mübahisənin tərəflərin öz arasında həll edilən bir məsələ olmasına istinad etmişdir. Lakin birinci instansiya məhkəməs inin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti Abşeron rayonu, ******* ərazisində (reyestr nömrəsi ***********) X4 adına yaşayış tikinti kompleksi nəzdindəki ***** saylı, 0,10 ha torpaq sahəsində bütün kommunikasiya xətlərinin (elektirk, qaz, su, kanalizasiya) çəkilməsi ilə daş hasarlı evi İddiaçı satmış, torpağın və evin dəyəri 50000 manat müəyyən edilmiş, İddiaçı borc əvəzi 50000 manat vermişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında öhdəlikləri yaranmışdır. Belə olan halda, iddiaçının subyektiv hüququnun olmaması və mübahisənin tərəflərin öz arasında həll edilməsi barədə birinci instansiya mə hkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi daşınmaz əmlak barədə olmuş və notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqav iləsi notariat qaydasında təsdiq edilmədiyindən İddiaçı iddia etdiyi daşınmaz əmlaka istifadə, sahiblik və mülkiyyət hüququ əmələ gəlməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsində 0,10 ha torpaq sahəsinin ********** reyestr nömrəsi ilə “xxxx” MMCyə məxsus olduğu qeyd edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, ******* ərazisində yerləşən 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “xxxx” kəndli fermer təsərrüfatının adına xx xxxxxx 2006-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının **** nömrəli vərəqində ********* reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı istifadə, sahiblik və mülkiyyət hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsi yasayış məntəqələrinin torpaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bu səbəbdən apelyasiya kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instnasiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədə iddianın təmin olunmamasının ilk əsası kimi tərəflər arasında bağlanmış müqavilənin notariat qaydasında təsdiqlənməməsi göstərilmişdir. Məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Belə ki, baxmayaraq ki, onun tərəfindən müqavilə üzrə öhdəlik tam icra olunmuşdur və o, 50000 manat vəsaiti cavabdehə ödəmişdir, cavabdeh isə öz növbəsində müqavilə üzrə öhdəliyini icra etməyərək onun vəsaitini mənimsəyir və məhkəmədə buna hüquqi don geyindirmişdir. Əgər müqavilə notariat qaydasına təsdiqlənmirsə və onun heç bir hüququ yaranmırsa, onda ödədiyi 50000 manatla bağlı və ya cavabdeh tərəfindən etibarından sui-istifadə edilərək əmlakını mənimsəməsi faktı ilə bağlı mövqe bildirmir. Məhkəmənin gə ldiyi nəticəyə əsasən, əgər bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməyibsə, onun ödədiyi vəsaiti cavabdeh mənimsəyə bilər və ona təhvil verməli olduğu daşınmaz əmlakı verməyə bilər. Tələbin rədd olunması əsası kimi Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə sadalanan maddələrə səhv istinad edərək, iddianı rədd etmişdir. İlk olaraq bildirir ki, onun sərəncam verməklə bağlı tələbi olmamışdır. Bu maddəyə istinad edilsə, ilk olaraq bu iş üzrə cavabdehin belə bir hüququnun olması və daha sonra isə onun həmin hüququ iddiaçıya verməsini notariat orqanı təsdiq etməli idi. Məhkəmə ilk olaraq cavabdehin belə bir hüququnun olub-olmamasını araşdırmaq əvəzinə, iddiaçının belə bir hüququnun olmaması qənaətinə gəlmişdir. İş materiallarına istinad edi lsə görünər ki, cavabdehin belə bir hüququ var (bu hüququ təsdiq edən sənəd barəsində) və o bu hüquqdan istifadə edərək mülkiyyətində olan 20 ha torpaq sahəsindən 19,045 ha-nı özgəninkiləşdirmişdir. Belə olan halda, cavabdehin müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam vermək hüququ varsa və o bu maddənin tələbi onunla bağlıdır ki, əgər müqavilənin tərəfləri müqavilə üzrə öhdəliklərini layiqincə icra etdikdən sonra, alıcı aldığı əmlaka dair dövlət reyestrində qeydə aldırmaq istəyərkən müqavilənin notariat orqanının təsdiq olunması tələb oluna bilər. İndiki halda isə müqavilənin tərəfi olan cavabdeh öhdəliyini icra etməkdən yayınır və ödədiyi əmlakı mənimsəyirsə Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələrinin tələblərinin tətbiqi yolverilməzdir. Məhkəmənin gəldiyi nəticə bud ur ki, istifadə, sahiblik və sərəncam vermək hüququ yalnız tərəflər arasında bağlanmış müqavilə notariat qaydasında təsdiq olunduqdan və dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yarana bilər. Lakin məhkəmə nədənsə bu hüquqların məhkəmə qaydasında da əldə olunmasının mümkünlüyünü qeyd etməmişdir. Hesab edir ki, məhkəmə sadaladığı maddələri səhv tətbiq edərək iddianı rədd etmişdir. Belə ki, əgər tərəflər arasında müqavilənin notariat qaydasında təsdiqi və dövlət reyestrində qeydiyyatı tələb olunursa bu o demək deyil ki, satıcı satdığı əşyaya görə nəzərdə tutulan vəsaiti alır və satdığı əşyanı təhvil verməməlidir və bu halda alıcı həmin müqavilənin notariat qaydasında təsdiq etdirməlidir və va dövlət reyestrində qeydiyyatdan keçirməlidir. Əgər müqavilə qanunvericiliyə uyğun tərtib olun mursa və müqavilənin hüquqi qüvvəsi yoxdursa, onda ilkin vəziyyətə qayıtmalı tərəflər əldə etdiklərini geri qaytarmalıdırlar. Lakin nədəsə indiki halda müqavilə notariat qaydasında təsdiq olunmursa, onun tərəfindən verilmiş vəsait cavabdeh tərəfindən mənimsənilə bilər və məhkəmədə nədəsə onun əməlində cinayət əməlinin tərkibini görməyərək bu barədə xüsusi qərardad belə qəbul etmir. İddia tələbinin əsası cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbi ilə müqavilənin predmeti olan torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması tələbi olmuşdur ki, bununla da bağlı məhkəmə iddia tələbimin təmin olunmaması əsasını mübahisələndirilən qətnamədə göstərməmişdir. İddianın təmin olunmamasının ikinci əsası kimi isə cavabdehə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və belə olan halda həmin torpaq sahəsində onun istifadə, sahiblik və mülkiyyət hüququnun tanınmasını tələb etməsinin yolverilməzliyidir. Məhkəmənin bu mövqeyi də tamamilə yanlışdır. Belə ki mübahisələndirilən qətnamədə qeyd olunub ki, 20 ha torpaq sahəsi *********** kəndli fermer təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı ilə müqaviləni Cavabdeh bağlamışdır. Bundan başqa əgər məhkəmə hesab edirsə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdırsa, onda niyə araşdırılmır ki, cavabdeh hansı əsasla iddiaçıya həmin torpaq sahəsini yaşayış evini inşa edib verəcəyinə dair öhdəlık götürmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə cavabdeh iddiaçını aldadıb kənd təsərrüfatı təyinatlı torpaq sahəsini üzərində evlə birlikdə satmağa dair öhdəlik götürə bilər, lakin iddiaçı buna görə vəsait ödəsə də, həmin əmlakı tələb edə bilməz. Məhkəmə necə müəyyən etdi ki, 2006-cı ildə cavabdehə ayrılmış torpaq sahəsi, cavabdeh tərəfindən ona vəd edilən torpaq sahəsidir. Hesab edir ki, bu əsaslarla iddianın təmin olunmaması yolverilməzdir. Bildirir ki, iddianın təmin olunması üçün kifayət qədər qanunvericilik aktları qeyd olunsa da, nədəsə məhkəmə tərəfindən hüquqi qiymət verilməyərək, yalnız iddianın rədd olunması üçün əsassız hüquq normalarına istinad etmişdir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1 və 146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın d aşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

567. Alqı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə

646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməd iyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat qaydasında təsdiq edilməmiş, nəticə İddiaçı iddia etdiyi daşınmaz əmlaka istifadə, sahiblik və mülkiyyət hüququ əmələ gəlməmişdir. Bundan əlavə, İddiaçı istifadə, sahiblik və mülkiyyət hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsi yasayış məntəqələrinin torpaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bu hal da iş materiallarında olan dövlət reyestrindən çıxarışla öz təsdiqini tapmaqdadır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-******/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar