Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1131/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-128/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınm az Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9128 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 600.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı 51.7 kv.m yaşayış, 19.5 kv.m qeyri-yaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 558 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən iddiaçıya məxsus olan daşınmaz əmlakın (torpaq sahəsinin) 0.06 ha hissəsinin 59.7 kv.m olan hissəsinə münasibətdə onun tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 59.7 kv.m olan hissəsində cavabdeh tərəfindən tikilmiş hasar-divarın cavabdehin öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini dəqiqləşdirərək mütəxəssis məsləhətində cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin dəqiq ölçüsünün göstərildi yini, həmin ölçünün 69 kv.metr olduğunu nəzərə alıb tələbin məhz 69 kv.metr hissəsində torpaq sahəsinin qaytarılması və hasarın sökülməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi 0.06 ha torpaq sahəsinin üzərində yerləşir və həm torpaq sahəsi, həm də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin iddiaçı torpaq sahəsinin 69 kv.m hissəsindən istifadə edə bilmir və həmin torpaq sahəsi cavabdeh olan qonşusu tərəfindən zəbt olunmuş və eyni zamanda onun tərəfindən hasar divar çəkilmişdir. Torpaq sahəsindən heç bir halda istifadə edə bilmir və cavabdeh tərəfi ndən ona maneələr yaradılır. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, bunun bir nəticəsi olmamışdır və o, son nəticədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı bu məsələ ilə bağlı Naxçıvan MR Daşınmaz Əmlak və torpaq Məsələləri üzrə Dövlət xidmətinə müraciət etmiş, oradan ona həmin torpaq sahəsinin yerquruluşu planından çıxarış təqdim olunmuşdur. İddiaçı müvafiq inzibati orqanı həmin torpaq sahəsinə yerində baxışa dəvət etsə də, lakin bundan imtina olunmuş və yalnız məhkəmənin müvafiq göstərişi ilə yerində baxışa gedə biləcəyi ona bildirilmişdir. Daha əvvəl məhkəməyə müraciət etməməyinin səbəbi odur ki, əvvəllər ev onun adına deyildi, atasından miras qalmışdı və sənədləşdirilməmişdi. Hasar divarı 2014cü ildə çəkilmişdir. İddiaçı torpaq sahəsini kompensasiya ilə əvəz etmək istəmi r, həmin torpaq sahəsinə ehtiyacı vardır.
6. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin mübahisəli sahə 50-60 ildir ki, onun istifadəsində olmuşdur. Həmin həyət və torpaq atalarından onlara qalmışdır. Cavabdeh qeyd etmişdir ki, məhəllədəki torpaq sahələrinin yer quruluşunda faktiki ölçülərə hüquqi sənəddəki ölçülər arasında fərqlər vardır. Əgər o iddiaçının torpaq sahəsini zəbt etmiş olursa, bütün qonşular birbirinin torpaq sahəsini zəbt etmiş olur. Çünki məhəllənin torpaq ölçülərində paralel olaraq göstərilsə də sol tərəfə meyillilik vardır. Çünki torpaq sahəsi uzun illər atasının istifadəsində olub, sonra da onun istifadəsinə verilmişdir. Onun tərəfindən hasar 2014-cü ildə deyil 20 il əvvəl inşa edilmişdir. Atadan qalma köhnə tiki linin həmin torpaqda tikilməsi də torpaq sahəsinin əvvəldən onlarda olmasını bir daha təsdiq edir. Onun iddiaçı ilə razılığa gəlmək fikri yoxdur.
7. Naxçıvan MR Dövlət Yerquruluşu, Geodeziya və X1 Yerquruluşu şöbəsinin rəisinin 10 iyun 2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanlarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, İddiaçı sənəd üzrə torpaq sahəsi 600 m2 olmasına baxmayaraq, faktiki istifadəsində 531 m2 torpaq sahəsi mövcuddur. Cavabdeh sənəd üzrə torpaq sahəsi 600 m2 olmasına baxmayaraq faktiki 669 m2 torpaq sahəsindən ibarətdir.
8. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(078)-460/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.X.Səfərəliyeva) iddia təmin edilmiş, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 4 1 yerləşən İddiaçı məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfində istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divar Cavabdeh öz hesabına məcburi qaydada sökülməsi, iddiaçı tərəfindən “Kapital Bank”-ın Naxçıvan Filialına 23 mart 2022-ci il tarixdə 13937 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən hasar-divar iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin cavabdehə verilməsinə dair hər hansı sübut iddiaçının razılığı mövcud deyildir. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən, həmçi nin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hasar divar tikilisi iddiaçıya məxsus olan torpaq sahəsində tikilmişdir. İş üzrə tərəflərin izahatlarından aydın olur ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması ilə bağlı qonşular arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir.
11. Məhkəmə bu baxımdan hesab etmişdir ki, cavabdehin iddiaçının razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsində hasar divar inşa etməsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən hasarın sökülməsini və torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 152.4, 157.4, 170.2, Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 72, və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 4.1, 4.2, 14.2, 77.1, 88, 217.3 və 217.5-ci maddələr inə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi yalan üzərində qurulmuş, iddiaçının dediyi kimi o heç kimin torpağını zəbt etməmiş, iyirmi dörd il əvvəl möhrə divarı söküb yerində pirket divar hörmüş, həmin divarın hörülməsində iddiaçı iştirak etməmiş və divarın çəkilməsinə hər hansı bir pul vəsaiti xərcləməmiş, lakin iddiaçının iddia etməsinə görə divar çəkilən zaman Bakı şəhərində olmuş, digər izahatında isə divarın himinin özü tərəfindən qazılmasını göstərmişdir. İddiaçı keçən iyirmi dörd il ərzində torpaq sahəsin in zəbt olunması ilə bağlı hər hansı bir inzibati orqana, həmçinin məhkəməyə müraciət etməmişdir. Divarın köhnə yerindən tikilməsini onun yarım metrliyində 1960-cı illərdə tikilmiş hamamın fotoşəkilləri bir daha təsdiq edir. Bundan əlavə sağ divarla sol divarın arasındakı məsafə iyirmi metrdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin verdiyi yanlış rəy əsasında məhkəmə iddia tələbini təmin etmişdir. Halbuki həmin ölçülər köhnə dövrə deyil, yeni plan və ölçülər əsasında işlənməli idi. İddia tələbində 59.7 m2 olan hissəyə münasibətdə istifadə və sahibliyə edilmiş maneənin aradan qaldırılması tələb olunsa da, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin verdiyi izahata əsasən həmin ölçü d əyişilməklə 69.0 m2 müəyyən olunmuş, bu da xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət edən amildir. Möhrə divar altmış beş il əvvəl tikilmiş, onun yerində iyirmi dörd il bundan əvvəl pirketlə divar çəkilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4cü və 170.2-ci maddələrində qeyd olunan qonşuluq hüququ ilə bağlı normalar mülki iddia üzrə maddi hüquq norması kimi tətbiq edilmişdir. Həmin divarın çəkilməsi altmış beş il bundan əvvəl tikilmiş möhrənin yerində iyirmi dörd il bundan əvvəl pirketlə tikili aparıldığından 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin normalarına müraciət edilməli idi. Qüvvədə olmayan həmin məcəllədə qonşuluq hüququ ilə bağlı normalar mövcud olmamışdır. Birinci instansiya məhkəməsində iş ə qeyriobyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına zidd) və əsassızdır.
15. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-128/2022 nömrəli mülki iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Y.S.Qurbanov (sədrlik edən və məruzəçi), V.K.Quliyev və M.D.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, ünvan 3 ünvanında olan 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışla təsdiq olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq yerində müayinə və tədqiqin nəticələrinə əsasən tərtib edilmiş mütəxəssis rəyinə istinad edərək iddiaçının mülkiyyətində olan 600 m2 torpaq sahəsinin 69.0 m2 hissəsinin cavabdeh tərəfindən özbaşına tutulmasını (zəbt edilməsini) nəzərə alıb Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsinin 69 m2 olan hissəsində Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması və həmin hissədə cavabdeh tərəfindən tikilmiş hasar-divarın onun öz hesabına məcburi qaydada sökülməsi nəticəsinə gəlmişdir.
17. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi heç kimin torpağını zəbt etməməsi, iyirmi d örd il əvvəl möhrə divarı söküb yerində pirket divar hörməsi, iddiaçının keçən iyirmi dörd il ərzində torpaq sahəsinin zəbt olunması ilə bağlı hər hansı bir inzibati orqana, həmçinin məhkəməyə müraciət etməməsi barədə dəlillərini əsassız hesab etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, göstərilən ölçüdə torpaq sahələri 2006-cı ildə cavabdehin, 2022-ci ildə isə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh hasar çəkdiyi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materialların dan aydın olur ki, iddiaçı mülkiyyəti kimi xx.xx.2022-ci ildə qeydiyyata alınmış həmin torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
18. Kollegiya cavabdehin həmçinin apellyasiya şikayətində göstərdiyi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü və 170.2-ci maddələrində qeyd olunan qonşuluq hüququ ilə bağlı normaların maddi hüquq norması kimi tətbiq edilməsi, həmin divarın çəkilməsi ilə əlaqədar (altmış beş il bundan əvvəl tikilmiş möhrənin yerində iyirmi dörd il bundan əvvəl pirketlə tikili aparıldığından) 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin normalarının tətbiq edilməli olması, qüvvədə olmayan həmin məcəllədə isə qonşuluq hüququ ilə bağlı normaların mövcud olmaması b arədə dəlillərini əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlardan aydın olur ki, ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi xx.xx.2006-cı il tarixdə cavabdehin mülkiyyəti kimi, ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, iddia tələbində torpağın 59.7 m2 olan hissəsinə münasibətdə istifadə və sahibliyə edilmiş maneənin aradan qaldırılması tələb olunsa da, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin verdiyi izahata əsasən həmin ölçünün dəyişilməklə 69.0 m2 müəyyən olunmasının Xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət edən amil olması barədə dəlilini müzakirə edərək əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı qanu nvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək məhkəmə baxışı zamanı 03 avqust 2022-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehə qarşı qaldırdığı iddiada mübahisəli torpaq sahəsinin 59.7 m2 olduğunu qeyd etdiyini, lakin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin 69 m2 olduğuna görə ərizəsinin nəzərə alınmaqla qeyd olunan tələb çərçivəsində işə baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin ölçünün dəyişilməklə 69.0 m2 müəyyən olunmasının Xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət etməsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 59.7 m2 olan hissəsinin özbaşına tutulması (zəbt olunması) barədə Naxçıvan Muxtar Respublikası D aşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əvvəllər hər hansı məlumatın verilməsi iş materialları ilə müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti əsaslandırılmışdır ki, mübahisələndirilən iddia ərizəsi yalan üzərində qurulmuşdur. Belə ki, iddiaçının dediyi kimi o, heç kimin torpağını zəbt etməmişdir. Altmış beş il əvvəl tikilmiş möhrə divarı söküb yerində 1999-cu ildə pirket divar hörmüşdür. Həmin divarın hörülməsində iddiaçı iştirak etməmiş və divarın çəkilməsinə hər hansı bir pul vəsaiti xərcləməmişdir. Lakin özü iddia edir divar çəkilən z aman Bakı şəhərində olmuşdur. Digər izahatında isə divarın himinin özü tərəfindən qazılmasım göstərir. İddiaçı keçən iyirmi dörd il ərzində torpaq sahəsinin zəbt olunması ilə bağlı hər hansı bir inzibati orqana, həmçinin məhkəməyə müraciət etməmişdir. Divarın köhnə yerindən tikildiyinə sübut olaraq onun yarım metrliyində 1960-cı illərdə tikilmiş hamamın fotoşəkilləri bir daha təsdiq edir. Bundan əlavə sağ divarla sol divarın arasındakı məsafə iyirmi metrdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin verdiyi yanlış rəy əsasında məhkəmə iddia tələbini təmin etmişdir. Halbuki həmin ölçülər köhnə dövrə deyil, yeni plan və ölçülər əsasında işlənməliydi. İddia tələbində 59.7 kv.m-ə olan münasibətdə istifadə və sahibliyə edilmiş maneənin aradan q aldırılması tələb olunsa da, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin verdiyi izahata əsasən həmin ölçü dəyişilməklə 69.0 kv.m müəyyən olunmuşdur. Bu da Xidmət tərəfindən ölçülərin düzgün aparılmadığına dəlalət edən amildir. Möhrə divar altmış beş il əvvəl tikilmiş, onun yerində iyirmi dörd il bundan əvvəl pirketlə divar çəkilmişdir. İşdə yanlışlıqların olmasına baxmayaraq işə baxan məhkəmə tərəfindən hüququ pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü və 170.2-ci maddələrində qeyd olunan qonşuluq hüququ ilə bağlı normalar mülki iddia üzrə maddi hüquq norması kimi tətbiq edilmişdir. Həmin divarın çəkilməsi altmış beş il bundan əvvəl tikiliş möhr ənin yerində iyirmi dörd il bundan əvvəl pirketlə tikili aparıldığından 2000-ci ilin 01 sentyabrınadək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına müraciət edilməli idi. Qüvvədə olmayan həmin Məcəllədə qonşuluq hüququ ilə bağlı normalar mövcud olmamışdır. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiy yətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Ko llegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində də istinad etdiyi dəlillərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təş kil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-128/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.