Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1133/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1133/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli, 2(107)-1883/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(075)-427/2017 saylı qətnaməsi ilə ( sədrlik edən, hakim C.F.İmanov) İddiaçı-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, texnikanın saz vəziyyətə geri qaytarılması və pul tələbinə dair” iddiası qismən təmin edilərək, 15.912 manat əsas borcun, ona hesablanmış 200 manat cərimənin, cəmi 16.112 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, eləcə də tərəflər arasında bağlanmış 04 iyul 2013-cü il və 30 aprel 2014-cü il tarixli müqavilələrin ləğv edilməsi, cavabdehdən lizinq obyekti olan 1 ədəd MTZ-1221 markalı traktorun, 1 ədəd KR-14-5(AG-14-5) markalı kotanın və 1 ədəd AGAŞM-5 markalı 5 cərgəli qarğıdalı kultivatorunun saz vəziyyətdə alınıb iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli, 2(107)-14 15/2017 saylı qətnaməsi ilə (hakimlər İ.F.Quliyev sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xx qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli, 2(102)-4034/2018 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 201 8-ci il tarixli, 2(107)-1883/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.M.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “müqavilənin ləğv edilməsi, texnikanın saz vəziyyətə geri qaytarılması və pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,cavabdehlə bağlanmış 04 iyul 2013-cü il və 30 aprel 2014-cü il tarixli lizinq müqavilələrinə əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə müvafiq olaraq birinci müqavilə üzrə ümumi dəyəri 40.700 manat, ikinci müqavilə üzrə ümumi dəyəri 6.300 manat olan müxtəlif kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh tərəfindən texnikaların dəyərindən birinci müqavilə üzrə 04 iyul 2013-cü il tarixdə 4.070 manat, ikinci müqavilə üzrə 30 aprel 2014-cü il tarixdə 630 manat ilkin ödəniş aparılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, hər iki müqavilənin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə 01 oktyabr 2016-cı il tarixədək 16.912 manat ödəməli olduğu halda, cəmi 1.000 manat ödəniş etmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş 02 noyabr 2015-ci il tarixli pretenziya məktubu cavabsız qalmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq 15.912 manat borca görə cavabehə 6.5 01 manat cərimə hesablanmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin texnikanın saz vəziyyətdə geri qaytarılması hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏ RİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun iddiaçı təşkilata lizinq müqavilələri üzrə ödənilməmiş əsas, faiz borclarının yaranmasına və beləliklə də iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-2-ci maddələrinin və digər maddi, prosessual hüquq n ormalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 04 iyul 2013-cü il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən bir hissəsinin dəyərini əvvəlcədən ödəmək, qalan hissəsinin dəyərini isə ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə 1 ədəd MTZ-1221 markalı traktoru; 1 ədəd KR-14-5(AG-14-5) markalı kotanı və 1 ədəd Fort-300 GPS terminalını cavabdehə lizinqə vermişdir.22 noyabr 2013-cü il tarixli akta əsasən iddiaçı təşkilat tərəfindən qiyməti 37.500 manat olan MTZ-1221 markalı 1 ədəd traktor; qiyməti 3.200 manat olan AG-14-5 markalı 1 ədəd kotan; 1 ədəd dəyəri 398,40 manat olan Fort-300 markalı SPS terminal saz, nizamlanmış və komplekt halda cavabdehə təhvil verilmişdir.Eləcə də 01 may 2014-cü il tarixli akta əsasən iddiaçı təşkilat tərəfindən qiyməti 6.300 manat olan AGAÇM-5 markalı 1 ədəd beş cərgəli qarğıdalı kultivatoru cavabdehə təhvil verilmişdir. İddiaçı təşkilatın 12 sentyabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli əmrlərindən görünür ki, cavabdeh tərəfindən 1 ədəd MTZ-1221 markalı traktorun və 1 ədəd KR14-5(AG-14-5) markalı kotanın dəyərindən 4.070 manat, 1 ədəd AGAŞM-5 markalı 5 cərgəli qarğıdalı kultivatorun dəyərindən 630 manat ilkin ödəniş edilmişdir. 30 aprel 2014-cü il tarixli lizinq müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən cavabdeh lizinqə götürdüyü 1 ədəd AGAŞM-5 markalı 5 cərgəli qarğıdalı kultivatorun dəyərinin qalan hissəsini iddiaçı təşkilata ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra işdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə dair 02 noyabr 2015-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş digər sübutları da tədqiq edib müəyyən etmişdir ki, sözügedən lizinq müqaviləsi üzrə 25 oktyabr 2016-cı il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş əsas borcu 15.912 manat, ona hesablanmış cərimə isə 6.501 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 04 iyul 2013-cü il; 30 aprel 2014-cü il tarixli lizinq müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı təşkilat bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə birici müqavilə üzrə ümumi dəyəri 40.700 manat, ikinci müqavilə üzrə ümumi dəyəri 6.300 manat olan müxtəlif kənd təsərrüf atı texnikalarını cavabdeh lizinqə vermiş, lakin cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 15.912 manat əsas, 6.501 manat cərimə borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 448.2-ci maddəsi). Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlər lə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (Mülki Məcəllənin 747.1-ci maddəsi). Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. (Mülki Məcəllənin 747-2-ci maddəsi). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (Mülki Məcəllənin 421.1-ci maddəsi). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (Mülki Məcəllənin 423.1-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun k reditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.1.5-ci bəndinə görə, texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləğ ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilmədikdə, bu lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması sayılır. Göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri qaytarır, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir (Müqavilənin 5.2-ci bəndi). Liz inq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hallara yol verildkdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizin alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir (Müqavilənin 5.4-cü bəndi). Həmin Müqavilələrnin 3.1-ci bəndində göstərilir ki, bu müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur (Müqavilənin 3.1-ci bəndi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh lizinq obyektindən istif adə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməklə müqavilənin şərtlərini pozduğundan, iddiaçı təşkilat hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi, sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borclarının yaranması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh kassasiya şikayətində lizinq müqavilələrində göstərilən texnikaların ona saz vəziyyətdə təhvil verilməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin 149, 150-ci vərəqələrində olan 22 noyabr 2013-ci il və 01 may 2014-cü il tarixli aktlard an görünür ki, iddiaçı təşkilatın 12 sentyabr 2013-cü il tarixli və 01 may 2014-cü il tarixli əmrlərinə əsasən mübahisəli kənd təsərrüfatı təyinatlı texnikaları saz, nizamlanmış və komplekt halda cavabdehə təhvil verilmiş və sonuncu həmin aktları şəxsən imzalamaqla texnikaları qəbul etmişdir. Digər tərəfdən işdən görünür ki, cavabdeh sözügedən texnikaların ona saz vəziyyətdə təhvil verilməməsini göstərib iddia tələblərinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəmə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, 22 noyabr 2013-ci il və 01 may 2014-cü il tarixli aktlar üzrə lizinqə verilmiş texnikanı saz vəziyyətdə q əbul etmədiyi halda, cavabdehin 04 iyul 2013-cü il və 30 aprel 2014-cü il tarixli lizinq müqavilələri üzrə müvafiq ödəmələr etməsi və hətta ötən müddət ərzində bu barədə hər hansı mübahisə açmaması, sözügedən müqavilələri, aktları məhkəmə qaydasında mübahisələndirməməsi də onun kassasiya şikayətində göstərdiyi dəlillərin əsassız olması qənaətinə gəlməyə əsas verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 01 oktyabr 2018-ci il tarixli, 2(107)-1883/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1133/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1133/2019
26.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver