Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1133/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı mülki iş üzrə QƏRARDADİ iş № 2(102)-1133/2024 Açar sözlər: təhsil münasibətləri, inzibati mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1793/2023 nömrəli 27 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Masallı Peşə Məktəbi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Masallı Peşə Məktəbinin (bundan sonra – Məktəb, yaxud cavabdeh ) elektrik-qaz qaynaqçısı ixtisası üzrə ******* nömrəli qrupunun tələbəsi olmuşdur.
2. İddiaçı cavabdeh təşkilatın 26 aprel 2023-cü il tarixli əmri ilə (bundan sonra - əmr) daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozması əsası ilə məktəbdən xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin etibarsız hesab edilməsi, məktəbə elektrik-qaz qaynaqçısı ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi və ödənilməmiş tələbə təqaüdünün verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, “Vətən müharibəsi” iştirakçısı olmaqla, xidməti ilə bağlı çoxsaylı medallarla təltif olunmuşdur. 14 aprel 2023-cü il tarixdə məktəbdə olduğu vaxt belində olan ağrılar kəskinləşdiyindən bu barədə direktora məlumat verib icazə almaqdan ötrü məktəbin inzibati binasının ikinci mərtəbəsində qalxmaq istəmişdir. Pilləkənlərlə qalxarkən, onunla rastlaşan direktordan bədənində olan kəskin ağrılara görə ona icazə verməsini istəsə də, sonuncu sözünü kəsərək, onu təhqir etmiş, əli ilə itələyərək pilləkəndən yıxmışdır. Həmin vaxt beli pilləkənin tinlərinə dəydiyindən ağrıları daha da şiddətlənmiş və ağrıdan qışqırmış, səsinə digər müəllimlər çıxmışdır. Bahaddin müəllimlə Vəfa adlı qrup yoldaşı köməkləşib onu pilləkəndən aşağı düşürmüşlər. Ağ rılar kəskinləşdiyindən ayağa qalxa və hərəkət edə bilməmişdir. Həmin vaxt direktor nəinki ona yardım edilməsinə köməklik etməmiş, ümumiyyətlə onunla maraqlanmamış, ona kömək etmək istəyən müəllim və şagirdləri də oradan kənarlaşdırmışdır. Bir neçə saatdan sonra ağrılar azaldığından hərəkət edə bilmiş, evlərinə getmişdir. Səhəri günü rentgen müayinəsində olmuşdur. Rentgen zamanı onurğa sütununda problemlər aşkar edildiyindən MRT müayinəsi məsləhət görülmüş, növbəti günlər şənbə və bazar olduğundan, həmçinin növbəti həftə Ramazan bayramı ilə bağlı bir neçə gün iş günü olmadığından aprel ayının 25-də Lənkəran Rayon Mərkəzi xəstəxanasında MRT müayinəsi olunmuşdur. Müayinə zamanı “L4-5 diskdə dural kisəni sıxan posterior santral yerləşimli 4,5 mm ölçüdə geniş əsaslı proturuziya, L5-S1 diskdə d ural kisəni sıxan, kraniala yönələn anulyar fissura ilə birlikdə sağ posterorolateral yerləşimli 7,5 mm ölçüdə yırtıq olması, neyroforamenlərin sərbəst olması, sağ lateral resessdə sağ Sİ sinir kökünə tamas olması” müəyyən edilmişdir. Bununla bağlı ona müalicə də yazılmışdır. Sonradan isə məlum olmuşdur ki, Məktəbin Pedoqoji Şurasının 25 aprel 2023-cü il tarixli iclası keçirilmiş, həmin iclas barədə məlumatı olmamış, iştirakı təmin edilməyərək izahatı dinlənilməmiş və məktəbdən xaric edilməsi qənaətinə gəlinmiş, əmrlə isə məktəbdən xaric edilərək adı tələbələrin say tərkibi siyahısından çıxarılmışdır. Əmrdə daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozmağı qeyd edilsə də, konkret olaraq hansı tarixdə, hansı nizam-intizam qaydalarını pozmağı və buna görə barəsində hansı intiz am tənbehinin görülməsi qeyd edilməmiş və bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. Halbuki, ümumiyyətlə, belə hal olmamışdır. Hərbi xidmət zamanı verilmiş xidməti xasiyyətnamədən və ərazi nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, həm hərbi xidmət zamanı, həm də mülki həyatda özünü həmişə nizam-intizamlı aparmışdır. Əgər belə hal olmuş olsaydı, müvafiq sənədləşmə aparılardı. Ancaq bu xüsusatla bağlı heç bir sənədləşmənin olmaması həmin halın mövcud olmamasını göstərir. Onu pilləkəndən itələyib yıxan, təhqir edən direktor olduğu təqdirdə, hadisədən 11-12 gün sonra onun özü məhz Pedoqoji Şuranın iclasına sədrlik etmiş və qeyd olunan əmri imzalamışdır. Buna səbəb isə ondan şikayət edəcəyimizi düşünərək özünü sığortalamaq olmuşdur. Əgər həqiqətən ona qarşı protokolda və əmrdə göstərilən hərəkətlər edilmişdirsə, nəyə görə bu həmin gün sənədləşdirilməmiş, hansı səbəbdən müvafiq iclas 11 gün sonra keçirilmişdir? Bu isə bir daha göstərir ki, qeyd olunan protokol və əmr yalnız onu imzalayan şəxsin özünü sığortalamaq məqsədi daşımışdır.
5. Direktor məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbləri əsassızdır. İddiaçı onun yanına gələrək belinin ağrıdığını bildirmiş, o isə ona aşağı düşməsini bildirmişdir. Bundan sonra iddiaçı qışqırmağa və onu öldürəcəyini deməyə başlamış, söyüş və təhqir xarakterli ifadələr işlətmişdir. İşçilər Şahid1, Şahid2 və Şahid4 gələrək, ona xəsarət yetirməməsi üçün iddiaçının qolundan tutmuşlar. Hadisə baş verəndən bir gün sonra iddiaçının babası gəlmiş və onun xaric edilib-edilməməsi ilə maraqlanmış, o isə xaric e dilmədiyini və iddiaçının üzr istəməli olduğunu demiş, lakin babası iddiaçının üzr istəməyəcəyini bildirmişdir. Daha sonra onlar Pedoqoji Şura çağırmışlar. O, hesab etmişdir ki, Pedaqoji Şurada iddiaçının iştirakı zəruri deyil. Şura növbədənkənar olmuş, sədrlik özü etmişdir. İddiaçı daxili intizam qaydalarını dəfələrlə pozmuş, dərslərdə iştirak etməkdən yayınmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 nömrəli 8 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əmrin etibarsız hesab edilməsi və iddiaçının “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi, iddianın ödənilməmiş tələbə təqaüdünün verilməsi hissəsində təmin olunmaması qət edilmişdir (hakim Habil Bəhmənov).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil hüququ pozulmuşdur. Belə ki, məktəbin direktoru iddiaçının onun şərəf və ləyaqətinə hörmətsizlik ifadə edən təhqir və nalayiq sözlər işlətməsini bildirmiş olsa da, həmin hallar öz təsdiqini tapmamışdır.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, direktor Pedoqoji Şuranın sədri kimi, özü iclası toplamış, iddiaçının iştirakı təmin olunmamış, özünün sədr olduğu iclasın qərarı ilə, Peşə Məktəbinin adından iddiaçının məktəbdən xaric edilməsi barədə əmr vermişdir.
9. Bundan başqa direktor bütün şifahi və yazılı izahatlarında qeyd etmişdir ki, iddiaçının ondan üzr istəyəcəyi halda, bağışlayacaqdır. Bu da ona əsas verir ki, direktor qərəzli hərəkət nümayiş etdirmişdir.
10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci, “Təhsil haqqında” Qanunun 32-ci, “Peşə təhsili” haqqında Qanunun 16.1, 16.6, 18ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin isə 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1793/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir (hakimlər Tofiq Heydərovun sədrliyi və məruzəsi ilə, Samir Mayılov, İlham Əsədovdan ibarət tərkibdə).
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, apelyasiya şikayəti heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir.
14. Məhkəmə kollegiyası mövqeyini işə baxan birinci instansiya məhkəməsinin də istinad etdiyi qanunvericilik normalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına, eləcə də şahid ifadələrinə qiymət verməmiş, həmçinin çəkişmə prinsipinin tələblərini pozmuşdur.
17. Kassasiya şikayətinin digər dəlilinə görə, apelyasiya instansiyası məhkəməsi iddiaçın ın təhsil hüququnun pozulduğu qənaətinə gəlsə də, pozuntunun nədən ibarət olması ilə bağlı əsaslandırma aparmamışdır.
18. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42, 46-cı, “Peşə Təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 16, 18-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 102, 103-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:
20. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
21. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
22. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
25. Maddə 418.4.9. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətna mə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur.
29. Məlum olduğu kimi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 20).
30. Nəzərə alınmalıdır ki, “iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası işə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
31. Hazırkı işdə iddiaçının tələbi azad edildiyi təhsil müəssisəsinə bərpa edilməsi və ödən ilməmiş tələbə təqaüdünün verilməsi barədədir. Başqa sözlə, mübahisə pozulmuş təhsil hüquqlarının bərpası tələbi ilə bağlıdır.
32. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
33. Bu sahədə yaranan münasibətləri tənzimləyən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
34. Həmin Qanunun 1.0.43-cü və 1.0.47-ci maddələrinə görə, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
35. Təhsil müəssisəsinin tipləri və növləri, habelə təhsil pillələri və səviyyələri sırasında peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri) və peşə təhsili də göstərilmişdir (“Təhsil haqqında” Qanun, maddə 14.5.4, 17.1.3).
36. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, peşə təhsili mülkiyyət formasından asılı olmayaraq peşə təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün lisenziyası olan ayrıayrı təşkilatların, müəssisələrin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi or qanın (qurumun) və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir.
37. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir.
38. Həmin Qanunun 4.0.1-ci maddəsində peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək peşə təhsili sahəsində dövlətin vəzifələri sırasında göstərilir.
39. Göründüyü kimi, təhsil, o cümlədən peşə təhsili sahəsindəki hüquq münasibətləri dövlətin publik səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır. Təhsil müəssisləri bir sıra məsələlər üzrə mülki dövriyyənin müstəqil subyekti kimi mülki hüquq münasibətlərinə iştirak etsə də, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələblərin təhsil müəssisələrinə qəbul edilməsi və onların həmin müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edirlər.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 41. “İnzibati və mülki hüquq m ünasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra h akimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. B u zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv ed ilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).
42. Qeyd olunanlar ona dəlalət edir ki, tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, göstərilən qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarı nəzərə alınmaqla hazırkı iddiaya mülki mühakimə icraatında deyil, inzibati məhkəmədə baxılmalıdır. Buna baxmayaraq məhkəmələr iş üzrə iddiaya mahiyyəti üzrə baxıb qətnamə çıxarmışlar.
43. Halbuki, Ali Məhkəməsinin Plenumunun adı çəkilən qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci m addələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
44. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1793/2023 nömrəli 27 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1793/2023 nömrəli 27 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı “əmrin etibarsız sayılması, məktəbə bərpa edilməsi və tələbə təqaüdünün verilməsi” tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, həmin tələblərlə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.