Məhkəmə qərarları › İş №2(102)-1133/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1133/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1133/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı və “Respublika Perinatal Mərkəzi” X39 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X46 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X46) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icbari sığortadan irəli gələn mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azər baycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı və “Respublika Perinatal Mərkəzi” X39 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X46 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X46) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3870/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X31 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar.

2. X28 xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat B irliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsində mühəndis vəzifəsində işləmiş, hər ay 668 manat əmək haqqı almış və onun aylıq əmək haqqından icbari tibbi sığorta tutulmuşdur.

3. X28 24 saylı Şəhər Poliklinikasının Qadın Məsləhətxanasında hamilə kimi qeydiyyata alınmışdır. Hamiləliyinin 8-ci ayında onun səhhətində problem yaranmış və o, xx.xx.2022-ci il tarixdə “Respublika Perinatal Mərkəzi” PHŞ-yə yerləşdirilmişdir. 4. “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən X14 adına açılmış TQS seriyalı ******* nömrəli tibbi qeydiyyat sənədinə əsasən pasiyentə qoyulan son klinik diaqnoz “084.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 HELLP sindromu” olmuşdur.

5. Qəbzlərə əsasən xx.xx.2022-ci il tarixdə 36,13 manat, 136,46 manat, 84,80 manat, xx.xx.2022-ci il tarixdə 122,75 manat, xx.xx.20 22-ci il tarixdə 20,90 manat, xx.xx.2022-ci il tarixdə 52,12 manat, xx.xx.2022-ci il tarixdə 24,35 manat, 20,40 manat, 18,36 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, 41,98 manat, 17,20 manat dəyərində dərman vəsaitlərinə görə ödənişlər həyata keçirilmişdir. 6. “X45” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərinə əsasən pasient X14 laborator müayinəsinə 90 manat məbləğində ödəniş edilmişdir. 7. “Respublika Perinatal Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən hamilə qadın X28 xx.xx.2022-ci il tarixində, saat 22:25-də “Respublika Perinatal Mərkəzi” PHŞ-ə “H1 D0 A0 34 həftə + 1 gün hamiləlik. Əkiz ölü döl HELLP sindromu” diaqnozu ilə qəbul olunmuşdur. “Respublika Perinatal Mərkəzi” PHŞ-ə daxil olarkən müayinə olunmuş, konsilium qərarı ilə xx.xx.2022-ci il tarixdə saat 00:00-da əməliyyata götürülmüşdür. “Hamilələrin kəskin piy Hepatozu. Qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya Hiperbilirubinemiya).” diaqnozu qoyularaq “X33”na köçürülmüşdür. 8. xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi X1 tibbi xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 3-cü maddəsinə əsasən “Xəstə” və “Xəstə yaxını” göstərilən tibbi xidmətin qarşılığı olan 6000 manatı xidmətin nəticəsindən asılı olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. 9. xx.xx.2022-ci il tarixli Xəstə və/və ya X37 əsasən İddiaçı bəyan etmişdir ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyati riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində ona məlumat verilmişdir. İddiaçı öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə razılıq vermişdir. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, hospitala ödədiyi 6000 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq “qiymət cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

10. İddiaçı tərəfindən DGK Hospitalının rəisi Ceyhun Məmmədova ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə Hospitala həyat yoldaşı X14 vəziyyətinin pisləşməsi ilə bağlı müraciət etmiş və bildirmişdir ki, yoldaşının atası da eh tiyatda olan veterandır və qardaşı da cəbhədə Laçında hərbi xidmətdədir. Hospitalda göstərilən tibbi xidmətlərə görə güzəşt tətbiq edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının “TƏBİB”-in icraçı direktoruna ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müharibə veteranı İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, həyat yoldaşı X14 doğuş vaxtı bətnində olan övladlarının həkim səhlənkarlığı və qeyri-peşəkarlığı səbəbindən tələf olduğunu, hazırda həyat yoldaşının səhhətinin ağır olduğunu, onu müalicə etdirməyə imkanın olmadığını, icbari tibbi sığortanın xidmətlərindən yararlana bilmədiklərini qeyd etmiş, həyat yoldaşının səhhətinin ağır olmasını nəzərə alaraq, müvafiq köməklik göstərməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” AR Konstitusiya Qanununun 12.2.2-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, hüquq pozulması halları müəyyən edildiyi təqdirdə, aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə onlara məlumat verilməsini xahiş etmişdir. 12. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılmanın nəticəsi haqqında məktuba əsasən müraciətdə qaldırılan məsələ ilə bağlı TƏBİB tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü hamilə X28 xx.xx.2022-ci il tarixdə saat 22:25-də Respublika Perinatal Mərkəzinə “34 həftə hamiləlik, əkiz ölü döllər, HELLP sindromu” diaqnozu ilə daxil olmuşdur. Doğum şöbəsinin növbətçi həkim mama-ginekoloqları Məmmədova Nərminə və Hüseynova Sevinc tərəfindən qeysəriyyə əməliyyatı aparılıb və ölü döllər xaric olunmuşdur. Aliyə Məmmədovaya doğuşayardım xidməti göstərən zaman yol verilmiş çatışmazlıqları nəzərə alaraq Respublika Perinatal Mərkəzin direktorunun rəhbərliyinin doğuşayardım xidmətini həyata keçirmiş tibbi heyətə inzibati qaydada cəzalar tətbiq edilmişdir. Aliyə Məmmədovanın aidiyyəti üzrə müalicəsinin və davamlı nəzarətinin təmin edilməsi məqsədilə, X18 TƏBİB tabeliyində olmadığını nəzərə alaraq, TƏBİB tabeliyində tibb müəssisəsinə köçürülməsi təklif edilmişdir.

13. X33 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışa əsasən xx.xx.1988-ci il təvəllüdlü X28 həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DGK TXİ-nin X19 müalicə almışdır. Xəstə xx.xx.2023-cü il tarixində saat 22:35 İ27.8 Ağciyər-ürək çatışmazlığı diaqnozu ilə X19 vəfat etmişdir.

14. X29 və İddiaçı tərəfindən X18 rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən onların personal və klinikadan etirazları yoxdur, xəstənin təftiş olunmasından və yarılmasından imtina edilir.

15. Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalına edilmiş ödəniş qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixində 5800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1360 manat, xx.xx.2023-cü il tarixdə 7200 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü i l tarixdə 270,10 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 1650,14 manat, xx.xx.2023-cü il tarixdə 513,60 manat, xx.xx.2023-cü il tarixdə 4412,59 manat, xx.xx.2023-cü il tarixdə 2019,45 manat, xx.xx.2023-cü il tarixdə 2487,06 manat, xx.xx.2023-cü il tarixdə 39210 manat olmaqla İddiaçı öz hesabına ödənişlər həyata keçirmişdir.

16. X18 xx.xx.2023-cü il tarixli fakturasına əsasən tibbi xidmətlər üçün xəstənin ödəyəcəyi məbləğ 67496,46 manat təşkil etmişdir. Cəmi mədaxil 39210 manat, qalıq məbləğ isə 28286,46 manat təşkil etmişdir. 17. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd edilən faktlarla bağlı tibbi sənədlər alınmış və mütəxəssislər tərəfindən təhlil olunaraq rəy verilməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyaya təqdim edilmişdir. Komissiyanın yekun qərarına əsasən “Respublika Perinatal Mərkəzi” PHŞ-də vətəndaş Aliyə Məmmədovaya tibbi xidmət göstərilən zaman tibbi sənədlərin yazılmasında müəyyən nöqsanlara yol verilsə də, bu hallar xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı və “Respublika Perinatal Mərkəzi” X36rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika P erinatal Mərkəzi” PHŞ-dən 10000 manat pulun, X15 74210 manat pulun, vəkilə çəkilən 2500 manat xərcin, 343 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-də tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında həyata keçirilir. X28 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat müəssisəsində işlədiyindən ona bütün tibbi xidmətlər icbari tibbi sığorta əsasında göstərilməli idi. Lakin sığortaçı tərəfindən öhdəliklər pozulmuşdur. Belə ki, sığortaolunan X16 tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında pulsuz həyata keçiri lməli olduğu halda iddiaçı tərəfdən bir çox dərman alınması, xəstənin qanla təmin edilməsi tələb edilmişdir. X28 19 dekabr - 28 dekabr 2022-ci il tarixlərində “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar müalicədə olmuşdur. Həmin vaxt xəstənin vəziyyəti kritik olmuş, xəstə “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən “X33”na köçürülmüşdür. “X20” PHŞ həmin xəstəxanaya göndəriş verildiyini, xəstənin orada pulsuz müalicə olunacağını bildirmişdir. Lakin həmin xəstəxanaya məktub göndərilməmiş, nəticədə orada iddiaçı tərəfindən 39210 manat ödəniş edilmiş, 28286,46 manat qalıq borc yaranmışdır. Halbuki “Respublika Perinatal Mərkəzi” PHŞ qeyd edilən xəstəxanaya göndəriş, məktub göndərilmiş olsa idi, iddiaçı tərəfindən bu məbləğ ödənilməzdi. Xəstənin “X33”nda müalicəsi 28 dekabr 2022-ci ildən 1 2 fevral 2023-cü il tarixə qədər olan dövrü əhatə etmişdir. Həmin dövrdə xəstəxanaya ödədiyi məbləğdən başqa tibb müəssisəsi tərəfindən xəstəyə istifadə edilən dərman vasitələrinin bir çoxu da iddiaçı tərəfindən alınmışdır. Həmin dərman vasitələrinin alınmasına 35000 manat pul xərcləmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X16 qoyulmuş diaqnoz həm Xidmətlər zərfində, həm də “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxlaq statistik təsnifatının 10-cu baxışı”na əsasən (XBT-10) cədvəldə mövcud olmuşdur. “34 həftə 1 gün hamiləlik, ekiz ölü döl, “HELLP” sindromu diaqnozu Xidmətlər Zərfində 2.7.147.3 sətrində, XBT-10 cədvəlinin 0 14.2 sətrində; hamilələrin kəs kin pis hepatozu, qaraciyətin ensofalopatiyası (ASSİT Koaqulopatiya. Hiperbilirubinemiya) diaqnozu Xidmətlər Zərfində 2.7.34.3 sətrində, XBT-10 cədvəlin K 72.0 sətrində; “hamiləlik, doğuş və zahılıq dövründə qaraciyət pozğunluqları” diaqnozu – Xidmətlər Zərfində 2.7.159, 2.7.159.6, 2.7.160, 2.7.160, 2.7.160.3-cü sətrlərində, XBT-10 cədvəlin O 98.4, O 98.5, O 99.2 sətirlərində mövcuddur. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının hamiləliyinin və doğuşunun ağırlaşması nəticəsində keçirmiş olduğu endokrin xəstəliklər xidmətlər zərfinə daxil olmuşdur. İşdən həmçinin müəyyən olunmuşdur ki, “Respublikası Perinatal Mərkəzi” PHŞ-nin rəhbərliyi tərəfindən öhdəliklərin pozulması nəticəsində iddiaçıya X21 icbari tibbi sığorta əsasında deyil, ödənişli əsaslarla xidmət göstərilməsi ilə bağlı i ddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, TƏBİB-ə və digər orqanlara dəfələrlə edilmiş müraciət və şikayətlərlə bağlı cavab məktublarında qeyd edilmişdir ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-də X16 tibbi xidmət göstərilən zaman tibbi sənədlərin yazılmasında müəyyən nöqsanlara yol verilmişdir. Bundan başqa, “Respublika Perinatal Mərkəzi” PHŞ TƏBİB-in tabeliyində olan tibb müəssisəsidir və burada göstərilən tibbi xidmətlər icbaridir. X33 isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında olan xəstəxanadır. “Tibbi Sığorta haqqında” AR Qanununun mənasından aydın olur ki, “Respublika Perinatal Mərkəzi” PHŞ X16 icbari xidmətlər göstərməli, heç bir dərman vasitəsi xəstə tərəfindən təmin edilməməli idi. Eyni zamanda “Respublik a Perinatal Mərkəzi” PHŞ tərəfindən xəstənin X24 köçürülməsi barədə qərar qəbul edildiyi üçün xəstənin həmin tibb müəssisəsində icbari tibbi xidmət alması təmin edilməli idi. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, X8nı “Respublika Perinatal Mərkəzi” PHŞ-dən Gömrük Hospitalına transfer etmişdilər. Düşünülmüşdür ki, mərhuma qaraciyər transplantasiyası köçürülməlidir. Bu əməliyyatı isə yalnız Gömrük Hospitalının həkimi həyata keçirir. Hospital ilə iddiaçı arasında tibbi xidmət müqaviləsi bağlanılmışdır. Mərhumun hə yat yoldaşı və atası qazi olduqları üçün onlara güzəşt də tətbiq olunmuşdur. Ümumilikdə mərhuma 82.440 manat sərfiyyat olunmuşdur, ona 14.943 manat endirim olunmuş, 39.210 manat xəstə yaxınları tərəfindən ödənilmişdir. Hazırda iddiaçının 28.000 manat borcu qalmışdır. Lakin Hospital humanistlik edib borcu tələb etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, xəstə hospitala gəldikdə, epikrizi onunla birlikdə gəlir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanılmışdır. “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ti bb Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları" adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Odur ki, iddia tələbinin Gömrük Hospitalına aid hissədə rədd edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh “Respublika Perinatal Mərkəzi” PHŞnin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xəstə X7 Gömrük Hospitalına köçürülərkən hüquqi aktlarda nəzərdə tutulmuş qaydada göndərişin verilməməsinə səbəb xəstəyə qoyulmuş diaqnozda göstərilən xəstəliyin AR NK-nın 2020-ci il 10 yan var tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş “İcbari tibbi Sığorta üzrə Xidmətlər Zərfi”ndə göstərilən siyahıda olmamasıdır. Əgər siyahıda olsa idi bu barədə sığorta əməkdaşlarının iştirakı ilə müvafiq göndərişlə xəstə MGH-na köçürülmüş olardı. Odur ki, iddia tələbinin “Respublika Perinatal Mərkəzi” PHŞ-nə aid hissədə rədd edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin nümayəndəsi Nümayəndə6 izahatında bildirmişdir ki, iddia ərizəsi əsassızdır. X34 köçürülərkən sığortaya müraciət etməmişdir. Eyni zamanda xəstəyə qoyulmuş diaqnozda göstərilən xəstəlik AR NK-nın 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş “İcbari tibbi Sığorta üzrə Xidmətlər Zərfi”ndə göstərilən siyahıda mövcud deyil.

24. Məh kəmə iclasında iştirak edən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, icbari sığorta olunan şəxs təxirəsalınmaz halda “Respublika Perinatal Mərkəzi” PHŞ-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ ilə müqaviləsi olan digər xəstəxanaya göndəriş olmadan köçürülürsə, bu halda xəstə yaxınlarının müraciəti ilə xəstə təcili tibbi yardım avtomobili vasitəsi ilə göndərilir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, “Respublika Perinatal Mərkəzi” PHŞ “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nə daxil olan icbari sığortaya düşən dövlət tibb müəssisələrindən biridir. Adətən işin halına baxır. Xidmətlər zərfində varsa “Respublika Perinatal Mərkəzi” PHŞ xəstəyə həmin xidməti göstərir. Xidmətlər zərfində həmi n xidmət yoxdursa, xəstəni özələ təxliyə edirlər. Hazırkı işdə doğuş məsələsidir, “Respublika Perinatal Mərkəzi” PHŞ-də həmin xidmət varsa, həmin xidməti göstərməlidir. Digər hallarda çox vaxt xəstə yaxınlarının istəyi ilə xəstə təxliyə olunur. Praktikada rast gəlinir ki, xəstə yaxınları oradakı xidmətdən razı qalmır və xəstənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına təxliyə olunmasını istəyir. Həmin halda həmin müəssisənin təcili tibbi yardım avtomobili ilə xəstəni özələ göndərirlər. Ağır vəziyyətdə xəstə gəlirsə ona xidmət olunur. İcbari sığorta ilə müqaviləsi olan digər özəl hospital əgər icbari sığorta olunan xəstə hospitala daxil olursa, özü müəyyən edib, bu barədə özü məlumat verməlidir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə iddia çıya göndərilən məktubda qeyd olunmuş nöqsan dedikdə, həkim tərəfindən hərflər və rəqəmlərin düzgün yazılmaması, yəni səliqəsiz yazı nəzərdə tutulmuşdur. Bu nöqsanlarla bağlı illik monitorinqin nəticəsində tədbirlər görülür. Göndərişlə bağlı nöqsan olmayıb, bu barədə məlumatı yoxdur.

25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-nin nümayəndəsi X11 izahatında bildirmişdir ki, “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya)” həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, vətəndaş tibb müəssisəsində sığorta bölməsinə yaxınlaşır. Həmin bölmədə elektron sistem mövcuddur. Vətəndaşın şəxsiyyət vəsiqəsi əsasında kod müəyyənləşdirilir, yoxlamadan sonra xəstənin yerləşdiriləcəyi tibb müəssisəsi müəyyənləşdirilir və xəstəyə xidmət göstərilir. Xəstə təcili haldadırsa, o, xidmət alır. Bu zaman “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ ayın sonunda xəstənin təcili halını nəzərə alaraq, xidmətlər zərfi çərçivəsində ödənişi edir. Vətəndaş tibb müəssisəsində sığorta bölməsinə özü yaxınlaşmırsa, bunun üçün tibb müəssisələrinin üzərinə öhdəlik qoyulmur. Hazırk ı işdə xəstənin ailə üzvlərinin Agentliyə müraciət edibetməməsini bilməmişdir. Adətən vətəndaşlar ilk əvvəl tibb müəssisələrinə, problem olduqda Agentliyə müraciət edir, problem davam etdiyi halda məhkəməyə müraciət olunur.

26. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-nin Özəl tibbi müəssisələrinin ekspertiza şöbəsinin müdiri X30 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalında xəstəyə qoyulan diaqnoz X2 O26.6 kod ilə qeyd edilmiş “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) dioqnozudur. Tibbi sənəddə bu dioqnoz göstərilib və İcbari Sığorta Agentliyi xidmətlər zərfində əsas xəstə lik dioqnozu nə göstərilibsə, həmin diaqnozla dəyərləndirə bilir. Xəstəlik adları bir-birinə yaxın olsa da kəskin və ya yarımkəskin qaraciyər çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı başqadır, xəstəyə qoyulan diaqnoz konkret başqadır. Tərəflərindən məhkəmə sorğusuna verilən cavabda da o, vurğulanır ki, tibbi sənədlərdə olan diaqnoz xidmətlər zərfində yoxdur, yəni “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibb i sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən verilən diaqnozda kod yoxdur. Mütəxəssis X5 tibbi qeydiyyat sənədlərinə nəzər yetirərək bildirmişdir ki, X16 qoyulan son klinik diaqnoz “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 HELLP sindromu” olmuşdur. Xəstəyə bir çox diaqnoz qoyula bilər: ilkin diaqnoz, müayinə diaqnozu, göndərən xəstəxananın diaqnozu, son diaqnoz. Bu diaqnozlar üst-üstə düşməyə bilər. Üst-üstə düşmədiyi halda xəstə sonuncu hansı xəstəxanada olubsa, ixtisaslaşdırılmış xəstəxanadırsa və ixtisaslaşdırılmış diaqnoz qoyulubsa, əsas diaqnoz o götürülür. Bu qayda təbabətdə belədir. Son diaqnoz laboral, instrumental və diaqnostik müayinələrlə öz əksini tapmalı, rəsmi sənədlərə təsdiq olunmalıdır. 27. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubuna əsasən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası diaqnozu qoyulmuş xəstəyə göstərilən xidmətin xidmətlər zərfində göstərilən siyahıda nəzərdə tutulub-tutulmaması haqda məlumatların təqdim edilməsi barədə ünvanlanan 2(004)3874/2023 nömrəli müraciətə Agentlikdə aidiyyəti üzrə baxılmışdır. Xidmətlər Zərfinə daxil olan stasionar tibbi xidmət üzrə diaqnozlar “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı”na əsasən (XBT-10) tərtib edilmişdir. Eyni zaman stasionar terapevtik tibbi xidmətin tarifi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Müraciətdə qeyd edilən “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır.

28. Bakı şəhəri Yasamal R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-97/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Respublika Perinatal Mərkəzi” PHŞ-dən 680,45 manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ayşən SultanovaMəmmədova).

29. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-də X16 qoyulan son klinik diaqnoz “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu” olmuşdur. Qeyd edilən diaqnoz üzrə stasionar terapevtik tibbi xidmət isə “İcbari tibbi sığorta üz rə Xidmətlər Zərfi”ndə öz əksini tapmamışdır.

30. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının mərhum həyat yoldaşı X14 “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “Respublika Perinatal Mərkəzi” PHŞ TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir və burada tibbi xidmətlər icbari göstərməli, xəstə dərman vasitələri ilə təmin edilməli idi.

31. Məhkəmə mövqeyini “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1, 15-12, 15-17, 15-28-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 3, 8-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xəstəyə ardıcıllıqla 3 diaqnoz – 1) 34 həftə + 1 gün hamiləlik, ekiz ölü döl, «HELLP» sindromu diaqnozu, 2) hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozu və 3) Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları" qoyulmuşdur. Xəstəyə qoyulmuş diaqnozlar həm istinad edilən xidmətlər zərfində, həm də "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxa lq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə mövcuddur. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan da müəyyən edildiyi kimi, eləcə də “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na dair təlimata əsasən (XBT-10) cədvəldə xəstənin diaqnozu hər bənddə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Həmin əsas diaqnoza daxil olan fakultətiv diaqnozlar isə hər əsas diaqnoza aid alt qrupda mövcuddur. X5 əsas diaqnozu «HELLP» sindromu olmuşdur. Həmin diaqnoz isə xidmətlər zərfində 2.7.147.3 sətirdə, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə O 14.2 sətirdə öz əksini tap mışdır. X14 əsas diaqnozu olan «HELLP» sindromunun ağırlaşması nəticəsində xəstədə hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozları meydana çıxmışdır ki, həmin diaqnozlar da xidmətlər zərfində öz əksini tapmışdır. Lakin məhkəmə həmin diaqnozun xidmətlər zərfində öz əksini tapmadığını qeyd etmişdir. «İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi»nin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9-cu bəndlərinə əsasən «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» istənilən növ xəstəliklər qeyd olunan xidmətlər zərfinə daxildir. Həmin bəndlərdən aydın olur ki, qanunda hamilələr üçün üstünlük nəzərdə tutulmuş, hətta ananın digər rubrikalarda təsnif olunan «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» digər xəstəlikləri üçün də xidmətlər zərfindən maneəsiz istifadəsi məqsədəmüvafiq sayılmışdır. İddiaçının mərhum həyat yoldaşının diaqnozları hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran xəstəliklər olmuşdur. “Respublika Perinatal Mərkəzi” PHŞ TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsidir və burada göstərilən tibbi xidmətlər icbaridir. X33 isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında olan xəstəxanadır. Məhkəmə iddiaçının mərhum həyat yoldaşı X14 “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsini müəyyən etmiş və həmin məbləği iddiaçının xeyrinə tutmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “Re spublika Perinatal Mərkəzi” PHŞ TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir və burada tibbi xidmətlər icbari göstərilməli, xəstə dərman vasitələri ilə təmin edilməli idi. Məhkəmənin bu əsaslanması iddianın təmin edilməyən hissəsinə zidd olmuşdur. Belə ki, əgər xəstənin diaqnozları xidmətlər zərfinə daxil olmasaydı ona “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar xidmətlər göstərilə bilməzdi. Tibb müəssisəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsi əsas olduğu kimi, xəstəyə göstəriləcək xidmətlərin və ona qoyulan diaqnozların da xidmətlər zərfinə daxil olması qanunun tələbidir. X14 diaqnozları xidmətlər zərfinə daxil olduğu üçün ona “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar xidmətlərin göstərilməsi icbari tibbi sığorta əsasında həyata keçirilməli idi qənaətinə gələn məhkəmə eyni əsas diaqnozla digər xəstəxanaya köçürülən zaman həmin diaqnozun (HELLP sindromu) xidmətlər zərfinə daxil olmadığı qənaətinə gəlmişdir. “Respublika Perinatal Mərkəzi” PHŞ-də Aliyə Məmmədovaya icbari tibbi xidmətlər göstərilməli, heç bir dərman vasitəsi xəstə tərəfindən təmin edilməməli idi. Eyni zamanda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən xəstənin X24 köçürülməsi barədə qərar qəbul edildiyi üçün sonuncu xəstəxanaya “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən göndəriş verilməli və xəstənin həmin tibb müəssisəsində icbari tibbi xidmət alması təmin edilməli idi. Xəstəyə “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qoyulmuş ilkin diaqnozlarının xidmətlər zərfində mövcudluğu və dövlət hesabına icbari (pulsuz) müalicə edilməli olması həm məhkəmə, həm də cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, sonrakı diaqnozlar əhəmiyyət kəsb etmir, ilkin əsas diaqnozu nəzərə alınır. Bütün yuxarıda qeyd edilənlərdən savayı, hətta xəstəyə “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən ilkin və sonradan müalicəsi dövründə qoyulan diaqnozlarını kənara qoysaq belə ona yenə də X24 köçürüldükdən sonra dövlət hesabına pulsuz yardım göstərilməli idi. Belə ki, xəstə X24 köçürülərkən ona hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensofalopatiyası (ASSİT.Koaqulopatiya. Hiperbilirubinemiya.) diaqnozu qoyulmuşdur ki, artıq yuxarıda qeyd edildiyi kimi, həmin diaqnozlar da xidmətlər zərfində 2.7.34.3, 2.7.104.3, 2.7.105.1, 2.7.105.2, 256.43, 256.44-cü sətirlərində, "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq s tatistik təsnifatının, 10-cu baxışı"na əsasən (XBT-10) cədvəldə K72.0, D65-D69, R17, R18-ci sətirlərində təsbit edilmişdir ki, bunlar xidmətlər zərfinə aiddir. Lakin məhkəmə qanunvericilik normalarının cavabdeh tərəfindən pozulmasına əhəmiyyət verməmiş, qanunvericilik normalarına səthi yanaşmış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Agentlik tərəfindən qərəzli rəy verilə biləcəyi halı məhkəmə tərəfindən nəzərə alınmalı, iş üzrə ekspertiza təyin edilməli və müvafiq həkim ekspertin rəyi alınmalı idi.

34. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 35. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ tərəfindən məlumatların təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktuba əsasən X8 “Respublika Perinatal Mərkəzi” PHŞ-də xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək stasionar müayinə və müalicədə olub. Həmin vaxt mərhuma icra edilmiş və xəstəxana tərəfindən reyestrdə təqdim olunmuş qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması (çoxdöllü hamiləlik), Laparotomiya (Relaporatomiya) əməliyyatları Nazirlər kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə (bundan sonra-Xidmətlər Zərfi) daxil olduğu üçün ödənişsiz həyata keçirilmişdir. Əməliyyat önü müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, yatış zamanı, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopa toloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri (və transfuziyası), qan əvəzediciləri (və transfuziyası), fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir; “Respublika Perinatal Mərkəzi” PHŞ-dən təqdim edilmiş tibbi sənədlərdə mərhumun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalına öz arzusu ilə, yaxud xəstəxananın göndərişi ilə köçürülməsinə dair hər hansı qeyd və ya sənəd mövcud deyil. Dövlət tibb müəssisələri tərəfindən icrası mümkün olmayan, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaş göndəriş vərəqi əsasında Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri arasından seçim edə bilər; Dövlət tibb müəssisələri tərəfindən icrası mümkün olmayan, xidmətlər zərfinə daxil olan tibbi xidmətlə rin göstərilməsi üçün vətəndaş göndəriş vərəqi əsasında Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə yönləndirilir. Xəstəxana idarəetmə elektron sistemi üzərindən X16 göndəriş verilməmişdir; Vətəndaşların icbari tibbi sığorta əsasında müayinə və müalicə olunma hüququnun məlumatlandırılması qanunvericilikdə müəyyən olunmayıb; X6 “Respublika Perinatal Mərkəzi” PHŞ-də xəstəlik tarixində qeyd olunmuş aşağıda sadalanmış diaqnozlar qoyulmuşdur: daxil olarkən qəbul şöbəsinin diaqnozu: O14.2HELLP sindromu (H1 D0 A0 34 həftə+1 gün hamiləlik. Əkiz ölü döl.), klinik diaqnoz: O14.2 HELLP sindromu. O.30- H1 D0 A0 34 həftə. O36.4-Ölü döl O32.1-Sağrı gəlişi. Z35.5 Gec ilk doğan. Son klinik diaqnoz - əsas xəstəlik: O84.2-Vaxtından əvvəl cərrahi doğuş. O36.4Ölü döl. Əkiz döl. Əsas xəstəliyin ağırla şması: O14.2 – HELLP sindromu, köçürülmə diaqnozu: hamilələrin kəskin piy hepatozu. Qaraciyər ensefalopatiyası (Assit. Koaqulopatiya. Hiperbilirubinemiya). Mərhum X7 Gömrük Hospitalına icbari tibbi sığorta xətti ilə müraciət etmədiyindən tərəflərindən həmin tibb müəssisəsində ona təyin edilmiş diaqnozlar barəsində hər hansı məlumatın təqdim edilməsi mümkün olmamışdır; Xidmətlər Zərfinin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9 sıra nömrələrinə uyğun diaqnozlar (XBT 10 kodları) Respublika Perinatal Mərkəzində X6 qoyulmuş diaqnozlar arasında yer almadığına görə hazırkı iş üzrə tətbiq olunmur. Stasionar terapevtik tibbi xidmətin tarifi Xidmətlər Zərfinin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əs as diaqnoz seçilməklə müəyyən edilir; Mərhuma “Respublika Perinatal Mərkəzi” PHŞdən köçürülərkən qoyulan “Hamilələrin kəskin piy hepatozu, qaraciyər ensefalopatiyası (Assit. Koaqulopatiya. Hiperbilirubinemiya)” adda tibbi xidmət Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarı ilə yenilənmiş Xidmətlər Zərfində 2.7.147.3 sıra nömrəli XBT-10 kodu “O14.2 – HELLP sindromu” olan xidmət mövcuddur. Adı çəkilən qərarın 8.5 bəndində “Sığortaolunana stasionar şəraitdə müalicə aldığı zaman eyni səbəbdən (eyni anatomik nahiyə üzrə və eyni diaqnoz) həm stasionar terapevtik, həm stasionar cərrahi tibbi xidmət tələb olunduğu təqdirdə, sığorta ödənişi stasionar cərrahi xidmətinin tarif i ilə hesablanır və ödənilir.” qeydinə əsasən ödənişlər həyata keçirilmişdir. 36. “TƏBİB” PHŞ tərəfindən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli rəyə əsasən Azərbaycan Respublikasının vətəndaşları icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əsasən tibbi göstəriş əsasında icbari tibbi sığortanın maliyyə mənbələri hesabına yararlanırlar. X8 “X26” PHŞ-də (Mərkəz) xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək stasionar müayinə və müalicədə olmuşdur. Həmin vaxt mərhuma icra edilmiş və Mərkəz tərəfindən reyestrdə təqdim olunmuş qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması (çoxdöl lü hamiləlik), Laparotomiya (Relaporatomiya) əməliyyatlarının ödənişi icbari tibbi sığorta hesabına həyata keçirilmişdir. Xidmətlər Zərfində “Qeyd” bölməsində təqdim edilmiş məlumatdan asılı olaraq yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf təminata alınmış tibbi xidmətin tarifinə daxildir; “Tibbi sığorta haqqında” Qanunun müvafiq normalarına əsasən Azərbaycan Respublikasının vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞnin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilə müqaviləli özəl tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında İTSDA ilə müqaviləli özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Dövlət tibb müəssisələri tərəfindən icrası mümkün olmayan, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaş göndəriş vərəqi əsasında İTSDA ilə müqaviləli özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi “e-Tabib” mobil tətbiqi vasitəsilə vətəndaşın öz seçimi əsasında həyata keçirilir. Sözügedən mobil tətbiqin funksional fəaliyyətinə İTSDA tərəfindən nəzarət edilir; Dövlət tibb müəssisələri tərəfindən icrası mümkün olmayan, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaş göndəriş vərəqi əsasında İTSDA ilə müqaviləli özəl tibb müəssisəsinə yönləndirilir. Xəstəxana idarəetmə elektron sistemi üzərindən X16 göndəriş verilməsi aşkar edilməmişdir; Mərhum X4 xx.xx.2022-ci il tarixində saat 19:00-da xəstə yaxınlarının təkidi ilə X24 köçürülmüşdür. İş materialında iddiaçı ilə X33 arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi barədə müqavilə də qeyd olunan halı təsdiq edir. Xəstə X7 Gömrük Hospitalına köçürülərkən ona “Hamiləliyin kəskin piy Hepatozu. Qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya Hiperbilinubeniya) diaqnozu qoyulmuşdur. X24 köçürülərkən hüquqi aktlarda nəzərdə tutulmuş qaydada göndərişin verilməməsinə səbəb x əstəyə qoyulmuş diaqnozda göstərilən xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə göstərilən siyahıda olmamasıdır. Belə ki, bu siyahı internet resurslarındakı açıq mənbələrdə göstərilmişdir; X3 təyin edilmiş diaqnozlar aşağıda kimidir: Daxil olarkən qəbul şöbəsinin diaqnozu: O14.2-HELLP sindromu (H1 D0 A0 34 həftə + 1 gün hamiləlik. Ekiz ölü döl). Köçürülmə diaqnozu: Hamilələrin kəskin piy hepatozu. Qaraciyər ensefalopatiyası (Assit. Koaqulopatiya. Hiperbilirubinemiya).; “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9 sıra nömrələrinə uyğun diaqnozlar (XBT 10 kodları) Mərkəzd ə X6 qoyulmuş diaqnozlar arasında yer almadığına görə hazırkı iş üzrə tətbiq olunmur. Stasionar terapevtik tibbi xidmətin tarifi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir; Mərhum X4 təxliyyə edilərkən, ona Hamilələrin kəskin piy hepatozu. Qaraciyər ensefalopatiyası (Assit. Koaqulopatiya. Hiperbilirubinemiya) diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz Hamilələrin kəskin piy hepatozu. Qaraciyər ensefalopatiyası (Assit. Koaqulopatiya. Hiperbilirubinemiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığor ta üzrə Xidmətlər Zərfin” də təminata alınmamışdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 Yanvar tarixli Qərarı ilə təsdiq edilmiş icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 263 nömrəli qərarı ilə Xidmətlər Zərfinə 2.7.147.3 sıra nömrəli XBT-10 kodu “O14.2 – HELLP sindromu” olan tibbi xidmət əlavə edilmişdir. Adıçəkilən qərarla edilmiş dəyişikliyə əsasən İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daha 775 yeni tibbi xidmət əlavə olunaraq bu say 3315-ə çatdırılmışdır. 37. “Məhkəmə Tibbi Ekspertiza və X27” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş “İcbari tibbi xidmətlər üzrə Xidmətlər Zərfi”ndə ö z əksini tapmış bütün xəstəlik və sağlamlıq halları TƏBİB tabeli bütün müəssisələrdə ödənişsiz olaraq həyata keçirilir. O cümlədən doğuş və doğuşayardım xidməti tibbi sərf və dərman preparatları da daxil olmaqla ödənişsizdir. Tibbi qeydiyyat sənədlərinə baxdıqda məlum olmuşdur ki, TƏBİB-in dərman arsenalında olmayan (yaxud həmin vaxtda anbarda olmayan, o cümlədən çatdırılması zaman alan) lakin xəstə üçün zəruri olan bəzi dərmanlardan və tibbi sərf materiallarından da müalicə zamanı istifadə olunub. Xəstənin durumunun ağır olduğunu nəzərə alaraq, bu kimi bəzi dərmanların xəstə yaxınları tərəfindən təmin oluna bilər; X10 ağır xəstənin digər müalicə müəssisəsinə köçürülməsi yalnız köçürüləcək müəssisənin həkim konsultantlarının baxışından sonra həyata keçirilir. Tibbi qeydiyyat sənədlərində k onsultantların baxışı barədə kifayət qədər məlumat var. Bundan başqa ağır xəstələri digər müəssisələrdən özəl xəstəxanalara ilkin ödəniş olmadan və xəstə yaxınlarına razılıq kağızı imzalatdırmadan qəbul etmirlər; TƏBİB tabeli tibb müəssisəsindən özəl tibb müəssisələrinə göndəriş yalnız həmin xidmət dövlət tibb müəssisələrində icra olunmadığı təqdirdə və ancaq İcbari Tibbi Sığortanın icazəsi ilə verilə bilər. Bu halda göndəriş verilə bilməzdi. Bunun üçün həm özəl, həm də dövlət tibb mərkəzlərində sığorta mütəxəssisləri olur. Xəstə və yaxud xəstə yaxınları sığortadan yararlanmaq istədiyi halda onlarla məsləhətləşə bilər. Bu xəstə və xəstə yaxınlarının istəyinə bağlıdır; X16 “Respublika Perinatal Mərkəzi” PHŞ-nə qəbul olan zaman ona “H1 D0 A0 34 həftəlik hamiləlik. HELLPsindrom. Ekiz ölü döl”, çıxış zamanı “HELLP-sindrom. Qaraciyər yetməməzliyi. Ensefalopatiya” diaqnozu təyin edilmişdir. X16 X24 qəbul olan zaman isə ona “Dəqiqləşdirilməmiş zahılıq dövrü ağırlaşması. Böyüklərin respirator pozğunluğu. Distres sindrom”, don diaqnoz kimi isə “Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları. Hepatorenal sindrom. Tənəffüs yollarının digər şöbələrindən qanaxma. Digər kəskin pankreatitlər. Ağciyər ürək çatmamazlığının digər dəqiqləşdirilməmiş formaları. Doğuş sonrası koaqulyasiya pozğunluqları. Digər kəskin böyrək yetməməzliyi. Böyüklərin respirator pozğunluğu. Distres sindrom. Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri. Kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı. Dəqiqləşdirilməmiş zahılıq dövrü ağırlaşması” təyin edilmişdir; İcbari Tibbi Sığorta üzrə Zərflər paketinə daxil olan bütün xidmətlər dövlət tibb müəssisələrində ödənişsizdir. Əgər zərflər paketində olan hər hansı bir xidmətin dövlət tibb mərkəzlərində icrası mümkün deyilsə, yalnız o halda pasient İcbari Tibbi Sığortanın icazəsi ilə özəl tibb mərkəzinə yönləndirilə bilər. Sadalanan xidmətlərdən 2.7.160.9 xidməti bu hal üçün tətbiq edilə bilər. Digərlərinin tətbiq olunmamasına səbəb odur ki, müalicə, laborator və instrumental müayinələr bu bəndləri təsdiqləmir. X14 “Respublika Perinatal Mərkəzi” PHŞ-dən çıxarkən və X24 daxil olarkən ona qoyulmuş diaqnoz adıçəkilən xidmətlər zərfində var; XBT-də təyin edilmiş hər hansı bir diaqnoz üçün xidmətlər zərfində bir və ya daha artıq sayda xidmət tətbiq oluna bilər. İTS-ə daxil olan Xidmətlər zərfinin 2.7.147.3 bəndində göstərilmiş xidmət XBT 1 0-da O14.2 diaqnozu qoyulmuş pasientə tətbiq edilə bilər. Bu isə o demək deyil ki, X16 yalnız 2.7.147.3 xidməti göstərilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3870/2024 nömrəli mülki iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Cəmilə Musayeva).

39. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı hər iki tibb müəssisəsində mərhum həyat yoldaşına qoyulmuş diaqnozlar üzrə görülən tədbirlərin müv afiq xidmətlər zərfində əks olunduğunu bildirmiş, cavabdehlər və üçüncü şəxslər isə bunu təkzib edərək həmin zərfdə olmadığını bildirmişlər. Kollegiya hazırkı mübahisənin həlli ailə bağlı önəmli olan halların aydınlaşdırılması üçün spesifik bilik tələb olunmasını nəzərə alaraq və işin hərtərəfli aydınlaşdırılmasını təmin etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmiş, paralel olaraq isə bu barədə mütəxəssis rəyinin alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nə müraciət etmişdir.

40. Belə ki, iddiaçı iddia tələbində ilkin olaraq «İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi»nin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9-cu bəndlərinə əsasən «hamiləliyi, doğuşu və zahı lıq dövrünü ağırlaşdıran» istənilən növ xəstəliklərin xidmətlər zərfinə daxil olmasına əsaslanaraq təqdim edilən xidmətin pulsuz həyata keçirilməli olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X39 ünvanlanan sorğuya münasibətdə təqdim olunmuş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli cavab məktublarında göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd edilən xidmətlər zərfinin əlavəsindəki cədvəlin 2.7.159.5, 2.7.159.6, 2.7.160, 2.7.160.2, 2.7.160.3, 2.7.160.5, 2.7.160.9 sıra nömrələrinə uyğun diaqnozlar (XBT 10 kodları) “Respublika Perinatal Mərkəzi” PHŞ-də X6 qoyulmuş diaqnozlar arasında yer almadığından hazırkı iş üzrə tətbiq olunmur. Belə ki, stasionar terapevtik tibbi xidmətin tarifi xidmətl ər zərfinin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Məhkəmə tərəfindən qeyd edilən hal yoxlanılarkən, həqiqətən də, məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd edilən sıra nömrələrinə uyğun diaqnozlar xidmətlər zərfində müvafiq olaraq “2.7.159.5. O98.4. Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran virus hepatiti”, “2.7.159.6. O98.5. Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran digər virus xəstəlikləri”, “2.7.160. Ananın digər rubrikalarda təsnif olunan, lakin hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran digər xəstəlikləri”, “2.7.160.2. O99.1. Hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran qan və qanyaradıcı orqanların digər xəstəlikləri və immun mexanizmin qoşulması ilə xüsusi pozu ntular”, “2.7.160.3. O99.2. Hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran qidalanma pozuntusu, maddələr mübadiləsi pozuntusu və endokrin sistemi xəstəlikləri”, “2.7.160.5. O99.4. Hamiləliyi, doğuşu, zahılıq dövrünü ağırlaşdıran qan dövranı sistemi xəstəliklər” və “2.7.160.9. O94. Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaşmasının nəticəsi” adlı diaqnozların heç biri nə xəstənin “Respublika Perinatal Mərkəzi” PHŞ-də, nə də Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalında müalicəsi zamanı seçilən əsas diaqnozların içində olmamışdır.

41. Növbəti olaraq məhkəmə tərəfindən mütəxəssislərə ünvanlanmış X5 Respublika Perinatal Mərkəzində müayinə və müalicə olunarkən ona göstərilən tibbi xidmətlərin (o cümlədən dərman vasitələrinin alınması) icbari sığorta əsasında puls uz həyata keçirilməli olub-olmaması, əgər pulsuz həyata keçirilməli idisə, bunun baş tutub-tutmaması barədə suala münasibətdə verilmiş eyni tarixli cavab məktublarında göstərilmişdir ki, X8 “Respublika Perinatal Mərkəzi” PHŞ-də xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək stasionar müalicə və müayinədə olmuşdur. Həmin vaxt mərhuma icra edilmiş və Mərkəz tərəfindən reyestrdə təqdim olunmuş qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması (çoxdöllü hamiləlik), Laparotomiya (Relaporatomiya) əməliyyatlarının ödənişi icbari tibbi sığorta hesabına həyata keçirilmişdir. Xidmətlər Zərfində “Qeyd” bölməsində təqdim edilmiş məlumatdan asılı olaraq yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf təminata alınmış tibbi xidmətin tarifinə daxildir. Məhkəmə tərəfindən qeyd e dilən hal yoxlanılarkən, həqiqətən də, məlum olmuşdur ki, iş materiallarına əsasən “Respublika Perinatal Mərkəzi” PHŞ-də xəstəyə ilkin olaraq icra edilmiş qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması əməliyyatlarının ödənişi icbari tibbi sığorta hesabına həyata keçirilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iddiaçının mərhum həyat yoldaşı X14 “Respublika Perinatal Mərkəzi” PHŞ-də stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsi müəyyən olunmuş və yuxarıda qeyd edilən mövqeyə görə həmin dərman vasitələrinin də təminata alınmış tibbi xidmət tarifinə daxil olması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən iddia qeyd edilən hissədə təmin edilmiş, qətnamə isə həmin hissədə mübahisələndirilm əmişdir.

42. Bundan başqa iddiaçı qeyd etmişdir ki, həm “X22” PHŞ-də X16 qoyulmuş son klinik diaqnoz kimi iddia etdiyi “0.84.2 vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu, həm də “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət sözügedən xidmətlər zərfində olduğundan pulsuz həyata keçirilməli idi. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssislərə ünvanlanmış suallara münasibətdə müvafiq cavab məktublarında bildirilmişdir ki, həmin vaxt hər iki diaqnoz 2020-ci il 10 yanvar tarixli 5 nöm rəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən xidmətlər zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə yenilənmiş, qərarın 2.2-ci bəndinə əsasən 7.3-cü bənddə “Sığortaolunan” sözü “Bu Sənədin əlavəsində olan cədvəlin 2.6.978-2.6.982-ci, 2.7.146-2.7.160-cı, 2.7.261-ci yarımbəndlərində nəzərdə tutulan stasionar tibbi xidmətlər istisna olmaqla, sığortaolunan” sözləri ilə əvəz edilmiş, 3.1-ci bəndinə əsasən 8.1-ci bənddə “2.6.1-2.6.950-ci, 2.7.1-2.7.255-ci” sözləri “2.6.12.6.1334- cü, 2.7.1-2.7.266-cı” sözləri ilə əvəz edilmiş və nəticə etibarilə X8 tərəfindən müraciət edildiyi zaman həmin diaqnoz hələ mü vafiq xidmətlər zərfində olmamışdır.

43. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması və bütün məqamların aydınlıq gətirilməsi məqsədilə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 ekspertlərinə həvalə edilmiş, adları çəkilən mütəxəssislərə ünvanlanan suallar həmçinin Birliyə də yönəlmişdir. Lakin Birlik tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli, 883/KEŞ saylı ekspert rəyinin məzmunundan görünmüşdür ki, rəy daha çox rəsmi və qanuni tənzimlənmələrə deyil, bu cür mübahisələrin praktiki tərəfinin izahına yönəlmiş və qeyri-dəqiq olmuşdur. Belə ki, rəydə X14 “Respublika P erinatal Mərkəzi” PHŞ-də müayinə və müalicə olunarkən ona göstərilən tibbi xidmətlərin (o cümlədən dərman vasitələrinin alınması) icbari sığorta əsasında pulsuz həyata keçirilməli olub-olmaması məsələsinə münasibət bildirilərkən bu xidmətlərin ilkin olaraq ödənişsiz olması, tibbi qeydiyyat sənədlərinə əsasən TƏBİB-in dərman arsenalında olmayan, lakin xəstə üçün zəruri olan bəzi dərmanlardan və tibbi sərf materiallarından da müalicə zamanı istifadə olunması və xəstənin durumunun ağır olduğunu nəzərə alaraq bu kimi bəzi dərmanların xəstə tərəfindən təmin olunmasının mümkünlüyü qeyd olunmuşdur. Bundan əlavə adı çəkilən rəydə xidmətlər zərfinin əlavəsindəki 2.7.160.9 sıra nömrəsinə uyğun diaqnozun hazırkı hal üçün tətbiq edilə bilməsi qeyd edilsə də, yuxarıda da göstərildiyi kimi adı çəkilən s ıra nömrəsi altında olan “Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaşmasının nəticəsi” adlı diaqnoz heç bir mərhələdə X5 əsas diaqnozu olmadığından onun əsas götürülməsi məqsədəuyğun deyil.

44. Beləliklə, göründüyü kimi iddiaçının iddia tələbinin əsasında duran ilkin dəlili onun mərhum həyat yoldaşına tibbi xidmət göstərən müəssisələrin hər ikisində də qoyulan diaqnoz üzrə görülən tədbirlər müvafiq xidmətlər zərfinə daxil olduğundan pulsuz həyata keçirilməsi ilə bağlı olsa da, qeyd edilənlərə əsasən bu hal öz təsdiqini tapmamış, istər mütəxəssis rəyləri, istərsə də məhkəmə araşdırması ilə həmin dəlillər birbaşa və dolayı yollarla təkzib olunmuşdur.

45. Kollegiya iddiaçının “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən xəstənin Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsi zamanı müvafiq göndəriş vərəqəsi verilməli olması və iddiaçının bununla bağlı hüquqlarına dair məlumatlandırılmalı olması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı işin hallarından da göründüyü kimi istər iş materiallarında, istərsə də iddiaçının öz tələbinin əsasında duran sənədlərdə X5 “Respublika Perinatal Mərkəzi” PHŞ-dən Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsinin əsasında duran səbəb kimi zəruri tibbi xidmətin “Respublika Perinatal Mərkəzi” PHŞ-də göstərilməsinin mümkünsüzlüyü öz əksini tapmamış, bununla bağlı hansısa səlahiyyətli şəxsin rəyi təqdim olunmamışdır. Həmçinin yuxarıda adı çəkilən mütəxəssis rəylərində də qeyd olunmuşdur ki, mərhum X4 xx.xx.2022-ci il tarixində, saat 19:00-da məhz xəstə yaxın larının təkidi ilə X24 köçürülmüş, iş materiallarında olan iddiaçı ilə X33 arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi barədə müqavilə də qeyd edilən halı təsdiq etmişdir.

46. Kollegiya hesab etmişdir ki, şəxsin digər tibb müəssisəsində müalicə və müayinəsi üçün göndəriş verilməsi üçün ilk növbədə həmin xidmətin müvafiq dövlət tibb müəssisəsində həyata keçirilməsinin mümkünsüzlüyü təsbit edilməli olduğundan və hazırkı iş üzrə xəstə buna görə deyil, xəstə yaxınlarının öz təşəbbüsləri ilə digər tibb müəssisəsinə köçürüldüyündən göndərişin verilməsi üçün hansısa qanuni əsas mövcud olmamışdır. Bu da onu deməyə əsas vermişdir ki, yuxarıda qeyd edildiyi kimi mövcud qaydalara əsasən şəxs bu cür göndəriş vərəqəsi alınmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

47. Bundan əlavə kollegiya qeyd etmişdir ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək sığortaolunanın hüququ olmaqla bərabər bu hüquqdan istifadə edib-etməməsi onun özündən asılıdır. O cümlədən həmin qanunun icbari tibbi sığorta üzrə tibb müəssisəsinin vəzifələrinə dair normalarında sığortaolunana bu cür məlumatlandırılma edilməsinə dair hər hansı göstəriş nəzərdə tutulmamışdır.

48. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respubl ikası Qanununun 10, 24-cü, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-4, 15-7, 15-12, 15-17, 15-28-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Şikayət onunla əsaslandırılmışdır ki, X14 “Respublika Perinatal Mərkəzi” PHŞdən çıxarkən və X24 daxil olarkən ona qoyulmuş diaqnozlar Xidmətlər Zərfində mövcuddur. Bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 883/KEŞ saylı rəyi ilə də öz tə sdiqini tapmışdır. Lakin məhkəmə rəyi və təqdim edilmiş sübutları nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda qanunda hamilələr üçün üstünlük nəzərdə tutulmuş, hətta ananın digər rubrikalarda təsnif olunan «hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran» digər xəstəlikləri üçün də xidmətlər zərfindən maneəsiz istifadəsi məqsədəmüvafiq sayılmışdır. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının diaqnozları hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran xəstəliklər olmuşdur.

51. Kollegiya mövqeyində qeyd etmişdir ki, “X5 “Respublika Perinatal Mərkəzi” PHŞdən Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülməsinin əsasında duran səbəb kimi zəruri tibbi xidmətin “Respublika Perinatal Mərkəzi” PHŞ-də göstərilməsinin mümkünsüzlüyü öz əksini tapmamış, bununla bağlı hansısa səlahiyyətli şəxsin rəyi təqdim olunmamışdır”. Bununla bağlı işin faktiki halları qismində müəyyən edilmişdir ki, xəstə “Respublika Perinatal Mərkəzi” PHŞ-dən məhz həmin tibb müəssisəsi tərəfindən Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına köçürülmüşdür. Həmin Mərkəzdə tibbi xidmətin göstərilməsinin mümkünsüzlüyü də məhz “Respublika Perinatal Mərkəzi” PHŞ-ə ünvanlanmalı sual idi, bu halın sübutu iddiaçının vəzifəsi deyil. “Respublika Perinatal Mərkəzi” PHŞ hamilə və zahılara xidmət göstərir. Bu tibbi sahə üzrə ixtisaslaşmış xəstəxanadır. X14 qeysəriyyə əməliyyatından sonra kəskin qaraciyər çatışmazlığı mövcud olduğundan və konsilium qərarı əsasında müalicəsinin sonuncu xəstəxanada mümkünsüzlüyü səbəbindən xəstəxana X17 X24 köçürmək məcburiyyətində qalmışdır. Bu hal xəstə köçürülərkən ona qoyulan diaqnozlardan və xəstənin epikrizindən (xəstəlik tarixindən) aşkar şəkildə görünmüşdür. Həmin xəstəlik tarixində xəstənin qohumları tərəfindən Mərkəzdən çıxarılması yaxud aparılması deyil, Mərkəz tərəfindən köçürülməsi göstərilmişdir. “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən xəstənin X24 köçürülməsi barədə qərar qəbul edildiyi və xəstə oraya Mərkəz tərəfindən köçürüldüyündən bu barədə müvafiq göndəriş verilməli və xəstənin həmin tibb müəssisəsində icbari tibbi xidmət alması təmin edilməli idi. Göründüyü kimi, bu halda xəstə ilə (yaxud qohumu ilə) hər hansı xidmət müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti yoxdur. İstinad edilən müqavilə xəstə üçün hər hansı hüquq yaratmadığı üçün (çünki xəstənin tibb müəssisəsində döv lət hesabına icbari tibbi xidmət alması hüququ olmuşdur) əhəmiyyətsiz olmuş və hüquq yaratmamışdır ki, bu halda həmin müqavilənin mövcudluğu iddianın rədd edilməsi əsası kimi çıxış edə bilməz.

52. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında məhkəmə proseslərində iştirak edən cavabdehlər iddiaya etirazını yalnız onunla əsaslandırmışlar ki, «...X14 diaqnozları Xidmətlər Zərfinə daxil deyil. Əgər diaqnozlar Xidmətlər Zərfinə daxil olsaydı ona icbari sığorta əsasında tibbi xidmət göstərilərdi...». Məhkəmələr də iddianın rədd edilən hissəsini onunla əsaslandırmışlar ki, qeyd edilən xəstəliklər xidmətlər zərfində mövcud deyil. Bu cür əsaslandırma qətnamənin iddianın təmin edilən hissəsinə zidd olmuşdur. Belə ki, məhkəmə iddianı təmin etdiyi hissəni onunla əsaslandırmışdır k i, xəstəyə qoyulmuş diaqnozlar xidmətlər zərfinə daxil olduğu üçün ona “Respublika Perinatal Mərkəzi” PHŞ-də pulsuz stasionar xidmətlər göstərilməli idi və ona görə də iddia həmin Mərkəzə münasibətdə təmin olunmuşdur. Göründüyü kimi, məhkəmə xəstəyə qoyulmuş diaqnozların xidmətlər zərfinə daxil olduğunu işin faktiki halı qismində müəyyən etmişdir. Qanunun mənasından və məhkəmənin iddianı təmin etdiyi hissədə gəldiyi nəticədən aydın olmuşdur ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-də X16 icbari tibbi xidmətlər və dərman vasitələrinin təminatı dövlət hesabına göstərilməli idi. X33 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında olan xəstəxanadır. Həmçinin müalicə müəssisəsinin qeydiyyat və rəsmiləşdirmə barədə nöqsanlı hərəkətlərinin Səhiyyə N azirliyi və TƏBİB tərəfindən müəyyən edilməsi və bununla bağlı iddiaçıya rəsmi cavabının olmasını nəzərə almadan, guya xəstə tərəfindən X18 İTS bölməsinə müraciət edilməli olması barədə cavabdehin əsassız dəlillərini rədd etməmişdir. Xəstənin ağır vəziyyətdə üzərinə belə bir öhdəliyin qoyulması əsaslı hesab edilə bilməz və bu öhdəlik birbaşa müalicə müəssisəsinin vəzifəsidir.

53. İddiaçı şikayətini “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-4, 15-7, 15-12, 15-28-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 102, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 21.1. Zərər in əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

56. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

57. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

58. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu

59. Maddə

10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

60. Maddə

24. Pasiyentin:... təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;... hüququ vardır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

61. Maddə 15-4.1.2. Bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur.

62. Maddə 15-7.2.1. Bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək tibb müəssisəsinin vəzifəsidir.

63. Maddə 15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.

64. Maddə 15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir.

65. Maddə 15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bil avasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.

66. Maddə 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız old uğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

77. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

78. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3870/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar