Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1134/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1134/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)-xx/18) idd iaçı X1 Cavabdeh1 qarşı “etibardan sui-istifadə etməklə, aldatma yolu ilə əldə olunmuş pul vəsaitlərinin (qızıl-zinət əşyalarının) alınması və dəymiş maddi zərərin ödənilməsi”tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 30441 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-xx/18) Cavabdeh1apellyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etibardan sui-istifadə etməklə və aldatma yolu ilə əldə olunmuş pul vəsaitlərinin (qızıl-zinət əşyalarının) alınması, dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30441 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə İddiaçı əsl iddiaçı olan X3 ilə əvəz edilmişdir. İddiaçı əsl iddiaçı olan X3 ilə əvəz edildikdən sonra iddiaçı X3 məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə Cavabdeh1 etibardan sui-istifadə etmə klə və aldatma yolu ilə ondan aldığı, iddia ərizəsində qeyd olunan qızıl- zinət əşyalarının qaytarmaması ilə bağlı ona maddi zərər dəyməsi və həmin qızıl-zinət əşyaları sayəsində Cavabdeh1 əsassız olaraq varlanmasını nəzərə alaraq 30441 (otuz min dörd yüz qırx bir) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Nümayəndə izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin ka ssasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər (iddiaçı Ülkər Məmmədova və cavabdeh Billur Məmmədova) təxminən 28 il eyni xəstəxanada çalışmaqla münasibətləri səmimi olmuşdur. İddiaçı mütamadi olaraq özünə məxsus köhnə, dəbdən düşmüş qızıl əşyalarını yenisi ilə əvəz etmiş, yaxud dəyişdirmişdir. Həmin qızılları aldıqda, əvəz etdikdə və dəyişdirdikdə adətən Billurla müzakirə etmişdir. Yəni, Billurun onun köhnə qızıllarını yenisi ilə əvəz etməsindən və ya dəyişdirməsindən xəb əri olmuşdur. 2014-cü ildə Cavabdeh1 ona “köhnə qızıllarını satmaq istəsən ver mən daha baha qiymətə satım və pulunu sənə verim” demişdir. İddiaçı da Billurla uzun müddət bir yerdə işlədiyindən, onu tanıdığından inanaraq köhnə qızıllarından bir nəçəsini ona vermiş, Billur da sataraq razılaşdıqları qiymətə pulunu ona qaytarmışdır. İddiaçı 2014-cü ilin sonlarında yenə də bir neçə köhnə qızıl-zinət əşyalarını satmaq istəmişdir. Həmin vaxt Billur yenə də həmin köhnə qızıllarını satmaq üçün ona verməsini xahiş etmişdir. Buna görə də satmaq istədiyi 4 ədəd qızıl-zinət əşyasını (sep, bilərzik, boyunbağı, üzük) Billura vermiş və Billur həmin əşyaların dəyərini aylıq hissə-hissə ona ödəməsi ilə bağlı razılığa gəlmişlər. Həmin əşyalara görə ödəniləcək məbləğ azaldıqdan sonra 2015-ci ilin əvvəllərind ə yenidən Billura qarşılıqlı razılıqlarına əsasən 1880 manata satmaq üçün şəbəkə boyunbağı vermişdir. Lakin Billur həmin boyunbağının pulunu tam ödəməmiş, 2015-ci ilin avqust ayında onun evinə gələrək, ona İlqar və Pərvanənin ondan polisə şikayət etdiklərini, işlərinin dolaşığa düşdüyünü, bu səbəbdən də ona 30 000 (otuz min) manat pul lazım olduğunu bildirmişdir. İddiaçı isə Billura həmin məbləğdə ona veriləcək pulunun olmadığını demişdir. Lakin Billur bir neçə gündən sonra yenidən onun evinə gəlmiş, çox yalvar-yaxar etmiş və “əgər pulun yoxdursa həmin məbləğdə qızıl-zınət əşyaları ver demişdir”. Billur ona demişdir ki, problemlərini həll etdikdən sonra yaxın günlərdə marşrut avtobuslarını satıb pullarını qaytaracaqdır. İddiaçı Billurla münasibətlərinin yaxşı olmasını, onun yalvar-yaxar etməsini, onların həm Şəki-Gəncə, həm də Şəki-Bakı marşrut avtobuslarının olmasını bildiyindən ona inanıb özünə məxsus təxminən 30 000 (otuz min) manat dəyərində qızıl-zinət əşyalarını həmin gün Billura vermişdir. Sonradan qeyd edilən məsələdən iddiaçının həyat yoldaşı Fuad da xəbərdar olmuş, bundan sonra Billuru evlərinə çağırmış, özü, əri Fuad oturaraq hesablamaqla verilən qızılları 30441 (otuz min dörd yüz qırx bir) manat məbləğində qiymətləndirmişlər. Hadisələrin belə gedişi onu qorxutmuş və buna görə də Billurdan ona borcunun olması barədə iltizam verməsini xahiş etmişdir. Buna görə də Billur ona məxsus kalendar kitabda ayrı-ayrı vaxtlarda iltizam yazmış, bir iltizamda 70 000 (yetmiş min) manat, başqa iltizamda 60 000 (altmış min) manat, digər iltizamda isə 50 000 (əlli min) manat bor cunun olduğunu etiraf etmişdir. İddiaçı öz qızıllarını Billura verdiyi zaman onların dəyəri 30441 (otuz min dörd yüz qırx bir) manat olmuş, lakin qeyd edilən iltizamları Billurdan qızılın həmin günə olan qiyməti ilə hesablayaraq almışdır. Lakin hal-hazırda Billurdan 30441 (otuz min dörd yüz qırx bir) manat məbləğini tələb edir. İddiaçı borcunun qaytarılması ilə bağlı cavabdehlə dəfələrlə telefon danışığı aparmış və aralarında olan danışıqlarından birini telefonuna yazmışdır. Həmin danışıqlarında Billur ona 70 000 manat borcu olduğunu etiraf etmişdir. Bütün cəhdlərinə baxmayaraq Büllur ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli, 18177 saylı rəyində qeyd olunmuşdur ki, “1.Ekspertizaya təqdim olunmuş, mülki işin 76-cı vərəqəsində olan “MənLətifovaBillurValeh qızı..." sözləri ilə başlayıb, “...LətifovaBilmur.” sözləri ilə bitən xx xxx 2014-cü il tarixli qəbzdəki yazılar və həmin qəbzdə “22.04-2014" rəqəmlərindən əvvəl yerləşən imza, üz qabığında “AccessBank” yazıları olan qeyd dəftərçəsinin xx xxx 2015-ci tarixli səhifəsində xx xxx 2017- ci il tarixli qəbzdəki yazılar və həmin yazılardan aşağıdakı imza, xx xxx 2015-ci tarixli səhifəsində olan qəbzdəki yazılar və “İmza” yazıları qarşısındakı imzalar və xx xxx 2015-ci tarixli səhifəsində olan “Billur 2018 ilə işimbitəçəmverəçəm” qəbzdəki yazılar və “Billur" yazısı qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim olunmuş, üz q abığında “AccessBank” yazıları olan qeyd dəftərçəsinin xx xxx 2015-ci il tarixli səhifəsində “Billur mən Ülkərdən aldığı...” sözləri ilə başlayıb, “...iyulun ayına kimi verib bitəcək. (50000-in qızıl alıb)” sözləri ilə bitən qəbzdəki yazılar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, 3.Ekspertizaya təqdim edilmiş, mülki işin 76-cı vərəqəsində olan “MənLətifovaBillurValeh qızı...” sözləri ilə başlayıb, “...LətifovaBilmur.” sözləri ilə bitən xx xxx 2014-cü il tarixli qəbzdəki yazılarda və həmin qəbzdə “22.04-2014” rəqəmlərindən əvvəl yerləşən imzada, üz qabığında “AccessBank” yazıları olan qeyd dəftərçəsinin xx xxx 2015-ci tarixli səhifəsində xx xxx 2017-ci il tarixli qəbzdəki yazılarda və həmin yazılardan aşağıdakı imzada, xx xxx 2015-ci tarixli səhifəsində olan qəb zdəki yazılarda və “İmza” yazıları qarşısındakı imzalarda və xx xxx 2015-ci tarixli səhifəsində olan “Billur 2018 ilə işimbitəçəmverəçəm” qəbzdəki yazılarda və “Billur” yazısı qarşısındakı imzada - yazıların və imzaların hər hansı qeyri-adi psixofizioloji vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı Ülkər Məmmədova Cavabdeh1 ona borclu olduğunu əks etdirən cavabdehə məxsus əlyazma nüsxələrini və cavabdehə aid olan borcun etiraf edilməsini əks etdirən danışıq “Disk”-ni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən cavabdehə məxsus olduğu iddia edilən əlyazmalar və disk barədə Cavabdeh1 özünə 09.02.2018-ci il və 02.03.2018-ci il tarixdə xəbərdar edilməsinə və cavabdehin də həmin məlumatları uyğun olaraq 16.02.2018-ci və 09.03.2018-ci il tarixlərində almasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, əlyazmalar və səs yazısı ilə bağlı məhkəməyə heç bir fikir bildirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən yazılan əlyazmalara və diskə nəzər yetirdikdə məlum olmuşdur ki, cavabdehin etiraf etdiyi məbləğlər 30441 (otuz min dörd yüz qırx bir) manatdan çoxdur. İddiaçı isə əlyazmalarda və diskdə etiraf edilən məbləği deyil, məhz 30441 (otuz min dörd yüz qırx bir) manat pul məbləğini tələb edir. İddia ərizəsi üzrə tələb edilən məbləğ etiraf edilən məbləğdən az olduğundan məhkəmə də 30441 (otuz min dörd yüz qırx bir) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuna müvafiq hesab etmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçı X2 30441 (otuz min dörd yüz qırx bir) manat dəyərində olan qızı l-zinət əşyalarını bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri olan 30441 (otuz min dörd yüz qırx bir) manat pul cavabdeh tərəfindən geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və qətnaməni hüquqi cəhətdən aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı Ülkər Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə müvafiq olaraq özgəsinin (cavabdehin) qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malikd ir. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas a və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsa sən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, ob yektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni ə saslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(107)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1134/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1134/2019
05.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver