Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1134/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdehlkər Cavabdeh5 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən prosessual müddətin bərpası haqqında ərizənin rədd edilməsi; kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2023 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh5 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən evdən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1424/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin edilərək, cavabdehlərin evdən çıxarılmaları və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.
4. Beyləqan Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır.
5. Cavabdehlər apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişlər.
6. Beyləqan Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansi yası məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermişlər.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyi üçün qaytarılmışdır.
10. Qərardad cavabadehərə 17 oktyabr 2023-cü il tarixdə çatdırılmışdır.
11. Cavabdeh5 17 dekabr 2023-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti verərək, buraxılmış prosessual müddətin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Ərizənin əsaslarına görə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsi ilə verilmədiyinə görə geri qaytarılmış və cavabdehlər vəkillə müqavilə bağladıqdan sonra kassasiya şikayəti ilə yenidən müraciət etmişlər.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov) ərizə rədd edilmiş, kassasiya şikayəti qaytarılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(106)-949/2023 saylı qətnaməsi Cavabdeh5 26 iyul 2023-cü il tarixdə çatmış, cavabdehlərin kassasiya şikayəti 25 sentyabr 2023-cü il tarixdə poçta təqdim edilərək 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(106)-949/2023 saylı qərardadı ilə cavabdehlərin kassasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyi üçün geri qaytarılmış və həmin qərardad tərəflərə rəsmi qaydada 06 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Poçt göndərişlərindən çıxarışa əsasən sözügedən qərardad cavabdehlərə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Cavabdeh5 isə (Vəkil) sonuncu qərardadı aldıqdan yalnız 2 ay sonra sonra xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir....... Cavabdeh5 qətnamədən kassasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Belə ki, Cavabdeh5 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(106)-949/2023 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti uzun müddət buraxsa da, həmin müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edə bilməmişdir. Kollegiya hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(106)-949/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən olması barədə əsaslar mövcud deyil, habelə bununla bağlı Cavabdeh5 (Vəkil) tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiy a instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan Cavabdeh5 ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, Beyləqan rayon vəkil bürosunda 3 nəfər vəkil var və onlar kassasiya şikayətini yaxın vaxt ərzində hazırlamaq imkanlarının olmadığını, iş yükünün çox olduğunu bildirmişlər. Onlar cinayət təqibi ilə bağlı olaraq ərazilərə ezam olunduqları üçün tez bir zamanda vəkillə müqavilə bağlaya bilməmişdir. Kasasiya şikayətinin verilməsinin qanunvericilikdə “Elektron məhkəmə” informasiaya sistemində yaradılmış şəxsi kabinet vasitəsi ilə verilməsi nəzərdə tutulmasa idi, kassasiya şikayəti vaxtında verilmiş hesab olunurdu, müddə t keçirilməmişdir. Vəkillə müqavilə bağlamaq imkanı isə ondan asılı olmayan səbəb olmaqla, üzrlü hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hü ququna malikdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılm ası tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməs i tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
21. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun qərarları "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 13 fevral 2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya in stansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanun ilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı: “Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, e ləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kas sasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə cavabdehin vəsatətini əsaslı saymamış, şikayətə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıq larının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə q ərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.
28. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də qanunvericiliklə bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən müvafiq olaraq 2 ay və 10 gün müddətlərində verilməsi müəyyən olunmuşdur.
29. Məhkəmə kollegiyası bildirir ki, qanunla nəzərdə t utulan prosessual müddətin cavabdeh tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir.
30. Bütün bunlar da prosessual müddətin cavabdeh tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.
31. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
32. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2023 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.