Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1135/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər 53 saylı notariat ofisini n xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 ASC-yə qarşı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3281/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı “İlkin bazardan mənzilin alqı-satqı və ipoteka” üçtərəfli ipot eka müqaviləsinə əsasən Cavabdeh1 MTK satıcı olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M 19, m 3 saylı,ümumi sahəsi 108,7 kv.m olan mənzili 128 266 manata alıcı olaraq X1 mülkiyyətinə verməyi, X3 isə həmin mənzilin 25666 manat məbləğində olan hissəsini özü tərəfindən, 102 600 manat məbləğində olan hissəsini isə X3 və Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən X1 əvəzi olaraq bank tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M 19, m 3 saylı 108,7 kv.m hesab edilən mənzilə görə iddiaçı ilə cavabdehlər Cavabd eh1 MTK və Cavabdeh2 ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin fərqin olduğu 16,1 kv.m sahəyə münasibətdə qismən etibarsız hesab edilməsi və müqavilənin şərtləri mövcud olmuş ümumi sahəyə uyğun tərtib edilməklə müqavilənin 1.2.2-ci bəndində “ümumi sahə (kv.m-lə): 92.60”, müqavilənin 1.2.3-cü bəndində “yaşayış sahəsi (kv.m-lə): 56.3”, müqavilənin 1.4-cü bəndində “mənzilin satış qiyməti 109268 manat” (128266/108,70 x 92,6 = 109 268) qeyd edilməklə yenidən tərtib edilməsi; Mənzil üçün xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alğı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmı ş ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması; iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi; İlkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6 kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılması; xx.xx.2020ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mənzilin çıxarışı alınarkən onun MTK tərəfindən al dadıldığı və müqavilədə göstərilən sahədən az ölçüdə mənzilin ona verildiyi müəyyən edilmişdir. Belə ki, çıxarışa əsasən mənzilin ümumi sahəsi 92,6 kv.m təşkil edir. Odur ki, mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə iddiaçı cavabdeh bankdan mənzilin üçtərəfəli müqavilədə göstərilmiş sahəsinə uyğun olaraq kredit götürdüyündən həmin kredit müqaviləsi də artıq göstərilmiş sahəyə uyğun hesablanmış kreditə aid hissədə də etibarsız hesab edilməlidir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6809 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi (arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda) 108,7 kv.m təşkil etdiyi müəyyən edilir. 2-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesab lanması” qaydasının tələbləri nəzərə alılmaqla 93,2 kv.m təşkil etdiyi müəyyən edilir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-124/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilmiş, 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsininvə həcminin hesablanması” qaydalarıına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır. Məhkəmə qeyd etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilər. Belə ki, cavabdeh MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl edərək, ona 108,7 m2 ölçülü mənzil verdiyi müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 88, 103.1, 217.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Yəni məhkəmə özü qətnamədə hesablamaların divarların çöl tərəfindən aparılmasını və divarların altındakı sahələrin nəzərə alınmasını sifarişçinin daha doğrusu iddiaçının mənafeyinə zidd olduğunu müəyyən etmişdir. Bu isə elə iddiaçının aldadılmasını və müqavilənin qismən etibarsız hesab edilməsini sübut e dir. Lakin bununla belə məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Bundan başqa məhkəmə cavabdeh MTK-nı podratçı adlandırmış və bir növ müqaviləyə podrat müqaviləsi kimi hüquqi qiymət vermişdir. Bu halı isə əsaslandırılmamışdır. Podrat müqaviləsi o halda hesab oluna bilərdi ki, tərəfindən podratçıya müqavilədə nəzərdə tutulan iş sifariş olunsun və həmin sifarişi podratçı tərəfindən öz öhdəsinə götürsün, iddiaçı isə qarşılığında sifarişçi kimi podratçıya razılaşdırılmış muzd ödəməyi həyata keçirsin. Halbuki cavabdeh MTK ilə aralarında həmin xarakterli müqavilə bağlanılmamış, tam olaraq tikilmiş və istifadəyə verilmiş binada mənzilin alqı-satqısı və eyni zamanda ipotekası həyata keçirilmişdir. Mənzil və mənzilin daxilində yerləşən arakəsmələr bölünərkən onunla cavabdeh arasında hər hansı bir razılaşdırılma olmamış bu barədə müqavilə bağlanılmamışdır. İddiaçı ilə Cavabdeh2 ASC və Cavabdeh1 MTK arasında üçtərəfli 12 mart 2020-ci il tarixində 011-20/İ nömrəli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanılmış, mənzilin dəyərinin 25.666 (iyirmi beş min altı yüz altmış altı) manat məbləğində hissəsi tərəfindən, qalan 102.600 (bir yüz iki min altı yüz) manat məbləğində hissəsi isə Cavabdeh2 ASC tərəfindən (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 11 mart 2020-ci il tarixli 011-20/İ nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən ona ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına tam şəkildə ödənilmişdir. Bundan başqa məhkəmə qanunvericilikdə nəzərdə tutulan və cavabdehlərlə bağladığı xx.xx.2020-ci il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsində də göstərilmiş “ümumi sahə” anlayışını səhv təhrif etmiş həmin anlayışa qanunvericilikdə birmənalı olaraq şərh verilməsinə baxmayaraq fərqli formada yəni “faktiki ümumi sahə” anlayışı altında hüquqi qiymət vermiş, mənzilin ümumi sahəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-cu il tarixli arayışda və müqavilədə 108.7 kv.m nəzərdə tutulmasına məhəl qoymamışdır. Belə ki, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-cu il tarixli arayışdan da görsənir ki, mənzilin ümumi sahəsi 108.7 kv.m olmalı idi. Daha sonra mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdeh MTK-ya tam ö dəniş edilməsinə baxmayaraq öhdəliyini tam olaraq icra etməmiş və ona mənzili 92,60 kv.metr ölçüdə təhvil vermişdir. Bu hal isə onun bir daha aldadıldığını sübut edir. Lakin məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə ekspertiza rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad edərək “mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahən in nəzərə alınmamasıdır” kimi qeyd etmişdir. Rəydə göstərilir ki, cavabdeh MTK tərəfindən ona satılmış mənzildə nə az nə çox təxmini dörd havalandırma şaxtası mövcuddur ki, həmin şaxtalar binanın havalandırılması üçün nəzərdə tutulur və binada yaşayan ümumi sakinlərə xidmət edir. Ümumilikdə mənzilin ümumi sahəsinin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamış və bu səbəbdən də məhkəmə araşdırması obyektiv araşdırılmamışdır. Əgər məhkəmə işi obyektiv araşdırsa idi, müəyyən edərdi ki, ümumilikdə mənzil satılarkən iddiaçı aldadılmış və ona 92.60 kv.m sahəli mənzil 108.7 kv.m adı altında satılmış nəticədə ona maddi ziyan vurulmuşdur. Hal-hazırda ipoteka ilə mənzilə dair ödənişlərini gecikdirmədən edir və mövcud olmayan sahəyə münasibətdə hər ay borc üzrə ödənişlər və faizlər ödə mək məcburiyyətində qalır. Lakin məhkəmə qeyd etdiyi hallarla bağlı təqdim etdiyi sübutları nəzərə almamış və doğru nəticəyə gəlməmişdir. Bundan başqa mənzilin planına nəzər yetirildikdə də mənzildə dörd şaxtanın olduğu müəyyən edilir. Cavabdeh MTK iddia edir ki, mənzili satılarkən qapıdan içəri olan bütün sahənin satışını həyata keçirilir. Onda belə çıxır ki, müştəri mənzili alarkən mənzilin daxili arakəsmələrinə, tikintialtı sahələrinə və hətta şaxtalarına görə əlavə pul vəsaiti ödəməlidir. Əgər elədirsə belə bir məntiqi sual meydana gəlir. Hansı əqli və şüuru yerində olan insan belə bir mənzilə dair müqavilə bağlamağa razılaşar. Hansı səbəbdən iddaçı binanın ümumi şaxtalarına, tikintialtı sahəsinə görə pul vəsaiti və kredit faiziləri ödəməlidir. (1 kv.müçün təxminən-1180 manat) Onu ca vabdeh tərəf əmin etmişdir ki, o, 108.7 kv.m ümumi sahəsi olan mənzili satır. Ümumi sahənin anlayışı və hesablanma qaydaları isə qanunvericilikdə vahiddir. Birinci instnsiya məhkəməsində dəfələrlə bu barədə bildirməsinə baxmayaraq məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına uyğun olmayan, ədalətə və qanunçuluğa sığmayan qətnamə qəbul etmiş, bununla da onun konstitutsion hüququ olan mülkiyyət hüququ pozmuşdur. Qanunvericilikdə bir başa qaydada nəzərdə tutulur ki, mənzillərin ümumi sahəsi hesablanarkən bayır və ara divarlar, buxaralar (şaxtalar) nəzərə alınmadan hesablama aparılmalıdır. Lakin məhkəmə cavabdeh MTK tərəfindən 108.70 kv.m deyil, 92.60 kv.m sahəli mənzil təqdim etməsinə baxmayaq bu halı görməməzlikdən gəlmiş və qanuna zidd qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabde hlər arasında bağlanılan xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin 1.2.2-ci bəndində hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli arayışa istinadən mənzilin ümumi sahəsi 108.70 kv.m olduğu qeyd edilir. Həmin arayış Cavabdeh1 MTK-nın DƏDRX-yə təqdim etdiyi layihə sənədləri əsasında qeydiyyata alınmışdır. Tikinti sahəsində formalaşmış praktika ondan ibarətdir ki, MTK-lar layihə sənədlərində hansı ölçünü qeyd edirsə, DƏDRX tərəfindən verilən qabaqcadan qeydiyyat arayışında da həmin ölçü mənzilin ümumi sahəsi kimi qeyd edilir. Daha sonra mənzilə mülkiyyət hüquqları barədə çıxarış verilərkən DƏDRX tərəfindən mənzil sahəsi ölçülür və mülkiyyətçiyə texniki pasport və çıxarış təqdim edilir. Lakin qabaqcadan qeydiyyat arayışının verilməsinə əsas təşkil edən layihə sənədlərində cavabdeh “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndinin tələbini pozmuş və mənzilin ümumi sahəsini layihə sənədlərində sözügedən qaydanın tələblərinə uyğun olaraq qeyd etməmişdir. Beləliklə cavabdeh MTK mənzilin ümumi sahəsinin ölçülməsində pozuntuya yol verməklə qabaqcadan qeydiyyat arayışında mənzilin ümumi sahəsinin 108.70 kv.m kimi müəyyən edilməsinə nail olmuşdur. Cavabdehin həmin qaydaların tələblərinə əməl etməsi Qaydaların 1.2-ci bəndində öhdəlik kimi müəyyən edilmişdir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı sayılan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.2-ci bəndində müəyyən edilmiş imperativ normadan açıq-aşkar görünür ki, həmin qaydaların tələbləri, o cümlədən mənzilin ölçüsünün həmin qaydalarda müəyyən edilən formada ölçülməsi mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Lakin cavabdeh MTK həmin imperativ normanın tələbini pozmuş, mənzilin ümumi sahəsini həmin qaydada müəyyən edilən formada ölçməmiş və həmin qaydaların tələbinə zidd olaraq hazırlanmış layihə sənədlərini DƏDRX-ə təqdim etmiş, nəticədə qabaqcadan qeydiyyat haqqında arayış əldə etmişdir. Bundan başqa birinci instansiyası məhkəməsi nəzərə almamışdır ki, istər müq avilədə, istərsə də qabaqcadan qeydiyyat arayışında mənzilin ölçüsü kimi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndində anlayışı qeyd edilən “ümumi sahə” terminindən istifadə edilir. Cavabdeh ümumi sahəsi 108.7 kv.m olan mənzilin deyil, 92.60 kv.m ümumi sahəsi olan mənzilin satışını həyata keçirmişdir. O isə mənzil alarkən ümumi sahə anlayışını qanunvericlikdə olduğu kimi qəbul etmişdir. Hesab etmişdir ki, dövlət orqanının təsdiq etdiyi qabaqcadan qeydiyyat arayışında qeyd olunan ölçülər, digər dövlət orqanının qaydalarına zidd üsula ölçülə bilməz. Buna görə də mənzilin ümumi sahəsinin həmin qaydaların tələbi nəzərə alınmaqla ölçüldüyünü güman edirdi. Lakin cavabdeh layihə sənədlərində ümumi sahə anlayışına istinad etsə də, tikinti fəaliyyətinin sub yekti kimi onun üçün məcburi hesab edilən qeyd olunan qaydaların tələblərinə əməl etməmiş, iddiaçıya ümumi sahəsi 108.7 kv.m olan mənzili deyil, 92.6 kv.m olan mənzili təqdim etmişdir. Nəticədə mənzili alarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə, yəni 16.10 kv.m əlavə ölçüdə mənzildən məhrum olmuşdur.
10. Apellyasiya icraatı zamanı "xxxx" ASC və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ASC-nin ləğvedicisinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Mərdanova Xu mar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X4) 2(103)-3281/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
14. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 10/5622 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla AZ 1121 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3) faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 96,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, ünvanında yerləşən 3 saylı mənzilin (yeni qaydalarla AZ 1121 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.mtəşkil etdiyi müəyyən olunmuşdur.
16. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 108,7 kv.m. göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, mənzil 3 müqavilədə nəzərdə tutulmuş ölçüdə təhvil verilməmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, istinad edilən hallar tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsinə, artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması üçün əsas ola bil məz. Çünki tərəflər arasında müqavilə bağlanan zaman tərəflərin razılaşdırılmış iradə ifadəsi olmaqla qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması müəyyən edilməmişdir.
18. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmçinin tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə də müqavilədəki qeyri-müəyyən hallar (sahənin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablaşma şərtləriini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yol verilməzdir.
21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən müqavilə bağlanarkən mənzilə görə satış pulunun bank tərəfindən "xxxx" MTK-ya artıq ödənilməsini və buna uyğun da həm kredit müqaviləsi, həm də ödəniş cədvəlinin tərtib edilməsini nəzərə alır və əlavə olaraq hesab edir ki, mənzilin ümumi sahəsinin müqavilədə 108,7 kv.m təşkil etməsi göstərilsə də, son ekspert rəyi ilə 96,8 kv.metr təşkil etməsi faktının müəyyən edilməsi iddiaçının tələblərinin əsaslı sayılmaqla mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilənin şərtlərinin dəyişdirilməsi, ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi, həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməklə yeni kredit müqavilə sinin, ödəniş cədvəlinin tərtib edilməsi, ilkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılmasını,xx.xx.2020-ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması kimi tələblərinin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Belə bir nəticə iddiaçı hüquqlarının real bərpasını təmin etməyərək ipoteka saxlayan Bank ilə MTK arasında qeyri müəyyənlik yaradacaqdır.
22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, işin müəyyən edilmiş halları hazırki iddia tələbinin təmin edilməsi üçün əsas olmasa da, iddiaçıya mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyy ən edilmiş ölçü arasındakı fərqə uyğun olaraq artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququnun olduğu izah edilməlidir.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçıya bu barədə dəfələrlə təklif edilsə də, iddiaçı hazırki tələbinin təmin edilməsini, müqavilənin şərtlərinin dəyişdirilməsini xahiş etmiş, "xxxx" MTK-dan onun xeyrinə pulun tutulmasına etiraz etmişdir.
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, “işə baxan məhkəmə hazırki işə aidiyyatı olmayan əsaslandırmaya istinad edərək öz qətnaməsini əsaslandırmışdır” dəlilləri ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
25. Kollegiya öz mö vqeyini əsaslandırarkən, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 421.1, 422.1, 448.1, 568.1, 577.1, 578.1, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, əqdin qismən etibarsızlığını şərtləndirən əsas amillərdən biri olan əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid olan şərtə əməl olunmasıdır. İşə hətta müqavilənin mübahisələndirilən bəndlərinin etibarsızlığı konstekstindən yox, müqavilənin dəyişdirilməsi ba xımından yanaşılsa belə məhkəmə iddianı təmin etməməklə haqlı olmamışdır. Belə ki, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından da aydın olur ki, iddiaçı ona çatacaq 11.9 kv.m sahədən yəni mülkiyyətdən məhrum edilmiş, həmin məhrumiyyətdən əlavə məhrum edildiyi sahəyə görə 25 il ərzində kredit məbləğləri və faizləri ödəmək məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, məhkəmə bu kimi halları nəzərə almamış, işə ədalətli baxmamış və iddianı təmin etməmişdir. Mövcud mübahisə üzrə yuxarı instansiya məhkəməsi özü belə iddiaçıya cavabdeh tərəfindən azsahəli mənzilin verildiyini, mənzilin müqavilədə göstərdiyi sahə ilə (108.7 kv.m) ona real olaraq təqdim olunan ümumi sahə (96.8 kv.m) arasında əhəmiyyətli dərəcədə fərqin olduğunu müəyyən etmiş, lakin nəticənin iddiaçının hüquqlarının real bərpasını təmin etməyərək ipoteka saxlayan bank ilə MTK arasında qeyri-müəyyənlik yarandığını bildirilərək iddianı təmin etməmişdir. Lakin qeyd etmək lazımdır ki, ipoteka saxlayan bank ilə MTK arasında yaranacaq mübahisə müstəqil qaydada həll edilə bilər və iddia təmin ediləcəyi halda bankın hüququ yaranırki MTK qarşısında müvafiq iddia qaldırsın. Hesab edirik ki, bankın maraqları baxımından iddianın təmin edilməməsi yolverilməzdir.
28. Kassator daha sonra bildirmişdir ki, hazırkı mübahisə üzrə əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə, əqdin formasına dair şərtlərə əməl olunsa da əqddə ir adə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərə əməl olunamışdır. Çünki iddiaçı öz iradə ifadəsini 108.7 kv.m sahəyə uyğun mənzilə dair bildirmiş və həmin mənzilin ipoteka ilə yüklü edilməsinə və kreditin ayrılmasına, həmin mənzilə dair hesablanmış ilkin ödənişin və aylıq ödənişin həyata keçirilməsinə, həmin məbləğlərin sığorta edilməsinə, 300 aya (25 ilə) münasibətdə hesablanmış faizlərin ödənilməsinə razı olmuşdur. Lakin cavabdeh MTK həm iddiaçını, həm də digər cavabdehi aldatmışdır. Mənzilin ümumi sahəsinin 96.8 kv.m olmasına baxmayaraq 108.7 kv.m kimi qələmə vermiş, həmin sahəyə münasibətdə ödəniş əldə etmiş, iddiaçı isə 108.7 kv.m sahəsi olan mənzilə münasibətdə kreditlə və faiz öhdəliklə yüklü edilmişdir. Halbuki iddiaçı bilsə idi ki mənzilin sahəsi ümumi sah əsi 108.70 kv.m deyil, 96.8 kv.m-dir o, müqaviləni bağlamazdı və həmin şərtləri qəbul etməzdi. Yuxarı instansiya məhkəməsi isə bu hallara nəzər yetirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Hesab edirəm ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M19, m 3 mənzilin sahəsinin 96.8 kv.m sahə olduğunu müəyyən edildiyi halda, iddiaçının həmin əqdin mübahisələndirilən bədlərinin etibarsız hesab edilməsini tələb etmək hüququda yaranmışdır. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərf mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflər in razılaşması ilə mümkündür.
33. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cav abdehdir.
35. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
36. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
37. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:
38. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
39. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
49. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3281/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.