Məhkəmə qərarları › İş №2(102)-1137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1137/2019

21.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1137/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1137/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1nın Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(035)-19/2018 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi təmin edilərək, mərhum x4 miras qalmış ünvan 1-də yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin iddiaçı x1 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2236/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Əliyev, M.Hüseynov və İ.Şükürov) Zərdab Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 2(035)-19/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2236/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia qaldıraraq mərhum anası x4 ona miras qalmış ünvan 1-də yerləşən fərdi yaşayış evini həyətya nı torpaq sahəsi ilə birlikdə cavabdehlərlə aralarında əmlak paylarının müəyyən edilərək naturada bölünməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası x4 miras qalmış Zərdab şəhəri, S.Vurğun küçəsi ev 17-də yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsi ilə birlikdə onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası x5 19.02.2003-cü ildə, anası x4 isə 21.03.2014-cü ildə vəfat etmişdir. İddiaçının anasından ünvan 1 yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyanın hal-hazırda yeganə varisi iddiaçıdır. Belə ki, miras qoyanın digər övladları x6 26.10.1994-cü ildə, x7 25.02.2012-ci ildə, x8 08.01.2013-cü ildə, x9 isə 02.10.2013-cü ildə vəfat etmişlər. İddiaçı yeganə vərəsə olmaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. İddiaçı 1980-ci ildə ailə qurub Bakı şəhərində yaşasa da, sözügedən miras qalan evə və həyətə gəlib-gedir, nəzarət edir. Sözügedən evdə hazırda cavabdehlər iddiaçının mərhum qardaşı Mehmanın arvadı x2 və mərhum qardaşı x9 arvadı x3 yaşasalar da, iddiaçı anasının (miras qoyanın) yas mərasimini özü yola vermiş, dəfn xərclərini özü çəkmişdir. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlill əri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2236/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin edilməməlidir. İşdə olan Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.08.2017-ci il tarixli 1000 nömrəli arayışından görünür ki, həqiqətən x1 ünvan 1 evdə yaşamış, 21.03.2014-cü ildə vəfat etmiş mərhum x4 və 19.02.2003-cü il tarixdə vəfat etmiş x5nun övladı və yeganə varisidir. Mərhum x4 və x5nun digər övladları x6 26.10.1994-cü ildə, x7 25.02.2012-ci ildə, x8 08.01.2013-cü ildə, x9 isə 02.10.2013-cü ildə vəfat etmişlər. İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, x5 (iddiaçının atası) 19.02.2003-cü ildə, x4 (iddiaçının anası) 21.03.2014-cü ildə, x6 (iddiaçının qardaşı) 26.10.1994-cü ildə, x7 (iddiaçının qardaşı) 25.02.2012-ci ildə, x8 (iddiaçının qardaşı) 08.01.2013-cü ildə və x9 isə (iddiaçının qardaşı) 02. 10.2013-cü ildə vəfat etmişlər. İşdə olan Zərdab rayon dövlət notariat kontoru tərəfindən Zərdab Rаyоn Məhkəməsinə ünvanlanmış 13.12.2017-ci il tarixli 224 nömrəli məktubdan görünür ki, x5 və x4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi barədə Zərdab rayon dövlət notariat kontorunda vərəsəlik işi açılmamışdır. İddia ərizəsindən, iddiaçının nümayəndəsinin izahatından və x10 tərəfindən verilmiş 11 avqust 2017-ci il tarixli arayışdan müəyyən olunur ki,iddiaçı x1 1985-ci ildən Bakı şəhərinə köçmüş və hazırda ünvan 2 mənzildə yaşayır. Onun nümayəndəsi x11 verdiyi 12 avqust 2017-ci il tarixli etibarnamədən də görünür ki, o, ünvan 3-də pasport qeydiyyatındadır. Yəni iddiaçının Bakı şəhərində yaşaması heç bir mübahisə doğurmur. Eyni zamanda, iş materialla rında iddiaçının anası x4 miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən olunmur. İş materiallarında yalnız ev kitabı vardır ki, bu sənəd də hüquqmüəyyənedici sənəd hesab olunmur. Belə olan halda iddiaçının miras kütləsinə daxil olan hansı miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi aydın deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınm alıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MPM-nin 307.1-c i maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan maddi və prosessual hüququ normalarının məna və mahiyyətinə görə, mirasın kütləsinə o daşınmaz əmlak daxil ola bilər ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yəni həmin əmlakın nədən ibarət olması barədə aydın tə səvvür olmalı, rəsmi sənədlərdə əksini tapmalı və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının miras aktivinin toplusuna daxil olmalıdır. Yalnız bundan sonra miras əmlakın istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbulundan bəhs edilə bilər. Vərəsə iki halda mirası qəbul etmiş hesab oluna bilər. Birinci, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə, ikinci əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda da hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşdən görünür ki, əvvəla mübahisə predmeti olan evin və həyət yanı torpaq sahəsinin hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Digər tərəfdən, iş materiallarında olan sübutlarla iddiaçının hər hansı formada miras əmlakı qəbul etməsi də müəyyən olunmur. Bundan əlavə, iş materiallarında iddiaçının həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasına dair hər hansı bir sübut yoxdur. MPM-nin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar