Məhkəmə qərarları › İş №2(102)-1138/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1138/2019

07.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1138/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1138/2019 Bakı şəhəri 07 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdeh X3 direktoru Nümayəndə, vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(035)388/2018, hakim T.M.Qubadov) iddiаçı İddiaçı cavabdeh X2rşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2246/2018, hakimlər M.M.Hüseynov, R.Ə.Əliyev, İ.H.Şükürov) İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: X3 direktoru əvəzi Nümayəndə Boyükkişi oğlu tərəfindən verilmiş 15.02.2018-ci il tarixli 48 № li əmrlə liseyin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əmək müqa viləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Nümayəndə Boyükkişi oğlu 03 aprel 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 15 fevral 2018-ci il tarixli 48 saylı əmrinin etibarsız hesab edilib vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, o, müharibə veteranı, 2-ci qrup əlil və müəllim kimi qanuni fəaliyyətinə görə təqib olunmuş, işsiz qalmışdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi onun pozul muş hüquqlarını bərpa etməmişdir. Onun müxtəlif instansiyalara Nümayəndə barəsində etdiyi şikayətlərin yalnız bir məqsədi olmuşdur: normal işləməsinə, dövlət qanunları ilə uşaqların peşə təhsilinə ayrılmış materialların köməyi ilə real təlimlər aparılmasına nail olmaq. Lakin onun bu cəhdləri təqib olunması və işini itirməsi ilə nəticələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının işə bərpa olunması təşkil edir. İddianı rədd etmiş birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı X3 direktor əvəzi Nümayəndə tərəfindən verilmiş 15 fevral 2018-ci il tarixli, 48 saylı əmri qanunsuz hesab edərək məhkəməyə iddia versə də, həmin əmrin qanunsuz olmasını sübut edə bilməmişdir. İddiaçının sözügedən əmri n qanunsuz hesab edilməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər cavabdeh tərəfin izahatı və iş materialları ilə tam təkzib edilmişdir. Həmin qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı Zərdab Peşə Liseyi üzrə verilmiş əmrə əsasən 15.09.2016-cı il tarixdən ixtisas fənn müəllimi vəzifəsindən azad edilib istehsalat təlimi ustası vəzifəsinə qaytarılandan sonra faktiki olaraq öz əmək vəzifələrini yerinə yetirməmiş, müxtəlif bəhanələr gətirərək şagirdlərin istehsalat təlimi ilə məşğul olmamış, sinif jurnalında istehsalat təlimlərinin keçirilməsi və şagirdlərin qiymətləndirilməsi ilə bağlı qeydlər aparmamış, iş vaxtlarında iş yerini özbaşına və üzrlü səbəblər olmadan tərk etmiş, əsassız şikayət və iddialarla Li sey rəhbərliyinə problemlər yaratmağa çalışmış, onun digər iş yoldaşları ilə münasibətlərində də həmişə gərginlik və qarşıdurma olmuş, işlədiyi əmək kollektivində mənfi xarakterizə olunmuşdur. Özünün iştirakı ilə keçirilmiş X1 iclasında İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə yekdil razılıq verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Əvvəla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə hazırki işdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyini sübit etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu halda iddiaçının həmin əmrin qanunsuz olmasını sübut edə bilməməsi barədə iş üzrə gəlinən nəticə sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yeinə yetirmədikdə, yaхud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, iхtisas, yaхud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu хidmətlərin dairəsi anlaşılır. Əmək Məcəlləsinin 72-ci maddəsi ilə isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdr. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalı, əmrində işçinin konkret olaraq əmək müqaviləsi üzrə hansı öhdəliyini yerinə yetirmədiyini göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İş materiallarından göründüyü kimi əmrdə işçinin hüquq pozuntularının konkret olaraq nədən ibarət olması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrin verilməsinə əsas kimi həmkarlar təşkilatın ın razılıq məktubu göstərilmişdir. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edən həmkarlar ittifaqı ən ağır intizam tənbehi olan işdən azad edilmənin tətbiq edilməsindən başqa seçim imkanının olmadığı, işçinin işdə saxlanılmasının qeyri-mümkün olduğu hallarda onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verir. Lakin iş materiallarına əlavə edilən iclas protokolundan həmkarlar ittifaqı təşkilatı tərəfindən işçinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün tədbirlər görüldüyü müəyyən edilmir, əksinə iclasda işdən azad edilməsi müzakirə edilən işçinin yol verdiyi pozuntuların nədən ibarət olması, hansı səbəbdən işdə saxlanıla bilməməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi də ümumiyyətlə müzakirə edilməmiş, iclasda çıxış edənlər yalnız iddiaçının işdən azad edilməsi barədə işəgötürənin müraciətini tam dəstəklədiklərini bildirməklə kifayətlənmişlər. Bu halda Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri baxımından həmkarlar təşkilatının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verməsi barədə qərarı əsaslandırılmış yazılı qərar hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın həddləri müəyyən edilmişdir. Həmin Məcəllənin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə əmək qanunvericiliyinin tələbləri baxımından heç bir hüquqi qiymət vermədən apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiy i nəticəni qanuni və əsaslı hesab etmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçının konkret hansı əmək pozuntusuna yol verməsinə görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsində göstərilən əsaslarla xitam verilməsi barədə sübut təqdim edilməməsinə əmək qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət vermədən hazırki iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, heç bir pozuntu törətmədiyini, əmək funksiyalarını lazımınca yerinə yetirdiyini sübut etmək işçinin vəzifəsi olmamaqla, bunun əksini, eləcə də verdiyi əmrin qanuniliyini və zəruruliyini sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həm in Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla, əmək qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə mübahisə həll edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar