Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1139/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə Cavabdeh İddiaçı, Şəki rayon 2 saylı Notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələbinə Müstəqil tələb irəli sürən üçüncü şəxs xxxxxx Cavabdeh, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması kəsici müddətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki koll egiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh vəkili X2, müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Şöhlət Əliheydər qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1430/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) ilə xxxxxxxxxxx(bundan sonra – üçüncü şəxs) xx.xx.1964-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nik ah dövründə - xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev və ya fərdi yaşayış evi) cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-3063/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə üçüncü şəxs arasındakı nikah pozulmuşdur. xx xxxx 2017-ci il tarixdə cavabdehlə İddiaçı (bundan sonra – iddiaçı) arasında mübahisəli evin 30000 manata sonuncuya satılması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh tərəfindən Şəki rayon 2 saylı Notariat kontorunda imzlanmış xx.xx.2017-ci il tarixli ərizədə bildirilmişdir ki, ona məxsus daşınmaz əmlakları satan zaman subay olmuşdur. Bununla bağlı gələcəkdə hər hansı mübahisə yarandığı təqdirdə məsuliyyəti və məsələnin həllini öz üzərinə götürür. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədə bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmuş, həmin müqaviləyə əsasən bütün məbləğ ona ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özünə məxsus əşyaları ilə birlikdə mülkiyyətində olan mübahisəli evdən çıxarılması barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehə məxsus mübahisəli evi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin fərdi yaşayış evini alqısatqı qaydasında əldə edən zaman cavabdeh bildirmişdir ki, yaşlı adamdır və heç kimsəsi yoxdur, bu səbəbdən ölüm gününədək həmin evdə yaşamasını iddiaçıdan xahiş etmişdir. Yaşlı və kimsəsiz olduğu üçün iddiaçı cavabdehlə razılaşmış və alqı-satqı baş tutandan sonra da cavabdehin həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh təxminən 2019cu ilin yay aylarınadək heç bir narazlıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh iddiaçını öz şəxsi mülkiyyətində olan evə buraxmaq istəməmiş, bununla da onlar arasında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən evini tərk etmə sini tələb etmiş, lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayət etməyə başlamışdır. Cavabdeh şikayətlərində göstərmişdir ki, güya iddiaçı ilə onun arasında alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dəyəri olan 30 000 manat pul ona ödənilməmişdir. Cavabdehin bütün bu şikayətlərindəki iddialarına son qoymaq üçün cavabdehdən xx xxxx 2019-cu il tarixdə sözügedən fərdi yaşayış evinin alqı-satqısı baş verərkən evin dəyəri olan 30.000 manat pul məbləğinin ona ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə almışdır. Cavabdeh həmin ərizəni notariat ofisinə gedərək könüllü olaraq vermişdir. Cavabdeh yenidən həmin fərdi yaşayış evinə iddiaçının gəlib-getməsinə maneələr yaradır. Cavabdeh iddiaçıya, həmçinin Şəki rayonu 2 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur və hazırda həmin evdə tək yaşayır. 2017-ci ildə arvadından boşanmaq üçün Şəki Rayon Məhkəməsinə getmişdir. Həmin vaxt məhkəmədə mühafizəçi işləmiş Ramin adlı şəxs (iddiaçının həyat yoldaşıdır) məhkəmədən sonra onu yaşadığı evə gətirmişdir. O, Raminə tək yaşadığ ından ona qulluqçu lazım olduğunu bildirmişdir. Sonradan Ramin ona iddiaçının guya qəyyum təyin edilməsi ilə bağlı sənədə imza etdirmişdir. Düzdür, o mübahisəli müqaviləyə imza etmişdir, lakin müqavilənin evin satılması barədə olmasından xəbərsiz olmuşdur. Çox sonralar bilmişdir ki, imzaladığı müqavilə evinin satılması ilə bağlıdır. Halbuki o, öz evini satmaq niyyətində olmamışdır. Onun 82 yaşı var, evi satmaq ona gərək olmayıb. Bundan əlavə həmin müqavilə bağlanan zaman ona pul ödənilməmişdir. Ramin onun yaşlı olmasından, həm də etibarından suiistifadə edərək sənədlərə imza etdirmişdir. Notarius da ona heç nə başa salmamışdır. İddiaçı qarşılıqlı iddia tələbinə müddətin tətbiq olunması barədə ərizə vermişdir. İşə baxılması zamanı üçüncü şəxs müstəqil tələb irəli sürərək, iddiaçı ilə cavabd eh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Şəki rayon 2 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi və iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahda olmuş, mübahisəli yaşayış evi birgə nikah dövründə alınmış, lakin tərəflər rəsmi qaydada boşandığından cavabdeh həmin evdə tək yaşamışdır. Baş verən bu hadisələrdən xəbəri olmamışdır. Bundan əlavə, alqı-satqı müqaviləsi bağlanan zaman onun razılığı alınmamış, cavabdehə də pul ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 31843 saylı məhkəmə-xəttşü naslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 4Ə-804 nömrəli notariat işinin içərisində olan iddiaçının və cavabdehin adlarından olan xx xxxx 2017-ci il tarixli, AN-İ seriyalı, 625668 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satıcı” qrafasındakı imza və “Аbduxоv” yazısı; mülki işin 52-ci vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündəki “İmza:” qrafasındaki imza mülki işin 63-cü vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə “İmza:" qrafasındakı imza və 94-cü vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə “İmza:” qrafasından yuxarıdakı imza - cavabdeh tərəfindən icra olunmuşdur. Şəki Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2( 075)52/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim – C.İmanov) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi və üçüncü şəxsin iddiası təmin olunmuş, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 126 manatın iddiaçıdan alınıb Dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsinin həmin iş üzrə eyni tarixli qərardadı ilə X1 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şəki rayon Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən alıcı tərəfindən evin dəyəri olan 30000 manat pul vəsaitinin notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən alıcının satıcıya ödəməsi bankda açılmış depozit hesabı vasitəsi ilə həyata keçirilməli olduğu halda həmin qaydada həyata keçirilməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi xx xxxx 2017-ci il tarixdə bağlanaraq təsdiq edilsə də, cavabdeh xx xxxx 2019-cu il tarixdə notariat qaydada təsdiq edilmiş ərizə verərək, xx xxxx 2017-ci il tarixdə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmasını təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən pul məbləği cavabdehə verildiyi təqdirdə sonradan başqa bir ərizənin verilməsi ona dəlalət edir ki, alqı-satqı zamanı 30 000 manat pul cavabdehə ödənilməmişdir. Məhkəmə cavabdehin alqı-satqı müqaviləsi bağlandıqdan sonra da mübahisəli evdə yaşamasını vurğulayaraq qeyd etmişdir ki, bu tip müqavil ələrdə formalaşmış təcrübəyə uyğun olaraq satıcının evi boşaltmasına və ya pasport qeydiyyatından çıxmasına 1-3 ay vaxt verilir. Məhkəmə iddiaçı tərəfin cavabdehin hələ də mübahisəli mənzildə yaşamasını onun buna icazə verməsi ilə izah etməsi barədə fikrinə tənqidi yanaşaraq ağlabatan hesab etməmişdir. Qarşılıqlı iddia tələbinin müddət ötürülməklə verilməsi barədə iddiaçı tərəfin fikrinə münasibətdə birinci instansiya məhkəməsi həmin müddətin kəsici müddət olmaqla ötürülməməsi qənaətinə gəlmiş və qeyd etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi bağlanmasından 2019-cu ilin iyun ayında xəbər tutmuş və beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi cavabdehlə arvadı (iş üzrə üçüncü şəxs) arasında bağla nmış nikahın pozulmasından dərhal sonra tələsik şəkildə alqı-satqı müqaviləsi bağlanmasına da şübhə ilə yanaşaraq qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatları daha doğrudur və həqiqəti əks etdirir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, bu hallar tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Üçüncü şəxsin iddiasını əsaslı hesab edən məhkəmə bununla bağlı qeyd etmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Tərəflər arasında olan nikah xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada pozulmuş və həmin tarixdən etibarən Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə ər-arvadın ümumi əmlakının bölgüsü tələbi üçün müəyyən olunmuş 3 illik müddət ötürülməmişdir. Odur ki, üçüncü şəxs göstərilən iddia ilə mü raciət etməkdə haqlı olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 140, 144.1, 144.2, 146.1, 152.1, 152.5, 225.1, 225.6, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 390-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 36.1, 36.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi bildirmişdir ki, xx xxxx 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında mübahisəli evə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən onların h ər ikisinə hüquq və vəzifələri izah olunmuş, bundan sonra müqavilə təsdiq edilmişdir. Həmin vaxt tərəflərin, o cümlədən də satıcının heç bir etirazı olmamışdır. Müqavilə rəsmiləşdirilərkən tərəflər özləri arzu etdiyindən satıcıya pul bankda açılmış depozit vasitəsilə ödənilməmişdir. Pulun onların yanında ödənilməsini də görməmişdir. Lakin satıcı həmin vaxt bununla bağlı hər hansı narazılıq da bildirməmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçı iddia ərizəsində göstərdiklərinə əlavə olaraq bildirmişdir ki, Notariat kontoruna alqı-satqı müqaviləsi bağlamaq məqsədilə qardaşı Ruslanla birlikdə getmişdir. Evin pulunu (29000 manatı) qardaşı Ruslana vermiş, Ruslan da Notariat kontorunun dəhlizində sayaraq cavabdehə (satıcıya) ödəmişdir. 1000 manat pul əvvəlcədən beh kimi verilmişdir. Bundan so nra müqavilə tərtib olunmuş və hər ikisi müqaviləyə sərbəst qaydada imza etmişlər. Həmin vaxt cavabdehə qarşı hər hansı hədəqorxu və ya təsir edilməmişdir. Cavabdeh kifayət qədər yaşlı olmasına baxmayaraq öz hərəkətlərini yaxşı idarə edib. Verilmiş pul əskinazları da iki bağlama yüzlük, qalanı isə əllilik olmuşdur. İşə apellyasiya qaydasında baxılan zaman şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, iddaçı onun bacısıdır. xx.xx.2017-ci il tarixdə bacısı ilə birlikdə ev alqı-satqısı ilə bağlı Notariat kontoruna getmişdir. Həmin vaxt cavabdeh onları Notariat kontorunun qarşısında gözləyirdi. Birlikdə Notariat kontoruna daxil olduqdan sonra cavabdeh evin pulunu onlardan istəmişdir. O, 29.000 manatı sayaraq cavabdehə verib. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bun dan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1430/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında mü bahisələndirilən alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, həmin müqavilənin bağlanması zamanı cavabdehin əsl həqiqi niyyəti araşdırılmamış, sonuncunun iradə ifadəsi əqdin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş şərtlərlə (tələblərlə) qeyri-adekvat olmuşdur. Məhkəmə qeyd etmişdir ki, bu kimi əqdlər rəsmiləşdirilərkən əqddəki iradə və iradəni ifadə etmə digər şərtlərlə vəhdət təşkil etməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, notariat əməliyyatı aparılan zaman mülkiyyətçinin (satıcının) nikahın pozulmasına dair şəhadətnaməsi tələb edilməməklə notariat işinə əlavə edilməmiş, notarius yalnız satıcının (mülkiyyətçinin) subay olması barədə ərizəsini almaqla kifayətlənmişdir. Bundan başqa, mülkiyyətçi mübahisəsi gedən daşınmaz əmlakı satmamışdan az müddət əvvəl, yəni xx xxxx 2017-ci il tarixdə boşanmışdır. Notarius isə bu hala xüsusi diqqət yetirməmişdir. Apellyasiya məhkəməsi iddiaçının, onun nümayəndəsinin və şahid Ruslan Abdurəhimovun ifadələrinə münasibətdə qeyd etmişdir ki, hər üç şəxsin izahatı arasında kifayət qədər ziddiyyət mövcuddur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 14.1, 152.1, 157.2, 153.3, 324.1, 324.5, 337.1, 337.2, 338, 339, 390.1, 390.3, 390.4, 404.1, 404.2, 568.1, 598.1, 598.3-ci maddələrinə, “Notariat haqqında” Qanunun 74-cü maddəsinə, Ailə Məcəlləsinin 36.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yeni ap ellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və ətraflı araşdırmamış, işin nəticəsi üçün əhəmiyyət kəsb edən sübutlara diqqət yetirməmiş, şəxsin subyektiv fikirlərinə qiymət vermiş, şahid ifadələrini isə təhrif etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsi dövlət orqanı olan Notariat kontorunda rəsmi qaydada bağlanmışdır, məhkəmələr həmin müqaviləni etibarsız hesab etməklə Mülki Məcəllənin 337, 351, 354-cü maddələrinin tələblərini pozmuşlar. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir, cavabdehə onun bütün hüquqları izah olunmuşdur, cavabdehdən həmçinin müqavilə bağlanarkən 914.40 manat sadələşmiş vergi rüsumu tut ulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə də təsdiq olunmuşdur ki, müqavilə cavabdeh tərəfindən şəxsən imzalanmışdır, məhkəmə isə rəyi əsassız olaraq sübut kimi qəbul etməmişdir. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmə cavabdehin yazmış olduğu xx.xx.2019-cu il tarixli ərizəni də şübhə altına qoymuşdur, halbuki həmin ərizə Dövlət Notariat kontorunda təsdiq olunmuşdur. Həmin ərizədə isə cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasını, daşınmaz əmlaka görə bütün məbləğin ona ödənildiyini bildirmişdir. Kassator üçüncü şəxsin iddiasına münasibətdə qeyd etmişdir ki, o, müqavilə üzrə vicdanlı alıcıdır. Üçüncü şəxsin iddiası cavabdehin maraqları naminə verilmişdir. Çünki cavabdehlə üçüncü şəxs nikah pozularkən əmlaklarını artıq bölmüşlər. Bundan başqa, evin satışından ə ldə olunmuş məbləğ onlar arasında bölünə bilər və üçüncü şəxs həmin məbləğlə bağlı cavabdehə qarşı iddia qaldırmaq hüququna malikdir. Kassator şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127ci, MPM-in 8, 9.1, 14.2, 77.1, 88, 385-ci maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclası nda vəkilsiz iştirak etdiyinə görə, MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxi l edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin bel ə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. MPM Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Məhkəmə (hakim) öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin mülkiyyət hüquqlarını qoruyur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında satıcının adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla yanaşı, mülki qanunvericilik ərlə arvadın nikah dövründə qazandıqları əmlaklara münasibətdə bu qaydadan istisna da nəzərdə tutur. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Vicdanlı əldə etmənin yuxarıda istinad edilən ümumi qaydasında fərqli olaraq bu etibarsızlıq halı hətta ər-arvadın birgə əmlakını titul mülkiyyətçidən əldə edənin belə hüququn yalnı z müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aid edilir. Qeyd olunan maddə satıcının müqavilənin etibarsızlığını bildiyi və ya bilməli olduğu halda əldə edənin həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır. Baxılan iş üzrə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli ev cavabdehlə üçüncü şəxsin birgə nikahları dövründə əldə edilmişdir. Üçüncü şəxs mübahisələndirilən əqd barədə 2019-cu ilin iyun ayında xəbər tutmuş və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməmişdir. Bu baxımdan ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaş ı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin tələbi ilə yanaşı, qarşılıqlı iddianı da əsaslı hesab edərək təmin etsə də, həmin iddianı işdə olan hansı sübutlara istinadla əsaslı hesab etdiyini və həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının nədən ibarət olduğunu əsaslandırmamışdır. Halbuki mübahisə üzrə əqdi etibarsız hesab edən məhkəmə işin müəyyən edilmiş hallarının əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş konkret hansı normanın (tələbin qanuni əsasının) dispozisiya şərtlərinə uyğun olduğunu əsaslandırmalıdır. Apellyasiy a instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmamasını, həmçinin alqı-satqı üzrə nəzərdə tutulan pul məbləğinin iddiaçıya verilmədiyi ilə əsaslandırmağa çalışsa da, qətnamənin digər hissəsində alqı-satqı müqaviləsi üzrə pulun verilməməsinin müqavilənin etibarsızlığı deyil, ləğvi üçün əsas olduğunu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi xx xxxx 2017-ci il tarixdə bağlanaraq təsdiq edilmış, lakin sonradan, təxminən 2 il keçəndən sonra cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə ilə xx.xx.2017-ci il tarixdə aralarında alqı-satqı müqaviləsinin olmasını təsdiq etmiş, həmin müqaviləyə əsasən bütün məbləğin ona ödənilməsini göstərmiş, həmçinin gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirmişdir. Məhkəmə bu sənədi mötəbər sübut kimi qəbul etməməsini onunla əsaslandırmışdır ki, əgər alqı-satqı anında daşınmaz əmlakın dəyəri tam olaraq ödənilmişdirsə, sonradan hansı səbəbdən cavabdeh müvafiq orqanlara şikayət etmiş və həmin ərizənin yazılmasına nə ehtiyac olmuşdur. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Qeyd olunmalıdır ki, işə baxan məhkəmə hər hansı sübutu mötəbər sübut kimi qəbul etmədiyi halda yalnız subyektiv mülahizələrə istinad etməməli, bu sübuta işdə olan digər mötəbər sübutlar və işin halları ilə məcmu şəkildə qiymət verməli və məhz həmin sübutlardan və hallardan irəli gələn ağlabatan və inandırıcı əsasland ırmadan çıxış etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğ u üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Qeyd olunanlarla yanaşı, baxılan iş üzrə xx.xx.2017-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsinin satıcı qismində cavabdeh tərəfindən imzalandığı işin mübahisə olunmayan halıdır. Həmin müqavilə mübahisələndirilən əqdlər üçün xarakterik olan aldatma əsası ilə iddiaçı tərəfindən məhkəmə qaydasında iki il sonra xx.xx.2019-ci il tarixdə mübahisələndirilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər qeyd olunan əsasla bir il ərzində əqdi mübahisə edə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia tələbinə həmin maddənin tətbiqi mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı qənaətə gəlsə də, Mülki Məcəllənin tətbiq edilməli olan 337.5-ci maddəsinin hazrıkı mübahisəyə tətbiqi mümkünlüyünü də müzakirə etməmiş, yaxud bunun hansı əsaslarla mümkün olmadığını əsaslandırmamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi nin təmin olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissələrdə - ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, həmçinin mübahisəyə Mülki Məcəllənin 354.2 və 337.5-ci maddələrinin tətbiqi mümkünlüyü üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(107)-1430/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.