Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1139/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kirayə haqqı, mənəvi ziyan tələbi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “kirayə haqqının ödənilməsi” barədə ilk, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması və mənəviz zə rərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6653/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli, 208 nömrəli Sərəncamı ilə ünvan 1küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh istifadəsinə verilib.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 288000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdehn apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən alınmalı olan maddi ziyanın məbləğinin 229000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş mad di zərərin əvəzi qismində 490000 manatın, mənəvi zərərin əvəzi qismində 50000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 (yüz altmış beş min üç yüz iyirmi iki manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 283200 (iki yüz səksən üç min iki yüz) manatın alınaraq İdd iaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1676/2021 saylı qərarı ilə İddiaçı və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Cavabdeh MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanlmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,05 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məh kəmə aktının həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli 13(102)-3(k)/2022 saylı qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətində olan evindən və istifadəsinə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(102)-1676/2021 nömrəli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il ta rixli 2(103)-3809/2020 nömrəli qətnaməsinin “İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissədə ləğv edilməsi, işin həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat kirayə haqqı kimi ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Cavabdeh MTK-ya (bundan sonra “cavabdeh” və ya “MTK”) qarşı məhkəməyə müraciət edərək, ca vabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə məhkəmə işi yekunlaşıb məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi təmin edilənədək cavabdeh tərəfindən ona kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquql arın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mübahisəli yaşayış evinin ½ hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 2017-ci ilin may-iyun aylarında cavabdehlə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar olub. İddiaçı cavabdehin təklifi ilə razı olmadığından, cavabdeh onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan verməyib. Bundan başqa, cavabdeh ətrafda yerləşən evləri sökərək, qazıntı işləri aparıb və iddiaçının evinə gediş-gəliş yolunu bağlayıb. İddiaçının evində yaşamaq artıq müm künsüz olub. Qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq, iddiaçı ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişdir.
13. İddiaçı mülkiyyətindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüququna qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş edib. Nəsimi Rayon Məhkəməsi 07 iyul 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməyib. Bu q ərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsinin qohumugildə olmağından istifadə edərək, cavabdeh gecə iddiaçının evinin bir hissəsini uçurub.
14. Bundan sonra iddiaçı cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsinə "əmlaka vurulmuş maddi ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi”nə dair iddia ərizəsi təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Bu iddia ərizəsi ilə yanaşı, iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər-hansı qazıntı-tikinti və sair işlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edib. Lakin Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadla iddianın təmini tədbiri barədə ərizəni rədd edib, iddiaçı həmin qərardaddan şikayət verib, məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda, evi cavabdeh tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edilib.
15. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv edib və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar verib. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, iddiaçının evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmayıb.
16. Məhkəmə proseslərində və məhkəmə qərarlarında cavabdeh tərəfindən evin söküntüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında keçirildiyi təsdiq edilib. Nazirlər Kabinetinin bu qərarının tələbinə müvafiq olaraq, cavabdeh tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyul 2017-ci İl tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Bu kirayə haqqının ödənilməsi 2 020-ci ilin iyul ayının 24-dək davam edib. Lakin 2018-ci ilin 24 iyul tarixdən bu günə kimi, cavabdeh tərəfindən iddiaçıya kirayə haqqının ödənilməsi təmin edilmir. Cavabdeh buna səbəb kimi iddiaçının evinin sökülməsinə görə maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını göstərib. İddiaçı həmin məhkəmə qərarının hələ qüvvəyə minmədiyini və icra edilmədiyini bildirsə də, bu günədək ona kirayə haqqının ödənilməsi təmin edilməyib.
17. İddiaçıya kirayə haqqı ödəmək əvəzinə, cavabdeh tərəfindən iddiaçıya 28 oktyabr 2020-ci il tarixli, 427 saylı pretenziya məktubu göndərilib, pretenziyada iddiaşıya kirayə haqqının cavabdehlə şifahi razılaşması əsasında ödənildiyi və iddiaçıdan bu şifahi razılaşmanı pozaraq ev əvəzinə, kompensasiyanın ödənilməsini tələb etdiyi üçün indiyədək ona ödənilmiş kirayə haqqını geri qaytarmalı olduğu tələb edilib.
18. Yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, iddiaçının evi sökülüb və o, ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Cavabdeh qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə iddiaçını və ailəsini evsiz qoymaqla yanaşı, üstəlik, 2020-ci ilin avqust ayından etibarən ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozur, ailənin vəziyyətini daha da ağırlaşdıraraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyur.
19. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 2020-ci ilin avqust ayından etibarən bu günədək aylıq 500 manat olmaqla ödənilməyən kirayə haqqı üzrə borc məbləği 5500 (beş min beş yüz) manatın təcili olaraq iddiaçıya ödənilməsinin təmin edilməsi və eyni zamanda, evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi üzrə məhkəmə qərarı icra edilənədək cavabdeh tərəfindən kirayə haqqının ödənilməsinin davam etdirilməsi təmin edilməlidir.
20. Nazirlər Kabinetinin qeyd edilən qərarının tələbinə müvafiq olaraq, cavabdeh tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının ona ödənilməsi dayandırılıb.
21. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldıqlarını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. 2020-ci İlin avqust ayından bu günədək iddiaçıya ödənilməmiş aylıq kirayə haqqı ayda 500 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir. Bu məbləğ 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayı daxildir.
22. Cavabdehə də kifayət qədər aydındır ki, iddiaçı ilə indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd etdiyi kimi, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yen i yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. İddiaçının evi qanunsuz olaraq, cavabdeh tərəfindən sökülüb və indiyədək iddiaçıya nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya cavabdeh tərəfindən ona ödənilənədək cavabdeh tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir.
23. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına istinad etmişdir.
24. MTK da iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının kirayə pulu adı ilə əsassız yerə MTK-dan aldığı 19500 manat məbləğində pulun MTK-ya geri qaytarılması və vurduğu 500.000 manat məbləğində mənəvi ziyanın MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsı z vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “Yşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 208 saylı, 03 noyabr 2016-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında MTK-nin istifadəsinə ver ilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi MTK-ya həvalə edilmişdir. MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyalarının daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir.
26. Sökülən əraziyə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi də düşmüşdür. Həmin evin ½ hissəsi paylı mülkiyyət hüququ ilə idd iaçının, digər ½ hissəsi isə X2 mülkiyyətində olmuşdur. O cümlədən, hazırki iş üzrə iddiaçı və onun əmisi oğlu olan X5 (fərdi yaşayış evin digər ½ hissəsi payının mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Bundan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyaları daşımış və aylıq kirayə haqları qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər.
27. Mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olan X5 MTK ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin iddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənz il üçün MTK ilə müqavilə bağlamaqdan faktiki imtina etmişdir.
28. İddiaçı məhkəmədə MTK-ya qarşı iddia qaldıraraq, mülkiyyətində olan ünvan 2yə görə 912 090 manat maddi ziyan, 50 000 manat mənəvi zərər, 2500 manat hüquqi xidmət və ödənilmiş 30 manat dövlət rüsumunun MTK-dan tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onu ilə əsaslandırmışdır ki, MTK onu, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum etmişdir və bu səbəbdən ona maddi və mənəvi zərər vurulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının MTK-ya qarşı iddiası qismən təmin etmiş, vurulmuş maddi ziyana görə 288.000 manat məbləğində pul və 15 manat dövlət rüsumunun MTK-dan alımıraq iddiaçıya ödənilməsi, iddia nın digər hissədə rədd edilməsi qət edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3809/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə MTK-dan 448552.50 manat dəymiş maddi və 500 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Qeyd edildiyi kimi, iddiaçı ilə MTK arasında şifahi razılaşmaya əsasən, iddiaçının mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin əvəzinə ərazidə yeni tikilən hündürmərtəbəli binada mənzillə təmin olunan tarixə qədər Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarına uyğun olaraq, xx.xx.2017-ci il tarixdən etibarən hər üç aydan bir, hər ay üçün 500 manat kirayə pulu ödənilmişdir. Ödənilən kirayə pulunun 19500 manat təşkil edir. İddiaçı artıq fərdi yaşayış evinin əvəzinə yeni tikilən binada mənzil tələb etmədiyi üçün, fərdi yaşayış evi və torpaq sahəsinə görə ona dəymiş ziyanı tələb etdiyindən iddiaçıya MTK tərəfindən ödənilən kirayə pulları geri qaytarılmalıdır.
32. Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarının 1.3-cü bəndinin tələblərinə görə də, köçürülən sakinə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunana qədər onlar üçün kirayə edilmiş mənzillərin kirayə pulları ödənilir. Beləliklə, iddiaçı şifahi razılaşmanın şərtlərini pozaraq fərdi evinin əvəzinə mənzil yox, məhkəmədə MTK-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbləri üzrə iddia qaldırmış, hazırda iddiası təmin edilmişdir. Buna görə də, hazırkı dövrə qədər MTK tərəfindən iddiaçıya kirayə haqqı kimi verilmiş cəmi 19500 manat kirayə pulu geri qaytarılmalıdır.
33. İddiaçı həmçinin MTK-nı aldadaraq, müqavilə bağlayacağına dair vəd vermiş, fərdi yaşayış evini söküb mal-materiallarını, ev əşyalarını daşıdıqdan sonra hər ay kirayə pulları almasına baxmayaraq, əsassız tələblər irəli sürmüş, MTK-dan dövlət, icra, məhkəmə orqanlarına çoxsaylı şikayətlər etmiş, şər və böhtanlar atmış, guya onun yaşayış evi MTK tərəfindən sökülmüş və ev əşyaları məhv edilmişdir. Lakin bu iddialar təsdiqini tapmamış, qanuni qüvvəsini almış məhkəmə aktları ilə rədd edilmişdir. MTK-nın işgüzar nüfuzuna ciddi ziyan dəymiş, MTK-nın bazardakı mövqeyinə, yaşayış və qeyriyaşayış sahələrinin satışına və s. fəaliyyətinə mənfi təsirlər etmiş, MTK-nın rəhbərliyi və kollektivi ağır psixoloji-mənəvi sarsıntılar keçirmişlər. Beləliklə, iddiaçının hərəkətləri nəticəsində MTK-ya ümumilikdə 500000 manat məbləğində mənəvi ziyan vurulmuşdur.
34. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4475/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. (hakim Cəmilə Musayeva)
35. Birinci instansiya məhkəməsi müəyyən edib ki, işin mübahisələndirilməyən hallarına görə uzun sürən məhkəmə çəkişmələri nəticəsində iddiaçıya sökülmüş fərdi yaşayış evinin, evin yerləşdiyi həyətyanı torpaq sahəsinin əvəzinə cavabdeh tərəfindən maddi zərər olaraq evə görə 283000 manat, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinə görə 165.322,5 manat və mənəvi zərərin əvəzi qismində 500 manat m əbləğində pulun ödənilməsi qərara alınmışdır.
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyi ondan ibarət olub ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun sürən məhkəmə çəkişmələrinə məruz qalmış, bunun müqabilində ona müvafiq məhkəmə aktlarına əsasən dəymiş maddi və mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (iddia ərizəsində göstərilən müddət üçün bağladığı kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
37. İddiaçıya real olaraq zərərin dəyməsi h alı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
38. İddianın cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının ödənilməsi” hissəsində rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq birinci instansiya məhkəməsi iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini, ümumiyyətlə, zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
39. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Çünki, kirayə haqqı kimi ödənilmiş vəsait hesabına iddiaçı varlanmamışdır. Şirkət işin hallarını bildiyi halda könüllü olaraq id diaçıya kirayə haqqı ödəmişdir.
40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1091, 1092, 1096, 1097-ci və Mülki Prosessual Məcəllənin 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
41. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv, ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Apellyasiya şikayətinin dəlilləri belə olub: - Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qan unvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” tapşırılıb. Nazirlər Kabinetinin bu qərarına müvafiq olaraq, cavabdeh tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanmaqla iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının iddiaçıya ödənilməsi dayandırılıb. Səbəb kimi cavabdeh göstərib ki, məhkəmə qərarı ilə iddiaçıya kompensasiya verilməli olduğundan, kirayə haqqı verilm əyəcək. Halbuki maddi və mənəvi zərərin ödənilməsinə dair tələb üzrə çıxarılmış məhkəmə qərarı bu günədək icra edilməyib. Üstəlik, “cavabdeh tələbin təmin edilməsi üzrə Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verib. Hazırda qeyd edilən iş Konstitusiya Məhkəməsinin icraatındadır; - dörd ildən artıqdır ki, iddiaçının evi sökülüb və iddiaçı ailəsi ilə birlikdə kirayədə qalmalı olmuşdur. Həmçinin bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldığını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib; - cavabdeh qanunsuz olaraq, məhkəmə qərarı olmadan evi sökməklə, iddiaçını və ailəsini evsiz qoymaqla, iddiaçının atasının ölümünə səbəb olmaqla yanaşı, iddiaçıya aylıq 500 manat kira yə haqqının ödəməkdən imtina edir; - Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilənləri və iddiaçıya kirayə haqqının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndi əsasında verilməli olduğunu nəzərə almadan, sübutları – kirayə haqqının ödənilməsinə dair müqavilə və s. sənədin məhkəməyə təqdim edilmədiyini yazaraq iddia tələbini qanunsuz olaraq təmin etməyib; - iddiaçının evi cavabdeh tərəfindən qanunsuz olaraq sökülüb və indiyədək iddiaçıya nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1583/2022 saylı, 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sə drlik edən və məruzəçi), İkram Şirinov, Fuad Babayev)
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşaraq göstərib ki, iddiaçının təşəbbüsü ilə başlanan məhkəmə mübahisələrindən göründüyü kimi, tərəflər arasında kirayə haqqının ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, iddiaçıya, ümumiyyətlə, yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi müəyyən edilməmiş, iddiaçı köhnə tikilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması barədə tikinti şirkəti ilə müqavilə bağlamaq niyyətində olmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsinə görə tərəflər arasında kirayə haqqının ödənilməsi öhdəliyi ni cavabdehin üzərinə qoyan hər hansı razılaşma məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin mülki işin materiallarında bu barədə heç bir dəlil-sübut aşkar edilmədiyindən, bu hal cavabdehin kirayə haqqını ödəməsini istisna edir.
46. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iddiaçıya sökülən binanın əvəzinə mənzil verilməsi razılaşdırılmadığından, iddiaçıya məxsus mənzil ona kompensasiya verilməsi müqabilində söküldüyündən, iddiaçıya kirayə haqqının ödənilməsi ilə bağlı 5500 manat məbləğində pul vəsaitinin ödənilməsindən və kirayə haqqının ödənilməsinin davam etdirilməsindən ibarət iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. c)Kassasiya instansiyası məhkəməsindəki bi rinci icraat
47. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1583/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən s axlanılmışdır.
50. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə ünvan 1küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir. İddiaçıya məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmiş dir. Lakin həmin yaşayış binasında əmlakı sökülən iddiaçıya mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Buna görə iddiaçı əvvəllər şirkətə qarşı vurulmuş zərərin ödənilməsi (sökülmüş əlmakının əvəzi olaraq) ilə bağlı iddia tələbi irəli sürmüş və həmin işə başqa icraatda baxılmışdır. Həmin iş üzrə çıxarılmış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, MTK iddiaçıya məxsus olan evi qanunsuz olaraq sökmüş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinə riayət edilməmiş, mülkiyyətçi ilə əvvəlcədən razılaşmadan onun evini sökmüş, sonra isə yeni inşa ediləcək binada sökülən əmlakın əvəzi olaraq mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Məhz bu səbəbdən mülkiyyətçi sökülmüş əmlak ının əvəzinin tutulması ilə bağlı tələb irəli sürmüşdür; - Elektron Məhkəmə informasiya sistemi məlumatlarına görə həmin mülki iş üzrə çıxarılmış apellyasiya və kassasiya instansiyası məhkəməsinin qərarları sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarı ilə qismən ləğv edilmiş və hazırda apellyasiya icraatında məhkəmə baxışı mərhələsindədir; - hazırkı işə baxan məhkəmələrə lazım gəlirdi ki, digər işdə iddiaçının evinin sökülməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə və həmin nəticənin qanuni qüvvəsini alıbalmaması mövqeyindən çıxış etsinlər. Yəni, iddiaçının evinin qanunsuz sökülməsi hissəsində məhkəmə qərarları qanuni qüvvəsini almışdırsa, həmin halın mövcudluğu hazırkı iş üzrə əhəmiyyət kəsb edən hal kimi nəzərə alınmalıdır. Çünki digər işdə kassasiya məhkəmə sinin qəbul edilmiş qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, şirkət iddiaçı ilə razılığa gəlmədən onun əmlakını qanunsuz və əsassız olaraq sökmüşdür (Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qərarı, mülki iş səhifə 101.). Elektron informasiya sistemindəki məlumatlara görə digər iş üzrə məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən qüvvəsində saxlanmış, ancaq, evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ yenidən baxılması üçün göndərilmişdir; - işə yenidən baxılarkən həmin məsələ bir daha dəqiqləşdirilməlidir; - MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, c əmi 19.500 manat kirayə haqqı kimi ödəniş edilmişdir. Deməli, iddiaçının evi söküldükdən sonra müvvəqqəti yaşamaq üçün kirayə mənzildə yerləşdirilməsi və şirkət tərəfindən hər ay üçün 500 manat vəsait ödənilməsi halı da öz təsdiqini tapır. İşə baxan 1-ci instansiya məhkəməsi ilk iddiaçının tələbinin qanuni əsası ilə bağlı düzgün nəticəyə gəlmiş, zərərdən irəli gələn maddi hüquq normalarının tələbin qanuni əsası kimi çıxış edə biləcəyini qətnamədə qeyd etmiş, lakin işdə olan sübutlara düzgün qiymət verməmiş, iddiaçının zərərin mövcudluğunu sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Halbuki iddiaçının kirayədə yaşaması və ödənilən kirayə haqqı ilə bağlı hal hər iki tərəfin mübahisəsiz olaraq qəbul etdiyi haldır; - apellyasiya instansiyası məhkəməsi isə qətnaməsində ona istinad etmişdir ki, iddiaçının tələb etdiyi kirayə haqqı “Pilot layihə” çərçivəsində sökülmüş əmlakın yerində inşa edilən binada mənzil veriləcək şəxslərə şamil olunduğu və iddiaçı ilə belə müqavilə mövcud olmadığı üçün Nazirlər Kabinetinin müaviq qərarının həmin bəndi (1.3-cü bəndi) iddiaçıya münasibətdə tətbiq oluna bilməz; - ilk növbədə qeyd edilməlidir ki, tələbin qanuni əsasını tapmaq iddiaçının deyil, məhkəmənin vəzifəsidir. Ona görə iddiaçının tələbinin qanuni əsası kimi hansı normalara istinad etməsi qərarın qəbul edilməsində əhəmiyyət kəsb etmir; - apellyasiya məhkəməsinin kirayə haqqı ilə bağlı qənaəti Nazirlər Kabinetinin müvafiq qərarının təyinatı və güddüyü məqsədə uyğun şərh edilməmişdir. Əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı qəzalı vəziyyətdə olan binalarda, evlərdə yaşayan sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmışdır. Məhz ona görə həmin qərarda sakinlərin yaşadıqları evlərdən qarşılıqlı razılaşma əsasında köçürülməsi, onlara başqa mənzil verilənədək kirayə haqlarının ödənilməsini özündə ehtiva etmişdir. Həmin qərarın 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan kö çürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər. Deməli, qərarın mahiyyəti ondan ibarətdir ki, vətəndaşların əmlakı qarşılıqlı razılaşma əsasında sökülməli, sökülən evin yerində inşa ediləcək binada mənzil hazır olanadək həmin vətəndaş başqa yerdə məskunlaşmalı və onun məsrəfləri tikintini aparan şirkət tərəfindən qarşılanmalıdır. Hazırkı işdə iddiaçının evinin qarşılıqlı razılaşma olmadan sökülməsi və belə razılaşma olmadan müvvəqqəti başqa yerdə məskunlaşması təsdiq olunduğu təqdirdə aylıq ödəniləcək kirayə haqqı məbləğinin tutulması artıq Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarın ın müdəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutula bilər. Çünki şəxsin evi söküldüyü üçün onun əvəzi olaraq qarşılıqlı razılaşma ilə ya başqa yaşayış yeri verilməli, və yaxud qarşılıqlı razılaşma ilə əmlakının dəyəri ödənilməlidir. Nə qədər ki, hazırkı vaxta qədər qeyd olunanların heç biri ilə bağlı qarşılıqlı razılaşma əldə edilməmiş, mübahisə olduğu təqdirdə isə məhkəmə qərarının icrası gözlənilmədən əmlak sökülmüş, vurulmuş zərərin ödənilməsinə dair qətnamənin icrasına dair sübutlar təqdim edilməmiş, belə olan təqdirdə iddiaçıya vurulmuş zərərin davam etməsi mübahisəsizdir; - eyni zamanda nəzərə alınmalıdır ki, digər işdə (əmlakının sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsinə dair işdə) iddiaçı kirayədə yaşaması ilə bağlı vurulan zərəri (xərcləri) qarşı tərəfdən tələb etməmi şdir; - işə yenidən baxılarkən məhkəmə digər iş üzrə müəyyən edilən halları bir daha nəzərdən keçirməli, həmin işlərin qarşılıqlı əlaqəsini öyrənməli, mümkün olarsa onların bir icraatda birləşdirilməsini müzakirə etməli, yuxarıda qeyd olunan zəruri hallarla bağlı həmin işdə müəyyən edilən hallardan (qarşılıqlı razılaşma olmadan evin sökülməsi halı) çıxış edərək müvafiq hüquqi dəyərləndirmə aparmalıdır.
51. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 21, 1069 və 1097-ci maddələri ilə əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
52. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6653/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İ ddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4475/2021 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməməsinə dair hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin olunmuş, ilkin iddia üzrə Cavabdeh MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının Cavabdeh MTK tərəfindən İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsin də iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiyanın iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Namiq Cəfərov)
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına görə Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə ünvan 1küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında MTK-nın i stifadəsinə verilmişdir. MTK tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir. İddiaçıya məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Lakin həmin yaşayış binasında əmlakı sökülən iddiaçıya mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Buna görə iddiaçı vurulmuş zərərin ödənilməsi (sökülmüş əlmakının əvəzi olaraq) ilə bağlı MTKya qarşı iddia qaldırmışdır. Həmin iddia icraatı üzrə müəyyən edilmişdir ki, MTK iddiaçıya məxsus olan evi qanunsuz olaraq sökmüş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının tələblərinə riayət edilməmiş, mülkiyyətçi ilə əvvəlcədən razılaşma dan onun evi sökülmüş, sonra isə yeni inşa ediləcək binada sökülən əmlakın əvəzi olaraq mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Məhz bu səbəbdən mülkiyyətçi sökülmüş əmlakının əvəzinin tutulması ilə bağlı tələb irəli sürmüşdür. Həmin iş üzrə məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən saxlanılmış, ancaq, evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ yenidən baxılması üçün göndərilmiş və hazırda apellyasiya icraatında olmaqla iş üzrə məhkəmə texniki ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən işin hazırki işlə bir icraatda birləşdirilməsi mümkünlüyü ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbinin ilk iddia üzrə iddiaçının fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın MTK tərəfindən ona ödənilməsi təmin edilənədək, MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirilməsi barədə olduğundan, torpaq sahəsinə dair kompensasiyanın ödənilməsinə dair həmin işlə hazırki işin bir icraatda birləşdirilməsinə zərurət yoxdur.
55. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının tələbinin qanuni əsası ilə bağlı düzgün nəticəyə gəlib, zərərdən irəli gələn maddi hüquq normalarını tələbin qanuni əsası kimi çıxış edə biləcəyini qətnamədə qeyd etsə də, işdə olan sübutlara düzgün qiymət verməmiş, iddiaçının zərərin mövcudluğunu sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Halbuki iddiaçının kirayədə yaşaması və ödənilən kirayə haqqı ilə bağlı hal hər iki tərəfin mübahisəsiz olaraq qəbul etdiyi haldır.
56. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı qəzalı vəziyyətdə olan binalarda, evlərdə yaşayan sakinlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmışdır. Məhz buna görə həmin qərarda sakinlərin yaşadıqları evlərdən qarşılıqlı razılaşma əsasında köçürülməsi, onlara başqa mənzil verilənədək kirayə haqlarının ödənilməsi nəzərdə tutulmuşdur. 5
7. Həmin qərarın 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
58. Qərarın mahiyyəti ondan ibarətdir ki, vətəndaşların əmlakı qarşılıqlı razılaşma əsasında sökülməli, sökülən evin yerində inşa ediləcək binada mənzil hazır olanadək həmin vətəndaş başqa yerdə məskunlaşmalı və onun məsrəfləri tikintini aparan ş irkət tərəfindən qarşılanmalıdır.
59. Hazırkı işdə iddiaçının evinin qarşılıqlı razılaşma olmadan sökülməsi və belə razılaşma olmadan müvəqqəti başqa yerdə məskunlaşması təsdiq olunduğu təqdirdə aylıq ödəniləcək kirayə haqqı məbləğinin tutulması artıq Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarının müddəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutulmalıdır. Çünki şəxsin evi söküldüyü üçün onun əvəzi olaraq qarşılıqlı razılaşma ilə ya başqa yaşayış yeri verilməli və yaxud qarşılıqlı razılaşma ilə əmlakının dəyəri ödənilməlidir. Nə qədər ki, hazırkı vaxta qədər qeyd olunanların heç biri ilə bağlı qarşılıqlı razılaşma əldə edilməmiş, mübahisə olduğu təqdirdə isə məhkəmə qərarının icrası gözlənilmədən əmlak sökülmüş, vurulmuş zərərin ödənilməsinə dair qətnamənin icrasına dair sübutlar tə qdim edilməmiş, belə olan təqdirdə iddiaçıya vurulmuş zərərin davam etməsi mübahisəsizdir.
60. Eyni zamanda nəzərə alınmalıdır ki, digər işdə (əmlakının sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsinə dair işdə) iddiaçı kirayədə yaşaması ilə bağlı vurulan zərəri (xərcləri) qarşı tərəfdən tələb etməmişdir.
61. MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19500 manat kirayə haqqı kimi ödəniş edilmişdir. Deməli iddiaçının evi söküldükdən sonra onun müvəqqəti yaşamaq üçün kirayə mənzildə yerləşdirilməsi və şirkət tərəfindən hər ay üçün 500 manat vəsait ödənilməsi halı da öz təsdiqini tapmışdır.
62. Qeyd edilənlərə əsasən apellyasiya in stansiyası məhkəməsi belə nəticəyə gəlib ki, ilk iddia təmin edilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
64. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Kassasiya şikayəti belə əsaslandırılıb: - MTK hazırki iş üzrə heç bir qanunsuz hərəkətə yol verməmiş, hər hansı qanunsuz hərəkətləri nəticəsində kiməsə zərər vurmamışdır. Məhkəmə kirayə haqqı ilə bağlı cavabdehin hansı qanunsuz hərəkətlərə yol verdiyini və cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olduğunu müəyyən edə bilməmişdir; - apellyasiya məhkəməsi MTK-nın hazırki işdə iddiaçıya vurduğu ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində baş verdiyini, deliktin nədən ibarət olduğunu və bununla bağlı cavabdehin təqsirini sübut edən halları göstərmədən müvafiq pulun tutulmasını qət etməklə Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərini pozmuşdur; - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin ½ hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçıya, digər ½ hissəsi isə X4 məxsus olmuşdur. Mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olan MTK ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin iddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini pozaraq, müəyyən tələblər irəli sürərək, yeni mənzil üçün MTK ilə müqavilə bağlamaqdan imtina etmişdir. İddiaçı ilə cavabdeh arasında heç bir müqavilə imzalanmamış və buna görə də, MTK-nın k irayə haqqının ödənilməsi ilə əlaqədar öhdəlikləri olmamışdır; - həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətləri qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin qeyd edilən Qərarının mahiyyətinə görə, sakinlərə kirayə haqqlarının ödənilməsi, onlara yeni tikiləcək yaşayış binasının inşası başa çatanadək onların mənzil ehtiyac larının qarşılanması üçün nəzərdə tutulmuşdur. Yəni, sökülmüş binanın əvəzinə yeni tikiləcək binada mənzillə təmin edilmiş şəxslər kirayə haqqının ödənilməsi hüququndan faydalanırlar. İddiaçıya sökülmüş binanın əvəzinə mənzil verilməsi razılaşdırılmamış, mənzilin əvəzinə ona kompensasiya ödənilmişdir. Belə olan halda, iddiaçıya gələcəkdə tikilməsi nəzərdə tutulmuş binadan mənzil verilməsi vəd olunmadığından, ona kirayə haqqının ödənilməsi zərurəti aradan qalxmışdır; - iddiaçının təşəbüssü ilə başlanan məhkəmə mübahisələrindən göründüyü kimi, tərəflər arasında kirayə haqqının ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, iddiaçıya, ümumiyyətlə, yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilm əsi öhdəliyi götürülməmiş və iddiaçı köhnə tikilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması barədə tikinti şirkəti ilə müqavilə bağlamaq niyyətində olmamışdır. Bütün bu qeyd olunanları məhkəmə nəzərə almayaraq MM-nin 386.1-ci maddəsinin tələblərini pozmuşdur; - apellyasiya məhkəməsi qətnamə çıxararkən heç bir sübuta əsaslanmamış və konkret olaraq sübutlara istinad etməmişdir. Hansı sübutlara əsasən məhkəmənin ilkin iddianın təmin edilməsi nəticəsinə gəldiyi məlum deyil; - ümumiyyətlə, apellyasiya məhkəməsi məhkəmə iclasında sübutları tədqiq etməmiş və sübutsuz, əsassız bir qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin öd ənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ poz ulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
68. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti ilk iddianın təmin edilməyən hissəsi olub, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissədə iddianın təmin edilməsi barədədir. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, ilk iddianın təmin edilən hissəsi başa düşülür.
69. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
72. İlk iddia tələbi ödənilməyən kirayə haqqının ödənilməsi və bu ödəmənin tərəflər arasındakı başqa bir mübahisə üzrə məhkəmə qərarının qüvvəyə minənədək davam etdirilməsi barədədir.
73. İşin mübahisələndirilməyən halları kimi müəyyən edilib ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə ünvan 1küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyriyaşayış obyektlərinin tikintisinin layihələ ndirilməsi üçün torpaq sahəsi icarə əsasında MTKnın istifadəsinə verilmişdir. MTK tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir. İddiaçıya məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Lakin həmin yaşayış binasında əmlakı sökülən iddiaçıya mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Buna görə iddiaçı vurulmuş zərərin ödənilməsi (sökülmüş əlmakının əvəzi olaraq) ilə bağlı MTK-ya qarşı iddia qaldırmışdır. Həmin iddia icraatı üzrə müəyyən edilmişdir ki, MTK iddiaçıya məxsus olan evi qanunsuz olaraq sökmüş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının tələblərinə riayət edilməmiş, mülkiyyətçi ilə əvvəlcədən razılaşmadan onun evi sökülmüş, sonra isə yeni inşa ediləcək binada sökülən əmlakın əvəzi olaraq mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmişdir.
74. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, hazırkı işdə iddiaçının evinin qarşılıqlı razılaşma olmadan sökülməsi və belə razılaşma olmadan müvəqqəti başqa yerdə məskunlaşması təsdiq olunduğu üçün aylıq ödəniləcək kirayə haqqı məbləğinin tutulması artıq Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarının müddəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutulmalıdır. Çünki şəxsin evi söküldüyü üçün onun əvəzi olaraq qarşılıqlı razılaşma ilə ya başqa yaşayış yeri verilməli və yaxud qarşılıqlı razılaşma ilə əmlakının dəyəri ödənilməlidir. Nə qədər ki, hazırkı vaxta qədər qeyd olunan ların heç biri ilə bağlı qarşılıqlı razılaşma əldə edilməmiş, mübahisə olduğu təqdirdə isə məhkəmə qərarının icrası gözlənilmədən əmlak sökülmüş, vurulmuş zərərin ödənilməsinə dair qətnamənin icrasına dair sübutlar təqdim edilməmiş, belə olan təqdirdə iddiaçıya vurulmuş zərərin davam etməsi mübahisəsizdir.
75. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin zərərvurmadan (deliktdən) yaranması nəticəsinə gələrək iddianı qeyd edilən əsasla təmin etmişdir.
76. Mülki Məcəllənin Maddə 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
77. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin hazırki qərarın 53-63-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
78. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ilk iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
79. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
80. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsasən iddiaçı ilə cavabdehin müqavilə münasibətlərinin olmaması, bu səbəbdən cavabdehin iddiaçıya kirayə pulu ödəmək vəzifəsi daşımaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə aylıq ödəniləcək kirayə haqqının Nazirlər Kabinetinin Qərarının müddəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutulmalı olması qənaətinə gəlmişdir. Buna görə də iddiaçı ilə cavabdehin müqavilə münasibətlərinin olmaması hazırki halda iddianın rədd edilməsi üçün əsas ola bilməz. Üstəlik qeyd edilən məsələyə hazırki iş üzrə Ali Məhkəmənin əvvəli qərarında da ayrıca qiymət verilib.
81. Apellyasiya məhkəməsinin qətnamə çıxararkən heç bir sübuta əsaslanmaması və konkret olaraq sübutlara istinad etmə məsi barədə dəlil də əsassızdır. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını – iddiaçının evinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi, ilk vaxtlarda iddiaçıya cavabdeh tərəfindən kirayə haqqı ödənilməsi – işdə olan məhkəmə qərarları əsasında müəyyən etmişdir.
82. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6653/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.