Məhkəmə qərarları › İş №2(102)-114/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-114/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-114/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1276/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 aprel 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 2. 26 aprel 2019-cu il tarixli, 3M-249 saylı beh müqaviləsinə əsasən İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,0246 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 229,3 kv.m fərdi yaşayış evinə dair bağlanan alğı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədi ilə ödənilməli olan 145000 (bir yüz qırx beş min) manat məbləğin 17000 (on yeddi min) manatını beh almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh əmlakları ilə birlikdə iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsində yerləşən 56 A nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin alğı-satqısı ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərin icra müddətinin 1 il uzadılmasını, əks halda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üz rə cavabdehdən evin alğı-satqısına görə 40000 (qırx min) ABŞ dollarının, 2800 manat məbləğində evin sənədləşdirilməsinə dair çəkilən xərcin və ona yetirdiyi maddi zərərə görə əldən çıxmış fayda olaraq 40000 (qırx min) ABŞ dollarının alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 25 aprel 2019-cu il tarixli, ********* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətindədir. 26 aprel 2019-cu il tarixdə Cavabdeh ilə aralarında Gəncə “Asan Xidmət” mərkəzinin Notariat Ofisində “Beh” müqaviləsi bağlanmış və ona məxsus fərdi yaşayış evini 17.000 manat beh almaqla 145000 manata 26 apr el 2020-ci il tarixədək qalıq məbləğ ödənilmək şərtilə əşyaları ilə birlikdə Cavabdeh satmışdır. Həmçinin, aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evinə köçməsinə razılıq vermişdir. Həmin tarixdən Cavabdeh və ailə üzvləri ona məxsus fərdi yaşayış evində yaşayırlar. Lakin müddətin bitməsinə baxmayaraq, Cavabdeh götürdüyü öhdəliyi icra etməmişdir.

7. Cavabdeh və X3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, 26 aprel 2019cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında Gəncə “Asan Xidmət” mərkəzinin Notariat Ofisində beh müqaviləsi bağlanmış, İddiaçı məxsus fərdi yaşayış evini 17.000 manat beh verməklə 145000 manata 26 aprel 2020-ci il tarixədək qalıq məbləği ödəmək şərti ilə alğısatqı müqaviləsi bağlamışlar. Həmçinin, sənədl əşmə işləri ilə əlaqədar 2800 manat xərcləmişdir. İddiaçı onun və ailə üzvlərinin mübahisəli fərdi yaşayış evinə köçməsinə razılıq vermiş, özü isə Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Nadir evin yerdə qalan pulundan ona göndərməyi xahiş etdiyindən o və atası 30.000 ABŞ dolları bank vasitəsilə göndərə biləcəklərini bildirsə də, Nadir Gəncədə yaşayan Cavanşir adlı qohumunun olduğunu və 30.000 ABŞ dolları ona vermələrini bildirmişdir. 08 sentyabr 2019-cu il tarixdə Cavanşir onların yaşadıqları evə gələrək 30.000 ABŞ dolları almış, bir müddət keçdikdən sonra isə Nadir mesaj göndərərək, pulu aldığını qeyd etmişdir. Bakı şəhərində özünə məxsus satdığı evi alan şəxsə 1 il möhlət verdiyindən İddiaçı ona 1 il müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin Nadi r onunla razılaşmamışdır.

8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 15 sentyabr 2021-ci il tarixli 2(043)-2732/2021 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh əmlakları ilə birlikdə ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi; Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan manatı ekvivalentində 30.000 (otuz min) ABŞ dolları və 2800 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi; Qarşılıqlı iddanın qalan hissədə təmin edilməməsi; İlkin iddia üzrə Cavabdeh və onun əmlaklarının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddia üzrə ödənilməli olan pu l məbləğinin Cavabdeh ödənildiyi andan başlanılması; İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilməmiş 30 manat dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi qət olunmuşdur.

9. Məhkəmə işin faktiki hallarına istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddiaçının iddia etdiyi fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmaqla cavabdehin həmin fərdi yaşayış evində yaşaması üçün hüquqi əsas yoxdur. Ona görə də ilkin iddia üzrə Cavabdeh əmlakları ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır.

10. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddia üzrə tələb olunan 40000 ABŞ dollarının 10000 ABŞ dolları yəni 17000 manatı tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə verilmiş və qeyd olunan müqavilənin şərtlərində alğı-satqı müqaviləsinin icra edilməməsi üçün alıcı tərəfindən məsuliyyət daşındığı halda behin qaytarılmaması şərtləndirilmişdir.

11. Müqavilə üzrə icra müddətinin uzadılmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə baxışı zamanı icra müddətinin 10 ay uzadılması barədə təklif irəli sürmüş, qarşı tərəf həmin təkliflə razılaşmamışdır. Digər tərəfdən cavabdeh 40000 ABŞ dolları maddi zərərə görə əldən çıxmış faydanın ödənilməsini tələb etsə də həmin zərərin nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə gə ldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 491.1, 491.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxartmışdır. Belə ki, dünyanı bürümüş koronavirus xəstəliyi ilə əlaqədar sahibkarlıq fəaliyyətində geriləmə ol duğundan İddiaçı ilə aralarında bağlanmış beh müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra edə bilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Rəhman Muradov (sədrlik edən və məruzəçi) Rəşad Mamedov və Ədil Məmmədov) 2(104)-1276/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 2 9, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 425, 491.1, 491.2, 491.3, 492.1, 492.2, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 157.4, 425, 491.1, 491.2, 492.1, 492.2-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya şikayəti Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad edilməklə təmin edilməmişdir. Halbuki, ilk iddia üzrə iddiaçının mülkiyyət hüququ pozulmayıb. Cavabdeh tərəfindən evə görə beh kimi 17.000 manat pul verilib. Müqavilə 1 il müddətinə bağlanmışdır. 1 il tamam olanda 30.000 ABŞ dolları da ödənilib. İlk iddia üzrə iddiaçı razılaşmışdır ki, yerdə qalan pulu azaz ödəyərlər. Belə olan halda 2800 manat da evin sənədləşdərilməsinə xərcləndiyi halı da nəzərə alaraq qeyd edilməlidir ki, iddiaçının mülkiyyət hüququ pozulmayıb. İddiaçı razılığa gəlib evin pulunun 71.000 manatı cavabdehdən aldıqdan sonra iddia qaldırıb cavabdehin evdən çıxarılmasını tələb etmişdir. Bu isə onu sübut edir ki, məhkəmənin şikayəti rədd edərkən Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etməsinə hüquqi əsas yoxdur. İlk iddia üzrə iddiaçı cavabdehlə razılaşıb evin yarı dəyərini almış, yerdə qalan məbləğin isə az-az ödənilməsinə razı olmuşdur. Məhkəmə apel lyasiya şikayətini rədd edərək Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir. Halbuki, məhkəmə bu maddəni tətbiq etməkdə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh ilk iddia üzrə iddiaçıya 71.000 manat pul vermişdir. Bu pulu alan iddiaçı evin pulunun yerdə qalanını az-az ödənilməsinə razı olmuşdur. İddiaçı cavabdehdən 71.000 manat pulu alıb 3 ildən sonra iddia qaldırmışdır. Halbuki artıq beh müqaviləsi öz qüvvəsini itirmişdir. Beh müqaviləsi 1 il müddətinə bağlanmış, cavabdeh 1 ildən sonra iddiaçıya 30.000 ABŞ dolları, 2800 Azərbaycan manatı məbləğində pul vermişdir. Belə olan halda məhkəmənin apellyasiya şikayətini rədd edərkən Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etməsinin hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən öhdəlik icra edilməmişdirsə nə üçün cavabdehə 71.000 pul verilib? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

22. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllə

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Maddə

491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Mə cəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

28. Maddə

492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hes aba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1276/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar