Məhkəmə qərarları › İş №2(102)-114/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-114/2025

15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-114/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3400/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 22 saylı evin, 13 saylı, 2 otaqlı mənzilinin 16 kv.m. yaşayış, 10.8 kv.m yardımçı sahədən ibarət 1 otağı Cavabdeh1 paylı mülkiyyətində olmuşdur. 2. xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan həmin əmlakı 8.000.000 manata Cavabdeh2 satmışdır. Bundan sonra həmin əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2000- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən həmin 1 otaq (y/s - 16,8 kv.m, k/s – 12,9 kv.m) hazırda da Cavabdeh2 mülkiyyətindədir, (y/s 15,5 kv.m, k/s – 9,7 kv.m) olan digər otaq X4 mülkiyyətindədir.

3. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.x x.2023-cü il tarixli, 318 saylı müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan bu əmlakı (29,7 kv.m. faktiki sahəsi olan) sökülməsi üçün həmin Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə bunun müqabilində həmin ünvanda inşa ediləcək çoxmənzilli, hündür mərtəbəli yaşayış binasının C blokunun, 5 mərtəbəsində 55 kv.m sahəsi olan təmirli mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdülər. Mənzil Cəmiyyətə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Ədvil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X qarşı (maraqlı şəxs qisminə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 göstərilməklə) iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la cavabdeh X1 xx.xx.1999-cu il tarixdə bağl anmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X8 bağlanmış hesab edilməsi, göstərilən müqavilə əsasında reyestr xidməti tərəfindən cavabdeh X3 verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə X9 mülkiyyət hüququnun tanınması və "xxxx" MMC ilə X5 arasında ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin sökülməklə sonuncuya yeni yaşayış sahəsinin verilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar və hazırda dünyasını dəyişmiş ailə başçıları X10 1992-ci ildə məlum səbəblərdən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərinə köçmüşlər. 1999-cu ildə X10 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 2 saylı evin 13 saylı mənzilinin 1 otağını almaq qərarına gəlmişdir. Lakin, həmin vaxt (məcburi köçkün olduğunu nəzərə alaraq) müxtəlif sənədlərində problemlər olduğu üçün, habelə məcburi köçkün kimi ev növbəsində olduğuna görə alqı-satqı müqaviləsini arvadının (hazırkı İddiaçı2) bacısı Cavabdeh2 adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Cavabdeh2 hər zaman qeyd etmişdir ki, ev onun adına rəsmiləşsə də, evin həqiqi mülkiyyətçisi Qurban kişidir və evi onun qızlarına bağışlayacağını vəd etmişdir. xx.xx.1999-cu il tarixdə hazırkı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Notarial Kontorda alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə alıcı qismində de-yureCavabdeh2 çıxış etsə də, de-fakto alqı-satqı məbləği X10 tərəfindən ödənilmişdir. Həmin gün X10, ailə üzvləri ilə, yəni arvadı İddiaçı2, uşaqları İddiaçı3 və İddiaçı1 ilə birlikdə həmin mənzilə köçmüşlər və hazırkı günədək orada yaşayırlar. X10 xx.xx.2005-ci il tarixdə beyin daxili qansızması nəticəsində vəfat etmişdir. Bundan sonra kommunal xidmətlərə görəmüavilələr arvadı İddiaçı2 adına dəyişmişdir. Ailə başçısının vəfatından sonra ailə üzvləri miras əmlakı faktiki qəbul etdiyini zənn edərək vərəsəliyə müraciət etməmişdirlər. 2022-ci ilin sonlarında özünü "xxxx" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər iddiaçıların evinə gələrək, həmin binanın şəhərin abadlaşdırılması və yenidənqurma planına düşdüyünü, evin söküləcəyini və əvəzinə yeni mənzilin veriləcəyini bildirmişlər. Bunu eşidən Cavabdeh2 iddiaçılara bildirmişdir ki, ev onundur, heç kimə heçnə verməyəcək. Cavabdeh2 heç bir zaman mülkiyyətində olan evdə olmamış və yaşamamışdır. Satıcı Cavabdeh1 bildirmişdir ki, o yalnız Qurban kişini tanıyır, pulu ondan alıb evi ona satmışdır. Bütün kommunal xidmətlərə görə müqavilələr, ödənişlər bunu isbat etmişdir. Göründüyü kimi, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi, digər əqdi, yəni mənzilin faktiki olaraq Həsənov Qurban tərəfindən alınması əqdini pərdələmək məqsədi ilə bağlanmışdır. Məcburi köçkün olaraq mənzil növbəsinə götürülmüş və ümid edirdi ki, dövlət onun ailəsini evlə təmin edəcəkdir. Onagörə 1 otaqlımənziliözadınaalmamışdır.

6. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, mənzilin Qurban Həsənova məxsus olmadığını, iddiaçılar tərəfindən bu barədə hər hansı sübutun təqdim edilmədiyini, mənzilin iddiaçılara bağışlanması barədə hər hansı vəd vermədiyini, ötən dövr ərzind ə, o cümlədən Qurban Həsənovun sağlığındamüqavilənin mübahisələndirilmədiyini, yalnız 24 il sonra belə bir iddianın qaldırıldığını, buunla da iddia müddətinin ötürüldüyünü, Qurban Həsənovun məcburi köçkün olması və bu baxımdan kommunal ödənişlərdən azad olması səbəbindən mənzilə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin onun adına rəsmiləşdirilməsinə və müvəqqəti olaraq onların mənzildə yaşamasına icazə verdiyini, məhz kommunal xidmətlərin göstərilməsi və digər məsələlərin həll edilməsi üçün iddiaçıların mənzilə dair çıxarışın ondan götürdüklərini və sonradan qaytarmadıqlarını, bu səbəbdən dövlət reyestrindən yeni çıxarış almaq məcburiyyətində qaldığını, iddiaçıların Qurban Həsənovun vərəsəsi olmadıqlarını və onun ölümündən sonra vərəsəlik şəhadətnaməsi almadıqlarını, bu ba xımdan ümumiyyətlə iddianın subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığını bildirmiş və hazırkı iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

7. Digər Cavabdeh1 iddia tələbi ilə bağlı bildirmişdir ki, o, mənzili satarkən mərhum X10 ilə danışıqlar aparmış və mənzilin pulunu da, ondan almışdır. Həmin ərəfədə Qurban Həsənov evə baxmağa hazırda iddiaçı olan həyat yoldaşı və digər bir qadınla gəlmişdir. Digər qadının Cavabdeh2 olub-olmaması yadında deyildir.

8. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)216/2024 nömrəli q ətnaməsi ilə (hakim X6) iddia təmin edilməmişdir.

10. Məhkəmə iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ilk növbədə xx.xx.1999-cu il tarixli, 095826 saylı alqısatqı müqaviləsinin etibarlı olub-olmadığı müəyyən edilməlidir. Belə ki, bütün digər tələbləri bu müqavilənin etibarlılığından asılıdır. Müqavilə etibarsız olduğu halda iddia tələblərinin digər hissədə dəyərləndirilməsinə ehtiyac qalmır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərdən fərqli olaraq X10 ilə Cavabdeh1 arasında əmlakın mövcud olan hər hansı bir razılaşma əsasında özgəninkiləşdirilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, tərəflər arasında belə bir sövdələşmə barədə niyyət müəyyən edilməmişdir. Cav abdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış müqavilədə sonuncunun pulu verməyi və satıcının pulu qəbul etməyi öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh1 bu halı etiraf etsə də, bu etiraf özlüyündə əqdin etibarsızlığı üçün kifayət deyil, müqavilənin digər tərəfi isə bu halı subuta yetirmək məcburiyyətində deyil. Təqdim edilmiş kommunal ödəniş qəbzlərinə və qeydiyyat barədə arayışlara münasibətdə məhkəmə qeyd etmişdir ki, bunlar Cavabdeh2 legitim mülkiyyət hüququnu şübhə altına alacaq qədər əsaslı dəlil hesab edilə bilməz. Bu qəbzlərə və arayışlara əsasən bağlanmış əqdin yalan olduğu qənaətinə gəlmək olmaz. Məhkəmə şahid ifadələri barədə qeyd etmişdir ki, ifadə vermiş şahidlərin hər ikisi tərəflərin qonşusu olmuşdur, lakin hazırkı mübahisə bağlanmış əqdin etibarsızlığı barədə ol muşdur. Hər iki şahid bu halın faktiki şahidi olmamışdır, ümumiyyətlə onlar heç vaxt əmlakın sənədinin kimə məxsus olması barədə məlumatlı olmamışlar.

11. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, qalan hissələrə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən də iddia tələbi qalan hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir.

12. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirirərək qeyd etmişdir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə yenə də qeyd etmişdir ki, iddia tələbi xx.xx.1999-cu il tarixi ndə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əlaqədar olduğundan, mübahisənin həlli üçün isə həmin tarixdə qüvvədə olan qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, bu mübahisə üzrə iddia əsaslı olsa idi belə alqı-satqı müqaviləsinin etibarsız hesabedilməsi ilə bağlı iddia tələbi təmin edilməyəcəkdi. Məhkəmə hesab etmişdir ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərlə bağlı bölməsində hazırda qüvvədə olan Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddətlərə bənzər müddətlər nəzərdə tutulmadığından bunun iddia tələbinə tətbiqi də mümkün olmayacaqdı. Digər tərəfdən formalaşan məhkəmə təcrübəsi də göstərir ki, bu qəbildən mübahisələrdə kəsici müddətin tətbiqini Konstitusiya Məhkəməsi Plenumu da əsaslı hesab etmir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 373-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77-ci, 88-ci, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayətləri iddia ərizəsinin məzmununa uyğun eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə əsassız və qeyri-obyektiv olaraq, şahidləri tam dindirməmiş, əqdinbağlanmasındaiştiakçısı olan, hadisələrdən məlumatı olan əsas şahidi is ə ümumiyyətlə heç bir əsas olmadan zaldan kənarlaşdırmışdır. Mənzilin əvvəlki sahibinin məhkəməyə verdiyi ifadəsindən də məlum olmuşdur ki, İddiaçı2 və mərhum Qurban Həsənov tərəfindən mənzilə əyani baxış keçirilmiş, sonuncu isə mənzilin dəyərini Cavabdeh1 ödəmişdir. Həmin ifadəyə əsasən həmçinin müəyyən edilmişdir ki, mərhummənzilin qiyməti və alqı-satqı barədə Cavabdeh1la razılaşmış, bununla bağlı müqavilə üzrə iradə ifadəsini həyata keçirmiş, alqısatqı müqaviləsi isə formal olaraq Cavabdeh2 ilə bağlanmışdır. Mübahisə predmeti olan mənzil MTK tərəfindən qanunsuz olaraq söküldüyündən, orada olan əmlaklar məhv edildiyindən bəzi sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Hazırda bəzi sübütlartərəflərindən yenidən aşkar edilmişdir. Belə ki, hadisənin şahidi olmuş (iddiaçı və cavabdehin böyük bacısı) mərhum AğakişiyevaRayaƏvdil qızının mənzilin dəyərinin Qurban Həsənov tərəfindən ödənilməsini əks etdirən video və səs yazısı olan CD diski məhkəmədə təqdim ediləcək. Həmçinin hadisə barədə məlumatı olan iddiaçı və cavabdeh Ağakişiyevaların bacısı X2 şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas olmadan rədd edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2024-cü il tarixli, 2(103)3400/24 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(00 5)-216/2024 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin mübahisəyə hüquqi qiymət verərkən hüquq normalarını düzgün tətbiq etməmişdir.

18. Məhkəmə kollegiyası iddiaçıların mövqeyini, o cümlədən həmin mənzildə yaşamalarını, habelə mənzilə göstərilən kommunal xidmətlər üzrə abonent kimi X7, onun ölümündən sonra isə İddiaçı2 qeydə alınmasını, sonuncunun X7 arvadı, digər İddiaçı1 isə qızı olmasını nəzərə alaraq iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə Cavabdeh2 mövqeyi ilə razılaşmamışdır.

19. Məhkəmə kollegiyası idd iaçıların mövqeyini, o cümlədən izahatlarını nəzərə alaraq iddia müddətinin axımı ilə bağlı qeyd etmişdir ki, iddiaçılar mənzilin reallıqda X10 tərəfindən alınmasına və müqavilə üzrə mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə baxmayaraq, məcburi köçkün kimi növbəlik qaydasında dövlətdən mənzil almaq hüququnu itirməmək üçün müqavilədə alıcı qismində X7 əvəzinə Cavabdeh2 Abdül qızının göstərildiyini bildirmişlər. Buna baxmayaraq, həmin məsələnin reallıqda mövcud olmasını (bununla bağlı aidiyyəti üzrə müraciət, bu qaydada mənzilin əldə edilib-edilməməsi, müraciətin, əldə etmənin və ya imtinanın tarixləri), ümumiyyətlə X7 müqavilə bağlandığı xx.xx.1999-cu ildən dünyasını dəyişdiyi xx.xx.2005-ci ilədək həmin müqavilənin etibarsızlığınımübahisələndirmək üçün imkanının olmadığını, habelə Cav abdeh2 mübahisəli mənzili iddiaçılara bağışlaması barədə vəd verdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, iddiaçıların mövqeyinə əsasən X10 xx.xx.1999cu il tarixli müqavilə bağlanan zaman (hətta bundan əvvəl) onun başqa əqdi pərdələmək üçün bağlanmış əqd olduğunu bilmiş və nə X10, nə də ki, sonrakı dövrdə iddiaçılar (ümumilikdə ötən 24 il ərzində) onu mübahisələndirməmişlər. Qeyd edilənlər hazırkı iş üzrə iddia hüququnun məhz müqavilə bağlandığı tarixdən əmələ gəldiyini, lakin bu hüquqdan müəyyən edilmiş 3 illik müddət ərzində istifadə edilmədiyini təsdiq etmişdir. Mövcud vəziyyətdə müddətinin keçməsi səbəbini üzrlü hesab etmək üçün də hər hansı bir hal müəyyən edilməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia qaldırılana qədər iddia müddəti artıq keçmişdir. Onun keçməsi səbəbini üzürlü hesab etmək üçün də hər hansı əsas mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin bu məsələləri tənzimləyən normalarının tələblərinə riayət etməmiş və bilavasitə tədbiq etməli olduğu halda, iddia müddətini tətbiq etməklə iddianı rədd etməmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın iddia müddəti tədbiq etməklə rədd edilməsinişərtləndirir.

21. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsas tələb olmuş və digər tələblər hüquqi nəticə etibarı ilə bu tələbə münasi bətdə törəmə tələb olmuşdur. Onların təmin edilibedilməməsi bilavasitə əsas tələbin təmin edilib-edilməməsindənaşlı olduğundanəsas tələbin rədd edilməsi iddia üzrə irəli sürülmüş bütün digər tələblərin də rədd edilməsi üçün əsasdır.

22. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarakən xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39, 53, 73, 76, 77, 78, 82 və 228-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. İddiaçılar (Vəkil4) birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxıl ması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

24. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi.

26. Maddə

39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər.

27. Maddə

53. Hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Əqd, başqa əqdi pərdələmək üçün bağlanmışdırsa, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur.

28. Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təş kilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.

29. Maddə

76. İddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur.

30. Maddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

31. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

32. Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlid ir.

33. Maddə

228. Alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair gös tərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, mübahisəyə hüquqi qiymət verərkən hüquq normalarını düzgün tətbiq etməmişdir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçıların mövqeyini, o cümlədən həmin mənzildə yaşamalarını, habelə mənzilə göstərilən kommunal xidmətlər üzrə abonent kimi X7, onun ölümündən sonra isə İddiaçı2 qeydə alınmasını, sonuncunun X7 arvadı, digər İddiaçı1 isə qızı olmasını nəzərə alaraq, iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə Cavabdeh2 mövqeyi ilə razılaşmamışdır.

47. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların mövqeyini, o cümlədən izahatlarını nəzərə alaraq iddia müddətinin axımı ilə bağlı qeyd etmişdir ki, iddiaçılar mənzilin reallıqda X10 tərəfindən alınmasına və müqavilə üzrə mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə baxmayaraq, məcburi köçkün kimi növbəlik qaydasında dövlətdən mənzil almaq hüququnu itirməmək üçün müqavilədə alıcı qismində X7 əvəzinə Cavabdeh2 Abdül qızının göstərildiyini bildirmişlər. Buna baxmayaraq, həmin məsələnin reallıqda mövcud olmasını (bununla bağlı aidiyyəti üzrə müraciət, bu qaydada mənzilin əldə edilibedilməməsi, müraciətin, əldə etmənin və ya imtinanın tarixləri), ümumiyyətlə X7 müqavilə bağlandığı xx.xx.1999-cu il dən dünyasını dəyişdiyi xx.xx.2005-ci ilədək həmin müqavilənin etibarsızlığını mübahisələndirmək üçün imkanının olmadığını, habelə Cavabdeh2 mübahisəli mənzili iddiaçılara bağışlaması barədə vəd verdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, iddiaçıların mövqeyinə əsasən X10 xx.xx.1999cu il tarixli müqavilə bağlanan zaman (hətta bundan əvvəl) onun başqa əqdi pərdələmək üçün bağlanmış əqd olduğunu bilmiş və nə X10, nə də ki, sonrakı dövrdə iddiaçılar (ümumilikdə ötən 24 il ərzində) onu mübahisələndirməmişlər. Qeyd edilənlər hazırkı iş üzrə iddia hüququnun məhz müqavilə bağlandığı tarixdən əmələ gəldiyini, lakin bu hüquqdan müəyyən edilmiş 3 illik müddət ərzində istifadə edilmədiyini təsdiq etmişdir. Mövcud vəziyyətdə müddətinin keçməsi səbəbini üzrlü hesab etmək üçü n də hər hansı bir hal müəyyən edilməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iddia qaldırılana qədər iddia müddəti artıq keçmişdir. Onun keçməsi səbəbini üzürlü hesab etmək üçün də hər hansı əsas mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin bu məsələləri tənzimləyən normalarının tələblərinə riayət etməmiş və bilavasitə tədbiq etməli olduğu halda, iddia müddətini tətbiq etməklə iddianı rədd etməmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın iddia müddəti tədbiq etməklə rədd edilməsini şərtləndirir.

49. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda o, halı da qeyd etmişdir ki, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsas tələb olmuş və digər tələblər hüquqi nəticə etibarı ilə bu tələbə münasibətdə törəmə tələb olmuşdur. Onların təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilibedilməməsindən aslı olduğundan əsas tələbin rədd edilməsi iddia üzrə irəli sürülmüş bütün digər tələblərin də rədd edilməsi üçün əsasdır.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona gör ə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2024-cü il tarixli, 2(103)-3400/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar