Məhkəmə qərarları › İş №2(102)-1140/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1140/2023

13.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1140/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6286/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

2. Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın (bundan sonra “məktəbin direktoru”) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 302 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini olan iddiaçı vəzifəsinin öhdəsindən gələ bilmir, direktor və müavinlər ilə kobud rəftar edir. Ba kı Şəhəri üzrə Təhsil İdarəsinin İddiaçı tədris etməsinə icazə verdiyi 6 saatın çoxaldılmasını tələb edir, dərs yükünün 10 saata qədər artırılmasına baxmayaraq, yenidən narazılıq edir. Öz vəzifə funksiyalarını yerinə yetirmir, məktəbin nüfuzuna xələl gətirir. Pedaqoji heyətin zəhməti hesabına formalaşdırılmış kollektivlik ruhunu pozur. Məktəb rəhbərliyi adından qeyd olunanları nəzərə alaraq yaranmış bu arzuedilməz abu-havanın müsbət istiqamətdə yenilənməsi üçün göstəriş verilməsi və bu barədə lazimi tədbirlər görülməsi xahiş edilmişdir.

3. Məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 316 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri ü zrə direktor müavini olan iddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə məktəbin nizamintizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan geri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçıdan izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır.

4. Məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 317 saylı təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini olan iddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixdə məktəbin nizamintizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan ge ri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçıdan izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır.

5. Məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 331 saylı, xx.xx.2021-ci il tarixli, 335 saylı, xx.xx.2021-ci il tarixli, 347 saylı, xx.xx.2021-ci il tarixli, 351 saylı, xx.xx.2022-ci il tarixli, 10 saylı təqdimatlardan da görünür ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini olan iddiaçı məktəbin nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-49 saylı əmri ilə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bakı şəhəri 108 nömrəli ta m orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olan iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

7. Mübahisə xx.xx.2022-ci il tarixli, F-49 nömrəli əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə müraciət edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra “cavabdeh” və ya “Təhsil İdarəsi”) 003 fevral 2022-ci il tarixli, F-49 №-li əmrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 1997-ci il tarixində Lerik rayonunun Orand kənd tam orta məktəbinə riyaziyyat müəllimi, 2002-ci ilin sentyabrın 18-dən həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik rayon təhsil şöbəsi, həmkarlar təşkilatı, YAP tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

10. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və müavinlərin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2021-ci il tarixində işdən azad olunub. Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstər ərək Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə 01 oktyabr 2021ci il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

11. İddiaçı 01 oktyabr 2021-ci il tarixində Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunsa da, məktəbin direktoru xanım Esmira Məmmədova ilk gündən iddiaçının məktəbə təyin olunmağına etirazını bildirərək ondan bu məktəbdən imtina etməyini tələb etmişdir. Direktor bildirmişdir ki, özünə yaxın olan şəxsi təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin etdirmək istəyib. İddiaçıdan təkidlə tələb edib ki, “onu bura nahaq göndəriblər, burada dolanışıq yoxdur. Niyə 87 nömrəli məktəbdə vakansiya olduğu halda onu ora göndərmədilər?”.

12. Məktəbin direktoru iddiaçının vəzifə funksiyalarına aid heç bir sənədi ona verməyib və onu heç nə ilə tanış etməyib. Əmək müqaviləsinin surəti də iddiaçıya nə məqsədləsə işəgötürənin imzası və möhürü ilə təsdiq olunmadan adi bir kağız parçası kimi verilib. Məktəbin direktoru iddiaçıya elan olunan dərs saatlarını da bilərəkdən cavabdehlə bağladığı əmək müqaviləsində nəzərdə tutulmuş nahar fasiləsinə salmaqla, iddiaçıdan nahar fasiləsinə çıxmamağı tələb edərək onu bezdirib məktəbdəki işindən imtina etməyini istəyirdi.

13. İddiaçı dəfələrlə Təhsil İdarəsinə şifahi şəkildə məlumat versə də, ona heç bir köməklik olunmayıb. Məktəbin direktoru iddiaçının vəzifə funksiyalarının yerinə yetirməyinə imkan vermədiyindən, vəzifə funksiyalarına aid olan heç bir sənədi verməyərək onu heç bir sənədlə tanış etmədiyindən iddiaçının məcbur qal araq sonralar etdiyi çoxsaylı müraciətlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən cavablardan da görünür ki, 20 oktyabr 2021-ci il tarixində iddiaçının yazdığı ərizə 25 oktyabrda alınsa da, 21 gün sonra 16 noyabr 2021-ci il tarixində qeydiyyata alınmışdır. Həmin ərizə məqsədli şəkildə qeydiyyata alınmamışdır.

14. İddiaçı barəsində olan intizam tənbehinin qərəzli olaraq verilməsini göstərib, həmin tənbehin verilməsi barədə əmrin qanunsuz olmaqla ləğv edilməsini xahiş etmiş, tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü bəndinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsində Təhsil İdarəsinin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı təyin olunduqdan sonra ona məktəb rəhbərliyi tərəfindən vəzifəsinin icrasının təmi n edilməsi məqsədilə lazımi şərait yaradılmış, iddia etdiyinin əksinə olaraq iddiaçı müvafiq təlimati-metodiki sənədlərlə vaxtında tanış edilmiş və həmin sənədlər ona təqdim edilmişdir; - lakin təyin olunmasından qısa müddət keçdikdən sonra iddiaçının məktəb rəhbərliyi və kollektivlə münasibətləri korlanmış və vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirməyə və ya ümumiyyətlə, yerinə yetirməməyə başlamış, iddiaçı ona ayrılmış 6 (altı) saat dərs yükünün azlığını bəhanə edərək direktordan müəllimlərə verilmiş dərs yükünün ona verilməsini tələb etmiş və nəticədə iddiaçının dərs yükü 10 saat müəyyən edilmişdir; - dərs yükünün artırılmasını özünun xahiş etməsinə baxmayaraq, iddiaçı direktor tərəfindən nahar fasilələrinə dərs saatlarının salınmasını əsas gətirərək mübahisələr yaratmağa başlam ışdır. Halbuki, dərs saatları iddiaçının təyin olunmasından öncə bölünmüş və təsdiq edilmişdir; - həmçinin, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2” və məktəb üzrə verilmiş vəzifə bölgüsü əmri ilə təlim-tərbiyə işləri üzrə direktor müavini üçün müəyyən edilmiş vəzifə funksiyalarını yerinə yetirməyərək (müəllimlərin formativ jurnalını və gündəliyi yoxlamır, işçilərin işə davamiyyət cədvəllərinə imza atmaqdan, işçilərin əmək qabiliyyətini itirməsi vərəqələrində müvafiq qeydlərin aparılmasından, sinif jurnallarını yoxlamaqdan və onlarda müvafiq qeydlərin aparılmasından imtina edir, müəllimlərin əvəzetmə kitablarını y azmır, böyük və kiçik summativlərin təşkilini həyata keçirmir, şagirdlərin diaqnostik qiymətləndirmə nəticələrinin təhlilini aparmır, İdarə tərəfindən təşkil olunan təlimlərdə iştirak etməkdən imtina edir, kollektiv arasında ünsiyyət qurulmasında problemlər yaradır, kollektiv üzvlərinə qarşı kobudluq edir, tədris prosesinin təşkili ilə bağlı ortaya çıxmış problemlərin aradan qaldırılmasında fəal mövqe nümayiş etdirmir) əmək qanunvericiliyinin tələblərini pozmuşdur; - iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə, həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmiş, məktəb rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, mək təbdə təhsilverənlər arasında qeyri-sağlam iş mühitinin yaranmasına səbəb olmuş, bu da məktəb mühitində qəbul olunmaz haldır; - Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktorunun Təhsil İdarəsinə ünvanladıqları müraciətlər əsasında İdarə tərəfindən araşdırmalar aparılmışdır. Aparılan araşdırımaların yekununda iddiaçının “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5-ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X3”nda təlim-tərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyala rını keyfiyyətsiz icra etməsi və ya ümumiyyətlə, icra etməməsi halları müəyyən edilmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, F-49 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; - Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsaslar üzrə verilmişdir və bu səbəbdən iddiaçı barədə verilmiş əmrin ləğv edilməsi barədə tələb tamamilə əsassızdır.

16. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2344/2022 saylı, 30 iyun 2022-ci il qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rəşid Səmədov)

17. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhd əliklərini yerinə yetirməyərək, dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmişdir. İddiaçı məktəb rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, məktəbdə təhsilverənlər arasında qeyri-sağlam iş mühitinin yaranmasına səbəb olmuş, bu da məktəb mühitində qəbulolunmaz haldır. Yuxarıda qeyd olunanların aradan qaldırılması məqsədilə Məktəb direktorunun müraciətləri əsasında Təhsil İdarəsi tərəfindən araşdırmalar aparılmış, araşdırmanın yekununda iddiaçıya hazırda mübahisələndirilən əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

18. Birinci instansiya məhkəməsi iş in müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və buna görə də iddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 186, 187, 189, 190-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq belə əsaslandırılmışdır: - iddiaçı təyin olunduğu günə kimi məktəbdə h eç kimi və Umuxanım adlı müəlliməni də tanımamışdır. Əgər məktəbin sənədləri keçmiş direktor müavini olan Umuxanım müəllimədə olubsa və o, işə təyin olunanda Umuxanım müəllimə həmin sənədləri ona təhvil verərək, hətta köməklik etməyə hazır olduğunu bildiribsə, həmin sənədlərin təhvil təslim aktı hardadır? Keçmiş direktor müavini olan tanımadığı Umuxanım adlı şəxs nə vaxt işdən azad olunub? İşə təyin olunduğu 01 oktyabr 2021 ci il tarixinə kimi keçmiş direktor müavini olan Umuxanım müəllimə işdən azad olunubsa, məktəbin sənədləri heç bir səlahiyyəti olmayan şəxsdə niyə saxlanilib, həmin yer necə vakant verilib? Heç bir səlahiyyəti olmayan şəxs təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə funksiyalarına aid olan sənədləri ona necə verə bilərdi? Həmin sənədlər iddiaçıya işə təyin o lunduğu gün verilmişdisə, məktəbin direktoru iddiaçının işə təyin olunduğu gündən 3 ay sonra, 07 yanvar 2022-ci il tarixində aktla yenidən niyə verirdi? Hətta bu aktda yazılanlar doğru olsa belə, bu, qanun pozuntusudur; - məktəbin direktoru həmin bu aktda hətta tam arxayın şəkildə Təhsil İdarəsinin məsul şəxlərinin adlarını qeyd edir və bildirir ki, guya iddiaçı “Buraxılan və əvəz edilən dərslərin uçotu kitabın”ı gizlətmiş və sonra verərək məktəbin işçilərini də təhqir etmişdir. Əslində, bu akt Təhsil İdarəsinə təqdim olunan kimi məktəbin direktorunun qanunsuz əməllərinə dərhal hüquqi qiymət verilməli idi. Əlbəttə əleyhinə olan bütün bunlar hamısı yalan və qurama olmaqla yanaşı, həm də qanun pozuntusudur və buna hüquqi qiymət verilməlidir; - məhkəmə işə obyektiv yanaşmadığı üçün bu faktı g örməzdən gəlmiş və ədalətsiz qətnamə qəbul etmişdir. Dərs bölgüsü etdiyi çoxsaylı müraciətlərdən sonra 30 noyabr 2021-ci il tarixdə Təhsil İdarəsinin məsul şəxsinin yanında verilmişdir. Ona verilən həmin dərs bölgüsü də yarımçıq formada olmaqla orada dərnək saatları, məktəbə hazırlıq qrupları və digər saatlar öz əksini tapmamışdır; - iddiaçı 30 noyabrda verilən yarımçıq dərs bölgüsü ilə tanış olduqda bilmişdir ki, direktorun ibtidai siniflərdə 12 saat musiqi dərsi vardır. Məktəbin direktoru dekabr ayının 2nə kimi bir saat da olsa, həmin dərsləri tədris etmədiyi üçün öhdəsində olan 2(a) və 3(c) siniflərində musiqi dərslərinin eyni gündə və eyni saatda başlanmasını bilməmişdir. Bu dərs cədvəllərində, şagird gündəliklərində, sinif jurnallarında və məcbur qalaraq yazdığı həmin siniflərin müəll imlərinin səs yazılarında öz əksini tapmışdır. Adlarında 36 saat dərnək saatı olan müəllimlər özləri etiraf edirlər ki, həmin saatların pulu məktəbin direktrouna çatır. Noyabr ayının axırında tədrisi dayandırılan fiziki tərbiyə dərnək saatının müəllimi özü etiraf edib ki, həmin dərsləri tədris etmədən direktorla pulunun bölünməsiylə bağlı əvvəlcədən razılığa gəlmişlər; - iddiaçı məktəbə təyin olunandan sonra həmin dərsləri keçmək məcburiyyəti yarandığından, müəllim direktora pul verməkdən imtina etdiyi üçün 9 saat fiziki tərbiyə dərnək saatının tədrisi noyabr ayının axırında dayandırılmışdır. Dərnəklərin jurnalı iddiaçıya göstərilməmişdir. Həmin jurnalı direktor öz otağında saxlayır və orda müəllimlərə yazdırırdı. Müəllimlər dərsləri keçirdilərsə, nəyə görə dərnək jurnalı sinifdə yazılmırd ı? Nəyə görə dərnək jurnalını sinfə məktəbə gələn Təhsil İdarəsinin məsul şəxsi aparır? Bütün bunlar məcbur qalaraq yazdığı səs yazıları olan disklərdə öz əksini tapmışdır. Bu faktların özü sübut edir ki, iddiaçının vəzifə funksiyalarına aid olan heç bir sənəd iddiaçıya verilməyib, vəzifə funksiyalarının yerinə yetirilməsinə maneçilik törədilib və iddiaçıya verilən intizam tənbehi də məktəb direktorunun qanunsuzluqlarından etdiyi müraciətlərə görə əsassız və qanunsuz olararaq verilmişdir; - iddiaçı heç vaxt üzrsüz səbəbdən iş buraxmamışdır. İşçi işə getmirsə, işə getmədiyi günlərə və iş saatlarına görə əmək haqqı tutulmalıdır. Məktəbin direktorunun yazdığı yalan və qurama aktlar sonradan əvvəlki tarixlərə yazılmayıbsa və o, üzrsüz səbəbdən işə getməmişdirsə, işə gedib gəlməmişdirsə, nəyə g örə əmək haqqından tutulmayıb və ona xəbərdarlıq edilməyib? Qurama və yalan aktlarda yazılanların hamısı yalan və böhtandır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6286/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova)

23. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində intizam tənbehi 108 saylı məktəbin direktoru tərəfindən verilmiş təqdimatlar əsasında aparılmış araşdırma nəticəsində tətbiq edilmişdir. Qeyd edilən təqdimatların məzmunundan görünür ki, onlar iddiaçının əmək funksiyalarının və əmək intizamının icrası ilə bağlı yol verdiyi və iddiaç ının çalışdığı 108 saylı orta məktəbin bir neçə əməkdaşı tərəfindən tərtib edilmiş aktlarda qeyd edilən pozuntular əsasında verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş təqdimatlarla bağlı ətraflı araşdırma aparılmış, o cümlədən həmin aktları tərtib etmiş məktəbin əməkdaşlarının izahatları alınmış, sonuncular bu aktları öz arzularına uyğun olaraq, heç bir təzyiq olmadan imzaladıqlarını bildirmiş, iddiaçı tərəfindən aktlarda qeyd edilən pozuntulara yol verildiyini bir daha təsdiq etmişlər. İddiaçı bu araşdırma zamanı onun izahatının alınmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş təqdimatlar üzrə iddiaçının iki dəfə izahatı alınmış, o, izahatlarında təqdimatda qeyd edilən məlumat ları təkzib etmişdir.

24. Tərtib olunmuş aktlardan və 108 saylı məktəbin direktoru tərəfindən Təhsil İdarəsinin müdirinə ünvanlanmış təqdimatlardan görünür ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, o cümlədən dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmişdir. Təhsil İdarəsi tərəfindən həmin təqdimatlar əsasında araşdırma aparılmış və iddiaçı tərəfindən əmək və icra intizamının pozuntusuna yol verilməsi müəyyən edildiyindən onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tədbiri tətbiq edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçının əmək və icra intizamının pozuntusu ilə bağlı verilmiş təqdimatlar cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun araşdırılaraq intizam tənbehi verilmişdir. Aktlarda ifadə edilmiş məlumatlar dəqiq və bütün detalları ilə göstərildiyindən, həmin aktlar onu tərtib etmiş məktəbin əməkdaşları tərəfindən imzalanaraq təsdiq olunduğundan və cavabdeh təşkilat tərəfindən aparılan araşdırma zamanı həmin əməkdaşların bu aktları sərbəst şəkildə və heç bir təzyiq olmadan imzalamaları müəyyən edildiyindən, həmin aktlar mötəbər sayılmalıdır. İddiaçı sözügedən aktların mötəbərliyini şübhə altına alsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, aktların həqiqiliyini şübhə altına alan tərəf ən azından onun tərtibində iştirak etmiş şəxsləri şahid qismində dəvət edə v ə ya onların aktda qeyd etdiyi məlumatın əksini təsdiq edən ərizəsini məhkəməyə təqdim edə bilərdi. Belə ki, iddiaçı aktı tərtib etmiş şəxslərin bəzilərinin bu aktı imzaladıqdan sonra peşman olduqlarını, bəzi məktəb əməkdaşlarının isə aktı tərtib etməkdən imtina etdiklərini bildirmişdir. İddiaçı aktların orada qeyd edilən tarixdə deyil, sonradan tərtib olunması ilə dəlillərini əsaslandırmamışdır. Ekspertiza təyin olunması barədə iddiaçının vəsatəti kifayət qədər əsaslandırılmamışdır. Aktı tərtib etmiş şəxslərin həqiqəti əks etdirməyən faktları təsdiq etməyə və aktı imzalamağa hansı səbəbdən məcbur olduğu iddiaçı tərəfindən ağlabatan dəlillərlə əsaslandırılmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərlə əsasən belə nəticəyə gəlib ki, iddiaçının əmək və icra intizamının poz untusu ilə bağlı verilmiş təqdimatlar cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun araşdırılaraq intizam tənbehi verilmişdir. Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən iddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil ŞamxalovTahir Camal oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Maddə 186 (1) İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186 (2) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186 (3) İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187 (1) İntizam tənbehi verilməmişdən əvvəl iş əgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intiza tənbehi verilməsini istisna etmir. Maddə 187 (2) İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 189 (3) İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190, 1-ci hissə. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Maddə 190, 3-cü hissə. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” Bənd 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır; Bənd 3.14. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır; Bənd 4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Bənd 4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. Bənd 4.2.3. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Bənd 4.2.4. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir. Bənd 4.2.6. Müəllim öz fəaliyyəti i lə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır. Bənd 4.3.1. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur. Bənd 4.3.4. Müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Bənd 4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

32. Mə hkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

35. İddia tələbi intizam tənbehi verilməsi haqqında əmrin ləğvi barədədir. İddiaçı barəsində verilmiş həmin əmrin qanunsuz olmasına istinad etmişdir.

36. Belə olan halda iddianın təmin olunması iddiaçı barəsində intizam tənbehi verilməsi haqqında əmrin həqiqətən də əmək qanunvericiliyini pozulması ilə verilməsi halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı barəsində intizam tənbehi məktəbin direktoru tərəfindən verilmiş təqdimatlar əsasında aparılmış araşdırma nəticəsində tətbiq edilmişdir. Qeyd edilən təqdimatların məzmununa əsasən həmin təqdimatlar iddiaçının əmək funksiyalarının və əmək intizamının icrası ilə bağlı yol verdiyi və iddiaçının çalışd ığı 108 saylı orta məktəbin bir neçə əməkdaşı tərəfindən tərtib edilmiş aktlarda qeyd edilən pozuntular əsasında verilmişdir. Aktlarda ifadə edilmiş məlumatlar dəqiq və bütün detalları ilə göstərildiyindən, həmin aktlar onu tərtib etmiş məktəbin əməkdaşları tərəfindən imzalanaraq təsdiq olunduğundan və cavabdeh təşkilat tərəfindən aparılan araşdırma zamanı həmin əməkdaşların bu aktları sərbəst şəkildə və heç bir təzyiq olmadan imzalamaları müəyyən edildiyindən, həmin aktlar mötəbər sayılmalıdır. Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən iddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır.

38. Məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 23-26-ci bəndlərində əks edilən mövqeyi, o cümlədən iddiaçının apellyasiya şikayətinin dəlillərinə verdiyi qiymətlə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi işin hallarını tam aydınlaşdırmaqla onlara düzgün hüquqi qiymət verib.

39. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

40. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

41. Kas sasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində də irəli sürülüb və yuxarıda qeyd edildiyi kimi həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında tam qiymət verib. Buna görə də həmin dəlillərə əlavə qiymət verməyə kollegiya lüzum görmür.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6286/2022 nömrəli, 27 oktyabr 2022-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar