Məhkəmə qərarları › İş №2(102)-1143/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1143/2023

17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1143/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh5 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sı, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6711/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X12 ilə İddiaçı1 arasında xx.xx.1974-cü ildə nikah bağlanmışdır.

3. Onların birgə nikahından xx.xx.1975-ci ildə Quliyeva Hicran Tahir qızı və xx.xx.1984-cü ildə İddiaçı2 doğulmuşdur.

4. Mübahisəli torpaq sahəsi, yəni ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X5 ilə alıcı X12 arasında rəsmiləşdi rilmiş xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X9 mülkiyyətinə keçmiş və bununla bağlı daşınmaz əmlakın Dövlət reyestrindən X10 RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarış verilmişdir.

5. Bakı şəhəri 32 saylı Notariat Kontorunda satıcı X12 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi alıcının, yəni Cavabdeh2 mülkiyyətinə verilmişdir.

6. Mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 xx.xx.2018-ci il tarixli 4Ə-812 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə qeyd olunan torpaq sahəsini Ca vabdeh5 satmış və bununla bağlı Cavabdeh5 adına RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2018-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir.

7. X12 xx.xx.2020-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İN yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 miras qalmış ünvan nə dair birinci növbə vərəsə İddiaçı1 tam pay üzrə vərəsəlik hüququnun tanınması və buna dair müvafiq sənədlərin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi, 14 saylı Notariat Ofisində sözügedən bağa dair imzalanmış alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bağ evinə dair 17 avqust 2017-ci il tarixdə X12 ilə Cavabdeh2 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRXdə Cavabdeh3 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 16 may 2018-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 arasında ASAN 3 xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alğı-satqı müqaviləsinin və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh5 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri, digər iddiaçıların ataları olmuş miras qoyan X12 12 iyul 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Miras qoyandan ünvan miras qalmışdır. Bağa dair DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə №0905846 saylı çıxarış verilmişdir. Miras əmlak olan bağ sahəsi iddiaçılar tərəfindən faktiki qəbul edilmiş və daima bağa gedərək ora sahiblik edir. Ölüm ərəfəsində, T.Quliyev bağa dair öz iradəsinə uyğun olaraq sərəncam verməsi üçün 11 saylı notariusa müraciət olundu. Müraciət etdikdə notariusun bildirdiklərindən məlum olmuşdur ki, sözügedən bağ sahəsi başqa şəxsin mülkiyyətindədir. Belə ki, notariat ofisində elektron məlum at bazasına istinadən bildirmişdilər ki, ailə başçınızın - adına olan bağ sahəsi başqa şəxsə satılmışdır. “Elektron notariat” X1 Çıxarışdan göründüyü kimi, ünvan (0,12 ha) tam olaraq 06-xx.xx.2020-ci il tarixlərdə 14 saylı notariusda cavabdeh X6 təsdiqi ilə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu əqdin tərəfləri isə alıcı olaraq Cavabdeh3, satıcı isə Cavabdeh2 çıxış etmişdir. Həmin çıxarışdan o da görünür ki, qəbul olunmuş mütləq qaydaya zidd olaraq nə alıcının, nə də ki, satıcının fotoşəkli əqd sənədində əks olunmamışdır. Halbuki bağ sahəsi mərhum Tahir Quliyev tərəfindən heç vaxt özgəninkiləşdirilməmişdir. Bundan sonra dərhal Xəzər rayon Polis İdarəsinə ərizə verilmiş, məsələnin araşdırılması tələb edilmişdir ki, araşdırma bitdikdə bir daha mirasın qəbulu üçün müvafiq qaydada mür aciət etmək mümkün olsun. 13 yanvar 2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsən İsmayılovun 055-22954-1220 saylı məktubu poçt vasitəsilə onlara daxil olmuşdur. Həmin məktuba qoşmada İdarənin müstəntiqi, polis kapitanı Rafiq Qarayevin qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı var idi. Qərara görə məsələ mülki xarakter daşıyır və s. Qərarla razılaşmayaraq bir daha 17 mart 2020-ci il tarixdə Xəzər rayon prokuroruna müraciət etmişdir. Natamam araşdırılma aparıldığından prokuror qərarı ləğv edərək yenidən obyektiv araşdırılma aparılmasına dair göstəriş vermişdir. Məsələnin araşdırılması müstəntiq Cəlal müəllim adlı polis mayoruna həvalə edilmişdir (070276-11-01). Necə araş dırma apardığını bilmirlər, lakin cəmi bir dəfə, may ayının əvvəlində iddiaçının vəkilindən qısa izahat alınmış və təxminən bir ay bundan qabaq telefonla ona zəng edib maraqlandıqda bildirib ki, yenə də rədd qərarı qəbul edib. Dəfələrlə qərarın onlara verilməsini istəsə də, bildirir ki, poçtla göndərib. Bu günlərdə əlbəəl almışdır. Bir daha qərardan şikayət vermişlər. Bu arada 12 saylı Notariat ofisində digər əmlaka (avtomobilə) dair şəhadətnamə alınmışdır. Bağ sahəsinə dair isə şəhadətnamə verməyə 12 saylı notariat ofisi imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyanın övladları öz paylarının analarına keçməsinə dair ərizə yazmışlar.

11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Mərdəkan qəsəbəsində X16 ziyarətgahının yaxınlığı nda qurbanlıq qoyun satılan yerdə Hümmət və İsgəndər adlı şəxslə tanış olmuş, tez-tez onlardan qoyun alırdı. Bir gün qoyun aldığı zaman satıcı Hümmət ilə söhbəti zamanı məlum olmuşdur ki, Hümmət özünə məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ sahəsini satmaq istəyir. O, Hümmət ilə birlikdə bağ sahəsinə baxmış və torpağa dair sənədlərin də qaydasında olduğunu görüb bağ sahəsinin alğı-satqısı ilə bağlı Hümmətin atası Cavabdeh2la birlikdə notariusa gedərək alğı-satqı müqaviləsi bağlayaraq torpağı 15000 manata almışdır. Həmin torpaq sahəsində özünə bağ tikmək istəsə də, sonradan anasının xəstəliyi ilə bağlı maddi cəhətdən çətinlikləri olduğundan mübahisəli bağı 14000 manata Cavabdeh5 satmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iş tirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli bağ sahəsini bələdiyyədə işləyən Mamed adlı şəxsdən almışdı. Belə ki, o torpaq sahəsi almaq istəyirdi və oradan buradan maraqlanıb öyrəndi ki, Bələdiyyədə işləyən Mamed adlı şəxs bu işlərlə məşğul olur. O Mamed adlı şəxsə yaxınlaşaraq torpaq sahəsini almaq istədiyini bildirdi, sonuncu ondan şəxsiyyət vəsiqəsini və 20000 min pul istədi. O, Mamed adlı şəxsə əvvəlcə 10000 manat məbləğində pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini vermişdir. Təxminən bir aydan sonra Mamed ona 93 manat dövlət rüsumunun ödənilməsini bildirmiş, o, həmin rüsumu ödəyib bu barədə qəbzi Mamedə vermişdir. Daha sonra sonuncu ona həmin bağ sahəsinə dair sənədi təqdim etdikdən sonra qalan 10000 manat məbləğində pulu da vermişdi r. Qeyd olunan bağ sahəsinə dair sənədləşdirmə işləri aparılan zaman o, notariat orqanına getməmişdir. Bağ sahəsinin sənədlərini Mamed adlı şəxsdən pulla almışdır. Daha sonra mübahisəli bağ sahəsini 30000 manata Cavabdeh3 satmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 saylı qətnaməsi ilə İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, X12 ilə Cavabdeh2 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanda yerləşən ümumi sa həsi 0,12 ha olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/756/5-11 saylı məktubunda deyilir: “Rəsmiləşdirilmiş alğı-satqı müqavilələrinin həqiqiliyinin yoxlanılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, “Elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli müqavilə rəsmiləşdirilməmişdir. xx.xx.2017- ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli (mülkiyyətçi: Cavabdeh2, əldə edən: Cavabdeh3) və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 4Ə812 reyestr nömrəli (mülkiyyətçi: Cavabdeh3, əldə edən: Cavabdeh5) alğı-satqı müqavilələri rəsmiləşdirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin notariusu Elgün İmanlı olmuşdur. Şövkət Gülməmmədova isə həmin vaxt Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifəsində işləmişdir.”

15. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi iddiaçının əri X9 mülkiyyətində olmuşdur. İddiaçının əri X12 12 iyul 2020-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçı və qızları notariusa müraciət etmiş, İddiaçı1 ərindən qalan mirası qəbul etmək istəmiş, qızları isə öz paylarından imtina etmələri barədə notariusa ərizə vermişlər. İddiaçı mübahisəli bağa dair sənədləri araşdırarkən bəlli olmuşdur ki, bağ sahəsi hazırda Cavabdeh5 adınadır. Belə ki, mübahisəli bağ sahəsi xx.xx.2017-ci il tarixdə X12 tərəfindən alıcı Cavabdeh2 satılmış, sonuncu xx.xx.2017-ci ildə Cavabdeh3 satmış, sonuncu isə xx.xx.2018-ci il tarixdə Cavabdeh5 satmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirilməmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə Cavabdeh5 arasındakı alğı-satqı müqavilələri isə rəsmiləşdirilmişdir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 saylı bağ evinə dair birinci növbə vərəsə İddiaçı1 tam pay üzrə vərəsəlik hüququnun tanınması və vərəsəliyə dair müvafiq şəhadətnamənin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi, bağ evinə dair 17 avqust 2017-ci il tarixdə X12 ilə Cavabdeh2 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” İnformasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüquqlarına dair reyestr qeydi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh3 mülkiyyət hüquqlarına dair reyestr qeydi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 16 may 2018-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 arasında ASAN 3 xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alğı-satqı müqaviləsi və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRXdə Cavabdeh5 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bun un əsasında verilmiş verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. 16. xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat təsdiqinin olmaması barədə notariusun məktubu, müqavilə bağlanan zaman həmin dövrdə həmin notariat orqanının notariusunun əslində başqa şəxs olması, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırki İddiaçı1 alğı-satqıya razılığının olmaması, həmin müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilinin olmaması, həmçinin xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi arasında qısa zaman fərqinin olması faktları belə nəticəyə gəlməyə əsas verir ki, X12 ilə Cavabde h2 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 32 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

17. Məhkəmə eyni zamanda iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə baş məsələ olan daşınmaz əmlakın alğısatqı müqaviləsindən törəndiyindən, daşınmaz əmlakın alğı-satqı müqaviləsi isə etibarsız hesab edilməli olduğundan, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2017-cı il tarixli çıxarış ləğv edilməlidir.

18. Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 14 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış mübahisələndirilən digər xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlıq hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.

20. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin olaraq X12 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış alğı-satqı müqavilələri bağlanarkən və reyestrdə sonuncuların adına qeydiyyata alınarakən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Cavabdeh3 və Cavabdeh5 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdurlar. Belə olan halda Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

21. Lakin əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X12 ilə Cavabdeh2 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 329.1, 337.2, 337.3, 337.4, 337.5, 140-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5, 16.6-cı maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın təmin edilmədiyi hissədə tam təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. İddiaçının hüququ bərpa olunmayıb, məhkəmə müdafiəsi təmin olunmayıb. Belə ki, mərhum T.Quliyevin adından guya Cavabdeh2 satılmasına dair müqavilə ləğv olunur, eləcə də, Cavabdeh2 adına qeydiyyat ləğv olunur. İddiaçı1 vərəsəlik hüququ təmin olunmayıb, digər müqavilələr və çıxarışlar etibarsız hesab edilməklə ləğv olunmalı olduqları halda, bu edilməyib. Beləliklə, vətəndaşın hüququ müdafiə olunmayıb, təmin olunmayıb. Bu cür yanaşma hər növ saxta işlərə bir növ rəvac verir, onlara zəmin yaratmış olur. Hesab edir ki, ən böyük səhv vicdanlı alıcılığa dair müddəaların yanlış tətbiqidir. İddiaçı ona qarşı saxtakarlıq işlətməklə aldadılaraq mülkiyyətindən məhrum edilmişdir. Məhkəmə yalnız saxta əqdi ləğv etməklə, saxta əqd əsasında aparılmış etibarsız əqdlərə toxunmayaraq iddiaçının hüququnu bərpa etmək haqqını ona yasaq edir. Bu isə hüquqi absurda gətirir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol ve rilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunun bu tələbi üzrə Cavabdeh2 həqiqətdə notariata getmədiyi və müqavilə imzalamadığı halda, onun adına yazılmış əqd üzrə hüquq yaranmadığından qeydə alınmamalıydı, alındığı təqdirdə etibarsız hesab edilir. Etibarsız əqd əsasında aparılmış qeyd özü həmin tarixdən etibarsızdır. Etibarsız qeyd əsasında sonradan aparılan qeydlər də etibarsız sayılır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.M.Həsənov sədrlik edən və məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-6711/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdı r.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında alğı-satqı müqavilələri bağlanarkən və reyestrdə sonuncuların adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiklərindən, Cavabdeh3 və Cavabdeh5 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşlar.

27. Həmçinin, əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X12 ilə Cavabdeh2 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alğı-satqısına dair xx.x x.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququnun olması da birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 148, 149, 329, 337, 1243, 1252 və 1253-cü maddələri, Mülki Prosessual Məcəllənin 14, 77 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırı lmamış, tətbiq olunmalı maddi hüquq normaları tətbiq olunmamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.

31. Şikayətdə göstərilmişdir ki, iddiaçı V.O. Bayramovanın əri, miras qoyan X12 12 iyul 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Miras qoyandan ünvan miras qalmışdır. Bağa dair DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə T.Quliyevə sağlığında ********** qeydiyyat nömrəsi ilə №0905846 saylı Çıxarış verilmişdir. Miras əmlak olan bağ sahəsi faktiki qəbul edilmişdir. Ölüm ərəfəsində, T.Quliyevin bağa dair öz iradəsinə uyğun olaraq sərəncam verməsi üçün 11 saylı notariusa müraciət olunmuşdur. Müraciət edildikdə notariusun bildirdiklərindən məlum olmuşdur ki, sözügedən bağ sahəsi başqa şəxsin mülkiyyətindədir. Müəyyən olmuşdur ki, 17 avqust 2017-ci il tarixdə bağ evi X12 tərəfində n 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında guya Cavabdeh2 satılmışdır. Sonuncuya 24 avqust 2017-ci il tarixdə Çıxarış verilmişdir. Belə bir əqd mövcud olmayıb. Əqd 32 saylı notariatın möhürü ilə təsdiqlənsə də həmin ofisdə notarius Elgün İmanlı olduğu halda, notariusun adı X2 göstərilmişdir. Bundan başqa, 32 saylı notariat tərəfindən vəkil sorğusuna verilmiş 16 sentyabr 2021-ci il tarixli, X-1572 nömrəli cavabdan məlum olur ki, orada belə müqavilə rəsmiləşdirilməmişdir. O da nəzərə alınmalıdır ki, müqavilədə mütləq olmalı halda tərəflərin fotoşəkilləri olmamışdır. Daha sonra, 07 sentyabr 2017-ci il tarixdə bağ evi Cavabdeh2 tərəfindən 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Sonuncuya 12 sentyabr 2017-ci il tarixdə Çıxarış verilmişdir. Sonda, 16 may 2018-ci il tarixdə bağ evi Cavabdeh3 tərəfindən ASAN 3 xidmət mərkəzinin notariat ofisində 4Ə-812 reyestr nömrəli alğı-satqı müqaviləsi təsdiqlənməklə Cavabdeh5 satılmışdır. Sonuncuya 29 may 2018-ci il tarixdə Çıxarış verilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, T.Quliyev bağını heç kəsə satmamış, bağlanmış əqdlər isə ilk saxta müqavilə əsasında bağlanmış və onlar əsasında da çıxarışlar verilmişdir. Məhkəmələr tərəfindən iddiaçının hüququ bərpa olunmayıb, məhkəmə müdafiəsi təmin olunmayıb. Belə ki, mərhum T.Quliyevin adından guya Cavabdeh2 satılmasına dair müqavilə ləğv olunur eləcədə Cavabdeh2 adına qeydiyyat ləğv olunur. İddiaçı1 vərəsəlik hüququ təmin olunmayıb, digər müqavilələr və çıxarılar etibarsız hesab edi lməklə ləğv olunmalı olduqları halda, bu edilməmişdir.

32. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60 və 71ci maddələri, Mülki Məcəllənin 139.2., 139.3., 337.1., 394, 560, 146.3., 178.1., 389.1., 420.2, 203.1.-ci maddələri, Mülki Prosessual Məcəllənin 217.3., 372, 13, 220 və 14-cü maddələri ilə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

35. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakı n dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

37. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

38. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

39. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərə fin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

40. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

41. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüqu qları saxlanılır.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassatorun təmin olunmuş tələblərə aid dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticə və əsaslandırma ilə razılaşır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həm in hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6711/2022 nömrəli, 3 noyabr 20 22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar