Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1144/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1144/2023 ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(106)-1749/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank VTB (Azərbaycan) ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən cavabdehə illik 16 faiz hesablanması şərti ilə 36 ay müddətinə 19.009 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomob il (bundan sonra – ipoteka predmeti və ya mübahisəli avtomobil) xx.xx.2013-cü il tarixli 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. AA 095808 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışına əsasən, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsində qeydə alınmışdır.
4. Bankın cavabdehə ünvanladığı pretenziya məktubuna əsasən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
5. İş materiallarında olan Bank tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişin qeydə alınmasına dair ərizəsi xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə hesablanmış Banka olan 18136,91 ABŞ dolları məbləğində əsas borc, 9468,08 ABŞ dolları məbləğində faiz borcu, 137 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 27741,99 ABŞ dolları məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulmasına, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş mübahisəli avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Banka ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd ed ilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, borclu şəxs kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 27741,99 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş və məhkəməyə ərizə verərək izahatında göstərmişdir ki, iddiaçının kredit verdiyini iddia etdiyi müddətdən, yəni 2013-cü ildən 10 ildən artıq vaxt keçir. Aralarında bağlanmış avtomobil krediti müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Məhz həmin tarixdən iddiaçının qalan borcu ondan tələb etmək hüququ yaranmışdır. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
9. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2( 017)-1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilməmişdir. 10.Birinci instansiya məhkəməsi icraat zamanı müəyyən edilən hallara istinadən iddia tələbini haqlı hesab etsə də, 01 avqust 2013-cü il tarixdə tərəflər arasında bağlanmış avtomobil kredit müqaviləsinin müddətinin 01 avqust 2016-cı il tarixdə bitdiyini, iddiaçının müqavilə müddəti bitdiyi tarixdən təxminən 7 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etdiyini, cavabdehin isə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsinə dair məhkəməyə ərizə təqdim etdiyini qeyd etmişdir. Odur ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdü r.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 374, 375, 376 və 381-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə bank qarşısında 27741.99 ABŞ dolları məbləğində borcu qalmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olu nmamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)- 1749/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, göründüyü kimi tərəflər arasında borc müqaviləsi 01 avqust 2013-cü il tarixdə bağlanılmış və müqavilənin icra müddəti 36 ay (3 il) müəyyən edilmiş, iddia ərizəsi isə 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununl a da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı müqavilənin icra müddəti bitdiyi vaxtdan yəni 01 avqust 2016-cı il tarixdən 3 il ötmüşdür. Bu isə onu göstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür.
16. Bundan əlavə kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi qaydada yerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin təmin edilməsinin qeyri-mümkünlüyü halında, əsas öhdəliyin təminatı vasitəsi olan girov və ya ipotekanın hüquqi müqəddəratı ilə bağlı müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün bu institutların da mahiyyətinə nəzər yetirilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 385.1, 427.1, 442, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nət icəsində cavabdehlərin Banka ümumilikdə 27 741,99 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin məhkəmə Bankın iddiasının təmin edilməsindən imtina etmişdir. Şirvan Apellyasiya Məhkəməsi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
20. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “Kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olunduğu andan qüvvədən düşür. Odur ki, məhkəmə MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 372.1. Başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 23.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 24.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 25.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 26.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququn un pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir 27.Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 28.Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında g östərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz poz ulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi nə dair” xx.xx.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.
42. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(106)-1749/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.