Məhkəmə qərarları › İş №2(102)-1144/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1144/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1144/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1144/2025 (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası; tapşırıq müqaviləsi; əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbi və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarı “pul” tələbinə dair iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-5639/2024 nömrəli, 2024-cü il 3 dekabr tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh1 arasında işgüzar münasibətlər mövcud olmuş, kommersiya tərəfdaşlığı fonunda şərikli biznes idarə etmişlər. İddiaçı2 digər iddiaçının anasıdır.

2. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 151 ünvanındakı “K Residence” yaşayış kompleksində 5306 saylı mənzil 26 may 2021-ci il tarixli müqavilə əsasında Cavabdeh2 (bundan sonra – MTK) tərəfindən 268380 manata Cavabdeh1 satılmışdır. Müqavilənin şərtlərinə görə, MTK mənzili təhvil verməyi, alıcı isə ödənişləri razılaşdırılmış qrafik üzrə hissə-hissə olmaqla 26 may 2024-cü il tarixə öd əməyi üzərinə götürmüşdür.

3. Eyni tarixdə, eyni şərtlərə cavab verən müqavilə ilə həmin binada yerləşən 5310 nömrəli mənzil İddiaçı1 satılmışdır.

4. Cavabdeh1 və İddiaçı1 arasında 16 avqust 2023-cü il tarixdə tərəfdaşlığa xitam verilməsi barədə razılaşma imzalanmış, razılaşmanın 9-cu bəndinə əsasən Bakıda “Knightbridge” layihəsindən alınan iki nəfərə aid iki mənzilin 2023-cü ilin avqust ayından etibarən qalan kreditləri hər kəs öz mənzilinə dair hissədə özünün ödəyəcəyi; 10-cu bəndinə görə, “WhatsApp ödənişlər qrupu”-nun birgə həyata keçirilən son layihə başa çatana qədər davam edəcəyi; 12-ci bəndinə görə, birgə davam edən işlərə aid bütün xərclərin müştərək kassadan ödənilməyə davam edəcəyi razılaşdırılmışdır.

5. Tərəfdaşlığa xitam verilməsi barədə razılaşmayadək olan dövrlər üzrə Cavabd eh1 aid mənzilə dair ödənişlər müvafiq olaraq iddiaçı və anası tərəfindən həyata keçirilmişdir. WhatsApp tətbiqində biznes tərəfdaşlığı ilə bağlı yaradılmış, iddiaçı Miyanə Xasıyeva və Cavabdeh1 də daxil olmaqla bir neçə şəxsin üzv olduğu gəlir və xərclərə dair “Ödəmə planı” adlı hesabat xarakterli ödənişlər qrupu mövcud olmuş, hər iki mənzilə dair müxtəlif tarixlərdə edilmiş ödənişlər Miyanə Xasıyeva tərəfindən tətbiq vasitəsilə qrupda elan edilmiş, bütün ödənişlərdə hər iki ev eyni anda göstərilərək “X1 5360 öd. 2806 d, X1 5310 öd. 3114 d” kimi ifadə edilmişdir.

6. Cavabdeh1 məxsus 16 avqust 2023-cü ildən sonrakı ödənişlər onun özü tərəfindən, bəzi hallarda onun tapşırığı əsasında digər şəxslər tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

7. İddiaçı1 tərəfindən Cavabdeh1 2021-ci il 26 may tarixli, CY6-090/21 nömrəli müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 120.771 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi; məhkəməyə müraciət etmək üçün ödənilmiş 413 manat dövlət rüsumunun əvəzinin ona qaytarılması; məhkəməyə müraciət edilməsi və məhkəmədə təmsil olunmaq üçün tərəfindən çəkilmiş 1500 manat hüquqşünas xərclərinin əvəzinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Cavabdeh1 və onun arasında Cavabdeh1 davamlı olaraq Türkiyədə yaşaması səbəbindən ona məxsus mənzilin aylıq ödənişlərinin iddiaçı tərəfindən Bakı şəhərində ödənilməsi, ödənilən pulların isə gələcəkdə iş ortaqlığı nəticəsində əldə olunmuş gəlirdən geri qaytarılması barədə razılıq əldə olunmuşdur. MTK ilə müqavilədə müştəri, yəni Alıcı qismində Cavabdeh1 iştirak etsə də, müqavilə üzrə öhdəliklər faktiki olaraq o və onun anası İddiaçı2 tərəfindən icra edilmişdir. Hal-hazırkı vəziyyətə görə Cavabdeh1 iddiaçı ilə əlaqəni kəsmişdir, mənzilə görə ödənilmiş hər hansı bir pulun qaytarılmasından yayınmaqdadır. O, 2023-cü il 15 dekabr tarixində MTK-nı məktub vasitəsi ilə mövcud vəziyyət barədə məlumatlandırmış və müqavilənin başqa adamın adına cavabdehin göstərişi ilə keçirilməməsini və mənzilə mülkiyyət hüquqlarının üçüncü şəxslərə verilməməsini xahiş etmişdir.

9. İddiaçı2 tərəfindən Cavabdeh1 2021-ci il 26 may tarixli, CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağl ı ümumilikdə ödədiyi 86.937,85 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi; ödənilmiş 351 manat dövlət rüsumun əvəzinin isə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Tələb digər iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərardadı ilə hər iki iddia baxılması üçün bir icraatda birləşdirilmişdir.

12. Cavabdeh MTK etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinin və Cavabdeh1 tərəfindən təqdim edilən müqavilənin, whatsapp yazışmalarının məzmunundan aydındır ki, bu iş üzrə xarici vətəndaş Cavabdeh1 ilə İddiaçı1 arasında kommersiya münasibətləri mövcud olmuşdur. Cavabdeh1 ilə MTK arasında bağlanmış mənzil alqı-satqısına dair 2021-ci il 26 may t arixli, CY6-090/21 saylı müqaviləyə əsasən iddiaçılar tərəfindən müəyyən dövrlər üçün vəsaitlər ödənilmiş olsa da, iddiaçılar ödədikləri vəsaitlərin məhz hansı müqaviləyə əsasən və məhz kimin üçün ödənildiyini qabaqcadan bilirdilər və bu ödənişləri könüllü şəkildə etmişlər. MTK bağlanmış müqavilələr üzrə ödənişin üçüncü şəxs və ya şəxslər tərəfindən edilməsinə etiraz edə və ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Müqavilələr üzrə ödənişlər faktiki olaraq alıcı tərəfindən yox, başqa şəxs, indiki halda iddiaçılar tərəfindən edilsə də, MTK ödənilmiş pul məbləğləri üzərində mülkiyyət hüququnun (subyektiv hüququn) kimə aid olub-olmadığını araşdırmağa borclu deyildi. Ödənişlərin edilməsi zamanı MTK müqavilə üzrə alıcı olan şəxsdən (Cavabdeh1) heç bir etiraz olmadığına görə cavabdeh iddiaç ılar tərəfindən edilən ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Ödənişləri faktiki edən şəxslərə təqdim edilmiş qəbzlərdə də normal olaraq həmin şəxslərin adları qeyd edilmişdir. Ancaq bu fakt həmin ödənilmiş pul vəsaitlərinin iddiaçılara həqiqətən məxsus olduğunu göstərmir. MTK bu cür halda tam haqlı olaraq hesab edir ki, faktiki ödəyicilər alıcıya məxsus pul vəsaitlərini onun tapşırığı ilə ödəyir. İddiaçıların istinad etdiyi digər bir məsələ əsassız varlanma ilə bağlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, iddiaçıların MTK-ya münasibətdə əsassız varlanma müddəalarına istinad etməsi tamamilə əsassızdır. Belə ki, hazırki iş üzrə əsassız varlanmış tərəf ümumiyyətlə mövcud deyildir. Belə ki, iddiaçılarla Cavabdeh1 arasında müqavilə mövcuddur, MTK ilə iddiaçılar arasınd akı münasibətlər isə Cavabdeh1 tərəfindən onlara verilən tapşırıq və müqaviləyə əsaslanır. Göründüyü kimi əsassız varlanma yaranmasına səbəb olan heç bir əsas olmadığından MTK-nın iddiaçı qarşısında cavabdehlik daşıması da mümkün deyildir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-1342/2024 saylı, 2024-cü il 22 iyul tarixli qətnaməsi ilə (hakim-Ramin Xəlilov) iddia tələbləri rədd edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazıkı iş üzrə isə iddiaçılar öz vəsaitləri hesabına cavabdehin öhdəliklərini yerinə yetirdiyini və bunun əsasında cavabdehlərin əsassız varlandığı iddia etsələr də, bu halları sübuta yetirə bilməmişlər. Əksinə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları, ödəniş qəbzləri və tərəflər arasında olan ortaqlığın sonlandırılmasına dair sənəddən görünür ki, ortaqlıq bitən günə qədər əldə edilən gəlirlər X.Miyasə və Cavabdeh1 ortaq gəlirləri olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların Cavabdeh1 adından ödədikləri pul vəsaitləri iddiaçıların şəxsi vəsaiti olmamış, X.Miyasə və Cavabdeh1 ortaqlığından əldə edilən gəlirlər olmuş, ortaqlıq bitdikdən sonra isə tərəflər ayrı-ayrılıqda öz öhdəliklərini yerinə yetirməyə başlamışlar.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya ş ikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 aralarında olan ortaqlıqdan əldə edilən gəlir və xərcləri “Whatsapp” qrupu xaric, heç bir sənədlə və ya başqa bir yolla təsdiq etməmişlər. Həmin “Whatsapp” yazışmalarında isə yalnız daxil olan gəlir və xərclər əks olunub. Yerdə qalan gəlirin tərəflər arasında hansı nisbətdə bölünməsi isə qeyd edilməmişdir. Cavabdeh1 əldə etdiyi mənzillə bağlı ödənişlər də iddiaçılar tərəfindən ödənilirdi və daha sonra Cavabdeh1 ortaqlıqdan ona düşən gəlirdən onlara olan borcunu qaytarmalı idi. Əgər H.Gültəkinin və onun onlara düşən gəlirləri onların aralarında müəyyən olunmamışlarsa (aktla və ya hər hansı digər sənədlə), Cavabdeh2dəki mənzilin ortaq qazancın məhz Cavabdeh1 məxsus olan hissəsinin hesabına alınması barədə məhkəmənin rəyi natamamdır. Həmin hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məlum qətnamədə məhkəmə qeyd edir ki, “Eyni zamanda, iddiaçılar Cavabdeh1 öhdəliklərini sırf öz vəsaitləri hesabına yerinə yetirdiklərini sübuta yetirə bilməmişlər”. Lakin, mənzilin alqı-satqı müqaviləsində Müştəri, yəni Alıcı qismində Cavabdeh1 iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq onun və anası İddiaçı2 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər cavabdeh Şirkət tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş ödəniş qəbzlərində əks etdirildiyi kimi tərəfindən 53.703,09 ABŞ dolları və 29.476,33 AZN pul mə bləğində ümumilikdə bu günün məzənnəsinə uyğun olaraq 120.771 AZN və İddiaçı2 tərəfindən ümumilikdə 86.937,85 AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə Cavabdeh2 hesabına köçürülmüşdür.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-5639/2024 nömrəli, 2024-cü il 3 dekabr tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi sübutlar əsasında onun cavabd ehin tapşırığını icra edərkən hər hansı formada zərərə uğradığı halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin MTK-nın da iddiaçının hesabına varlandığı halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın bu cavabdehə münasibətdə təmin edilməli olmaması barədə mövqeyi ilə razılaşmışdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1, 777.1, 777.2, 783.1, 1091.1, 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmiş dir ki, məhkəmələrin yanaşması hər hansı konkret sübut və ya hüquqi sənədə əsaslanmadığından, yalnız məhkəmənin subyektiv qənaətindən və əsassız mülahizələrindən ibarətdir. Məhkəmə qərarlarında mötəbər və sübutedici faktlara istinad edilməlidir, lakin bu halda, belə bir hüquqi əsas mövcud deyil və qəbul edilən nəticə hüquqi reallıqla uzlaşmır.

23. Mənzil Cavabdeh1 tərəfindən deyil, məhz İddiaçı1 və İddiaçı2 tərəfindən maliyyələşdirilərək əldə olunmuşdur. Lakin Cavabdeh1 bu vəziyyətdən sui-istifadə edərək, mənzilin hüquqi alıcısı kimi çıxış etmiş və onun adına rəsmiləşdirilməsini təmin etmişdir. Bununla da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma halları üçün hüquqi əsas yaranmışdır. Bu kontekstdə, mübahisənin mahiyyəti ondan ibarətdir ki, faktiki alıcılar – İddiaçı1 və İddiaçı2 – mənzilə olan hüquqlarından kənarda saxlanılmış, əvəzində isə Cavabdeh1 üçün heç bir maliyyə öhdəliyi daşımadan əmlak əldə etmək imkanı yaradılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Nümayəndə Cavabdeh1 nümayəndəsi qismində kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, lakin etiraza vəkilin səlahiyyətini təsdiq edən order əlavə edilməmişdir. Sözügedən şəxsin nümayəndə qismində səlahiyyətlərinin rəsmiləşdirilməsi MPM-in 73.5ci maddəsinin tələblərinə cavab vermədiyindən (vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir) etiraz qəbul edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

28. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən tərəflər arasında tər əfdaşlıq pozulanadək mübahisəli mənzilin dəyəri ortaq gəlir hesabına ödənilmiş və hər edilən ödənişlər həyata keçirilən layihələrin ortaq hesablaşma vasitəsi olan “WhatsApp ödənişlər qrupu” adlı qrupda bəyan edilmişdir. Həmçinin, İddiaçı1 özünün də adına eyni tarixdə qonşu mənzil alınmış və eyni qaydada ödənişlər həyata keçirilmiş, hətta iddiaçının adına olan mənzilin aylıq ödəniş məbləğləri daha yüksək olmuşdur. Hər iki mənzilə dair edilən ödəmələr eyni anda bəyan edilmişdir. Tərəfdaşlığa xitam verilməsi barədə razılaşmadan sonra isə hər kəsin öz mənzilinə dair borcunu özünün ödəməsi razılaşdırılmış, Cavabdeh1 ödənişləri həyata keçirmiş, İddiaçı1 isə özünə məxsus mənzili satmışdır.

42. Göründüyü kimi, Cavabdeh1 məxsus evə dair bağlanmış müqavilə üzrə öhdəliyin üçüncü şəxslər tərəfindən ic rasının borclunun tapşırıq müqaviləsi əsasında olması ilə bağlı gəlinmiş qənaət əsaslı olmuşdur, bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5639/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar