Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1146/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Safa oğlunun Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Salyan rayon Kərimbəyli kənd bələdiyyəsinə qarşı “hasarın sökülməsi və su arxının qarşısının açılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: su axımına maneənin aradan qaldırılması, hasarın sökülməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyab r 2022-ci il tarixli, 2(106)1380/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Salyan rayonu, Kərimbəyli kəndində yerləşən 1199,96 kv.m həyətyanı torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı Safa oğlunun mülkiyyətinə verilmişdir.
2. Salyan Rayon Məhkəməsinin 04 iyun 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı Safa oğlunun Cavabdeh qarşı iddiası təmin edilərək, Salyan rayonunun Kərimbəyli kəndində İddiaçı Safa oğlunun həyətindən çıxan suvarmadan sonra artıq suların axmaz gölə axıdıldığı, Cavabdeh və X2 həyətyanı torpaqlarının arasında yerləşən bələdiyyə torpağından keç ən və axmaz gölə tökülən su arxının maneələrin Cavabdeh hesabına ləğv edilməklə açılması, həmin su arxından (su yolundan) İddiaçı Safa oğlunun maneəsiz istifadəsinin təmin edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Safa oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, onun tərəfindən qoyulan hasarın sökülməsi və su axarının qarşısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 25 sot torpaq sahəsi verilmişdir. Lakin cavabdeh iddiaçının evindən gedən su kanalının üstünü dolduraraq hasar çəkmişdir. Kanalın doldurulması və orada hasarın çəkilməsi nəticəsində iddiaçının həyətindəki qrunt suları axmamış, son 10 ildə yığılıb onun həyətində qalmışdır. Bu da iddiaçının təsərrüfatının genişləndirilməsinə və orada yaşamalarına pis təsir göstərmişdir. Həmin mübahisəli yerdə iddiaçının su çıxarma xətti olmuşdur. Son 10 ildə iddiaçının təsərrüfatına və evinə 100000 manata yaxın maddi ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir.
5. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Saly an rayonu, Kərimbəyli kəndində aparılan torpaqların elektron kadastr uçotu məlumat bazasında, İddiaçı Safa oğlunun və digərlərinin həyətyanı torpaq sahələrinə gedən fərdi su yolları nəzərdə tutulmamışdır. İddiaçı Safa oğlunun iddia etdiyi su arxının yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, Cavabdeh istifadəsində olan torpaq sahəsi olmuşdur. İddia olunan su arxının bir hissəsində daş hasar hörülmüş və daş hasarın iddia olunan əraziyə düşən hissəsi 1,4 metr təşkil etmişdir.
6. Salyan Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(057)-97/2022 nömrəli qətnaməsi ilə (hakim A.H.Səmədov) iddia təmin edilmiş, Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi, İddia çı Safa oğlunun istifadə etdiyi su yolunun üzərində cavabdeh tərəfindən inşa olunmuş daş hasarın iddia olunan əraziyə düşən 1,4 metr hissəsinin sökülməsi və su arxının qarşısının açılması, mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin hesabına İddiaçı Safa oğlu tərəfindən ödənilmiş 312 manatın Cavabdeh alınaraq İddiaçı Safa oğluna verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin qanunsuz istifadəsində olan Salyan rayon Kərimbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçən iddiaçının həyətyanı sahəsindən çıxan su arxı cavabdeh tərəfindən bağlanmışdır.
8. Məhkəmə hesab etmişdir ki, cavabdehin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində etdiyi hərəkətlər qanunsuz olmuş, sonuncu iddiaçının həyətindən çıxan suvarma nəticəsində istifadə olunan artıq olan suların və həmçinin yağış suların axıdılması üçün nəzərdə tutulmuş su arxının qarşısını alması və üzərində daş hasar inşa etməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməklə digər şəxslərin hüquqlarını məhdudlaşdırmamalıdır. Cavabdehin iddiaçının həmin su arxına kanalizasiya sularının axıtması barədə dediklərini iddiaçı təsdiq etməmiş, cavabdeh özü isə öz dediklərinin təsdiq olunması üçün hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Salyan Rayon Məhkəməsinin 04 iyun 2004cü il tarixli qətn aməsi ilə tərəflər arasında qeyd olunan su arxına dair mübahisə olmuş, iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də tərəflər arasında qeyd olunan mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan qeyd olunan iddiaya aid olan hissədə iddiaçının tələbinin sübuta ehtiyacı olmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 82.1, 82.3, 82.4, 88, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(057)-97/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 23 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Salyan rayonu, Kərimbəyli kəndində aparılan torpaqların elektron kadastr uçotu məlumat bazasında, İddiaçı Safa oğlunun və digərlərinin həyətyanı torpaq sahələrinə gedən fərdi su yollarının nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçı Safa oğlunun iddia etdiyi su arxının yerləşdiyi torpaq sahəsinin torpaqların elektron kadastr uçotu məlumat bazasında bələdiyyə mülkiyyətinə aid torpaq olmaqla, Cavabdeh istifadəsində olan torpaq sahəsi olduğu, iddia olunan su arxının bir hissəsində daş hasar hörüldüyü və daş hasarın iddia olunan əraziyə düşən hissəsinin 1,4 metr təşkil etdiyi müəyyən edilmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(106)-1 380/2022 nömrəli qərardadı ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, İ.Q.Əsədovun və N.F.Mirzəyevin iştirakı ilə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “su axarının qarşısının açılması” tələbinə münasibətdə qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(057)-97/2022 nömrəli qətnaməsinin qismən – iddia tələbinin “su axarının qarşısının açılmasına dair” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(106)-1380/2022 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, İ.Q.Əsədovun və N.F.Mirzəyevin iştirakı ilə) Cavabdeh apellyasiya şikayətini “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hasarın sökül məsi tələbinə” münasibətdə təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(057)-97/2022 nömrəli qətnaməsinin “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hasarın sökülməsinə dair” hissəsində və mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hasarın sökülməsinə dair hissələrdə təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi 3 hissədən ibarət olmuşdur:
1. Hasarın sökülməsi,
2. Su axarının qarşısının açılması,
3. Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi. Birinci instansiya məhkəməsi iddiaya su axarının qarşısının alınması hissəsində i ş üzrə icraata xitam verilməsi üçün MPM-in 261.0.2-ci maddəsində müəyyən edilmiş əsas olduğu halda, mahiyyəti üzrə tam baxaraq prosessual hüquq normalarının pozulmasına səbəb olduğundan apellyasiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
16. Qalan tələblər üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə mübahisəli hasarın sökülməsi tələbini irəli sürmək üçün hazırkı iş üzrə İddiaçı Safa oğlu subyektiv hüquqa malik olmadığından və həmin hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Salyan rayon Kərimbəyli bələdiyyəsinin nümayəndəsi (sədri) hasarın sökülməsinə etiraz etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hasarın sökülməs inə dair” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə mübahisəli hasarın tikildiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu müəyyən edilmiş və iddiaçı baxılan iş üzrə həmin hasarın sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hissədə iddia tələbi cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasarın sökülməsi ilə bağlı olduğundan iddiaçının həmin tələb üzrə də subyektiv hüququnun olmaması müəyyən edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli hasarın tikildiyi torpaq sahəsi Salyan rayon Kərimbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, mülki işə üçüncü şəxs qismində cəlb edilmiş həmin bələdiyyənin nümayəndəsi (sədri) Mahmud Mahmudov apellyasiya instansiyası məhkəməsinin iclasında həmin hasarın sökülməsi tələbinə etiraz etdiyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 240.1-ci maddələri, “M.Bağırovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı Safa oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(106)-1380/2022 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 31-ci, Mülki Məcəllənin 152, 157, 170, 172.1-ci, Mülki Prosessual Məcəllənin 8, 9, 14, 77, 81-96, 217 və s. maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsində heç bir mülkiyyəti olmamış, mübahisəli torpaq sahəsində hər hansı tikinti işləri görməsi ilə bağlı heç bir səlahiyyəti olmamışdır. Lakin iddiaçının həmin ərazidə torpaq sahəsi və həmin torpaq sahəsinə rəsmi sənədi olmuşdur. Bələdiyyə sədri torpaq sahəsinin bələdiyyəyə aid olduğunu dediyindən, mübahisəli torpaq sahəsindən bütün kənd əhlinin istifadə etmək hüququ yaranmışdır. Cavabdehin həmin to rpaq sahəsinin istifadəsinə dair bələdiyyə ilə aralarında hər hansı müqavilənin olmamasını da bələdiyyə sədri çıxışında qeyd etmişdir. İddia qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı kassator qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ola bilər, lakin sözügedən su axarının qarşısının alınması nəticəsində onun həyətinə su dolmuş və nəticədə onun əmlakına ziyan dəymiş, bələdiyyə isə hər hansı tədbir görməmişdir. Öz hüquqlarını qorumaq üçün özü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Salyan Rayon Məhkəməsinin 04 iyun 2004-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunsa da, icra məmuru həmin qətnamənin yenidən icra edilməsindən imtina etmiş və artıq həmin qətnamənin icra edildiyini, yenidən icra edilə bilməyəcəyini bildirmişlər.
22. Ka ssasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfdən iddianın bir (su axarının qarşısının alınması) tələbi üzrə icraata xitam verilsə də, həmin qərardad tərəflərlə mübahisələndirilməmişdir. İddiaçı məhkəmənin qəbul etdiyi qətnamədən kassasiya şikayəti vermiş və hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məluma tlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 27. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət k əsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin və cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, iddia 3 tələbdən ibarət olsa da, tələbin əsasını iddiaçının mülkiyyətində olan torpaq sahəsindən suyun axımının cavabdeh tə rəfindən məhdudlaşdırılması təşkil etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən həmin tələb (su axarının qarşısının alınması) üzrə iş üzrə icraata xitam verilmiş və iddiaçı qərardadı mübahisələndirməmişdir.
31. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, qətnamə ilə hüquqi qiymət verilmiş tələblərin (cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hasarın sökülməsi) müstəqil olaraq irəli sürməyə iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, məhkəmələr tərəfindən bələdiyyəyə məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunsa da, həmin zəbtin iddiaçının hüquq və mənafelərinə toxunması (su axımının məhdudlaşmasından əlavə) iş üzrə müəyyən olunmur.
32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya məhkəməsinin qərardadına uyğun olaraq iddiaçının Salyan Rayon Məhkəməsinin 04 iyun 2004-cü il tarixli qətnaməsini icrasını tələb etmək hüququ vardır ki, cavabdehin hasarının sökülmədən suyun axılması mümkün olsun.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respu blikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Safa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(106)-1380/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.