Məhkəmə qərarları › İş №2(102)-1146/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1146/2024

16.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1146/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X1 Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi və Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respu blikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X1 Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 01 mart 2024-cü il ta rixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X2 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1,31 ha torpaq sahəsində (bundan sonra- mübahisəli torpaq sahəsi) cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsi ndə icraat:

2. Masallı Rayon Məhkəməsinin 2(050)-154/2017 nömrəli, 11 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışlar ilə iddiaçılara məxsus olan torpaq sahəsində cavabdehin qanunsuzinşa etdiyi tikilininevin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamən in ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov sədrlik edən, məruzəçi, İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2678/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İsfəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Cahid İmanov) verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçıların cavabdehə qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə iddiasının rədd edilməsi qət olunmuş dur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

8. Qətnamədən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması (göndərilməsi) barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

9. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğu n olaraq həyata keçirilir.

10. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

11. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır v ə onları verən şəxsə qaytarılır.

14. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

16. Maddə 408.3. Kassasiya şikayətinin qaytar ılması barədə qərardad çıxarılır.

17. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda o nu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

20. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətna məsinin surəti İddiaçı1 vəkili olan Vəkil2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsinin surəti İddiaçı1 tərəfindən poçt göndərişinə (forma F.119) 13 noyabr 2023-cü il tarixdə imza edilməklə təqdim olunmuşdur. Lakin iddiaçının vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra, 26 yanvar 2024-cü il tarixdə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.

21. Bundan əlavə iş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil2 tərəfindən elektron qaydada imzalansa da, kassator İddiaçı1 özü tərəfindən imza lanmış surəti iş materiallarına əlavə olunmamışdır. Habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.

22. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 402-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

23. Beləliklə, qanunvericilikdə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yox layır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

25. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1501/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) tərəfində n verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar