Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1147/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Musa oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2342/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir rayon, Qapanlı kəndində yerləşən sahələri 2.76 ha, 3.6622 ha və 0.8852 ha olan kənd təsərrüfat təyinatlı torpaq sahələri İddiaçı tam mülkiyyətindədir.
2. İddiaçı, X8, X2, X1, X5, X6, X3, X9, X12, X7, X4 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixdə 47 nömrəli qərarı ilə Şəmkir rayon, Qapanlı kəndində yerləşən 8.18 ha torpaq sahəsi verilmişdir. 3. 09.08.2023-cü il tarixli 3-21-3-40/2-4431/2023 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə deyildir.
4. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda qeyd edilən torpaq sahələrinin ətrafına çəkilmi ş 0.17 ha ərazini əhatə edən drenaj kanallarının Cavabdeh tərəfindən düzəldilərək yararlı hala salınması; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 5.91 hissəsi cavabdehin zəbtindən azad edilməsi qət edilmiş, bu qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və dəqiqləşdimə ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət ed ərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayon AİKnın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailə üzvilərinin mülkiyyətinə verilmiş 8,18 ha, xx.xx.2020-ci il tarixli 4Ə-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında mülkiyyətinə verilmiş 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su arxlarının kənarı ilə gələn maşın yollarının və həmin su arxlarının zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası AİK-nın Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 8,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və 10 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli 40-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kəndin ərazisində yerləşməklə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin 8,18 ha hissəsində karalyok bağı salmışdır. 2,76 və 0,8852 ha hissələrində isə yonca əkdirmişdir. Ancaq, 4 ilə yaxındır ki, həmin sahələrə maşın kanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində həmin sahələrə suvarma suyunu apara bilmir. Nəticədə həmin sahələrdəki meyvə ağaclarından və yoncadan təyinatına uyğun normal istifadə etməməklə yüksək məhsul əldə etməmiş, bu səbəbdən külli miqdarda maddi zərər çəkmişdir. Dəfələrlə cavabdehdən həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedən avtomaşın yolunun və su arxlarının açılmasını tələb etsə də nəticəsi olmadığından bu barədə DİN-nin 102 qaynat xəttinə məlumat vermiş, rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hətta şikayəti əlaqədar X26 rəisi həmin sahələrə yerində baxış keçirmiş, ancaq tələbi mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda cavabdeh mülkiyyətində olan torpaq sahələrinin suvarılması üçün qa ynamalardan gələn su arxlarını da zəbt edərək suvarılmasına imkan vermir. Onu da əlavə edir ki, baldızı və həmkəndlisi X10 qanuni əsaslarla Qapanlı Bələdiyyəsində 2000-ci ildə icarəyə götürdüyü torpaq sahəsi uzun müddətdir ki, aralarında olan razılaşma əsasında onun istifadəsindədir və həmin sahəyə gedən yolun və su arxının cavabdeh tərəfindən zəbt edilərək kəsilməsi nəticəsində həmin sahənin istifadəsi mümkünsüzdür. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması və həmin sahələrə gediş-gəliş yolunun zəbt edilməsi haqda mülahizələrini qeyd etsə də, "zəbt" etmənin hansı formada olması, onun öz mülkiyyətində olan to rpaq sahəsinə gediş-gəliş yolunda hansı maneənin olması, ərizədə göstərilən arxlarda və ya yollarda maneələrin olması barədə heç bir əsaslandırma edə bilməmişdir. O səbəbdən ki, belə hallar ümumiyyətlə mövcud deyil. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı iddia ərizəsinə iddia tələbini təsdiq edən sübutlar əlavə etməli və əsaslandırmalıdır. Ancaq iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından görünür ki, iddiaçının məhkəməyə təqdim edəcəyi heç bir sübutu mövcud deyil. İddia ərizəsinin məzmununda da hər hansı sübutu məhkəməyə təqdim edəcəyi barədə heç bir məlumat qeyd edilməyib, vəsatət əlavə edilməyib. Bu da onu deməyi əsas verir ki, iddiaçının belə bir sübutu mövcud deyil. Onun tərəfindən iddiaçının iddia ərizəsində göstərilən torpaq sahələrindən istifadəsinə heç bir maneə yara dılmamışdır. İddiaçının su arxlarında və ya gediş-gəliş yollarında müəyyən problemlər olar bilər. Ancaq yenə də bu çətinliklərinin onun ilə bir əlaqəsi olmasını sübut etmək yükü iddiaçının üzərindədir. Bununla bağlı qeyd edir ki, onun və iddiaçı hər ikisinin kənd təsərrüfat sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçı ilk dəfə deyil ki, ona qarşı əsassız iddia qaldırmışdır. Hesab edir ki, o vaxtaşırı onun barəsində bu kimi iddialar verməklə, hüquq mühafizə orqanlarına heç bir əsası olmayan şikayətlər etməklə onun fəaliyyətinə kölgə salmaq, bu kimi iddialarla onun öz işlərindən yayındırmaq, bu üsulla ona maddi və mənəvi ziyan vurmaq, həm də sonda əgər məhkəmə onun xeyrinə qətnamə çıxararsa bundan sonra növbəti addım olaraq, məhz onun "qanunsuz hərəkətləri" nəticəsində özünün maddi ziyan çəkməsi və bu ziyanın ödənilməsi məqsədilə yenidən məhkəmələrdə iddia qaldırmaq niyyəti güdür. Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquqlardan sui-istifadəyə yol verilməsi, mülki dövriyyənin subyektlərinə qarşı münasibətlərdə vicdanlılıq məsələlərinə əməl edilməməsi, əsassız varlanmaq kimi niyyətlər pislənir və müdafiə edilmir. Odur ki, iddiaçının ona qarşı hazırkı iddia tələbini qəbul etmir və əsassız olduğu üçün iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi), iddianın təmin edilməmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3050 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndi ə razisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilir.
10. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedən yolun və su kanalının cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri” publik hüquqi şəxsi 11 saylı Şəmkir rayon ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş ekspertin rəyindən məlum olmuşdur ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilməklə zəbt edilməmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cav abdeh tərəfindən yararsız (işlək deyil) hala salınması sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci, Azərbaycan Respublikasının Kostitutsiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5, 157.2-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 119.1, 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ekspert qarşısında qoyulmuş suallara ekspert tərəfindən verilmiş cavaba əsasən kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsinin cavabdehi mülkiyyətində olan torpaq sahəsində, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolunun isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı qeyd olunmuşdur. Rəydən də aşkar şəkildə görünür ki, ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yol yararsız haldadır. Həmçinin, həmin yolun bir hissəsinin cavabdehin mülkiyyətindən olan torpaq sahəsindən keçdiyi qeyd edilir. Ümumiyyətlə yollar ümumi istifadədə olduğundan kimin mülkiyyətindən olan torpaq sahəsindən keçməsinin heç bir əhəmiyyəti yoxdur. Ekspertiza zamanın mütəxəssis tərəfindən ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yola əvvəldən axıradək baxış keçirilməmiş, yalnız yolun bir hissəsinə baxış keçirilməklə ümumi rəy verilmişdir. Rəydə yolun işlək vəziyyətdə olmadığı qeyd olunsa da, yolun işlək vəziyyətdə olmamasının səbəbi tam izah edilməmişdir. Həmçinin ekspert qarşısında yolda basdırılmış ağaclarla bağlı ümumiyyətlə sual qoyulmamışdır. Bundan başqa ümumi istifadədə olan yolun bir hissəsində taxıl əkilmiş olsa da, kimin tə rəfindən əkilməsi aydınlaşdırılmamışdır. Həmçinin, iddianın digər predmetini təşkil edən su arxlarına münasibətdə də, yol kimi tam araşdırma aparılmamışdır. Bir daha qeyd edir ki, ərazidə ümumi istifadədə olan yol olmuş və həmin yolun ərazisi bələdiyyə mülkiyyətinə aiddir. Hazırda isə həmin yol cavabdeh tərəfindən yararsız hala salındığı üçün o öz təsərrüfatına gedə bilmir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ətralı araşdırılmamış, iş üzrə yenidən ekspertiza təyin edilməli olduğu halda, işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2342/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyini qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən yararsız (işlək deyil) hala salınması bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarına yanaşıldıqda müəyyən edilmişdir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmış, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM–nin 88–ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir.
18. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ətraflı araşdırılmamış, iş üzrə yenidən ekspertiza təyin edilməli olduğu halda, işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Bu isə iş üzrə yenidən müvafiq ekspertizanın keçirilməsi zərurətini yaradır. Hətta bu barədə apellyasiya instansiyasında müvafiq vəsatət verilsə də ilk iclasda heç bir araşdırma aparılmadan işə cavabdehin mövqeyindən birtərəfli yanaşma nümayiş etdirilmişdir.
19. Apellyasiya məhkəməsi tərəfindən qətnaməni əsaslandırarkən sübut kimi sadəcə tam araşdırma aparılmadan tərtib edilmiş ekspert rəyinə istinad edilmişdir. Halbuki yolda ağacların əkilməsi, taxıl əkilməsi açıq şəkildə görsənməsinə baxmayaraq, həmçinin torpaq sahəsinin həmin hissəsində yeganə qonşu olan Cavabdeh olmasına baxmayaraq məhkəmə işə birtərəfli münasibət göstərməklə işə səthi yanaşmışdır.
20. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüquq unu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
26. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, tələbə düzgün hüquqi qiymət verilməmişdir.
34. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşu torpaq sahələrdir. İddiaçı hazırkı halda mülkiyyətində olan torpaq sahələrindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə neqator iddia irəli sürmüşdür. İddianın əsası kimi 2 hala istinad edilmişdir: torpaq sahəsinə gələn su kanalının yerləşdiyi torpağın cavabdeh tərəfindən zəbt edilməklə suyun kəsilməsi, torpaq sahələrinə gə lən maşın yolunun zəbt edilməsi.
35. Su kanalının yolunun kəsilməsi ilə bağlı hissədə iddiaya hüquqi qiymət verərkən məhkəmə ekspert rəyinə əsaslanaraq iddiaçının iddia etdiyi drenaj kanalının cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini müəyyən etmiş, cavabdeh tərəfindən hər hansı sahənin qanunsuz zəbt edilməsi faktının aşkar olunmadığına istinad edərək tələbi təmin etməmişdir. Məhkəmə tərəfindən iddia MMnin 170.3-cü maddəsinin tələbləri baxımından yoxlanılmamışdır. Həmin normaya əsasən qonşu torpaq sahəsinin mülkiyyətçisinə suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməsi qadağan edilir və qeyd olunur ki, aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əv vəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir.
36. Su kanalının keçdiyi torpağın cavabdehin mülkiyyətində olması MM-nin 170.3-cü maddəsinə əsasən cavabdehə suyun təbii axımını dayandırmaq və qonşunun ziyanına dəyişdirmək hüququ vermədiyindən məhkəmənin yalnız bu hala əsaslanaraq iddianı rədd etməsi düzgün olmamışdır.
37. Kollegiya həmçinin hesab edir ki, iddiaçının tələbinə avtomobil yolu ilə bağlı hissədə də obyektiv və qanuni hüquqi qiymət verilməmişdir. Belə ki, mütəxəssis və ekspert rəyinə əsasən məhkəmə tərəfindən iddiaçının torpaq sahəsinə gələn avtomobil yolunun bələdiyyə mülkiyyətində olduğu və hazırda işlək vəziyyətdə olmadığı müəyyən edilsə də, yolun hazırda hansı səbəbdən işlək vəziyyətdə olmadığı mütəxəssis və ekspert rəyində qeyd edilmədiyi halda məhkəmə bunu n səbəbi ilə bağlı zəruri araşdırma aparmamışdır.
38. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün qanunla müəyyən edilmiş prosessual vasitələrdən istifadə etməli (yerində müayinə keçirilməsi, mütəxəssis cəlb edilməsi və s), o cümlədən Şəmkir rayonu Qapanlı Bələdiyyəsini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək iddiaçının torpağına gedən avtomobil yolunun hazırda işlək vəziyyətdə olmamasının səbəbini, iddiaçının torpaqlarına başqa yerdən avtomobil yolunun olub-olmadığını müəyyənləşdirməlidir.
39. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 2(104)-2342/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 2(104)2342/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir