Məhkəmə qərarları › İş №2(102)-1148/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1148/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1148/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlar, sübutetmə 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1023/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etm işlər ki, tərəflər müəyyən müddət ərzində taxta məhsullarının satışı ilə bağlı işgüzar münasibətlərdə olmuşlar.

2. İddiaçı bu münasibətlər çərçivəsində cavabdehə pul vəsaitləri göndərdiyini, lakin sonuncunun öhdəliyini icra edilmədiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 175.464 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehi 2010-cu ilin mart ayından tanımış, onunla Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində tanış olmuşdur. O, Serov şəhərinə gedərkən cavabdeh artıq bir neçə il idi ki, orada yaşayırdı. O, Serov şəhərində topdan taxta alıb vaqonlara yükləyib Azərbaycana göndərirdi. Cavabdeh isə kiçik taxta emalı sexini icarəyə götürüb işləyirdi. O, cavabdehə pul vermiş və bir neçə gündən sonra da cavabdeh onun taxtasını vermişdi. Sonradan görmüşdür ki, Rusiyada oturub bu işi görmək ona baha başa gəlmişdir. Odur ki, 2013-cü ildə Azərbaycana qayıtmış və Azərbaycanda oturub Rusiya Federasiyasının müxtəlif şəhərlərinə nağd pul göndərərək taxta almağa başlamışdır. Təxminən 2013-cü ilin dekabr ayında cavabdeh telefon və skayp vasitəsilə dəfələrlə ona zəng edərək ondan taxta almadığının səbəbini soruşmuş və əgər pul verərsə ona ucuz qiymətə taxta verə biləcəyini bildirmişdir. Bir neçə dəfə danışıqdan sonra o, cavabdehə pul gön dərməyə başlamışdır. O, Serov şəhərində olarkən də Mirhəbibə pul verib taxta almışdır. Adətən pulların bir hissəsini Mirhəbibin özünə və dediyi adamlara nağd şəkildə vermiş, bir hissəsini də “Zolotaya Korona” deyilən bank köçürməsi vasitəsilə Mirhəbibin adına göndərmişdir. Belə ki, “Zolotaya Korona” vasitəsi ilə 26 dekabr 2013-cü tarixdə 2.000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6.000 ABŞ dolları, 9 yanvar 2014-cü il tarixdə 4.000 ABŞ dolları, 16 yanvar 2014-cü il tarixdə 6.000 ABŞ dolları, 18 yanvar 2014-cü il tarixdə 5.000 ABŞ dolları, 7 fevral 2014-cü il tarixdə 4.000 ABŞ dolları, 20 fevral 2014-cü il tarixdə 9.000 ABŞ dolları, 24 fevral 2014cü il tarixdə 1.000 ABŞ dolları, 4 mart 2014-cü il tarixdə 5.000 ABŞ dolları, 6 mart 2014-cü il tarixdə 5.000 ABŞ dolları, 28 mart 2014-cü il tarixdə 10.000 ABŞ dolları, 24 aprel 2014cü il tarixdə 10.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə 10.000 ABŞ dolları, 23 may 2014-cü il tarixdə 5.000 ABŞ dolları, 11 iyun 2014-cü il tarixdə 5.000 ABŞ dolları, 26 avqust 2014-cü il tarixdə 9.900 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə 10.000 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixdə 4.900 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə 9.900 ABŞ dolları olmaqla, cəmi 121.700 ABŞ dolları pul göndərmişdir. Bunlardan başqa Mirhəbibin tapşırığına əsasən 21 yanvar 2014-cü ildə cavabdehin dostu Nəsibə 1.000 ABŞ dolları, 3 mart 2013-cü ildə Mamedin oğluna 2.550 ABŞ dolları, 9 aprel 2014-cü ildə cavabdehin bacanağı Vüsala 8.270 ABŞ dolları (6.450 manat), 12 aprel 2014-cü il Samirin atası Nəcəfə 1.000 ABŞ dolları, 18 aprel 2014-cü ildə cavabd ehin qardaşı Mirfazilə 500 ABŞ dolları, Mirhəbibə bilet alması üçün 384 ABŞ dolları, 18 may 2014-cü ildə cavabdehin bacanağı Vüsala 8.000 ABŞ dolları (6.250 manat), 9 iyun 2014-cü ildə cavabdehin qardaşı Mirtalehə 3.270 ABŞ dolları (2.550 manat), 23 iyun 2014-cü ildə cavabdehin bacanağı Vüsala 2.070 ABŞ dolları (1.615 manat), 31 iyul 2014-cü ildə Bakıda cavabdehin qonaqlarına 8.974 ABŞ dolları (7.000 manat), şuba almaq üçün Mirhəbibə 3.864 ABŞ dolları (3.000 manat), Bakıda 8-ci kilometrdə cavabdehə 1.000 ABŞ dolları, Bakıda cavabdehin dostu Samirin atasına 500 ABŞ dolları, 15 fevral 2015-ci ildə yas mərasiminə gedəndə Mirhəbibə 900 ABŞ dolları (700 manat), Şahinin qaynı Ələmdara 11.500 ABŞ dolları dəyərində quru taxta vermişdir. Həmin pulların cəmi 53.764 ABŞ dolları etmişdir. Beləliklə, hər iki halda ümumilikdə cavabdeh ona 175.464 manat borclu qalmışdır. Bundan başqa 2017-ci ildə Cavabdehla razılaşaraq onun tapşırığına əsasən üç dəfəyə 45.000 ABŞ dollarını onun bacanağı Yəhya Kazımova vermişdir. Əvəzində cavabdeh “Aziz” firmasının adından “Kazımov Yəhya” firmasına ona verilməsi üçün üç vaqon taxta göndərmiş, Yəhya Kazımov həmin üç vaqon taxtanı ona vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh 175.464 ABŞ dolları məbləğində pulun əvəzində ona taxta verməli idi. Lakin cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq hal-hazıra kimi nə onun pulunu qaytarmamış, nə də ki, əvəzində ona taxta verməmişdir.

7. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 145.200 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və 29.865 manat (38.044 ABŞ dolları) pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o “Zolotaya Korona” bank köçürməsi vasitəsi ilə 26 dekabr 2013-cü il tarixdən başlayaraq 18 sentyabr 2014-cü il tarix də daxil olmaqla cavabdehə müxtəlif vaxtlarda 129.700 ABŞ dolları göndərmişdir. Bundan başqa, o, Mirhəbibin tapşırığına əsasən 21 yanvar 2014-cü ildə cavabdehin dostu Nəsibə 1.000 ABŞ dolları, 3 mart 2013-cü ildə Mamedin oğluna 2.000 manat (2.550 ABŞ dolları), 09 aprel 2014-cü ildə cavabdehin bacanağı Vüsala 6.450 manat (8.270 ABŞ dolları), 12 aprel 2014-cü il Samirin atası Nəcəfə 1.000 ABŞ dolları, 18 aprel 2014-cü ildə cavabdehin qardaşı Mirfazilə 500 ABŞ dolları, Mirhəbibə bilet alması üçün 300 manat (384 ABŞ dolları), 18 may 2014-cü ildə cavabdehin bacanağı Vüsala 6.250 manat (8.000 ABŞ dolları), 09 iyun 2014-cü idə cavabdehin qardaşı Mirtalehə 2.550 manat (3.270 ABŞ dolları), 23 iyun 2014-cü ildə cavabdehin bacanağı Vüsala 1.615 manat (2.070 ABŞ dolları), 31 iyul 2014-cü ildə Bakıda cavabdehin qonaqlarına 7.000 manat (8.974 ABŞ dolları), şuba almaq üçün Mirhəbibə 3.000 manat (3.846 ABŞ dolları), Bakıda 8-ci kilometrdə cavabdehə 1.000 ABŞ dolları, Bakıda cavabdehin dostu Samirin atasına 500 ABŞ dolları, 15 fevral 2015-ci ildə yas mərasiminə gedəndə Mirhəbibə 700 manat (900 ABŞ dolları), Şahinin qaynı Ələmdara 11.500 ABŞ dolları dəyərində 33 kub metr quru taxta vermişdir. Həmin pulların cəmi 15.500 ABŞ dolları və 29.865 manat (38.044 ABŞ dolları) e tmişdir. Beləliklə, “Zolotaya Korona” bank köçürməsi vasitəsi ilə cavabdehə 129.700 ABŞ dolları göndərmiş, cavabdehin tapşırığına asasən müxtəlif şəxslərə və cavabdehin özünə 15.500 ABŞ dolları və 29.865 manat (38.044 ABŞ dollar vermişdir).

9. Cavabdeh iddianı qəbul etməmişdir, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli, 5/666 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiq olunan “Qadim Adilov” adlı “Elektron ünvan 1” ünvanlı poçt qutusuna, “mirqabib aqalarov” adlı “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan 2013-cü ildə 1 ədəd, 2014-cü ildə 61 ədəd, 2015-ci ildə 5 ədəd elektron məktublar göndərilmişdir. “Qadim Adilov” adlı Elektron ünvan 1 ünvanlı poçt qutusuna 1 ədəd 13 avqust 2014-cü il tarixdə, 1 ədəd 20 fevral 2015-ci il tarixdə, 1 ədəd 27 fevral 2015-ci il tarixdə daxil olan elektron məktublar Azərbaycan Respublikasına məxsus İP ünvanlardan göndərilmişdir. Həmin elektron poçt ünvanına 2013-cü ildə 1 ədəd, 2014-cü ildə 60 ədəd, 2015-ci ildə 3 ədəd elektron məktublar Rusiya Federasiyasından Sverdlovsk vilayətinə məxsus İP ünvanlardan göndərilmişdir. 11. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş telefon zənglərinin siyahısına dair CD disk materiallarında qeyd olunmuşdur ki, 20 yanvar 2014-cü il tarixdən 10 iyul 2014-cü il tarixədək olan müddətdə qarşılıqlı olaraq iddiaçı X3 ilə 57 dəfə, 11 yanvar 2014-cü il tarixdən 24 iyun 2014-cü il tarixədək olan müddətdə X50 ilə 14 dəfə, 17 aprel 2014-cü il tar ixdə Ağalarov Mirfariz oğlu ilə 1 dəfə, 22 yanvar 2014-cü il tarixdə Nəsib adlı şəxslə 1 dəfə, 12 aprel 2014-cü il Nəcəf adlı şəxslə 2 dəfə, 17 oktyabr 2014-cü il tarixdən 27 dekabr 2014-cü il tarixədək olan müddətdə X5 ilə 7 dəfə olmaqla mobil telefon vasitəsi ilə danışıqlar aparılmışdır. 12. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş “Zolotaya Korona” pul köçürmə sistemi üzrə həyata keçirilmiş köçürmələri edən sənədlərə əsasən, müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Şirvan filialından 3 mart 2014-cü il tarixdə ZK396424396 nömrəli göndəriş sənədi üzrə X13 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK12304160 nömrəli göndəriş sənədi üzrə X14 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK126724469 nömrəli göndəriş sənədi üzrə X6 t ərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK329644668 nömrəli göndəriş sənədi üzrə X15 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK994233439 nömrəli, göndəriş sənədi üzrə X22 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK185837208 nömrəli göndəriş sənədi üzrə X23 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK676079322 nömrəli göndəriş sənədi üzrə X24 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK845586131 nömrəli göndəriş sənədi üzrə X41 tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK603692336 nömrəli göndəriş sənədi üzrə Yusifov Ramin tərəfindən 1.000 ABŞ dolları, 3 mart 2014-cü il tarixdə ZK999336278 nömrəli sifariş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014cü il ZK99985331 nömrəli göndəriş sənədi ü zrə X51 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK327778116 nömrəli göndəriş sənədi üzrə X6 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK870135945 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK117322341 nömrəli göndəriş sənədi üzrə X10 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK841861623 nömrəli göndəriş sənədi üzrə X7 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK764803094 nömrəli göndəriş sənədi üzrə X11 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK579003210 nömrəli göndəriş sənədi üzrə X8 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK400311032 nömrəli göndəriş sənədi üzrə X41 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK531124163 nömrəli gönd əriş sənədi üzrə X25 tərəfindən 1.000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK406850862 nömrəli göndəriş sənədi üzrə Gülşən Səmədova tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK829390755 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK363680774 nömrəli göndəriş sənədi üzrə X42 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK325628420 nömrəli göndəriş sənədi üzrə X16 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK413868483 nömrəli göndəriş sənədi üzrə X25 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü tarixdə ZK236150777 nömrəli göndəriş sənədi üzrə X41 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK641381537 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK686422402 nömrəli göndəriş sənədi üzrə X26 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK681354246 nömrəli göndəriş sənədi üzrə X43 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK134046236 nömrəli göndəriş sənədi üzrə X17 tərəfindən 1.000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK559192581 nömrəli göndəriş sənədi üzrə X6 tərəfindən 1.000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK640946592 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1.000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK659096707 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK758436868 nömrəli göndəriş sənədi üzrə X27 tərəfindən 1.000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK704762004 nömrəli göndəriş sənədi üzrə X28 tərəfindən 1.000 ABŞ dolları, 1 0 iyun 2014-cü il tarixdə ZK322388807 nömrəli göndəriş sənədi üzrə X41 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK724907135 nömrəli göndəriş sənədi üzrə X25 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK694505921 nömrəli göndəriş sənədi üzrə X18 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK744452204 nömrəli göndəriş sənədi üzrə X6 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK665473769 nömrəli göndəriş sənədi üzrə X12 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK766134675 nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK77038865 nömrəli göndəriş sən ədi üzrə X4 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X27 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK879985392 nömrəli göndəriş sənədi üzrə X29 tərəfindən 1.000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK344408695 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK693965106 nömrəli göndəriş sənədi üzrə X30 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X56 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK239164034 nömrəli göndəriş sənədi üzrə X31 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK888566087 nömrəli göndəriş sənədi üzrə X32 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 20 14-cü il tarixdə ZK397166635 nömrəli göndəriş sənədi üzrə X44 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK217033015 nömrəli göndəriş sənədi üzrə X33 tərəfindən 900 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK146633750 nömrəli göndəriş sənədi üzrə X25 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK806004978 nömrəli göndəriş sənədi üzrə X27 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK952511833 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1.000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK827573910 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK500652469 nömrəli göndəriş sənədi üzrə X65 tərəfindən 1.000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə ZK555475047 nömrəli göndəriş sənədi üzrə X51 tərə findən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK625783383 nömrəli göndəriş sənədi üzrə Səmədova Gülşən tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X6 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK688865358 nömrəli göndəriş sənədi üzrə X22 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK307871578 nömrəli göndəriş sənədi üzrə X34 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK763341950 nömrəli göndəriş sənədi üzrə X19 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK869441227 nömrəli göndəriş sənədi üzrə X25 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK606470448 nömrəli göndəriş sənədi üzrə X52 tərəfindən 1.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK650257602 n ömrəli göndəriş sənədi üzrə Kamran Həşimov tərəfindən 1.000 ABŞ dolları məbləğində pul vəsaitləri Rusiya Federasiyası Sverdlovsk vilayəti, Serov şəhərində yaşayan cavabdehin adına “Zolotaya Korona” pul köçürmə sistemi üzrə köçürmələr həyata keçirilmişdir.

13. Cavabdeh məxsus “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan 15 fevral 2014-cü il tarixdə İddiaçı məxsus adilov_qadim ünvanlı poçt qutusuna göndərilmiş məktubda “26 dekabr 2013 6.000 dol=194.880 rub, 30 dekabr 2013 6.000 dol=64.960 rub, 09 yanvar 2014 4.000 dol=131.800 rub, 16 yanvar 2014 6.000 dol=198.360 rub, 18 yanvar 2014 5.000 ABŞ dol=166.250 rub, 21 yanvar 2014 1.000 dol=Nəsibə, 7 fevral 2014 4.000 dol=137.600 rub” qeyd edilmişdir.

14. Cavabdeh məxsus “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan 15 iyun 2014-cü il tarixdə İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktubda “26 dekabr 2013 2.000 dol=64.960 rub, 30 dekabr 2013 6.000 dol=194.880 rub, 9 yanvar 2014 4.000 dol=131.800 rub, 16 yanvar 2014 6.000 dol=198.360 rub, 18 yanvar 2014 5.000 dol=166.250 rub, 7 fevral 2014 4.000 dol=137.600 rubl, 20 fevral 2014 9.000 dol=319.420 rub, 24 fevral 2014 1.000 dol=35.400 rub, 4 mart 2014 5.000 dol=180.000 rub, 6 mart 2014 5.000 dol=179.500 rub, 28 mart 2014 10.000 dol=354.500 rub; 24 aprel 2014 10.000 dol=354.000 rub, 28 aprel 2014 10.000 dol=355.000 rub, 23 may 2014 5.000 dol=170.900 rub, 11 iyun 2014 5.000 dol=171.000 rub”, “Azərbaycanda aldıqlarım: bilet pulu 300 man, 21 yanvar 2014 Nəsibə verilən pul 1.000 dol, 09 aprel 2014 Vüsala verilən ev pulu 6.450 man, 12 aprel 2014 Samirin atasına verilən pul 1.000 dol, 18 aprel 2014 Mirfarizə verilən pul 500 dol, Mamedin oğluna verilən pul 2.000 man, 18 may 2014 Vüsala verilən ev pulu 6.250 man” qeyd edilmişdir.

15. Cavabdeh məxsus “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan 25 noyabr 2014-cü il tarixdə İddiaçı məxsus adilov_qadim ünvanlı poçt qutusuna göndərilmiş məktubda “Zolotoya Karona” ilə atılan pullar 26 dekabr 2013 2.000 dol=64.960 rub, 30 dekabr 2013 6.000 dol=194.880 rub, 9 yanvar 2014 4.000 dol=131.800 rub, 16 yanvar 2014 6.000 dol=198.360 rub, 18 yanvar 2014 5.000 dol=166.250 rub, 7 fevral 2014 4.000 dol=137.600 rub, 20 fevral 2014 9.000 dol=319.420 rub, 24 fevral 2014 1.000 dol=35.400 rub, 4 mart 2014 5.000 dol=180.000 rub, 06 mart 2014 5.000 dol=179.500 rub, 28 mart 2014 10.000 dol=354.500 rub, 24 apr el 2014 10.000 dol=354.000 rub, 28 aprel 2014 10.000 dol=355.000 rub, 23 may 2014 5.000 dol=170.900 rub, 11 iyun 2014 5.000 dol=171.000 rub, 26 avqust 2014 9.900 dol=356.400 rub, 10 sentyabr 2014 10.000 dol=371.000 rub, 11 sentyabr 2014 4.900 dol= 183.500 rub, 18 sentyabr 2014 9.900 dol=379.000 rub və 1.000 dol=” qeyd edilmişdir.

16. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 133.200 ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) və 15.000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuş dur ki, iddiaçının cavabdehə və onun tapşırığı ilə Azərbaycanda olan tanış və qohumlarına, yəni 21 yanvar 2014-cü il tarixdə Nəsibə verilən pul 1.000 ABŞ dolları, 9 aprel 2014-cü ildə Vüsala verilən ev pul 6.450 manat, 12 aprel 2014-cü il tarixdə Samirin atasına verilən 1.000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə Mirfarizə verilən pul 500 ABŞ dolları, Mamedin oğluna verilən 2.000 manat, 18 may 2014-cü il tarixdə Vüsala ev pulu üçün verilən 6.250 manat vəsaiti verməsi iş materialları ilə, o cümlədən 15 iyun 2014-cü il tarixdə cavabdehə məxsus Elektron ünvan 2 ünvanlı elektron poçt qutusundan iddiaçıya məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna yazılmış 3 ədəd məktubla, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş telefon zənglərinin siyahısı və anten məlumatları ilə təsdiq o lunmuş və cəmi məbləğ 15.000 manat və 2.500 ABŞ dolları təşkil etmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin digər dost və qohumları, yəni, qardaşı Mirtalehə 2.550 manat, Vüsala 1.615 manat, Bakıda cavabdehin qonaqlarına 7.000 manat, şuba almaq üçün Mirhəbibə 3.000 manat, Bakıda 8-ci km-də cavabdehə 1.000 ABŞ dolları, Bakı şəhərində cavabdehin dostu Samirin atasına 500 ABŞ dolları, yas mərasiminə gedəndə Mirhəbibə 700 manat və Şahinin qaynı Ələmdara 11.500 ABŞ dolları pul verməsi barədə iddiası sübuta yetirilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə sürətli poçt köçürmə sistemi “Zolotaya Korona” ilə göndərilən 130.700 ABŞ dolları pulun göndərilməsi, "xxxx" ASC-nin Şirvan filialının sənədləri, şahidlərin izahatları, cavabdehə məxsus Elektron ünvan 2 ünvanlı elektron poçt qutusundan iddiaçıya məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna yazılmış 3 ədəd elektron məktublar və həmin elektron məktubların cavabdeh tərəfindən Rusiya Federasiyası Sverdolvsk vilayətinin Serov şəhərindən yazılması ekspert rəyi ilə təsdiq olunmuşdur. İddiaçının elektron poçt qutusuna göndərilmiş 3 ədəd məktublarda olan tarix və pul məbləğlərinə dair qeydlərin bir neçəsi təkrar olsa da, bir neçəsi eyni tarixdə göndərilmiş müxtəlif məbləğlərə dair olan qeydlər olmuşdur. Belə ki, 26 dekabr 2013-cü il tarixdə 2.000 ABŞ dolları və 26 dekabr 2013-cü il tarixdə 6.000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6.000 ABŞ dolları və yenə də 30 dekabr 2013-cü il tarixdə 2.000 ABŞ dolları göndərilməsi qeyd edilmişdir.

20. Məhkəmə iclasında cavabdeh aldığı pula görə taxta məh sullarını iddiaçıya göndərdiyini bildirsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. Birinci instansiya məhkəməsi, Cavabdeh yaxın qohumları olan və iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X1, X2 və X20 izahatlarını, o cümlədən, həmin izahatlarda iddiaçını yalnız Mirhəbibin dostu kimi tanıdıqlarını və başqa hər hansı münasibətlərinin olmaması barədə izahatlarını səmimi və inandırıcı hesab etməmiş və həmin fikirlərə tənqidi yanaşmışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, X1 və X2 izahatlarında dedikləri iş materialları, elektron məktublar, telefon zənglərinin siyahısı və anten məlumatları ilə təkzib olunmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdehin nümayəndəsi Mirdamət Ağalarov tərəfindən təqdim edilmiş hüquq i şəxslər arasında olan alqı-satqı kontraktları və məhsula dair deklarasiyaları ilə bağlı həmin kontraktlar hüquqi şəxslər arasında bağlanmışdır. Hazırda tərəflər arasında ümumi məhkəmədə mövcud olan mübahisə üzrə sübut kimi qiymətləndirilə bilməz.

23. Birinci instansiya məhkəməsi, eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında olan alqı-satqı münasibətləri 2017-ci ildə də davam etmiş və iddiaçı 2018-ci ildə cavabdehə qarşı pul tələbi barədə məhkəməyə müraciət etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz.

24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 567, 568.1, 575.1, 575.2, 600.1, 427, 600.3, 600.4, 385.1, 324.1, 329.2, 390. 1, 425.1, 427.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər.

26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən sübutları tam nəzərə almamışdır. Belə ki, iş materiallarında onun tərəfindən cavabdehə müxtəlif vaxtlarda verilmiş pulu cavabdeh tərəfindən onun “email” ünvanına göndərdiyi 15 fevral 2014-cü il tarixli, 15 iyun 2014-cü il tarixli və 25 noyabr 2014-cü il tarixli məktublar da təsdiq etməsinə baxmayaraq, məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmamış, iddia tələbi qismən təmin olunmaqla qismən əsassız qətnamə qəbul olunmuşdur. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianı n təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə isə işin hallarına uyğun olmamaqla qanunsuz və əsasız olmuşdur. İşin halları və aralarında olan münasibətlərdən də açıq aşkar görünmüşdür ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasında yaşayan iddiaçı sahibkarlıq fəaliyyətində istifadə olunmaq məqsədilə 2013-cü ildən başlayaraq mütəmadi olaraq hissələrlə Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Serov şəhərində cavabdeh tərəfindən emal edilən taxtaların alınması barədə razılığa gəlmişl ər. İnternet Vergi İdarəsinin internet saytından görünmüşdür ki, hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisi olmuşdur. Belə olan halda tərəflər arasında alqı-satqı müqaviləsinin bir növü olan “mal göndərmə barədə” şifahi formada müqavilə bağlanmışdır. MPM-nin 24-26-cı maddələrinin tələblərinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa birinci instansiya məhkəməsi elektron poçtda olan 3 ədəd məktubu borcun etirafı kimi qimətləndirmişdir. Çünki həmin məktubların məzmununda yalnız tarix və pul məbləğləri sadalanmış, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliklərin mövcud olması ba rədə hər hansı qeyd aparılmamış, həmçinin iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Daha sonra cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edilsə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş, yalnız qətnamədə ərizəni qeyd etməklə kifayətlənmişdir. Cavabdeh apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1924/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İsmayıl Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək biri nci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 15.000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı ilk olaraq qeyd etmişdir ki, iddiaçı pul köçürmə vasitəsilə göndərdiyi pulları cavabdehə taxta emalı sexinin alınmasına kömək məqsədilə borc şəklində vermişdir. Aralarındakı razılığa əsasən cavabdeh taxta emalı sexini aldıqdan sonra verilən borcu və ya iddiaçıya onun dəyərində taxta göndərməklə ödəməli idi. Cavabdeh isə taxta emalı sexini həqiqətən də aldığını, lakin, sexin dəyərini iddiaçıdan borc alaraq ödəmədiyini qeyd etmişdir.

30. Cavabdeh məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, iş materia llarında olan müxtəlif şəxslərin adından onun adına göndərilmiş pul vəsaitlərinin iddiaçıya heç bir aidiyyəti olmamışdır. Cavabdehin köçürülən pulların iddiaçıya aidiyyətini inkar etməsi ilə yanaşı, həmin pul vəsaitlərinin hansı məqsədlə ödənilməsi, adları qeyd edilən, pul köçürən şəxslərin onunla bağlılığı barədə suallara cavab verməkdən yayınaraq, həmin pulların ödənilməsinin onun şəxsi biznesi olduğunu bildirmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən Həbib Ağalarova sürətli pul köçürmə sistemi “Zolotaya Korona” ilə göndərilən 130.700 ABŞ dolları pulun göndərilməsi, "xxxx" ASC-nin Şirvan filialının sənədləri, şahidlərin izahatları, Cavabdeh məxsus “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna yaz ılmış 3 ədəd elektron məktublar və həmin elektron məktubların Cavabdeh tərəfindən Rusiya Federasiyası Sverdlovsk vilayətinin Serov şəhərindən yazılmasını təsdiq edən ekspert rəyi ilə təsdiq olunmuşdur. İddiaçının elektron poçt qutusuna göndərilmiş 3 ədəd elektron məktublarda olan tarix və pul məbləğlərinə dair qeydlərin bir neçəsi təkrar olsa da, bir neçəsi eyni tarixdə göndərilmiş müxtəlif məbləğlərə dair olan qeydlər olmuşdur. Belə ki, 26 dekabr 2013-cü il tarixdə 2.000 ABŞ dolları və yenə də 26 dekabr 2013-cü il tarixdə 6.000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6.000 ABŞ dolları və yenə də 30 dekabr 2013-cü il tarixdə 2.000 ABŞ dolları göndərilməsi qeyd edilmişdir.

32. Məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin pul köçürmə vasitəsi ilə göndərilən vəsaitlərinin iddiaçıya heç bir aidiyyətinin olmaması, taxta emalı sexinin alınması məqsədilə iddiaçıdan heç bir pul vəsaiti borc almaması, pul köçürən şəxslər barədə məlumatların onun biznes sirri olması ilə bağlı etirazları birmənalı olaraq öhdəlikdən boyun qaçırma kimi qiymətləndirilməlidir. Qeyd edilən etirazlar nəinki bu hissədə iddianın rəddinə əsas ola bilməz, digər sübutlarla qarşılıqlı təhlil edilərək dəyərləndiriləndə iddianın əsaslarını təsdiq edən dəlillər kimi qəbul edilməlidir. Misal üçün, məhkəmə kollegiyasında haqlı olaraq inam yaranmışdır ki, əgər cavabdeh həqiqətən də pul köçürən şəxslərin kimliyini, onunla olan münasibətlərini məhkəməyə açıqlayıb, ona qarşı yönəlmiş iddianın rəddinə nail ola biləcəyi halda, bunu edərdi. Cavabdeh məhz onun adına pul köçürən şəxsləri tanımadığı, pul köçürmələrini id diaçı həyata keçirdiyi üçün bu şəxslərlə bağlı münasibətlərini açıqlaya bilməmişdir. Formal müdafiədən istifadə edərək elektron poçt ünvanının oğurlandığını və pul köçürən şəxslərlə münasibətlərin şəxsi biznes sirləri olduğunu qeyd etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki işin kommersiya mübahisəsi olması və iddia müddətinin tətbiqi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları düzgün müəyyən edilmişdir.

34. Belə ki, iddiaçı həqiqətən də sahibkar kimi vergi uçotuna alınmışdır. Məhkəmənin mövqeyinə görə təkcə onun sahibkarlıq subyekti kimi qeydiyyata alınması məhkəmə aidiyyətinin kommersiyaya aidliyini müəyyən etmək üçün kifayət e tməmişdir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi vəsatətdə də cavabdehin istər Azərbaycan Respublikası ərazisində, istərsə də Rusiya Federasiyası ərazisində sahibkarlıq subyekti kimi qeydiyyata alınıb-alınmamasına aydınlıq gətirməmişdir. Məhkəmə iclasında bu barədə sual cavabdehin işə yeni qoşulmuş nümayəndəsi və vəkilinə ünvanlananda bu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin iş materiallarında da cavabdehin sahibkarlıq subyekti kimi qeydiyyata alınması barəsində hər hansı sübuta rast gəlinməmişdir. xx.xx.2021-ci il tarixli iclasda məhkəmə kollegiyası Cavabdeh şəxsən məhkəmə iclasında iştirakı zamanı ona Azərbaycan Respublikası və ya Rusiya Federasiyasında sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib-keçməməsi barədə sual ünvanlamış, cavabdeh sahibkarlıq subyekti kimi qeydiy yatdan keçmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Rusiya Federasiyasında qeydiyyatdan keçən “Aziz” şirkəti onun tanışı Ələddin Quliyevin adına olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia ərizəsi 2020-ci il yanvarın 1-dək icraata qəbul edildiyi üçün məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatətlərə həmin dövrdə qüvvədə olan prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir. Həmin dövrdə qüvvədə olan MPM-in 26-cı maddəsinin müqayisəli təhlilindən də müəyyən edilmişdir ki, mübahisənin inzibati-iqtisad məhkəməsinə aid olması üçün subyektlər idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olmalı idi. Hazırkı mübahisədə isə cavabdehin belə bir statusu yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsində tərəflər arasında hüquq münasibətləri araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə taxta alverinin ООО “Aziz” şirkəti üzərindən rəsmi getdiyini bildirmişdi. Hazırkı iddia tələbində göstərilən borc məbləğinin yaranması səbəbi kimi göstərilmişdir ki, cavabdeh Rusiya Federasiyası Sverdlovsk vilayətində icarədə işlədiyi bazanı almaq istəyərkən dost kimi ona müraciət etmiş, qeyd edilən pul məbləğlərini ona göndərmiş, daha sonra borcu qaytaracaqlarına razılaşmışlar. Bu zaman borcun taxta ilə də qaytarılması mümkün variantlardan biri olmuşdur. İddia ərizəsində də məhz borcu taxta ilə ala biləcəyini düşünərək pul məbləğlərinin alınması üçün göndərild iyini qeyd etmişdir. İddia ərizəsi birinci dəfə məhkəmə aidiyyətinə görə geri qaytarıldığı üçün iddia tələblərini ayırmış, borc verdiyi pul məbləğlərini Cavabdeh tələb etmişdir. Digər məbləğləri isə ООО “Aziz” şirkətindən tələb etmək üçün müqavilələrin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasında iddia qaldırmaq üçün çalışmışdır. Çünki, həmin müqavilələrin şərtlərinə əsasən mübahisələrə Rusiya Federasiyasında baxılmalıdır.

37. Qeyd edilən hallarla bağlı cavabdeh dindirilərkən məhkəməyə bildirmişdir ki, ООО “Aziz” şirkəti üzərindən iddiaçının "xxxx" MMC ilə taxta alverləri rəsmi qaydada davam etmiş, "xxxx" MMC-nin rəsmi razılığına əsasən taxtalar müxtəlif şirkətlərin adlarına göndərilmiş, hal-hazırda həmin müqavilələr üzrə iddiaçının ona borcu qalmışdır. Rusiya Federasiyası Sverdlovsk vil ayətində icarədə işlədiyi bazanı iddiaçının köməkliyi ilə deyil, müqaviləyə əsasən hissə-hissə pulunu ödəməklə almışdır. “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların isə İddiaçı heç bir aidiyyətinin olmadığını bildirmişdir. Cavabdeh ona bu pulların nə məqsədlə göndərildiyini məhkəməyə açıqlanması barədə suala isə bu məsələnin şəxsi işinin olmasını deməklə kifayətlənmişdir.

38. Göründüyü kimi, tərəflərin işin halları ilə bağlı bildirdikləri bir-birindən fərqli olmuşdur. İddiaçı bazanın alınması üçün borc pul verdiyini, pulu müxtəlif şəxslərin adları ilə pul köçürmə sistemləri ilə göndərdiyini, borcun qaytarılacağını və ya taxta ilə əvəzlənəcəyini razılaşdırdığını bildirdiyi halda, cavabdeh bazanı hissə-hissə ödənişlə özünün aldığını, iddiaçıda n heç bir borc almadığını, köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş pul vəsaitlərinin iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmişdir.

39. İş materiallarında taxta alqı-satqısı ilə bağlı müqavilələrdən də müəyyən edilmişdir ki, həmin müqavilələr rəsmi ödəniş vasitəsini nəzərdə tutmuşdur. "xxxx" MMC-nin razılığı ilə mallar müxtəlif şirkətlərin adlarına göndərilmişdir.

40. Mübahisənin predmeti və hansı hüquq münasibətlərindən yaranması ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddianın məhkəmə aidiyyəti birinci instansiya məhkəməsinə aid olmuşdur. Məhkəmə aidiyyətinin kommersiya məhkəməsinin müəyyən edilməsi üçün heç bir hüquqi əsas olmamışdır.

41. İddia müddətinin tətbiqi ilə bağlı isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini təkrarlamışdır.

42. İddiaçının cavabdehin xahişinə əsasən sonuncunun qohumlarına müxtəlif vaxtlarda 29.865 manat pul verməsi ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi isə ondan ibarət olmuşdur ki, iddia tələblərinin bu hissəsi iddiaçı tərəfindən təqdim edilmiş sübutların təmini üçün kifayət etməmişdir.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehə tapşırığı ilə Azərbaycanda olan tanış və qohumlarına, yəni 21 yanvar 2014-ci il tarixdə Nəsibə verilən pul 1.000 ABŞ dolları, 9 aprel 2014-cü il tarixdə Vüsala verilən ev pulu 6.450 manat, 12 aprel 2014-cü il tarixdə Samirin atasına verilən 1.000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə Mirfarizə verilən pul 500 ABŞ dolları, Mamedin oğluna verilən 2.000 manat, 18 may 2014-cü il tarixdə Vüsala ev pulu üçün verilən 6.250 manatın, cəmi məbləğ 15.000 manat və 2.500 ABŞ dolları məbləğində pul vəsaitinin təmin edilməsi üçün iddiaçının təqdim etdiyi sübutlar kifayət etməmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın 15.000 manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı mövqeyi ilə razılaşmamış, həmin hissədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir.

45. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, elektron poçtda olan 3 ədəd məktub borcun etirafı kimi qimətləndirilməməlidir. Çünki həmin məktubların məzmununda yalnız tarix və pul məbləğləri sadalanmış, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliklərin mövcud olması barədə hər hansı qeyd aparılmamış, həmçinin iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia tələbi qeyd edilən hissədə təmin olunmamalıdır.

46. Apellyasiya instansiya məhkənməsi öz mövqeyini Mülki Məcəllənin 324.1, 373.2, 385.1, 390.1, 404.1, 404.2, 425.1, 427.1, 427.2.1, 427.3, 434.1, 442.1, 739.1, 740.1-ci və Mülki Prosessual Məcəllənin (köhnə redaksiyada 24.2, 26, 32.3), habelə 14.2, 88, 217.1, 217.4, 382, 384.0.2, 385.2 və 393-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

47. Qətnamədən həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir.

48. İddiaçı (Vəkil1) kassasiya şikayətində iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə q əbul olunmasını xahiş etmişdir.

49. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi üçün yetərli sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə sərgilədiyi mövqe ilə iddiaçıda haqlı olaraq ona qarşı qərəzli mövqe tutması fikrini yaratmışdır. Elektron poçt ünvanından təqdim edilən çıxarışlara nəzər yetirildikdə pulun təhvil alınmasına dair etirafları cavabdeh tərəfindən göndərilən e-mail məktublarından görə bilərdik. Cavabdeh elektron poçt ünvanının iddiaçı tərəfindən ələ keçirilməsi və məktubları özü özünə yazdığını iddia etsə də, bu fakt öz təsdiqini tapmamışdır. Göndərilən məktublar Serov şəhərinə məxsus İP ünvanlarından göndərilmişdir. Tərəflərin ayrı ölkələrdə yaşaması nəzərə alınsa onların işgüzar münasib ətlərinə dair yazışmalarının elektron poçt ünvanı vasitəsi ilə aparması normal hal olmuşdur. Bunu təkzib edən heç bir sübut olmadığı halda məhkəmənin cavabdehin şifahi mülahizəsinə əsaslanaraq bu məktubları mötəbər sübut qismində qəbul etməməsi real yanaşmanı ifadə etməmişdir.

50. Cavabdeh (Vəkil2) kassasiya şikayətində qətnamənin qismən, yəni, 133.200 ABŞ dolları məbləğində pulun ondan tutulması hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

51. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, taxta məhsullarının alqı-satqısı tərəflər arasında fiziki şəxs kimi deyil, faktiki satıcı "xxxx" MMC hüquqi şəxsin təsisçisi, hazırkı iş üzrə Cavabdeh (müqaviləni imzalayan X21 isə onun qohumudur) və “alıcı” "xxxx" MMC (müqaviləni İddiaçı imzalamış) arasında həyata keçirilmişdir. Bu hal həm iddiaçının iddiasının əsası kimi təqdim edilmiş 8 yanvar 2014-cü il tarixli müqavilə, habelə gömrük yük bəyannamələri və sair sənədlərlə təsdiq edilmişdir. Bunun əksini isə, yəni, böyük həcmdə xarici ölkədən taxta məhsullarının Azərbaycan Respublikasına fiziki şəxs kimi iddiaçının adına göndərilməsini təsdiq edən hər hansı sənəd mövcud olmamışdır. Sübuta söykənməyən iddia əsaslı hesab edilə bilməz. Hüquqi şəxslər arasında imzalanmış razılaşmalara əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, vaqonlarla iddiaçıya taxta məhsulları göndərmişdir. Lakin iddiaçı bu günədək həmin mallara görə cavabdehə pulu ödəməmişdir. İddiaçının cavabdehi və başqa şəxsləri aldatması faktı ilə bağlı İddiaçı barəsində cinayət işi başlanmış və istintaqı aparılır. Cava bdeh həmin iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Məhkəməyə təqdim edilmiş “Zolotaya Korona” sistemi ilə edilmiş ödənişləri və elektron məktublardakı pul məbləğlərinin iddiaçı ilə aralarındakı mübahisəyə hər hansı bir aidiyyəti olmamışdır. Məktublar borcun etirafı kimi qiymətləndirilə bilməz. Tərəflər arasında heç bir borc münasibətləri olmamışdır. İş materiallarında nə borc müqaviləsi, nə mal göndərmə müqaviləsi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflər arasında münasibətlərin taxta emalı sexinin alınması üçün iddiaçının cavabdehə verdiyi borc münasibətləri kimi təsəvvür etmişdir ki, bu da iddia tələblərindən kənara çıxmaqdır. Məhkəmə öz qanunsuz qətnaməsinə hüquqi don geyindirmək üçün borc münasibətlərinə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi q ətnaməsini alqı-satqı (MM maddə 565567), apellyasiya instansiyası isə borc (MM 739, 740) münasibətləri ilə əsaslandırmışdır. İddiaçı iddia müddətini də ötürmüşdür. Münasibətlər 2014-cü ildə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. 2015-ci ildən sonra tərəflər arasında münasibətlərin olması təsdiq olunmamışdır. İddiaçının istinad etdiyi sonuncu ödəniş xx.xx.2015-ci ilə aid olmuşdur. İddiaçı 5 il sonra hazırkı iddianı vermişdir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3409/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev - məruzəçi, Vüqar Həsənov və Əhməd Əhmədov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmi ş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

53. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı tələb etdiyi borcun 121.700 ABŞ dollarının “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə ödənildiyini bildirmişdir. “Zolotaya Korona” pul köçürmə sənədlərindən bəlli olmuşdur ki, həmin köçürmələr əsasında cavabdehə ödənilən pulun məbləği 64.800 ABŞ dolları təşkil etmişdir. Qalan məbləğin (68.400 ABŞ dolları) ödənilməsi barədə sübut kimi məhkəmə 15 fevral 2014-cü ildə, 15 iyun 2014-cü ildə və 25 noyabr 2014-cü ildə Cavabdeh məxsus “Elektron ünvan 2” ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktubları qəbul etmişdir. Məktub və danışıqlara münasibətdə sübutlara qiymət v erilməsi zamanı ən adi tələb – məktub və danışıqlarda münasibətlərin və öhdəliklərin xarakterini, şərtlərini müəyyən etməyə imkan verən bitmiş fikrin ifadə olunmasıdır. Sözügedən məktublarda bitkin fikir ifadə olunmamışdır. Bundan başqa, işdən görünür ki, “Zolotaya Korona” pul köçürmə sistemi ilə ödənilən məbləğlərin heç biri iddiaçının adından köçürülməmişdir. Həmin məbləğlər bir sıra başqa şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərdən yalnız ikisi – X51 və X35 birinci instansiya məhkəməsində bildirmişdir ki, cavabdehə onların adından göndərilən məbləğlər iddiaçının pulları olmuşdur. Ramin Yusifovun və Röyal Cəlalovun adından ödənilən məbləğ 12.000 ABŞ dolları təşkil etmiş və məhkəmə bu məbləğin cavabdehə borc verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Lakin digər şə xslər dindirilməmiş, onların adından göndərilən pulların iddiaçıya məxsus olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə həmin şəxslərin ödəmiş olduğu məbləğin iddiaçıya məxsus olması barədə nəticəyə gəlmək üçün "xxxx" ASC-nin Şirvan filialında müxtəlif vəzifələrdə işləmiş X36 ifadəsinə istinad etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyasının iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə sübutların mötəbərliyi və kifayətliliyi ilə bağlı tələblərə uyğun olmamışdır.

54. Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının izahatından göründüyü kimi o, cavabdehin onun qarşısında iki növ öhdəliyinin olduğunu iddia etmişdir. Bu öhdəliklərdən biri taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılması olmuşdur. İkinci öhdəlik isə təsis etdiyi "xxxx" MMC-nin hesabı ilə cavabdehin “Mirəziz” şirkətinə taxta materialı almaq üçün ödədiyi məbləğin qaytarılmasıdır. İddiaçının 31 avqust 2021-ci ildə verdiyi izahatından məlum olmuşdur ki, "xxxx" MMC ilə “Mirəziz” şirkəti arasında taxta alqı-satqısı ilə bağlı kommersiya işini ayırmışdır və həmin işə aid sənədlər də kommersiya işinə əlavə edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehə taxta almaq üçün verilən pulu deyil, taxta bazasını almaq üçün borc kimi verdiyi pulu tələb etmişdir. Buna görə də məhkəmənin tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi borc münasibətlərinə təsir etməmişdir. Bundan başqa, iddiaçının borc kimi göndərdiyi məbləğin nə vaxt qaytarılması barədə razılığa gəldikləri müəyyən olunmamış və məhkəmələr də bu müddəti müəyyən etməmişdir.

55. İddiaçının xx.xx.20 21-ci ildə verdiyi izahatından bəlli olmuşdur ki, iddiaçı 2015-ci il fevral ayından taxtaya pul göndərə bilməmiş, cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş və verdiyi borcun əvəzində taxta göndərilməsini tələb etmiş, lakin cavabdeh ona borcu olmadığını, əksinə iddiaçının ona 140.000 ABŞ dolları borcu olduğunu demişdir. Bu halın iddia müddətinin başlanması üçün əsas olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Çünki Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmənin bəhs etdiyi, birinci instansiya məhkəməsinin 2(073)-2047 saylı, 30 iyul 2018-ci il tarixli qərardadı ilə geri qaytarılmış iddia ərizəsi isə 18 iyul 2018-ci ildə tərtib olunmuşdur. Cavabdehin dəlillərindən biri ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının onu aldatması səbəbindən hüquq mühafizə orqanlarına müraciət etmiş və iddiaçının barəsində başlanmış cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır.

56. Kassasiya instansiya məhkənməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1,324.1, 329.2, 373.1, 385.1, 386.1, 390.1, 425.1, 427.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

57. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2076/2022 saylı, 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Nüsrət Mirzəyev) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məh kəməsinin 2(073)-33/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia mübahisələndirilən hissədə rədd edilmişdir.

58. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, şahidlər X51 və X37 ifadələrində onların vasitəsilə iddiaçının cavabdehə pul göndərdiyini bildirsələr də, həmin göndərilən pulların borc olub-olmadığına, göndərilən pulların konkret məbləğinə dair hər hansı məlumat verə bilməmişlər. Bu səbəbdən də məhkəmənin Ramin Yusifov və Röyal Cəlilovun adından ödənilən 12.000 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən cavabdehə məhz borc verilmiş məbləğ kimi qiymətləndirilməsi düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin şahid ifadələrinə hazırkı iddia tələbi üzrə əhəmiyyə kəsb edən halları təsdiq edən sübut kimi yanaşmadığını gös tərmişdir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə cavabdehə göndərilmiş pul məbləğlərinin iddiaçıya məxsus olmasının müəyyən edilməsi həmin məbləğlərin məhz borc kimi verilməsi faktını təsdiq edən hal olaraq çıxış edə bilməz. İddiaçı həmin köçürülən məbləğlərin sadəcə özünə məxsus olmasını sübut etməklə kifayətlənməməli, həmin məbləğlərin cavabdehə aralarındakı taxta ticarəti münasibəti ilə bağlı deyil, bilavasitə borc olaraq verildiyini sübut etməli idi. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 5 fevral 2021-ci il tarixli iclasında dindirilmiş "xxxx" ASC-nin Şirvan filialında müxtəlif vəzifələrdə işləmiş X36 ifadəsini də hazırkı iş üzrə iddianın əsaslılığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirəmi şdir.

60. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və 16 noyabr 2022-ci il tarixli iclaslarında iddiaçının nümayəndəsi Vəkil1 “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsilə adından cavabdehə pul göndərilmiş şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif olunsa da, iddiaçı tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, bundan əlavə, 07 dekabr 2022-ci il tarixli iclasda, ümumiyyətlə, iddia tərəfi iştirak etməmişdir.

61. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borc verilməsi ilə əlaqədar pul tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüşdür. İddiaçı tələb olunan məbləğdə cavabdehə borc verməsini və cavabdehin həmin pulu geri qaytarmamasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, cavabdehə pul məbləğlərinin borc verilməsi faktını təsdiq edə bilməmişdir. İş materiallarından da məlum olmuşdur ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əs as olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin əlavə şahidlərin dindirilməsi ilə bağlı təkliflərinə qarşı da müsbət istiqamətdə addım atmamışdır.

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı yalnız cavabdehə göndərilmiş pulların ona məxsus olmasını deyil, cavabdehə borc pul verilməsi faktını və əgər həmin məbləğdə pul verilmişdirsə, bu pulların taxta ticarəti ilə əlaqəli olmadığını sübut etməli idi.

63. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 133.200 ABŞ dolları və 15.000 manat məbləğində pulun borc olaraq verilməsi faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, eləcə də, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə mötəbər olmayan sübutlar əsasında gəldiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir.

64. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125.7-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.2, 385.1, 739.1, 740.1-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

65. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xaricə pul köçürmə əməliyyatlarında tətbiq olunan tarif qaydalarına əsasən, 129.700 ABŞ dolları həcmində pul vəsaitinin bir şəxsin adından xaricə göndərilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən pul vəsaitləri müxtəlif vaxtlarda və iddiaçının tanıdığı şəxslərin adından cavabdehə göndərilmişdir. Həmçinin həmin şəxslərdən ikisi - X51 və X37 şahid qismində məhkəməyə ifadə verərək həmin pul məbləğinin iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, adları qeyd edilən şəxslər bütün pul köçürmələrində iştirak etmişdirlər. Bütün bu halları "xxxx" ASC-nin Şirvan filialında müdir vəzifəsində işləmiş X36 ifadəsi də təsdiq etmişdir. Məhkəmə qətnamədə qeyd e dilən sübutları hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1696/2023 saylı qərarı ilə (hakimlər Zəki Babayev - məruzəçi, Əhməd Nurməmmədov və Abiddin Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 7 dekabr 2022-ci il tarixli 2(106)-2076/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

68. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə tam əməl olunmadığı müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir.

70. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur.

71. Qeyd etmişdir ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

72. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya və əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yoxlamamışdır

73. Eyni zamanda işə bundan əvvəl baxmış kassasiya instansiya məhkəməsi iddiaçının izahatına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin onun qarşısında iki növ öhdəliyinin olduğunu iddia etmişdir. Bu öhdəliklərdən biri taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılması, ikinci öhdəlik isə təsis etdiyi "xxxx" MMC-nin hesabı ilə cavabdehin “Mirəziz” şirkətinə taxta materialı almaq üçün ödədiyi məbləğin qaytarılması olmuşdur. İddiaçının 31 avqust 2021-ci ildə verdiyi izahatından məlum olmuşdur ki, "xxxx" MMC ilə “Mirəziz” şirkəti arasında taxta alğı-satqısı ilə bağlı kommersiya işini ayırmışdır və həmin işə aid sənədlər də kommersiya işinə əlavə edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehə taxta almaq üçün verilən pulu deyil, taxta bazasını almaq üçün borc kimi verdiyi pulu tələb etmişdir. Buna görə də məhkəmənin tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi borc münasibətlərinə təsir etməmişdir. Bundan başqa, iddiaçının borc kimi göndərdiyi məbləğin nə vaxt qaytarılması barədə razılığa gəldikləri müəyyən olunmamış və məhkəmələr də bu müddəti müəyyən etməmişlər.

74. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara düzgün qiymət verməli idi.

75. Lakin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan göstərişlərə tam əməl etməməklə iş üzrə hər hansı araşdırma apa rmamışdır. Halbuki qanunuvericliyin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

76. Apellyasiya instansiya məhkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma aparmamasının səbəbini, məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif olunmasına baxmayaraq, iddiaçının nümayəndəsinin bununla bağlı hər hansı tədbir görülməməsi ilə əlaqələndirmişdir.

77. Kassasiya instansiya məhkənməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1,324.1, 329.2, 384.2, 384.0.2, 385.1, 386.1, 390.1, 425.1, 427.3, 442, 567, 598.1, 739.1, 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

78. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1023/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov - sədrlik edən və məruzəçi, Samir Həsənov və Müşfiq Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)33/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir.

79. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3409/2022 saylı və 17 aprel 2023-cü i l tarixli 2(102)-1696/2023 saylı qərarlarında inikasını tapan göstərişləri rəhbər tutaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsinin əsaslılığı apellyasiya baxışının predmetini təşkil edən hissədə cavabdehin 133200 ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinin təmin edilməsi hissədə yoxlanılmalı idi. Hazırkı halda, qətnamənin əsaslılığı yalnız cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya baxışının predmetini təşkil edən hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qalan hissəsinə toxunmamışdır.

80. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

81. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda qeyd edilən qərarlarında göstərişlərə əsasən iddiaçının tələb etdiyi borcun 121700 ABŞ dollarının “Zolotaya korona” pul köçürmə sistemi vasitəsi ilə ödənildiyini bildirmişdir. Ancaq 68400 ABŞ dolları məbləğdə pul vəsaitinin ödənilməsi barədə sübut olaraq məhkəməyə xx.xx.2014-cü ildə, xx.xx.2014-cü ildə və xx.xx.2014-cü ildə Cavabdeh məxsus «Elektron ünvan 2» ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktublar təqdim edilmişdi r.

82. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli məktubların məzmununun qeyri-müəyyən olduğu və bu səbəbdən də, hazırkı iş üzrə hər hansı sübut əhəmiyyəti daşımadığı üçün mötəbər sübutlar sayıla və iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Bu barədə məhkəmə araşdırması zamanı da iddiaçının nümayəndəsi hər hansı sübut təqdim edə bilməmiş və orada qeyd edilən məbləğlərin həqiqətən də cavabdehə borc olaraq verildiyini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, yalnız iş materiallarında “Zolotaya korona” vasitəsilə pul köçürmə sənədlərinə əsasən cavabehə ödənilən pul vəsaitinin sübuta yetirilən məbləği ümumilikdə 64800 ABŞ dolları məbləğində təşkil etmişdir.

83. İş materiallarında olan şahidlər Yusifov Ramin və Cəlalov Röyalın ifadələrinə əsasən cavabdehə onların adından göndərilən məbləğ iddiaçının pulları olmuş və onların adından ödənilən məbləğ ümumilikdə 12000 ABŞ dolları məbləğ təşkil etdiyi qeyd edilmişdir. Göstərilən məbləğin borc olaraq cavabdehə verilməsi faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda adıçəkilən qərarlarında da təsdiqini tapmışdır.

84. Kollegiya qeyd etmişdir ki, iş materiallarında olan “Zolotaya korona”ya aid sənədlərdən məlum olmuşdur ki, pul köçürmə sistemi ilə ödənilən məbləğlərin heç biri iddiaçının adından köçürülməmiş, həmin məbləğlər Dadaşov Elşad, Muradov Vüsal, Qəhrəmanova Nigar, Muradov Röyal, Hüseynova Nobar, İlahə Qarayevə, Dadaşov Raul, Nəbiyeva Şahnaz, Bəbirov Amil, Yusifov Ramin, Həşimov Tərlan, Hüseynov Vidadi, Xancanova Nazlı,Süleymanova Aysun, Nəbiyeva Şahnaz, Calalov Röyal, Səmədova Gülşən, Məmmədov Ramil, Rüstəmova Şəlalə, Quliyeva Xatirə, Tağıyev Seymur, Əhmədov Eldar, Əliyev Eynulla, Quliyeva Surayyə, Ələkbərov Yusif, Teymurov Çingiz, Rəhimova Dilarə, Əkbərov Vasif, Ağayev Yaşar, Həsənova Gülnar, Əliyeva İlahə, Əliyev Kamran, İsrafilov Ələskər, Rəcəbova Səbinə, Hüseynova qızı və Hacıyev Rəşad tərəfindən həyata keçirilmişdir. Adıçəkilən şəxslərdən yalnız Ramin və Röyal ifadələrində bildirmişdilər ki, cavabdehə onların adından göndərilən məbləğ İddiaçı pul vəsaiti olmuşdur. Onların adından ödənilən məbləğ isə cəmi 12000 ABŞ dolları məbləğ təşkil etmişdir. Lakin digər şəxslərin dindirilməsi barədə iddiaçı və ya onun nümayəndəsi tərəfindən hər hansı prosessual fəallıq edilməmişdir. Buna görə də, həmin şə xslərin adından göndərilən pul vəsaitlərinin iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır.

85. Bununla yanaşı, nəzərə alınmışdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əhmədov Adilin ifadəsi yuxarıda adları sadalanan şəxslər tərəfindən göndərilən pulların İddiaçı məxsus olması və onun tərəfindən cavabdehə göndərilməsi halını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

86. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı yaratdığı müəssisə ilə Cavabdeh rəhbərlik etdiyi firma (“Azeri Aqa” şirkəti və“Aziz” şirkəti) arasında bağlanmış müqavilə əsasında ödənilən məbləğə uyğun taxta göndərilib-göndərilmədiyini və onun pulunun ödənilib-ödənilmədiyini, həmin iddia qaldırılmadığından və ayrıca kommersiya işi hazırda mövcud olmadığından müəyyən etm ək mümkün deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki işə baxılarkən kommersiya mübahisəsi üzrə öhdəliklərə toxunulmamalıdır.

87. Bundan başqa, iddiaçının barəsində cinayət işinin yekunlaşmadığı və həmin iş üzrə yekun məhkəmə qərarının (hökm və ya qərar) hazırkı vaxta qədər çıxarılmadığı da işdən aşkar olunmuşdur.

88. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi izahatında “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların İddiaçı heç bir aidiyyətinin olmadığını göstərdiyi halda, iddiaçı tərəfindən yalnız iki şahidin iştirakı məhkəmədə təmin edilərək cavabdehə borc olaraq göndərilən cəmi 12000 ABŞ dolları məbləğdə pul vəsaitinin iddiaçıya məxsus olmasını sübuta yetirmişdir.

89. Bundan əlavə, qeyd edil mişdir ki, işdə olan iddiaçıya məxsus “adilov_qadim” poçt ünvanına daxil olan yuxarıda da qeyd edilmiş məzmunu qeyri-müəyyən olan 3 ədəd məktubdakı məlumatlara sübut olaraq qiymətləndirmənin mümkünlüyü baxımından nəzər saldıqda, onların özündə həqiqətən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaitlərini ehtiva etdiyini və onun məbləğlərini dəqiq müəyyən etməyə imkan verməmişdir. İşə baxılarkən isə tərəf bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

90. İş materiallarında olan mötəbər sübutlara əsasən iddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Serov şəhərindən Azərbaycan Respublikasına qayıtmış və daha sonra Rusiyada olmamışdır. Ekspertizanın rəyinə görə elektron poçt yazışmaları Serov şəhərindən göndərilmişdir. Cavabdeh özü əvvəlki məhkəmə iclaslarında “e-mail” vasi təsilə yazışmaların borc məbləği ilə bağlı olmasını etiraf etmişdir. Ancaq cavabdeh onun “e-mail” ünvanının İddiaçı tərəfindən oğurlanması səbəbindən yazışmaları qəbul etmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh onun “e-mail” ünvanının iddiaçı tərəfindən oğurlanmasını sübut etmədiyi müddət üçün adıçəkilən yazışmaların tərəflər arasında olması, habelə orada öz əksini tapan və dəqiqliyi şübhə doğurmayan müəyyən edilmiş məbləğlərin cavabdehə göndərilməsinin həqiqiliyi prezumpsiyası mövcuddur.

91. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında şifahi razılaşmaya uyğun olaraq iddiaçı cavabdehə borc münasibətləri əsasında iş üzrə mötöbər sübutlara təsdiq edilmiş yuxarıda göstərilən məbləğlərdə pul vəsaiti vermiş (göndərmiş), ancaq cavabdeh öz vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

92. Bununla yanaşı, məhkəmə kollegiyası tərəflər arasında mövcud olmuş borc münasibətləri üzrə iddia tələbinə iddia müddətinin tətbiq edilməməsi barədə ərizəyə qiymət verərkən diqqətə çatdırmağı zəruri hesab etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi onların arasındakı borc münasibətlərinə təsir göstərməmişdir. Bu səbəbdən də, borc münasibətləri alqı-satqı münasibətlərindən ayrılıqda hüquqi dəyərləndirməyə məruz qalmalıdır.

93. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aşkar olmuşdur ki, o, taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılm asını istəmişdir. Kommersiya işinin predmeti olacaq alqı-satqı münasibətlərinin daha sonrakı dövrlərdə də davam etməsi onların borc münasibətlərinə təsir etməmişdir.

94. Belə ki, işdə olan və tərəflər arasında mövcud borc münasibətləri üzrə təsdiqini tapan ödənişlərin iş materiallarındakı sübutlara əsasən 2014-cü ildə həyata keçirildiyi müəyyən edilir. İddiaçının 31 avqust 2021-ci il tarixli izahatından aşkar olmuşdur ki, o, 2015-ci il fevral ayında cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş və vermiş olduğu borcun əvəzində taxta göndərilməsini tələb etmişdir. Ancaq cavabdeh ona borcu olmadığını, əksinə iddiaçının ona 140000 dollar borcu olduğunu demişdir.

95. Məhkəmə, Mülki Məcəllənin 373.2-ci maddəsini vurğulayaraq qeyd etmişdir ki, müqavilə tələbləri üzrə iddia müdd əti üç ildir.

96. Apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında iş üzrə mötəbər sübutlarla təsdiqini tapan borc münasibətləri 2014-cü ildə baş vermiş, ancaq iddiaçının 31 avqust 2021-ci il tarixli izahatına əsasən 2015-ci il fevral ayında o, cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş, borcun əvəzində taxta göndərilməsini tələb etsə də, cavabdeh ona heç bir borcunun olmadığını və iddiaçının ona borcunun olduğunu demişdir.

97. Buna görə də, MM-in 377-ci və 427-ci maddələrinin tələbləri baxımından hazırkı öhdəliyin icra müddəti müəyyənləşdirilmədiyi və ya tələbetmə məqamı ilə müəyyənləşdirildiyi üçün həmin öhdəliklər üzrə iddia müddətinin axımı iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmin başlanğıc müddə t isə iddiaçının 31 avqust 2021-ci il tarixli izahatından da görünən 2015-ci ilin fevral ayı hesab olunmalıdır.

98. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(073)-2047 saylı qərardadı ilə geri qaytarılmış hazırkı iddia ərizəsi 18 iyul 2018-ci ildə tərtib olunmuşdur. Habelə hazırkı tələb üzrə məhkəmələrdə işə baxılarkən cavabdeh tərəfindən hər hansı formada borcun etirafını göstərən hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bununla da iddiaçı hazırkı borc münasibətləri üzrə tələbini irəli sürdüyü məqamda iddia müddətini ötürmüşdür.

99. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci insta nsiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)33/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir.

100. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1, 404.2, 337.2, 375.2, 427-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri

101. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair yekun qərar qəbul edilməsini xahiş etmişdir.

102. Kassasiya şikayəti onunla əsaslandırılmşdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfin xeyrinə olan halları görməzdən gələrək cavabdeh tərəfin şifahi mülahizəsi əsasında iddia müddətini tətbiq edərək tələbləri rədd edərək ədalət mühakiməsinin obyektiv və tərəflərin hüquq bərabərliyi prinsipi əsasında aparılmasını şübhə altına almışdır. Kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlərində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında borc münasibətlərin hansı şərtlərlə (borcun nə vaxt verilməsi, qaytarılmasının şərtləndirilməsi və.s) yaranmasını araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmadan qeyd etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında iş üzrə mötəbər sübutlarla təsdiqini tapan borc münasibətləri 2014-cü ildə baş vermiş, ancaq iddiaçının 31 avqust 2021-ci il tarixli izahatına əsasən 2015-ci il fevral ayında o, cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş, borcun əvəzində taxta göndərilməsini tələb etsə də, cavabdeh ona heç bir borcunun olmadığını və iddiaçının ona borcunun olduğunu demişdir. Buna görə də, Mülki Məcəllənin 377 və 427-ci maddələrinin tələbləri baxımından hazırkı öhdəliyin icra müddəti müəyyənləşdirilmədiyi və ya tələbetmə məqamı ilə müəyyənləşdirildiyi üçün həmin öhdəliklər üzrə iddia müddətinin axımı İddiaçı öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlamışdır.. Həmin başlanğıc müddət isə iddiaçının 31 avqust 2021-ci il tarixli izahatından da görünən 2015-ci ilin fevral ayı hesab olunmalı idi. Nəzərə alınmalıdır ki, iş materiallarından aşkar olmuşdur ki, birinci instansiya məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(073)-2047 saylı qərardadı ilə geri qaytarılmış hazırkı iddia ərizəsi 18 iyul 2018-ci ildə tərtib olunmuşdur. Habelə, hazırkı tələb üzrə məhkəmələrdə işə baxılarkən cavabdeh tərəfindən hər hansı formada borcun etirafını göstərən hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Beləcə, iddiaçı hazırkı borc münasibətləri üzrə tələbini irəli sürdüyü məqamda iddia müddətini ötürmüşdür. İlk əvvəl nəzərə alınmalıdır ki, cavabdeh tərəf ümumiyyətlə tərəflər arasında borc münasibətlərinin olmadığını iddia etm işdir. İddia müddətinin tətbiqi barədə ərizə də bu əsasla verilmişdir. Məhkəmə isə iddia müddətinin tətbiqi barədə ərizəni borc münasibətinə tətbiq etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Kazımov Yəhya bildirmişdir ki, iddiaçını Cavabdeh vasitəsilə tanımışdır. İddiaçı ilə aralarında heç bir alqı-satqı və ya pul məsələsi olmamış, Mirhəbibin tapşırığı ilə 2017-ci ildə Qədim Əbilova taxta vermiş, lakin Qədim ona heç vaxt pul verməmişdir. Bir daha sübut etmişdir ki, cavabdeh aldığı borcu qaytarmaqdan qəti imtinanı 2015-ci ildə deyil, 2018-ci ildə etmişdir. İmtina etdikdən sonra da iddiaçı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutlara öz dediyi kimi qarşılıqlı hüquqi qiymət versəydi iddiaçının verdiyi izahatla, şahidin verdiyi i fadəni qarşılıqlı dəyərləndirərdi. Təsadüfi deyildi ki, iddiaçı borc anlaşmasının şərtləri kimi məhkəməyə bildirmişdir ki, verilmiş borc qarşılıqlı razılaşmaya əsasən hissə-hissə naturayla - taxta ilə qaytarılmalı idi. Nəzərə alınmalı idi ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

103. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

104. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiy a şikayətinə qarşı etiraz göndərərək şikayətin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

105. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

106. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iş tirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.

107. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

108. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

109. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

110. Maddə

377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

111. Maddə 739.1. Borc müqaviləsinə görə, işt irakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

112. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

113. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

114. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

115. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

116. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

117. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

118. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

119. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

120. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

121. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

122. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qən aətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında sübuta yetirilən borc öhdəliyi üzrə iddia müddəti keçmişdir. Cavabdeh iddia müddətini tətbiq etdiyindən tələb iddia müddətinin ötürülməsinə görə rədd edilməlidir.

123. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə ətraflı şəkildə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

124. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddi adan imtina barəsində qərar çıxarması üçün əsasdır (§108-109).

125. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

126. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

127. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

128. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1023/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar