Məhkəmə qərarları › İş №2(102)-1148/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1148/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1148/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızı, X11 qarşı (Bərdə Regional “ASAN” Xidmət mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1148/2025 (Açar sözlər: mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklar üzərində payların müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun itirilmiş hesab edilməsi) Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızına və X11 qarşı (Bərdə Regional “ASAN” Xidmət mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklar üzərində payların müəyyən edilməsi və cavabdehlərin miras əmlaka vərəsəlik hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1751/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X3 xx.xx.1986-cı il tarixdə Məmmədova (Hüseynova) Sərfinaz Məmməd qızı ilə nikah bağlamışdır. X12 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.

2. İddiaçı1 ilə X22 7 fevral 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan Xəyal Hüseyinli, İddiaçı2 və Gülşən Hüseynova anadan olmuşdur.

3. Digər cavabdehlər Şahnaz, Aysu və Şəhanə, X13 əvvəlki nikahından olan övladlarıdır.

4. Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD61002028 saylı Dövlət Aktına əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 h a torpaq sahəsi ünvan 1 sakinləri X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, X14 mülkiyyətinə verilmişdir.

5. Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 61002028 saylı Şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi ünvan 1 sakinləri X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, X14, X8, İddiaçı2 mülkiyyətinə verilmişdir.

6. Torpağın mülkiyyətə verilməsinə dair JN-042B KOD61002028 saylı Şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,24 ha torpaq sahəsi ünvan 1 sakinləri X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, X14, X8, İddiaçı2 mülkiyyətinə verilmişdir.

7. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nöm rəli, **********54 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətindədir.

8. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətindədir.

9. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışına əsasən, ünvan 1ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ümumi birgə mülkiyyətindədi r.

10. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2017-ci ildə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən ünvan 1 sakini X15 məxsus (dövlət aktı JN0009, KOD ********) olan 2,52 ha pay torpağında qızı Cavabdeh1 məxsus 50 sotunu atası Cənnət Hüseynova 1.000 manata satmışdır. 11. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı1, Cavabdeh1 və Cavabdeh3 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 bağışlamışlar. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,50 ha kənd təsərrüfat ı təyinatlı torpaq sahəsi X13 (4/5 hissə) və Cavabdeh2 (1/5 hissə) paylı mülkiyyətindədir. 12. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı1, Cavabdeh1 və Cavabdeh3 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,822 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 bağışlamışlar. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 (4/5 hissə) və Cavabdeh2 (1/5 hissə) paylı mülkiyyətindədir. 13. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı1, Cavabdeh1 və Cavabdeh3 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,2017 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 bağışlamışlar. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 (4/5 hissə) və Cavabdeh2 (1/5 hissə) paylı mülkiyyətindədir.

14. X22 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.

15. X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsi, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsi, xx.xx.2019-cu il qey diyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsindən 4/5 hissəsini (qeyd edilən torpaq sahələri Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 ha ölçüdə kənd təsərrüfatı məhsulları istehsalı üçün X15 və ailə üzvlərinə ayrılmış “Torpağa mülkiyyət hüququna dair” JN-0009 Kod 61002028 nömrəli Dövlət Aktı əsasında qeydə alınmışdır), JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində 1992-ci ildə tikdirdiyi 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evi, həmin torpaq sahəsi üzərində 2002ci ildə birgə tikdirdikləri 15x10 metr ölçülü beton tövlə v ə həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikdirkləri 15x6 metr ölçülü yardımçı tikili, JN-042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyəti olan 0,24 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.

16. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 420 saylı arayışında qeyd olunmuşdur ki, ünvan 1ində yaşamış və 8 fevral 2023-cü ildə vəfat etmiş mərhum X9 miras olaraq Bala Göyüşlü kəndində aşağıda göstərilən daşınmaz əmlak-tikililər miras qalmışdır: Fərdi yaşayış evi-1 mərtəbəli, 2 otaqlı, 1 zal, mətbəx və eyvandan ibarətdir. Ümumi sahəsi-112 kv.m. Yaşayış evi 1992-ci ildə tikilmişdir. Həmin evin üzərində tikildiyi 0,18 ha həyətyanı torp aq sahəsi Əsas: mülkiyyət sənədi, torpağın mülkiyyətə verilməsinə dair (JN-042A, KOD ********) şəhadətnamə, həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x10 metr beton tövlə 2002-ci ildə tikilmişdir. Həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x6m ölçülü digər yardımçı tikili 2005-ci ildə tikilmişdir. Əsas: Böyük Göyüşü kənd İƏD-nin 04 saylı Təsərrüfatbaşına kitabının 73 saylı səhifəsindəki 353 saylı şəxsi hesabdakı qeydlər. Həmin tikililər və onların üzərində yerləşdiyi 0,18 ha torpaq sahəsi faktiki olaraq mərhum X13 həyat yoldaşı İddiaçı1, oğulları İddiaçı2, İddiaçı3 tərəfindən miras olaraq qəbul edilmiş, onlar tərəfindən sahiblik və idarə olunurlar.

17. X2 qanun üzrə birinci növbə vərəsələrin dairəsi atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X 24, qızı X20, oğlu İddiaçı2, oğlu İddiaçı3 ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı1 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızına (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı (Bərdə Regional “ASAN” Xidmət mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X9 miras qalmış onun xüsusi mülkiyyəti olan ünvan 1i ərazisində yerləşən daşınmaz əmlaklar: 1.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən: xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çı xarışa əsasən 1,2017 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini və xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsindən 4/5 hissəsini; 2.JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində 1992-ci ildə tikdirdiyi 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evini, həmin torpaq sahəsi üzərində 2002-ci ildə birgə tikdirdikləri 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikdirdikləri 15x6 metr ölçülü y ardımçı tikilini; 3.JN042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyəti olan 0,24 ha torpaq sahəsini məhrum X13 vərəsəsi kimi miras olaraq onun tərəfindən qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsinə, həmin miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlaklar üzərində onun və oğulları İddiaçı2 və İddiaçı3 paylarının müəyyən edilməsinə, həmin miras əmlaklara cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının və X8 vərəsəlik hüquqlarını itirmiş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 sakini, 1962-ci ildə anadan olmuş X22 ilə nikahlarını Bərdə rayon Böyük Göyüşlü kənd i.ə.d üzrə icra nümayəndəliyində 07 fevral 1997-ci il tarixdə qeyd edilməklə evlənmişdir. Həyat yoldaşı X22 08 fevral 2023cü il tarixdə vəfat etmişdir. Vəfat edərkən onun sağ olmuş qanun üzrə vərəsələri aşağıdakı olmuşlar: 1.İddiaçı1 - həyat yoldaşı 2.Cavabdeh1 (qızı) 3.Cavabdeh2 (qızı) 4.Salahova (Hüseynova) Aysu Cənnət qızı (qızı) 5.X20 (qızı) 6.İddiaçı2 (oğlu) 7.İddiaçı3 (oğlu). Həyat yoldaşı Hüseynov Cənnət oğlu vəfat etdikdən sonra ondan aşağıda göstərilən daşınmaz əmlaklar miras olaraq qalmışdır: 1.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 1,2017 ha torpaq sahəsindən 4/5 hissəsi. (Əsas: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********5 3 reyestr nömrəli Çıxarış). 2.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,8220 ha torpaq sahəsindən 4/5 hissə (Əsas: Mülkiyyət sənədi – Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli Çıxarış) 3.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsində 4/5 hissə. (Əsas: Mülkiyyət sənədi – Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********54 reyestr nömrəli Çıxarış). Həmin torpaq sahələri Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 ha ölçüd ə kənd təsərrüfatı məhsulları istehsalı üçün ailələrinə ayrılmış və bu barədə onlara “Torpağa mülkiyyət hüququna dair” JN-0009 Kod 61002028 nömrəli Dövlət Aktı verilmişdir. X37 əsasən sözügedən 2,52 ha torpaq sahəsi X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və X14 ümumi (birgə) paylı mülkiyyəti olmuşdur. Birgə mülkiyyətçilərdən İddiaçı1, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 1,2017 ha, **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0,822 ha və **********4 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0,5 ha torpaq sahəsindən özlərinə məxsus olan hissəsini bütünlüklə xx.xx.2019-cu il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə" əsasən Hədiyyə alan X15 bağışlamışlar. Həmin bağışlama müqavilələri Bərdə Regional “ASAN Xidmət” Mərkəzində rəsmiləşdirilməmişdən əvvəl 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsini atası Cənnət Hüseynova bağışlamasına razılıq verməsi üçün Cavabdeh1 atası tərəfindən əvvəlcədən (2019-cu ilin noyabr ayının əvvəllərində) qeyri-rəsmi olaraq 1.200 manat, bundan əvvəl isə 2017-ci ildə həmin 0,50 ha hissəsini atası Cənnət Hüseynova satması üçün Bərdə rayonu Böyük Göyüşlü kənd bələdiyyəsinin sədri A.Muradovun iştirakı ilə ona atası tərəfindən 1.000 manat nağd pul verilmiş, bu faktın təsdiqi üçün Cənnət Hüseynovun, Cavabdeh1 və bələdiyyə sədri Aqil Muradovun iştirakları ilə “Alğı-satqı müqavil əsi” adlanan sənəd tərtib edilərkən bələdiyyənin möhürü və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, həmin bağışlama müqavilələri Bərdə Regional “ASAN Xidmət” Mərkəzində rəsmiləşdirilməsindən əvvəl 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsi atası Cənnət Hüseynova bağışlanmasına razılıq verilməsi üçün Cavabdeh3 (Hüseynovaya) atası tərəfindən əvvəlcədən-2019-cu ilin noyabr ayının əvvəllərində qeyrirəsmi olaraq 1.200 manat nağd pul verilmişdir. Bundan başqa, həmin bağışlama müqaviləsi Bərdə Regional "ASAN Xidmət” Mərkəzində rəsmiləşdirilməmişdən əvvəl hələ 2019-cu ilin iyun ayında Cavabdeh2 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsini atası Cənnət Hüseynova bağışlayacağını vəd edərək həyat yoldaşının avtomobil qəzasında aldığı xəsarətlərin müal icəsi üçün pul lazım olduğunu bildirib Cənnət Hüseynovdan 1.200 manat nağd pul almış, lakin sonradan bağışlama müqaviləsinin rəsmiləşdirmək üçün xx.xx.2019-cu ildə Notariat ofisinə gəlməmişdir. Əksinə, Cavabdeh2 2021-ci ildə Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi (birgə) mülkiyyətimizdə olan 2,52 ha torpaq sahəsindən onun payının naturada ayrılıb ona verilməsinə və cavabdeh X13 zəbt etdiyi ona məxsus 0,50 ha hissəsində çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə məhkəmə baxışının gedişatında X35 Hüseynova ilə razılığa gələrək 2,52 ha torpaq sahəsindən Cavabdeh2 0,50 ha payının ayrılıb verilməsinə razılıq vermişdir. Odur ki, Cavabdeh2 məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmasını və sənədlərin əslinin özünə qaytarılması nı xahiş etmişdir. Bərdə rayon məhkəməsi 07 iyun 2021-ci il tarixli, 2(021)208/2021 nömrəli qərardadı ilə qərara almışdır ki, iddiaçı Cavabdeh2 cavabdeh X15 qarşı payının naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Yuxarıda şərh etdiyi səbəblərdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli, **********52 reyestr nömrəli və **********54 reyestr nömrəli Çıxarışlarda Cavabdeh2 payı 1/5 hissə, X13 payı isə 4/5 hissə olaraq göstərilmişdir. Bundan başqa, mərhum həyat yoldaşı X9 aşağıda göstərilən daşınmaz əmlaklar da miras qalmışdır: 1.Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən, 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 o taq, 1 zal, 1 mətbəx və eyvandan ibarət, ümumi sahəsi 112 kv.m. olan fərdi yaşayış evi. 2.Həmin evin üzərində tikildiyi 0,18 ha həyətyanı torpaq sahəsi. Sözügedən torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 61002028 nömrəli Şəhadətnaməyə əsasən və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 9 saylı qərarı ilə ailələrinə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən torpağın mülkiyyətçisi X18r. 3Həmin evin 0,18 ha həyətyanı torpaq sahəsində 2002-ci ildə tikilmiş 15 metr x 10 metr ölçülü beton tövlə. 4.Həmin evin 0,18 ha həyətyanı torpaq sahəsində 2005-ci ildə daşdan tikilmiş 15 metr x 6 metr ölçülü yardımçı tikili. 5.Torpağın mülkiyyətə verilməsinə dair JN-042B KOD 61002028 nömrəli Şəhadətnaməyə əsasən və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 9 saylı qərarına əsasən ailənin mülkiyyətinə verilmiş Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi. Həmin Şəhadətnaməyə əsasən torpağın mülkiyyətçisi X18r. Həyat yoldaşı X13 vəfatından sonra ondan miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakları faktiki olaraq o və oğulları İddiaçı2 və İddiaçı3 qəbul etmişlər, onları idarə və sahiblik edirlər, miras evdə yaşayırlar, yuxarıda göstərilən Çıxarışlar və Şəhadətnamələr əsasında onun mirası olan torpaqları (Cənnət Hüseynova mirasdan çatası payı) o və oğulları əkib-becərir, münbitləşdirir və mühafizə edib qoruyurlar. Mərhumun dəfni və yas mərasimləri onun tərəfindən təşkil edilərək keçirilmiş, dəfn pulu onun tərəfindən alınmış, həmçinin qəbirüstü abidəsi onun xərci hesabına hazırlatdırılaraq qoyulmuş, mərhumun adında qalmış yuxarıda göstərilən daşınmaz əmlaklara görə vergiləri o ödəyir. ünvan 1 icra nümayəndəliyinin Bərdə rayon məhkəməsinə təqdim etmək üçün ona verdiyi xx.xx.2023-cü il tarixli, 420 nömrəli arayışda da göstərilir ki, “həmin tikililər və onların üzərində yerləşdiyi 0,18 ha torpaq sahəsi faktiki olaraq mərhum X13 həyat yoldaşı İddiaçı1, oğulları İddiaçı2 və İddiaçı3 tərəfindən miras olaraq qəbul edilmiş, onlar tərəfindən sahiblik və idarə olunur.” Hazırda mərhum həyat yoldaşı X9 miras qalmış daşınmaz əmlakları: 4/5 hissə pay torpaq sahələrini, 0,18 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evini, tövlə və yardımçı tikilini, həmçinin digər 0,24 ha həyətyanı torpaq sahəsini mərhumun qanun üzrə vərəsəsi kimi adına rəsmiləşd irmək istəyir. Bu məqsədlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin Notariat ofisinə 15 avqust 2023-cü il tarixli ərizəsi ilə müraciət etmişdir. Həmin ofisindən ona verilmiş xx.xx.2023-cü il tarixli 2061/2023 saylı imtina cavabında bildirilir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyiniz xahiş olunur.”

20. Bərdə rayon M əhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı3 iddiaçı kimi mülki işə cəlb olunmuşlar.

21. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, 2,52 ha torpaq sahəsindən 50 sotunu atasına satmamışdır.

22. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında cavabdeh Salahova (Hüseynova) Aysu Cənnət qızının iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclas zalında X8 da iddiaçı kimi işə cəlb olunması təklif olunsa da buna razılıq verməmiş, məhkəməyə iddia tələbinin qəbul edi lməsini, iddianın əsaslı hesab edilməsi ilə bağlı cavabdeh kimi ərizə təqdim etmişdir.

25. Məhkəmə Gülşən Hüseynovanın cavabdeh statusunda qalmasını və iddia tələbinin qəbul etməsi barədə ərizəni MPM-nin 52.5-ci maddəsinin tətbiqini zəruri hesab edərək işə mahiyyəti üzrə baxmasını davam etdirmişdir. Belə ki, MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, məhkəmə cavabdehlərin mənafeyini nəzərə almaqla yanaşı, mərhumun atası Surxay Hüseynovun və anası Tamella Hüseynovanın da mənafeyini nəzərə almışdır.

26. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(021)-222/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın tələbinin qismən təmin edilməsi, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 1,2017 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissə vərəsələr-iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X8 hər birinə münasibətdə 0,106817 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilməsi, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləş ən 0,8220 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissə vərəsələr-iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X8 hər birinə münasibətdə 0,073066 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilməsi, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissə vərəsələr-iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X8 hər birinə münasibətdə 0,0444 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsməsi, JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayo nu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,18 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,0257 ha hissə vərəsələr-iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X8 hər birinə münasibətdə 0,002857 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilməsi, JN-042B KOD-61002028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,03428 ha hissə vərəsələr iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X8 hər birinə münasibətdə 0,0038 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 1,2017 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissəsinə vərəsələr X6 0,106817 ha, X7 0,106817 ha miras əmlakdan pay hüququ olması, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,8220 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissəsinə vərəsələr X6 0,073066 ha, X7 0,073066 ha miras əmlakdan pay hüququ olması, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,50 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4/5 hissəsinə vərəsələr X6 0,0444 ha, X7 0,0444 ha miras əmlakdan pay hüququ olması, JN042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,18 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,0257 ha hissəsinə vərəsələr X6 0,002857 ha, X7 0,002857 ha miras əmlakdan pay hüququ olması, JN042B KOD-61002028 "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,03428 ha hissəsinə vərəsələr X6 0,0038 ha, X7 0,0038 ha miras əmlakdan pay hüququ olması nəzərə alınmaqla miras əmlak açıq saxlanılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

27. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsinə dair çıxarışa əsasən, 4/5 hissə X13 və 1/5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 1,2017 ha torpaq sahəsinin 4/5 hissə X13 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən payın sahəsi 0,96136 ha (1,2017 x 4: 5=0,96136 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,106817 ha təşkil edir.

28. İddia tələbinə daxil olan xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpağa 4/5 hissə X13 və 1/5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 0,8220 ha torpaq sahəsinin 4/5 hissə X13 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən pay ın sahəsi 0,6576 ha (0,8220 x 4: 5=0,96136 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,073066 ha təşkil edir.

29. İddia tələbinə daxil olan xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli 0,50 ha torpaq sahəsinə dair çıxarışa əsasən, 4/5 hissə X13 və 1/5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 0,50 ha torpaq sahəsinin 4/5 hissə X13 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən payın sahəsi 0,40 ha (0,50 x 4: 5=0,40 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,0444 ha təşkil edir.

30. İddia predmetinə daxil olan 0,18 ha torpaq sahəsi JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, X 14, X8, İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. 0,18 ha torpaq sahəsi 7 nəfərə münasibətdə birgə mülkiyyətdə olması nəzərə alınmaqla X13 mülkiyyətinə düşən sahə 0,0257 ha təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,002857 ha təşkil edir.

31. İddia predmetinə daxil olan 0,24 ha torpaq sahəsi JN042B KOD61002028 " Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin Şəhadətnaməyə əsasən X13, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, X14, X8, İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. 0,24 ha torpaq sahəsi 7 nəfərə münasibətdə birgə mülkiyyətdə olması nəzərə alınmaqla X13 mülkiyyətinə düşən sahə 0,03428 ha təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,0038 ha təşkil edir.

32. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsi üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evini, həmin torpaq sahəsi üzərində 2002-ci ildə birgə tikilmiş 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikilmiş 15x6 metr ölçülü yardımçı tikilini vərəsəlik predmetinə daxil olmadığından payların müəyyən edilməsi hissəsində rədd olunmalıdır.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 1301, 1133, 1134, 1159 və 1193-cü maddələrinə, Azərbaycan Respublik ası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.5, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

34. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissələrində ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə olunmasını xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci i nstansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmədiyi hissələri ilə onun konstitusion hüquqlarını pozulmişdur. Çünki onun həyat yoldaşı X9 miras qalmış xüsusi mülkiyyəti olan daşınmaz əmlakları onun ölümündən sonra oğulları İddiaçı2 və İddiaçı3 ilə birlikdə faktiki olaraq qəbul edərək onlara sahiblik və idarə etməyi mübahisəsiz faktdır. Cavabdehlər isə mərhumun qızları olsalar da, faktiki olaraq öz ataları ilə heç bir əlaqəsi olmayan, uzun illər yataq xəstəsi olduğu müddətdə ona heç bir maddi və mənəvi dəstəkləri olmamış, onunla maraqlanmamış, yalnız ataları Cənnət Hüseynovun vəfat etdiyini eşidib bildikdən sonra ortaya çıxmış, Cənnət Hüseynovun və onun birgə əməyi və maddi dəstəyi hesabına hər birinin öz şəxsi evi və təsərrüfatları olan, vərəsəlik hüququnu həm faktiki, həm də, hüquqi cəhətdən itirmiş övladlardır. Bərdə rayon məhkəməsi öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusuiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunsuzluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək göstərilmişdir ki, “Həmin qərara əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şəraitində və müddətində tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273.1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun o lmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsəlik arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəlləsinin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin vərəsəlik hüququnun itirilmiş, hesab edilməsi hissəsində iddia təmin oluna bilməz.” Lakin Bərdə rayon məhkəməsi nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı hazırkı iş üzrə mübahisənin həllinə tətbiq edilə bilməzdi. Çünki iddiaçı iddia tələbi ilə məhkəməyə 28 avqust 2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə həmin tarixədək qüvvədə olan mülki qanunvericiliyə uyğun, yaxud Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarınadək qüvvədə olan mülki qanunvericilik normalarını tətbiq etməklə mübahisəni həll etməli idi. Hazırkı mülki mübahisə ilə əlaqəli münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı onun hüquqi və maddi sosial vəziyyətini ağırlaşdırdığı üçün geriyə şamil edilə bilməz. Belə ki, o, həyat yoldaşı Cənnət Hüseynovun vəfat etdiyi andan etibarən onun mirasını oğulları Rövşən və Xəyalla birlikdə (digər vərəsələrsiz) qəbul etdiyini nümayiş etdirərək onun dəfnini təşkil etmiş, yas mərasimlərini keçirmiş, 2.500 manat xərc çəkərək qəbirüstü abidəsini düzəltdirmiş, ondan miras qalmış və hazırkı mülki iş üzrə mübahisənin predmetini təşkil edən torpaqları, evi və yardımçı tikililəri faktiki olaraq qəbul etmiş, onlara sahiblik və idarə etmiş, onlardan istifadə etmiş, onları qorumuş, vəziyyətlərini yaxşılaşdırmış, artırmış və hal-hazıradək bunları edir. Konstitusiyanın 49-cu maddəsinin Vİİ hissəsi maddi vəziyyəti deyil, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsini geriyə şamil edilməsini nəzərdə tutur. Odur ki, hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun qərarı onların miras payı əldə etməklə məhz maddi vəziyyətlərini yaxşılaşdıran normativ akt olduğundan tətbiq edilə bilməzdi. Bərdə rayon məhkəməsi 2(021)-222/2024 nömrəli mülki iş üzrə mübahisənin həllinə Mülki Məcəllənin 7-ci maddələrini (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) tətbiq etməli olduğu halda, onu tətbiq etməmiş və p ozmuşdur. Həm də, məhkəmə bu maddi hüquq normasını məcburən ona görə tətbiq etməli idi ki, iddianı məhz o, qaldırmış, miras əmlakları oğulları ilə birlikdə o, qəbul etmiş, onlara sahiblik və idarə etmişdir. Bərdə rayon məhkəməsi hətta miras əmlakı bölüşdürərkən də, qanunsuzluğa yol verərək mərhum həyat yoldaşının mirası olan 1,2017 ha, 0,8220 ha, 0,50 ha, 0,18 ha və 0,24 ha torpaq sahələrinin X22 ilə birgə nikahı dövründə əldə edilmiş əmlaklarınız olmasını və həmin əmlaklar üzərində onun mərhuma çatası paydan 1/2 pay hüququnun mübahisəsiz olmasını nəzərə almamış, bununla da qanunsuz bölgü aparmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir ki, “həmin torpaq sahələri X15 əvəzsiz qaydada verilmişdir. Yəni ər-arvadın birgə mülkiyyəti kimi təşkil etmir. Odur ki, hazırkı mülki i şdə iddia predmetinə daxil olan torpaq sahələrinə münasibətdə İddiaçı1 birgə nikah dövründə əldə edilmiş əmlakı kimi dəyərləndirilməsinə yol verilmir.” Göründüyü kimi, məhkəmə bu səhv qənaəti ilə MM-nin 225.1 və 1162-ci maddələrini, həmçinin Ailə Məcəlləsinin 32.1-ci maddələrini birbaşa pozmuşdur. Bərdə rayon məhkəməsi hətta öz qanunsuz qətnaməsi ilə mərhum həyat yoldaşı Cənnət Hüseynovun miras torpaqların bölüşdürərkən (payları müəyyən edərkən) də, ədalətsizliyə yol verərək qətiyyən nəzərə almamışdır ki: 1) X28 uzun illər ağır xəstə olduğu zamanlarda ona qulluq edən və qayğısına qalan məhz iddiaçı olmuşdur. Onun qızları Şəhanə, Aysu, xüsusən də, Şahnaz ataları ölüm ayağında olarkən ondan əmlak və pul tələb edir, hətta Şahnaz onu məhkəməyə də vermişdi. Miras qoyan X28 dəfnini və yas mərasi mlərini adətlərinə uyğun olaraq o, keçirmiş, onun qəbirüstü abidəsini 2.500 manata o, hazırlatmış, bu işlərin bütün xərcini özü ödəmiş və cavabdehlərin, o cümlədən də, Cənnətin ata-anasının bu işlərdə heç bir xərci olmamışdır. Mərhum həyat yoldaşı Cənnət Hüseynovun atası Surxay Hüseynovun və anası X21 Hüseynov ağır xəstə olduğu illərdə ona heç bir köməklikləri, o cümlədən də, maddi köməklikləri olmayıb, onun miras əmlakları-torpaq sahələri, evi və yardımçı tikililəri ilə heç bir əlaqələri yoxdur, hətta bu torpaqların yerini də bilmirlər, onun dəfni, yas mərasimini və qəbirüstü abidəsinin hazırlanması üçün heç bir xərc çəkməyiblər, özlərinin isə fərdi evi, yardımçı tikililəri, həyətyanı torpaq sahəsi və pay torpaq sahələri vardır, Cənnət Hüseynovun miras əmlaklarına heç bir ehtiyacları yo xdur və onun mirasına vərəsə kimi hüquqları da yoxdur. Məhkəmənin Cənnət Hüseynovun miras əmlaklarında onlara pay müəyyən etməsi və bu payı açıq saxlaması tamamilə qanunsuzdur. X28 miras əmlakları olan torpaq sahələrini, evi və yardımçı tikililəri onun öldüyü andan o, oğulları Rövşən və Xəyalla birlikdə qəbul edərək onlara sahiblik və idarə etmişlər, onları mühafizə edib qorumuş, münbitləşdirməklə və ya abadlaşdırmaqla vəziyyətlərini yaxşılaşdırmış, bununla da dəyərlərini artırmışlar. Odur ki, məhkəmə bölgü aparırdısa ədalətli bölgü aparmaqla onun və oğulları Rövşən və Xəyalın üstün pay hüququnu təmin etməli idi, lakin qanunsuz olaraq bərabər pay bölgüsü aparmışdır. Bərdə rayon məhkəməsi hazırkı mülki işə baxarkən sübutların qiymətləndirilməsində də, qanun pozuntularına yol vermişdir. Bərd ə RİH Başçısının Böyük Göyüşlü kənd i.ə.d üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 410 saylı və xx.xx.2023-cü il tarixli 420 saylı arayışlarla mübahisəsiz qaydada sübuta yetir ki, mərhum Cənnət Hüseynov vəfat edən gündən onunla birlikdə yaşamış və birgə təsərrüfat aparmış ailə üzvləri 1.həyat yoldaşı İddiaçı1, 2) oğlu İddiaçı2, 3) İddiaçı3 olmuş, X28 vəfat etdikdən sonra onun miras torpaq sahələrini, evini və yardımçı tikililərini məhz həmin vərəsələr faktiki olaraq qəbul etmiş, onları idarə, sahiblik və istifadə edirlər. Lakin məhkəmə bu mötəbər (həqiqiliyi şübhə doğurmayan) sübutları qətnamənin mətnində sadalasa da, onları düzgün hüquqi dəyərləndirməmiş və nəzərə almamışdır. Bunun əksinə olaraq, Bərdə rayon məhkəməsi Bərdə RİH Başçısının Böyük Göyüşlü kənd i.ə.d üz rə nümayəndəliyi tərəfindən verilmiş guya X28 9 nəfər ibarət ailə üzvü olması barədə xx.xx.2024-cü il tarixli 410 nömrəli saxta arayışı əsas sübut kimi qəbul edərək miras əmlak bölgüsünü 9 nəfər arasında aparmışdır. Məhkəmə bu arayışın saxta olmasına, yəni onun da, nömrəsinin və tarixinin eyni, yəni xx.xx.2023-cü il və 410 nömrəli saxta arayışı əsas sübut kimi qəbul edərək miras əmlak bölgüsünü 9 nəfər arasında aparmışdır. Məhkəmə bu arayışın saxta olmasına, yəni onun da, nömrəsinin və tarixinin eyni, yəni xx.xx.2023-cü il və 410 nömrəli olmasına əhəmiyyət verməmişdir. O, iddia ərizəsində göstərmişdir ki, vərəsəlik hüquq münasibətlərində istər qanun üzrə, istərsə də, vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, bölünə bilər ki, o, mirası qəbul etmiş ols un, yəni mirası qəbul etməsi barədə notariat orqanına ərizə ilə müraciət etməli, vərəsəlik hüququ haqqında şəhadətnamə almalı və ya mirası faktiki olaraq qəbul etməli, ona sahiblik və idarə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Konstitusiya Məhkəməsinin həmin qərarı qüvvədən düşmüş hesab edilməmişdir. Yəni Konstitusiya Məhkəməsinin 26 dekab r 2023-cü il tarixli qərarı qəbul edilənədək baş tutmuş və ya məhkəmələrin icraatında olan vərəsəlik – miras işləri üzrə məcburi hüquqi qüvvəyə malik normativ akt hesab edilir. Hesab edir ki, bu saxta arayış cavabdehlərlə Böyük Göyüşlü kənd i.ə.d üzrə icra nümayəndəliyinin sövdələşməsi əsasında verilmiş saxta və qanunsuz arayış olduğundan sübut kimi qəbul edilə bilməzdi. Lakin Bərdə rayon məhkəməsi öz qətnaməsində bu əhəmiyyətli fakta əhəmiyyət verməmiş, münasibət bildirməmiş və öz qanunsuz qətnaməsini məhz Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə əsaslandırmaqla son nəticədə də qanunsuz qətnamə qəbul etmişdir.

36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1751/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi) Fikrət Mehtiyev və Rəhman Muradov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə və iş üzrə yeni qətnamə çıxarılmış və iddia qismən təmin edilmiş, mərhum X13 qanun üzrə birinci növbə vərəsələri, atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2, oğlu İddiaçı3 mirasdan imtina etmədiyindən mirası qəbul etmiş vərəsə hesab edilməsi, miras əmlak onlar arasında bölünməsi və miras əmlakda hər birinin payı aşağıdakı kimi müəyyən edilməsi qət edilmişdir: X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiy yat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsinin 4/5 hissəsində qanun üzrə birinci növbə vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 4/45 olmaqla müəyyən edilsin, xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsində ümumilikdə payları X16 4/45, X17 4/45, İddiaçı1 4/45, X19 4/45, X24 4/45, X20 4/45, İddiaçı2 4/45, İddiaçı3 4/45, Cavabdeh2 payı isə 13/45 hissədə müəyyən edilmiş: X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsinin 4/5 hissəsində qanun üzrə birinci növbə vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 4/45 hissə olmaqla müəyyən edilsin, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsində ümumilikdə payları X6 4/45, X7 4/45, İddiaçı1 4/45, X10 4/45, X14 4/45, X8 4/45, İddiaçı2 4/45, İddiaçı3 4/45, Cavabdeh2 payı isə 13/45 müəyyən edilmiş: X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsinin 4/5 hissəsində qanun üzrə birinci növbə vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 4/45 olmaqla müəyyən edilsin, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsində ümumilikdə payları X16 4/45, X17 4/45, İddiaçı1 4/45, X19 4/45, X24 4/45, X20 4/45, İddiaçı2 4/45, İddiaçı3 4/45, Cavabdeh2 payı isə 13/45 hissədə müəyyən edilmiş: X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsinin 1/7 hissəsində qanun üzrə birinci növbə vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 1/63 hissə olmaqla müəyyən edilsin, JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsində ümumilikdə payları X16 1/63, X17 1/63, İddiaçı3 1/63, İddiaçı1 10/63, X19 10/63, X24 10/63, X20 10/63, İddiaçı2 10/63 və Cavabdeh2ın 10/63 hissədə müəyyən edilmiş: X13 ölümündən sonra miras qalmış JN-042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsində qanun üzrə birinci növbə vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 1/63 hissə olmaqla müəyyən edilsin, JN-042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsində ümumilikdə payları X16 1/63, X17 1/63, İddiaçı3 1/63, İddiaçı1 10/63, X19 10/63, X 24 10/63, X20 10/63, İddiaçı2 10/63 hissədə və Cavabdeh2 10/63 hissədə müəyyən edilmiş: X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evinin 5/8 hissəsində qanun üzrə birinci növbə vərəsələrinin payları X16 5/72, X17 5/72, İddiaçı1 5/72, X19 5/72, X24 5/72, X20 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 payı 5/72 hissədə müəyyən edilsin, ümumilikdə fərdi yaşayış evində payları isə X16 5/72, X17 5/72, İddiaçı1 5/72, X20 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 14/72, X19 14/72, X14 14/72 hissədə payı müəyyən edilmiş: X13 ölümündən sonra miras qa lmış JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikilinin 1/2 hissəsində qanun üzrə birinci növbə vərəsələrin payları X6 1/18, X7 1/18, İddiaçı1 1/18, X10 1/18, X14 1/18, X8 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 1/18 hissədə müəyyən edilsin və ümumilikdə torpaq sahəsində 2002-ci ildə tikilmiş 15x10 metr beton tövlədə və 2005-ci ildə tikilmiş 15x6m ölçüdə digər yardımçı tikilidə payları isə X6 1/18, X7 1/18, İddiaçı1 10/18, X10 1/18, X14 1/18, X8 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 isə 1/18 hissədə müəyyən edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

37. Apellyasiya i nstansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mərhum X13 atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2, oğlu İddiaçı3 olmaqla qanun üzrə birinci növbə vərəsələrin dairəsini müəyyən etsə də, mirasın vərəsələr arasında hissələrlə deyil, hektarla bölünməsində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edilərkən hazırkı işin icraatda olmasına istinad etməklə qanunla müəyyən edilmiş müddət ərzind ə mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli olması və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum X13 atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2, oğlu İddiaçı3 olmaqla qanun üzrə birinci növbə vərəsələrin hər hansı biri mirasdan imtina etmədiyindən miras əmlakın onlar arasında bölünməli və hər birinin payı müəyyən olunmalıdır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 r eyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha 4/5 hissəsi, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsinin 4/5 hissəsi, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsinin 4/5 hissəsində vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 4/45 olmaqla müəyyən edilməli, xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha 4/5 hissəsi, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsinin 4/5 hissəsi, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsində ümumilikdə paylar ı X16 4/45, X17 4/45, İddiaçı1 4/45, X19 4/45, X24 4/45, X20 4/45, İddiaçı2 4/45, İddiaçı3 4/45, Cavabdeh2 payı isə 13/45 müəyyən edilməlidir.

40. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsinin və JN-042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsində vərəsələr atası X16, anası X17, həyat yoldaşı İddiaçı1, qızı X19, qızı Cavabdeh2, qızı X24, qızı X20, oğlu İddiaçı2 və oğlu İddiaçı3 hər birinin payı 1/63 olmaqla müəyyən edilməli, JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsi və JN-042B KOD 6100 2028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsində ümumilikdə payları X16 1/63, X17 1/63, İddiaçı3 1/63, İddiaçı1 10/63, X19 10/63, X24 10/63, X20 10/63, İddiaçı2 10/63 və Cavabdeh2 10/63 müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyası JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evi, həmin torpaq sahəsi üzərində 2002ci ildə birgə tikdirdikləri 15x10 metr ölçülü beton tövlə və həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikdirkləri 15x6 metr ölçülü yardımçı tikili ilə əlaqədar qeyd etmişdir ki, birinci instansi ya məhkəməsi həmin evin və tikililərin mülkiyyət sənədi olmadığından və vərəsəlik predmetinə daxil olmadığından payların müəyyən edilməsi hissəsində təmin olunmaması nəticəsinə gəlmişdir. Lakin Mülki Məcəllənin 135.4-cü maddənin tələblərinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmçinin iş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 420 saylı arayışından görünür ki, Böyük Göyüşü kənd İƏD-nin 04 saylı Təsərrüfatbaşına kitabının 73 saylı səhifəsindəki 353 saylı şəxsi hesabdakı qeydlərə əsasən, ünvan 1ində yaşamış və 8 fevral 2023-cü ildə vəfat etmiş mərhum X9 miras olaraq Bal a Göyüşlü kəndində aşağıda göstərilən daşınmaz əmlak-tikililər miras qalmışdır: Fərdi yaşayış evi-1 mərtəbəli, 2 otaqlı, 1 zal, mətbəx və eyvandan ibarətdir. Ümumi sahəsi-112 kv.m. Yaşayış evi 1992-ci ildə tikilmişdir. Həmin evin üzərində tikildiyi 0,18 ha həyətyanı torpaq sahəsi Əsas: mülkiyyət sənədi, torpağın mülkiyyətə verilməsinə dair (JN-042A, KOD ********) şəhadətnamə, həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x10 metr beton tövlə 2002-ci ildə tikilmişdir. Həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x6m ölçülü digər yardımçı tikili 2005-ci ildə tikilmişdir. Tərəflər özləri də, X22 tərəfindən 1 mərtəbəli, 2 otaqlı, 1 zal, mətbəx və eyvandan ibarət, ümumi sahəsi 112 kv.m. olan fərdi yaşayış evinin 1992-ci ildə, həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x10 metr beto n tövlənin 2002-ci ildə, 15x6m ölçülü digər yardımçı tikilinin 2005-ci ildə tikildiyini qəbul etmiş və bu işin mübahisəsiz halıdır. Bu baxımdan kollegiya hesab etmişdir ki, qeyd edilən əşyalar X13 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində və X22 tərəfindən inşa edildiyindən və həmin tikililər torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya olduğundan və vahid mülkiyyət obyektidir. Bu baxımdan, həmin ev və tikililər də, mirasın kütləsinə daxildir və vərəsələr arasında bölünməlidir.

42. Məhkəmə kollegiyası X22 tərəfindən inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal, mətbəx və eyvandan ibarət, ümumi sahəsi 112 kv.m. olan fərdi yaşayış evi ilə bağlı qeyd etmişdir ki, həmin ev 1992-ci ildə ildə inşa edimişdir. X22 xx.xx.1986-cı il tarixdə Məmmədova (Hüseynova) Sərfinaz Məmməd qızı ilə nikah bağlamış və X12 xx.xx.1993cü il tarixdə vəfat etmişdir. Miras 2000-ci ilədək açıldığı həmin münasibətlərə 2000-ci ilədək qüvvədə olmuş mülki məcəllənin normaları tətbiq ediləcəkdir. Fərdi yaşayış evi X12 ilə birgə nikah dövründə inşa edildiyindən X22 ilə X4 birgə əmlakı hesab edilir. X12 xx.xx.1993-cü il tarixdə vəfat etdiyindən həmin vaxt fərdi yaşayış evinin ½ hissəsinə miras açılmışdır. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsisinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin vaxt X4 vərəsələri olaraq X22, Cavabdeh 1, Cavabdeh2 və X24 yaşamaqla mirası faktiki qəbul etmişlər və onların fərdi yaşayış evində payları X13 1/8 hissədə, Cavabdeh1 8/1 hissədə, Cavabdeh2 8/1 hissədə və X14 8/1 hissədə olmaqla ümumi fərdi yaşayış evində payları X13 5/8 hissədə, Cavabdeh1 8/1 hissədə, Cavabdeh2 8/1 hissədə və X14 8/1 hissədə təşkil etmişdir. X22 vəfat etdikdən sonra isə fərdi yaşayış evində miras 5/8 hissəyə açılmış və həmin hissədə X6 5/72, X7 5/72, İddiaçı1 5/72, X10 5/72, X14 5/72, X8 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 payı 5/72 hissə təşkil etməklə, ümumilikdə fərdi yaşayış evində payları isə X16 5/72, X17 5/72, İddiaçı1 5/72, X20 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 14/72, X19 14/72, X24 14/72 təşkil etmişdir. Evin həyətyanı torpaq sahəsində tikilmiş 15x10 metr beton tövlə 2002-ci ild ə, 15x6m ölçülü digər yardımçı tikili isə 2005-ci ildə tikildiyi üçün X22 vəfat etdikdən sonra isə miras açılmışdır. Qeyd edilən tikililər X13 İddiaçı1 ilə birgə dövründə inşa edildiyindən həmin tikililər birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur və miras həmin əmlakın 1/2 hissəsinə, yəni X15 aid hissədə açılmışdır. Həmin tikililərdə vərəsələrin payları X6 1/18, X7 1/18, İddiaçı1 1/18, X10 1/18, X14 1/18, X8 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 payının 1/18 təşkil etmiş, ümumilikdə torpaq sahəsində 2002-ci ildə tikilmiş 15x10 metr beton tövlədə və 2005-ci ildə tikilmiş tikilidə 15x6m ölçüdə digər yardımçı tikilidə payları isə X16 1/18, X17 1/18, İddiaçı1 10/18, X19 1/18, X24 1/18, X20 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 payı 1/18 təşkil etmişdir.

43. Məhkəmə k ollegiyası apellyasiya şikayətinin X28 miras əmlakları olan torpaq sahələrini, evi və yardımçı tikililəri onun öldüyü andan iddiaçı, oğulları Rövşən və Xəyalla birlikdə qəbul edərək onlara sahiblik və idarə etmikləri, onları mühafizə edib qorumları, münbitləşdirməklə və ya abadlaşdırmaqla vəziyyətlərini yaxşılaşdırmaqları, bununla da dəyərlərini artırmaları ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin torpaq sahələrinin yaxşılaşdırılmasının nədən ibarət olması və dəyərinin artırılması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

44. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin əmlakların birgə nikah dövründə əldə edilməsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan əmlaklar əvəzsiz qaydada əldə edildiyindən birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin miras qoyan X28 dəfnini və yas mərasimlərini adətlərə uyğun olaraq iddiaçının keçirməsi, onun qəbirüstü abidəsini 2.500 manata hazırlatmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, Mülki Məclənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Apellyasiya şikayətində miras qoyana qulluq və onun müalicə si, dəfn, mirasın mühafizəsi və idarə edilməsi xərclərinin çəkilməsi qeyd edilsə də, həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlillərini də, əsassız hesab etmişdir.

46. Məhkəmə kollegiyası həmçinin X28 miras əmlakları olan torpaq sahələrini, evi və yardımçı tikililəri onun öldüyü andan iddiaçı, oğulları Rövşən və Xəyalla birlikdə qəbul edərək onlara sahiblik və idarə etmələri, həmçinin digər vərəsələrin miras əmlakı qəbul etmədikləri ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 20 23-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya məhkəməsinin qərarı qəbul edilərkən hazırkı iddia ərizəsi icraatda olduğundan həmin münasibətlərə Azərba ycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələrinin tələbləri şamil edilə bilməz. Bu baxımdan apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə üçüncü şəxslər İddiaçı2 və İddiaçı3 sonradan iddiaçı kimi qəbul etməsini düzgün hesab etməmişdir. Belə ki, Mülki Prossesual Məcəllə əsl olmayan iddaçının əvəz edilməsini və üçüncü şəxslər müstəqil tələblə çıxış etdikdə isə onların müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini nəzərdə tutmuşdur. Lakin prosessual qanunvericilikdə üçüncü şəxslərin iddiaçı kimi qəbul edilməsi nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsi belə nəticəyə gəlməklə prosessual pozuntuya yol vermişdir. Bu baxımdan, qətnamə həmin hi ssədə də, ləğv edilməli və həmin şəxlər üçüncü şəxs kimi qəbul edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 530, 532, 552, 553-cü, Mülki Məcəllənin 135.4, 1133, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 81, 88, 217.3 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

49. Qətnamədən İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azə rbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə əsassız və qanunsuz olaraq belə nəticəyə gəlmişdir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusuiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırkı mübahisəyə düzgün tətbiq edilmişdir” X32 Məhkəməsinin Mülki Kollegiyası da B ərdə rayon məhkəməsinin qanunsuzluqlarını təkrarlayaraq nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı hazırkı iş üzrə mübahisənin həllinə tətbiq edilə bilməzdi. Çünki iddiaçı iddia tələbi ilə məhkəməyə 28 avqust 2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə həmin tarixədək qüvvədə olan mülki qanunvericiliyə uyğun, yaxud Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarınadək qüvvədə olan mülki qanunvericilik normalarını tətbiq etməklə mübahisəni həll etməli idi. Hazırkı mübahisənin 4 ay ərzində Bərdə rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixədək Bərdə rayon məhkəməsi tərəfindən baxılıb həll edilməməsi İddiaçı1 günahı deyildir. Hazırkı mülki mübahisə ilə əlaqəli münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tari xli qərarı İddiaçı1 hüquqi və maddi-sosial vəziyyətini ağırlaşdırdığı üçün geriyə şamil edilə bilməz. Belə ki, İddiaçı1 həyat yoldaşı Cənnət Hüseynovun vəfat etdiyi andan etibarən onun mirasını oğulları Rövşən və Xəyalla birlikdə (digər vərəsələrsiz) qəbul etdiyini nümayiş etdirərək onun dəfnini təşkil etmiş, yas mərasimlərini keçirmiş, 2.500 manat xərc çəkərək qəbirüstü abidəsini düzəltdirmiş, ondan miras qalmış və hazırkı mülki iş üzrə mübahisənin predimetini təşkil edən torpaqları, evi və yardımçı tikililəri faktiki olaraq qəbul etmiş, onlara sahiblik və idarə etmiş, onlardan istifadə etmiş, onları qorumuş, vəziyyətlərini yaxılaşdırmış, artırmış və hal-hazıradək də bunları etməkdə davam edir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi maddi vəziyyəti deyil, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsini geriyə şamil edilməsini nəzərdə tutur. Odur ki, hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun qərarı onların miras payı əldə etməklə məhz maddi vəziyyətlərini yaxşılaşdıran normativ akt olduğundan tətbiq edilə bilməzdi.

51. Apellyasiya instansiyası məhkəməsi də miras əmlakı bölüşdürərkən də qanunsuzluğa yol verərək iddiaçının mərhum həyat yoldaşının mirası olan 1,2017 ha, 0,8220 ha, 0,50 ha, 0,18 ha və 0,24 ha torpaq sahələrinin X22 ilə birgə nikahı dövründə əldə edilmiş əmlakları olmasını və həmin əmlaklar üzərində İddiaçı1 mərhuma çatası paydan V pay hüququnun mübahisəsiz olmasını nəzərə almamış, bunun la da qanunsuz bölgü aparmışdır. Göründüyü kimi, məhkəmə kollegiyası bu qanunsuz qətnaməsi ilə MMnin 225.1 və 1162-ci maddələrini, həmçinin Ailə Məcəlləsinin 32.1-ci maddələrini birbaşa pozmuşdur.

52. İş materiallarında olan çoxsaylı sübutları, o cümlədən də Bərdə RİH Başçısının Böyük Göyüşlü kənd i.ə.d üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 410 saylı və xx.xx.2023-cü il tarixli 420 saylı arayışlarla mübahisəsiz qaydada sübuta yetir ki, mərhum Cənnət Hüseynov vəfat edən günədək onunla birlikdə yaşamış və birgə təsərrüfat aparmış ailə üzvləri - həyat yoldaşı İddiaçı1, - oğlu İddiaçı2, oğlu İddiaçı3 olmuş, X28 vəfat etdikdən sonra onun miras torpaq sahələrini, evini və yardımçı tikililərini məhz həmin vərəsələr faktiki olaraq qəbul etmiş, onları idarə, sahiblik və is tifadə edirlər. Lakin kollegiya bu mötəbər (həqiqiliyi şübhə doğurmayan) sübutları qətnamənin mətnində sadalasa da, onları düzgün hüquqi dəyərləndirməmiş və nəzərə almamışdır. Bunun əksinə olaraq, Bərdə RİH Başçısının Böyük Göyüşlü kənd i.ə.d üzrə nümayəndəliyi tərəfindən verilmiş guya X28 9 nəfər ibarət ailə üzvü olması barədə xx.xx.2024-cü il tarixli 410 nömrəli saxta arayışı əsas sübut kimi qəbul edib miras əmlak bölgüsünü 9 nəfər arasında aparmışdır. Məhkəmə Kollegiyası da bu arayışın saxta olmasına, yəni onun da nömrəsinin və tarixinin eyni, yəni xx.xx.2023-cü il və 410 nömrəli olmasına əhəmiyyət verməmişdir. Hesab edir ki, bu saxta arayış cavabdehlərlə Böyük Göyüşlü kənd i.ə.d üzrə icra nümayəndəliyinin sövdələşməsi əsasında verilmiş saxta və qanunsuz arayış olduğundan sübut kimi qəb ul edilməməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

53. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

54. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

55. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

56. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tari xindən əmələ gəlir.

57. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

58. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

59. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

60. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras ak tivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

61. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

62. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. 63. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 64. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

65. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

66. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik tərəfindən qəbul edilmiş sayılır.

67. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

69. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

70. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı:

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsas landırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

72. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

73. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

74. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki,... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarın a gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

75. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

76. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina e tməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

79. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olu nmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

80. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

83. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətlən dirilməlidir.

84. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

85. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

87. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır.

88. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

90. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır.

91. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

92. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

93. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

94. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, X13 ölümündən sonra miras qalmış əmlaklar kimi JN-042A “KOD 61002028 nömrəli” “Torpağın mülkiyyətə verilməsinə dair ” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evinin 5/8 hissəsində qanun üzrə birinci növbə vərəsələrinin paylarının, habelə həmin torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikilinin 1/2 hissəsində qanun üzrə birinci növbə vərəsələrin paylarının müəyyən edilməsinə münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir.

96. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X9 miras qalmış, onun xüsusi mülkiyyəti olan ünvan 1i ərazisində yerləşən daşınmaz ə mlaklar: 1.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən: xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini və xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsindən 4/5 hissəsini; 2.JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində 1992-ci ildə tikdirdiyi 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evini, həmin torpaq sahəsi üzər ində 2002-ci ildə birgə tikdirdikləri 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikdirdikləri 15x6 metr ölçülü yardımçı tikilini; 3.JN042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyəti olan 0,24 ha torpaq sahəsini məhrum X13 vərəsəsi kimi miras olaraq onun tərəfindən qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsinə, həmin miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlaklar üzərində onun və oğulları İddiaçı2 və İddiaçı3 paylarının müəyyən edilməsinə, həmin miras əmlaklara cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının və X8 vərəsəlik hüquqlarını itirmiş hesab edilməsinə dair qətnamə qəbul olunmas ını xahiş etmişdir.

97. Məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən “X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsinin 4/5 hissəsində; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsinin 4/5 hissəsində; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsinin 4/5 hissəsində; JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsin ə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsinin 1/7 hissəsində; JN042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsində” qanun üzrə birinci növbə vərəsələrin paylarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.

98. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

99. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı iddiaçı Səadət Cəfərovanın kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın tam təmin edilmə si üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam təmin olunması hissəsində iddiaçı Səadət Cəfərova tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “X13 ölümündən sonra miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1,2017 ha torpaq sahəsinin 4/5 hissəsində; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0,8220 ha torpaq sahəsinin 4/5 hissəsində; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0,50 ha torpaq sahəsinin 4/5 his səsində; JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsinin 1/7 hissəsində; JN-042B KOD 61002028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsində” qanun üzrə birinci növbə vərəsələrin paylarının müəyyən edilməsinə münasibətdə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.

100. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsaslanaraq X13 ölümündən sonra miras qalmış əmlaklar kimi JN-042A “KOD 61002028 nömrəli” “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evinin 5/8 hissəsində qanun üzrə birinci növbə vərəsələrinin paylarının, habelə həmin torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikilinin 1/2 hissəsində qanun üzrə birinci növbə vərəsələrin paylarının müəyyən edilməsinə münasibətdə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

101. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

102. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139.1-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka di gər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

103. Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

104. Mülki Məcəllənin 1151-ci maddəsi ilə miras əmlakın anlayışı müəyyən edilmişdir. Həmin maddənin mənasına görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

105. Qeyd edilən normada miras əmlakın məzmunu müəyyə n edilməklə vərəsənin əldə edəcəyi hüquqlar nəticəsində əmlak mənafelərinə malik olacağına görə bu miras aktivi, əldə edəcəyi vəzifələri müəyyən məsrəflər hesabına icra edəcəyinə görə bu miras passivi hesab edilir.

106. Beləliklə, fiziki şəxs öldüyü halda onun öz əmlakına olan hüquqları və vəzifələri miras kimi qalır.

107. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mül kiyyət obyektidir.

108. Göründüyü kimi X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evi, habelə habelə JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikili dövlət qeydiyyatına alınmamışdır.

109. Hazırkı iş üzrə mərhum X13 mülkiyyətində olmuş torpaq sahəsində yerləşən daşınmaz əmlakların miras kütləsinə daxil edilməsi üçün, onun sağlığında dövlət qeydiyyatına alınma lı olması zəruri şərt olduğundan və belə qeydiyyat mirasqoyanın sağlığında aparılmadığından, qeyd olunan tikililərə mirasqoyanın əmlak hüququ yaranmadığından, həmin tikililər miras əmlak kütləsinə də daxil edilə bilməz.

110. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənləri nəzərə almamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

111. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.

112. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, X13 ölümündən sonra miras qalmış əmlaklar kimi JN-042A “KOD 61002028 nömrəli” “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evinin 5/8 hissəsində qanun üzrə birinci növbə vərəsələrinin payları, habelə həmin torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikilinin 1/2 hissəsində qanun üzrə birinci növbə vərəsələrin paylarının müəyyən edilməsi nə münasibətdə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

113. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1751/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi – “6. X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 kv.m. fərdi yaşayış evinin 5/8 hissəsində qanun üzrə birinci növbə vərəsələri nin paylarının - X16 5/72, X17 5/72, İddiaçı1 5/72, X19 5/72, X24 5/72, X20 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 payının 5/72 hissədə müəyyən edilməsi, ümumilikdə fərdi yaşayış evində paylarının isə X16 5/72, X17 5/72, İddiaçı1 5/72, X20 5/72, İddiaçı2 5/72, İddiaçı3 5/72, Cavabdeh2 14/72, X19 14/72, X14 14/72 hissədə payı müəyyən edilməsi” hissəsində, həmçinin – “7. X13 ölümündən sonra miras qalmış JN-042A “KOD 61002028 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,18 ha torpaq sahəsinin üzərində 2002-ci ildə tikilmiş 15x10 metr ölçüdə beton tövlə və 2005-ci ildə tikilmiş 15x6m ölçülü digər yardımçı tikilinin 1/2 hissəsində qanun üzrə birinci növbə vərəsələrin paylarının - X6 1/18, X7 1/18, İddiaçı1 1/18, X10 1/18, X14 1/18, X8 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 1/18 hissədə müəyyən edilməsi və ümumilikdə torpaq sahəsində 2002-ci ildə tikilmiş 15x10 metr beton tövlədə və 2005-ci ildə tikilmiş 15x6m ölçüdə digər yardımçı tikilidə paylarının isə X6 1/18, X7 1/18, İddiaçı1 10/18, X10 1/18, X14 1/18, X8 1/18, İddiaçı2 1/18, İddiaçı3 1/18, Cavabdeh2 isə 1/18 hissədə müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar