Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-115/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (S.M.Quliyeva, iş № 2(012)-535/2017) İddiaçı Cavabdeh1-ya qarşı iddiası təmin edilmiş, Cavabdeh1 mənzil tikinti kooperativi tərəfindən AXXXyerləşən yaşayış binasının 9-c u giriş, 2-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 82 kv.metr olan 75 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi: L.M.Məmmədova, S.A.Qafari, E.G.Rəhimov, iş № 2(105)-2788/2018) “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmiş, “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 9cu giriş, 2-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 82 kv.metr olan 75 saylı mənzilin iddiaçıya təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: S.F.Hacıyev, Q.A.Əsgərov, E.R.Vəliyeva, iş № 2(102)-184 3/2019) “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi: T.Q.Məmmədov, Ş.R.Abasov, A.Ə.Abbasov, iş № 2(105)-2406/2019) “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək m üqavilə əsasında ona məxsus olan ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən sahəsi 82 kv.metr olan 75 nömrəli mənzilin onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMCnin Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə “xxxx” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, Abşeron rayonunun ərazisində çoxmərtəbəli evlərin tikintisi ilə məşğul olan X8 ilə aralarında bağlanmış müqavilə əsasında ona sifariş verdiyi evin tikintisi üçün lazım olan kərpic, sement, elektrik materialları, müxtəlif ölçülü dəmir məmulatlarını mütəmadi olaraq tikintiyə çatdırmağa başlamışdır. Qasım Məmm ədov binanın tikintisi zamanı ona xırda xərclərə əvvəlcədən 5000 manat pul ödəməli olmasını, həmin pulu evin tikintisi başa çatdıqdan sonra tam həcmdə ona qaytaracağını bildirmişdir. O, 2008-2009-cu illərdə Qasım Məmmədova çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 26240 manat dəyərində inşaat materialları verərək Qasım Məmmədov ona bildirmişdir ki, mənzilləri sata bilmədiyinə görə hələlik pulu yoxdur, olanda verəcəkdir. O, təkidlə Qasım Məmmədovdan pulunu tələb etməyə başlamış, bunun əvəzində Qasım Məmmədov xx xxxxxxx 2010-cu il tarixdə, ünvan 3 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci bloku 1-ci mərtəbəsində yerləşən sahəsi 82 kv.metr olan 75 nömrəli mənzilin ona verilməsi barədə kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlamışdır. Həmin müqavilə Qasım Məmmədovun v ə onun tərəfindən imzalarla təsdiq edilmişdir. X5 həmin müqavilə ilə bərabər həqiqətən xx.xx.2010-cu il tarixdə “xxxx” MMC-dən ümumi sahəsi 82 kv.metr olan 2 otaqlı mənzili aldığı və 26240 manat məbləğində pul ödədiyi barədə xx xxxxxxx 2010-cu il tarixli maliyyə arayışı təqdim etmişdir. O da həmin mənzildə təmir işləri apararaq köçüb yaşamağa hazırlaşmış, lakin sonradan ona məlum olmuşdur ki, həmin mənzili Qasım Məmmədov ondan sonra başqa şəxslərə də satmışdır. Qasım Məmmədov Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. xx xxxxxxx 2010-cu il tarixdə icraçı “xxxx” MMC ilə payçı İddiaçı arasında podrat müqaviləsi bağlanmışdır. Bununla bərabər, iş materiallarından görünür ki, xx xxxxxx 2009-cu il tarixli hüquqi şəxsin nizamnamə kapitalındakı payının, hüquq və vəzifələrin alqı-satqı müqaviləsi əsasında X8 “xxxx” MMC-də hüquq, vəzifələri və nizamnamə kapitalını 5.000 manat müqabilində X1. “xxxx” MMC-nin təsisçisinin qərarı ilə xx xxxxxx 2009-cu il tarixdən X10 “xxxx” MMC-nin direktor vəzifəsinə təyin olunmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2009-cu il tarixli hüquqi şəxsin nizamnamə kapitalındakı payının, hüquq və vəzifələrin alqı-satqı müqaviləsi əsasında X8 “xxxx” MMC-də hüquq, vəzifələ rini, nizamnamə kapitalını 5000 manata X2 və o, “xxxx” MMC-nin təsisçisinin qərarı ilə xx xxxxxx 2009-cu il tarixdən MMC-nin direktor vəzifəsinə təyin edildiyi halda, MMC-nin sədri kimi X8 ilə İddiaçı arasında xx xxxxxxx 2010-cu il tarixdə kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlana bilməzdi. Belə ki, həmin vaxt “xxxx” MMC-nin sədri X8 deyil, X10 olmuşdur. Digər tərəfdən, “xxxx” MMC-nin sədri kimi X8 ilə iddiaçı arasında bağlanmış müqavilənin tarixi xx xxxxxxx 2010-cu il göstərilsə də, “Payçı” kimi İddiaçı müqaviləni imzalayarkən şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx xxxxxx 2010-cu il göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurm a əqd əhəmiyyətsizdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin sədri kimi X8 ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli müqavilə uydurma əqddir və qeyd edilən müqavilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti üçün hər hansı hüquq və vəzifə yaratması kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-115/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-115/2020
09.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver